Month: March 2019

  • Министр: Для Межбанка ищут инвесторов

    В приватизации ОАО «Международный банк Азербайджана» (МБА) не наблюдается прогресс.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявил министр финансов Азербайджана Самир Шарифов, отметив, что причиной тому является отсутствие инвесторов.

    С.Шарифов отметил, что в 2019 году правительство приступит к приватизации МБА. По его словам, интерес к приватизации проявляет Европейский банк реконструкции и развития.

    Отметим, что «Международный банк Азербайджана» был создан в 1992 году и является самым крупным государственным банком Азербайджана. Основным его акционером выступает Минфин.

  • Nazir: “Beynəlxalq Bank” üçün investor tapılmır

    “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsində irəliləyiş yoxdur.

    Bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, buna səbəb investorların olmamasıdır.

    S.Şərifov bildirib ki, hökumət 2019-ci ildə ABB-nin özəlləşdirilməsi üzrə işlərə başlayacaq. Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı ABB-nin özəlləşdirilməsinə maraq göstərir.

    Məlumat üçün qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri dövlət bankıdır. Əsas səhmdar kimi Maliyyə Nazirliyi tanınır.

  • В Бейлагане “Mercedes” cбил насмерть пешехода

    Как сообщает Median.Az, на территории г.Бейлаган автомобиль марки “Mercedes”, управляемый жителем города И.Намазалыевым сбил насмерть жителя города
    С.Пискунова.

    В Бейлаганском РОП по факту ведется расследование.

  • Beyləqanda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, Beyləqan şəhəri ərazisində, şəhər sakini İ.Namazalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi S.Piskunovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Beyləqan RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Ziya Məmmədovun yarım milyardı “basdırdığı” beton yol – FOTOREPORTAJ

    Sabiq nazirin 30 il zəmanət verdiyi Bakı-Rusiya yolunun hər iki istiqaməti darmadağındır; nə sürmək mümkün, nə də qəzadan sığortalanmaq… yeni pullu yol isə 2021-də hazır olacaq.

    Bu yolda maşın sürmək üçün gərək ya Şumayher olasan, ya da şahmatçı. Söhbət Bakı-Quba yolundan gedir. Beton yol elə günə düşüb ki, hər addımbaşı çuxurları, dağılmış yerləri ziq-zaq edib keçməyə pilot lazımdır.

    Median.Az minval.info-ya istinadən xəbər verir ki, Qubadan Bakıya qayıdan istiqamət tamamilə dağılıb. Bir tərəfdən keyfiyyətsiz yol çəkilişi, bir yandan da iritonnajlı yük maşınları ucbatından Bakı-Rusiya yolu darmadağın vəziyyətdədir.

    Ona görə sürücülər bura beton yol yox, batan yol deyirlər. Onlar bu əzab-əziyyətin nə vaxt qurtaracağı günü gözləyirlər. Çünki bu yolda nə sürmək mümkündür, nə də qəzadan, avtomobilin zərər görməsindən sığortalanmaq.

    Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib.

    Yol istifadəyə veriləndə o vaxt Nəqliyyat Nazirliyi bu yolun 30 il davamlı olacağı barədə məlumat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı.

    Ancaq bir il çəkmədi ki, beton yolda çökmələr, çatlar əmələ gəlməyə başladı. İllərdir davam edən bu problemin, yəni dağılmış, kələ-kötür beton yolun düzəldilməsi sürücülərin ən böyük arzusudur.

    “2009-cu ildə istifadəyə vermişdilər, 2012-ci ildə yol təmiz dağılmışdı. Guya 30 il zəmanət veriblər, 10 il keçib, yolun gününə baxın.

    Həm də yol normadan artıq yüklənir. İri yük maşınlarına tab gətirmədi. Bəzi yerlərdə təmir işləri aparılıb. Ancaq başdan-ayağa yenidən qurulmalıdır”, – deyə sürücülər şikayətlənirlər.

    Onların sözlərinə görə, Qafqazda ən baha qiymətə başa gələn, dünyanın ən bahalı yolları sırasında adı çəkilən Bakı-Quba-Rusiya yolu bu gün dünyanın ən sonuncu məhəllə yolunu xatırladır.

    Sürücülər deyirlər ki, Xaçmazın, yaxud Şabranın kəndlərində heç belə yola rast gəlməzsiniz. Beton yol elə dağılıb ki, iri yük maşınları sağ zolaqla getməkdən qorxurlar, hər an düşəcəkləri çuxur maşını aşırda, yükləri yerə tökə, ağır qəzaya səbəb ola bilər.

    Ötən ilin yayında avtomobil yolunun 10-20 və 45-52-ci km-də yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılmışdı. Lakin hələlik Rusiyaya gedən və qayıdan istiqamətdə təmir işləri getmir. Sürücülər bildirirlər ki, təzə yol çəkilsə belə, o vaxta qədər beton yol təmir edilməlidir.

    “Nəqliyyatın ən intensiv hərəkət edən yollarından biridir. Bura hansısa bir kəndə, yaxud rayona gedən istiqamət deyil axı?! Rusiyaya yük daşınır, ordan yük qayıdır. Hər gün minlərlə avtomobil hərəkət edir.

    Vallah, ustaya getməkdən bezmişik, bu yola bir girən peşman olur, bir çıxan. Çünki şəhərə çatan kimi maşının sazlığını ustaya baxdırmalısan, “peredok” dağılır, maşında səslər çoxalır”, – Xaçmaza hər gün müştəri aparıb-gətirən taksi sürücüsü Namiq belə deyir.

    Onun maşını bu yollarda sıradan çıxıb: “Gedən yol yenə bir az babatdır, Bakıya qayıdan tərəf özünüz də görürsünüz ki, nə vəziyyətdədir. Ziya Məmmədov sağ olsun, şimal zonasının camaatına yol “hədiyyə” eləyib də, gecə-gündüz sağlığına dua edirik. Adamda insaf olar, pulunu yemisən, keyfiyyətsiz yol çəkmisən, heç olmasa elə beton yol tikəydiniz 7-8 il dözəydi. Yalandan da deyirlər ki, 30 il zəmanət vermişik”.

    Digər tərəfdən, yol elə tikilməlidir ki, o, maksimum kütlədən artığını da qaldıra bilsin. Məsələn, yolu elə tikmirlər ki, avtomobilin icazə verilən maksimum kütləsi 30 tondursa, 31 ton olanda o, bizdəki kimi dağılsın.

    O yolu 5 dəfə artıq yükə dözümlülüklə tikməlidirlər. Əminliklə demək olar ki, istənilən halda ya yol pis tikilib, ya da istifadəyə veriləndən sonra ona lazımınca nəzarət edilməyib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a bildirdi ki, Bakıdan Rusiya sərhədinə yeni yol inşa olunur və 2021-ci ilə qədər işlər yekunlaşacaq. Qurum sözçüsü bildirdi ki, hazırkı yol hissə-hissə təmir olunub, yenə təmiri davam edəcək.

    Onu da deyək ki, Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq. Bunu AAYDA-nın sədri Saleh Məmmədov açıqlamışdı.

    S.Məmmədov bildirmişdi ki, 2018-ci ildə qarşıya qoyulan əsas tapşırıq Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir:

    “Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayaraq 208-ci kilometrədək olan hissəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq”.

    Ötən il fevralın 19-da prezident İlham Əliyev Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilirdi ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək. Yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

  • Mübariz İbrahimovun rinqdə çəkilən görüntüsü – şəhid olmasından 5 ay əvvəl (VİDEO)

    Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmamışdan bir neçə ay əvvəlki görüntüləri yayılıb.

    Bu videogörüntü Mübariz İbrahimovun ölümündən 5 ay əvvəl lentə alınıb. Həmin ilin yanvar ayında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizir kursunda təhsil alan Mübariz İbrahimov zabit dostlarından biri ilə rinqdə məşq edir. Görüntüdəki hündürboylu şəxs həmin zabit, digəri isə Mübariz İbrahimovdur.

    Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib.

    Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
    //Baku.ws

  • Bakıda gülməli hadisə – Kabab bişirirdilər, yanğınsöndürənlər gəldi – VİDEO

    Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.

    Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər. Bildirilir ki, “Gənclik” metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb. Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.

    Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.

    Hadisənin görüntülərini təqdim edirik:

  • Житель Евлаха задержан при сбыте наркотиков в Мингячевире

    Как сообщает Median.Az, сотрудники Мингячевирского ГОП при сбыте 10 грамм марихуаны подставному лицу задержали жителя Евлахского района Н.Керимова.

    Во время обыска у него в доме было найдено еще 2 кг. 630 грамм марихуаны.

    В Следственном отделе ГОП возбуждено уголовное дело.

  • Yevlax sakini Mingəçevirdə narkotik satarkən tutulub

    Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini N.Kərimov 10 qram marixuananı şərti alıcıya satarkən saxlanılıb.

    Onun evindən əlavə olaraq 2 kq. 630 qram marixuana aşkar edilib.

    ŞPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Eldar Əzizov Maştağa sakinlərilə görüşdü, problemlərini dinlədi (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri ilə görüşü olub.

    Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər və Sabunçu rayonu təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri, Maştağa qəsəbə sakinləri, həmçinin Nardaran qəsəbəsindən gəlmiş ağsaqqallar iştirak etmişlər.

    Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamların, qəbul olunmuş Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində xeyli sayda yeni məktəb, uşaq bağçası, tibb müəssisələri tikilib, köhnələri əsaslı təmir olunub.
    Bakı şəhərində həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir olunub və bu işlər hazırda da davam etdirilir. Həmçinin paytaxtımızdakı çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur. “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub. Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə xüsusi proqram hazırlanır”, – deyə icra başçısı vurğulayıb.
    Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə danışan icra başçısı bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.

    Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat vermişdir. Bildirib ki, son illər bütün ölkə ərazisində olduğu kimi, qəsəbədə də təhsil, səhiyyə, sənaye və digər sahələrdə mühüm nailiyyətlər əldə edilib.

    “Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən maştağalılar Bakı şəhərində, eyni zamanda, Maştağa qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
    Görüşdə 35 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.