Month: March 2019

  • “Quş qripi” ilə bağlı növbəti monitorinq keçirildi – NƏTİCƏ

    Fevralın 25-dən martın 1-dək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli “quş qripi” xəstəliyi ilə bağlı növbəti monitorinqlər həyata keçirilib.

    Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Agentlik, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşlarının və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

    Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialları və qeyd edilən rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 240 baş müxtəlif növ ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün təhvil verilib.

    Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.//milli.az

  • 2023-cü ilədək Azərbaycana turist axını 4 milyonadək arta bilər

    “Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəyə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənilir”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Formula 1 yarışının keçirilməsinin iqtisadi və sosial faydaları” mövzusunda “dəyirmi masa”da deyib.

    B.Əsgərov bildirib ki, bu göstərici “Turizm strategiyası-2023” çərçivəsində nəzərdə tutulub.

    Agentlik rəsmisi qeyd edib ki, turizmin inkişafı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

    “Bizim qurum Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçıları ilə sıx əməkdaşlıq edir və biz qarşımızda yarış həvəskarlarının ölkədə qalma vaxtını artırmaq tapşırığı qoymuşuq. Məsələ burasındadır ki, Formula 1 həvəskarları Azərbaycanda yarışın keçirildiyi 3-4 gün ərzində olurlar. Biz isə turistlərdə bölgələrimizə səfər etməyə maraq oyatmaq və ölkədə daha çox qalma müddətini artırmaq üçün yeni turizm məhsulları və brendləri üzərində çalışırıq”.

  • Пользователи Yahoo по всему миру жалуются на сбои

    В работе интернет-портала Yahoo произошел сбой. Об этом свидетельствуют данные портала Downdetector, который регистрирует проблемы в работе интернет-сервисов.

    Согласно имеющейся информации, сообщения о проблемах в работе сервиса начали поступать около 17.54.

    С перебоями столкнулись пользователи в США, Японии, а также в Латинской Америке, России и Европе. Большинство жалоб связано с проблемами со входом в аккаунт. Кроме того, зафиксированы перебои в работе сайта.

  • Prezident 1,8 milyon manat ayırdı

    Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.

    Sərəncamla Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb.

    Sərəncamda bildirilib ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

    Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

  • Azərbaycanda balığın qiyməti iki dəfə bahalaşdı – YENİ QİYMƏTLƏR

    Azərbaycanda Novruz bayramı ərəfəsində balığın qiyməti iki dəfə bahalaşıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, əgər bir neçə gün öncə kütümün kiloqramı 7-8, çəki 4.50-5 manat, nərənin 18-20 manata satılırdısa, hazırda kütüm 14-18, çəkinin 9-11 manat, nərə isə 30-35 manata satılır.

    Satıcılar bildirirlər ki, bu qiymətlər bayramda daha da artacaq.

  • Emin Ağalarov Sumqayıtda plombir yeyərkən – FOTO

    Tanınmış müğənni, Xalq artisti Emin Ağalarov təxminən 12-14 il əvvəl Sumqayıtda çəkilən şəklini instaqramda paylaşıb.

    Median.Az xəbər verir ki, ulduzun dostları ilə mağazanın qarşısında dayanıb dondurma yeyərkən çəkilən şəkli maraqla qarşılanıb. Emin Ağalarov paylaşdığı fotoya “Plombiri kim sevmir ki? Sumqayıt, Azərbaycan” sözlərini qeyd edib.

  • Arvadını öldürdü, gölə atdı, sonra… – Azərbaycanda 6 il öncəki DƏHŞƏTİN ÜSTÜ AÇILDI

    Polis və prokurorluq orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış ağır cinayətin üstü açılıb.

    Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsi (PB) tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

    N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.

    2013-cü ilin noyabrın 20-də qadının meyiti qeyd edilən yerdən çürümüş vəziyyətdə aşkar edilsə də, həmin vaxt onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Röya Afaq Bəşirqızının prezidentlə görüşündən yazdı: “Böyüklərimiz bizi təmsil edəndə…”

    Əməkdar artist Röya Ayxan Xalq artisti Afaq Bəşirqızının prezident İlham Əliyevin incəsənət xadimləri ilə görüşündə səsləndirdiyi fikirləri haqqında ürək sözlərini sosial şəbəkədə paylaşıb.

    Median.Az
    xəbər verir ki, müğənni görkəmli aktrisanın səmimi çıxışını dəstəklədiyini qeyd edib:

    “Belə görüşlərdə böyüklərimiz bizi təmsil edəndə və fikrini çatdıra biləndə biz yaşamaq istəyirik. Ağıllı və böyük olmaq çətindir. Çünki bəzi müğənnilərin yaşı artdıqca ağılları kiçilir, gənclərə yol açmağı unudurlar. Əlbəttə ki, hamıya aid deyil, dırnaqarası “As”lardan söhbət gedir. Afaq xanım, incəsənət adamları adından sizə bir daha təşəkkür edirəm, çox sağ olun. Bax DİVA budur, əzizlərim qarşılayın! Ora-bura yozmadan, müzakirəsiz yaşamaq lazımdır ki, arxandan xəbərin olsun!”

  • “The Washington Post”: Donald Tramp gündə 22 dəfə yalan danışır

    ABŞ Prezidenti Donald Tramp orta hesabla gündə 22 dəfə yalan və ya çaşdırıcı fikirlər söyləyir.

    Median.Az xəbər verir ki, bu barədə mütəmadi olaraq dövlət başçısının çıxışlarını təhlil edən “The Washington Post” nəşri yazıb.

    Belə ki, öz mənbələrinə istinadən nəşr D.Trampın ABŞ Prezidenti kürsüsündə keçirdiyi 773 gün ərzində 9 mindən artıq şübhəli fikir söylədiyini diqqətə çatdırıb.

    Son olaraq martın 3-də illik Mühafizəkar Siyasi Hərəkat Konfransı zamanı dövlət başçısının nitqində şişirdilmiş rəqəmlər, “qırmızı” yalan, əsassız lovğalıq kimi məqamların olduğu bildirilir. Ümumiyyətlə, həmin nitqində onun 104 yalan fikir söyləndiyi hesablanıb.

    Həmin gün D.Tramp tərəfindən açıqlanan qeyri-dürüst fikirlər sırasında ABŞ tarixinin ən böyük vergi azalmasının məhz onun hakimiyyəti dövründə baş verdiyi, Meksika sərhədində divar inşasına başladıqları, bu gün ABŞ iqtisadiyyatının tarixi zirvəyə qalxması barədə iddialar yer alıb.//report.az

  • Первый вице-президент Мехрибан Алиева приняла Бахрама Багирзаде

    Первый вице-президент Азербайджана Мехрибан Алиева в понедельник приняла заслуженного артиста Азербайджана Бахрама Багирзаде. Как сообщил Trend Багирзаде, на встрече состоялось обсуждение вопросов, связанных с установлением в столице Азербайджана памятника Гаджи Зейналабдину Тагиеву, передает Median.Az.

    С просьбой установить в Баку памятник Гаджи Зейналабдину Тагиеву Бахрам Багирзаде обратился к Президенту Азербайджана Ильхаму Алиеву и Первой леди Мехрибан Алиевой на встрече с группой деятелей культуры и искусства, которая состоялась первого марта.

    “Честно говоря, не ожидал, что так быстро все произойдет. Прошло буквально несколько дней с нашей встречи с Президентом Ильхамом Алиевым и Первой леди Мехрибан Алиевой, и меня вновь пригласили, выслушали мои идеи по поводу памятника Гаджи Зейналабдину Тагиеву. На встрече было достигнуто согласие вначале определиться с местом, где памятник будет установлен. Для этого были предложены пять-шесть мест в центре города. Выбирать будут профессионалы – градостроители, архитекторы и скульпторы. Ожидается, что будет объявлен конкурс среди скульпторов, и они представят свои работы, свое видение. Будет создана комиссия, которая выявит самую лучшую работу. В конкурсе смогут принять участие все – начиная от студентов, заканчивая самыми известными профессионалами”, – отметил Багирзаде.