Month: March 2019

  • Bakıda 50 kişini aldadan qadın tutuldu – Hər birindən 20 manat alıb…

    Bakıda kişiləri aldadan qadın saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirib.

    Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi əməli etiraf edib.

    Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılmışdır. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bir neçə bankdan kredit götürənlərin nəzərinə! – Borcunuz belə hesablanacaq

    Tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov problemli kreditlərlə bağlı prezident fərmanının necə tətbiq olunacağı barədə yaranmış bir sıra suallara aydınlıq gətirib. 

    V.Bayramov ona bu barədə ünvanlanan sualları qruplaşdıraraq cavablayıb: 

    – Bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq? 

    – Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.

    – Lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu? 

    – Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. 

    – Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə, o zaman kompensasiya kimə ödəniləcək?

    – Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqısından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib, məsələyə baxılmasına nail ola biləcək.

    – Kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü? 

    – Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğlərinizi hesablaya bilərsiniz: https://pk.fimsa.az/az/calculator Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.

    – Ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq?

    – Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlarımız da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi sizinlə də əlaqə saxlanılacaq.

    //azxeber.com

  • Yaxın günlərdə böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq – Vaksinlər gətirilib

    Yaxın bir necə gün ərzində Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinə başlanacaq.

    Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

    Onun sözlərinə görə, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Artıq Bakıdakı poliklinikalara vaksinlər paylanılıb. Digər şəhər və rayonlar üzrə isə vaksinlərin paylanılması hazırda həyata keçirilir.

    A.Əliyeva qeyd edib ki, peyvəndləmə işləri yalnız hər hansı səbəbə görə vaxtilə peyvənd olunmayan 20-40 yaşlı insanlar üçün həyata keçiriləcək:

    “Peyvəndləmə məcburi qaydada həyata keçirilməyəcək. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunacaqlar. Yaxın bir necə gün ərzində poliklinikalarda böyüklər üçün peyvənd kabinetləri fəaliyyət göstərəcək”.

    Mərkəzin direktor müavini qızılca-məxmərək əleyhinə vaksinin bəzi qrupdan olan insanlar üçün tibbi əks-göstəriş olduğunu da söyləyib.

    Onun sözlərinə görə, hamilə qadınlar və ya hamilə olmağa hazırlaşan qadınlar, qan, onkoloji xəstəliyi olan, yumurta zülalına allergiyası olan şəxslər bu vaksinə qarşı peyvənd oluna bilməzlər:

    “İnsanlar müraciət etdikdə həkim-terapevtlər onları müayinədən keçirəcəklər. Əgər insanlar tam sağlamdırlarsa, onlar üçün tibbi əks göstəriş yoxdursa, vaxtilə peyvənd olunmayıblarsa, qızılcaya yoluxmamaları üçün hökmən ərazi üzrə poliklinikalara müraciət ediərək peyvənd olunsunlar”.

    Peyvənd olunmaq üçün edilən müraciətlərin sayının çox olduğunu deyən A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxma halları azalsa da, bu hallar hələ də qeydə alınır.

    Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçiriləcək.

  • Atasının yası üçün rayona gedən ana və 5 yaşlı qızı öldü – DƏHŞƏTLİ TƏFƏRRÜAT

    Ucar rayonunda ana və 5 yaşlı qızının ölümü ilə nəticələnən dəhşətli hadisə barədə bəzi məqamlar üzə çıxıb.

    Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndinin ərazisindən keçən hissəsində “Hyundai Accent” markalı, 99 LR 711 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü 1988-ci il təvəllüdlü Aynur İsgəndərova körpə qızı ilə birgə Bakıdan kəndə gəlirmiş.

    Belə ki, keçən ilin 3 mart tarixində A.İsgəndərovanın atası Ramiz kişi vəfat edib. Dünən günorta saatlarında o, qızı Ayşənlə birgə atasının vəfatının ildönümü mərasimində iştirak etmək üçün Bakıdan rayona yola düşüb. Küçəkənd kəndində səfərə çıxdığı nəqliyyat vasitəsindən düşərək ata evinə getmək üçün yolun əks tərəfinə keçmək istəyib. Bu zaman Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim oğlu idarə etdiyi avtomobillə ana və qızını vurub. Onların ikisi də hadisə yerində vəfat edib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//Publika.az

  • Oksana övladının atasından danışdı: “Rəsmi yox, dini nikahımız var” – VİDEO

    “ATV maqazin onlarla” verilişinin “Onlarla 3 dəqiqə” rubrikasının qonağı rəqqasə Oksana Rəsulova olub.

    Sənətçi aparıcı Ruslan Ağayevin 33 sualını cavablandırıb. Oksana “Şahruk Xan, yoxsa Namiq Qaraçuxurlu yaraşıqlıdır? Fatimə, yoxsa Renka yaxşı rəqs edir” suallarına belə cavab verib:

    “Mənim üçün Şahruk Xan daha yaraşıqlıdır. Fatimə ilə yeni barışmışam, birinin adını çəksəm, o biri inciyəcək. Hər ikisi yaxşı rəqs edir”.

    Rəsulova “Qarşı cinsdən şiddət görmüsən” sualına “Keçmiş ərimdən, ondan əvvəlkindən şiddət görmüşəm” sözlərini deyib.

    Oksana övladından və onun atasından söz açıb:

    “Oğlum həyatımı yox, Oksananı dəyişdi. Hazırda dini nikahdayam. Oğlum da atasının soyadını daşıyır. Mənə qalsa, on uşaq dünyaya gətirərəm. Osmanın dodaqları mənə bənzəyir, amma hər şeyi atasına. Oğlumun atasını deməzdim ki, sevirəm. Çox istəyirəm onu, hədsiz. Ola bilsin sevgidir, bilmirəm”.

    ///Axşam.az

  • Azərbaycanda enerji içkisi gənc qızın sonunu gətirdi – FOTO

    Azərbaycanda gənc qız enerji içkilərinin qurbanı olub.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, söhbət bir sıra tədbirlərdə aparıcı kimi çıxış edən Aydan Vəliyevadan gedir.

    Yaxınlarının verdiyi məlumata görə, enerji içkilərindən çox istifadə etməsi nəticəsində komaya düşən Vəliyeva, ötən gecə dünyasını dəyişib.


  • Azərbaycandan çıxarılan 5 milyardın sahibi Eldar Mahmudov olub

    Bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi gündəmdədir. Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.Ümumi məbləğ 5 milyard 500 milyon manatdır.

    Median.Az xəbər verir ki, Musavat.com həmin pulun kimə məxsus olduğunu öyrənib.

    Məlumata görə, bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub.

    Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon bir gündə ölkədən çıxarılmışdı. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı.

    30 milyon Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb. Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğdir.

  • В Баку пройдет антитабачный флешмоб

    Центр общественного здравоохранения и реформ (ЦОЗР) Министерства здравоохранения проведет кампанию, посвященную отказу от курения.

    Завтра с 17:00 до 18:00 на Площади фонтанов пройдет акция под названием «Преврати свою жизнь в цветы, а не в пепел» с целью усиления информационной пропаганды по борьбе с курением, передаёт Median.Az со ссылкой на Trend.

    В рамках акции студенты Азербайджанского медицинского университета (АМУ) проведут антитабачный флешмоб.

    Волонтеры ЦОЗР и АМУ будут раздавать прохожим цветы, предоставят информацию о вреде курения и посоветуют присоединиться к акции.

    Также предусматривается распространение среди населения информационных печатных материалов, подготовленных ЦОЗР.

  • Карнавал в Рио-де-Жанейро – ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

    В Рио-де-Жанейро стартовал ежегодный карнавал. По оценке местных властей, ожидается, что участие в нем примут около семи миллионов человек, среди которых 1,5 миллиона туристов. За праздником следите в прямой трансляции:

  • Азербайджанские врачи провели двухмесячному ребенку уникальную операцию

    В Центральном таможенном госпитале Баку бригада врачей, возглавляемая кардиохирургом, доктором медицинских наук, председателем Правления Ассоциации сердца и здоровья Азербайджана Рашадом Махмудовым, провела уникальную операцию на сердце двухмесячного ребенка, сообщили Trend из семьи пациента.

    Малыш Рамиг Ализаде родился в Барде. Ему был поставлен диагноз – транспозиция магистральных сосудов – врожденный порок сердца, характеризующийся нарушением положения главных сосудов: отхождением аорты от правых отделов сердца, а легочной артерии – от левых. Клинические признаки транспозиции магистральных сосудов включают цианоз, одышку, тахикардию, гипотрофию, сердечную недостаточность.

    Операция продолжалась на протяжении шести с половиной часов, после чего малыш на протяжении 20 дней был подключен к аппарату искусственного дыхания. Благодаря усилиям хирургов, неонатологов и реаниматологов малыш был возращен к жизни. Сейчас ребенок чувствует себя хорошо и вернулся в семью.