Month: March 2019

  • 25 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub – FOTO

    İyirmi beş ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Həziyeva Aynurə Arif qızı ilə Fərhadov Akif Maşallah oğlunun toy mərasimi keçirilib.

    Toyda Cocuq Mərcanlının bütün sakinləri iştirak ediblər.

    Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. 

    Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar.

  • Astaradakı bu kənddə 24 ildir işıq yoxdur – REPORTAJ

    Astaranın Sekeşan kəndində 24 ildir ki, elektrik enerjisi yoxdur.

    “Övladımın 24 yaşı var, bu müddət ərzində evdə işıq görməyib” deyir kənd sakini.

    Mirəhməd Əliyev bu kənddə yaşayan ailələrdən birinin üzvüdür. O, gündəlik informasiyanı radioya qulaq asmaqla əldə edir.

    Kənd sakinləri deyir ki, illərdir işıq üzünə həsrət qalıblar. Kənddə sonuncu dəfə işıq 1995-ci ildə olub. O vaxt transformatorda yaranan qəza səbəbindən gecələri ümidlərini lampa işığına bağlayıblar.

    Bir zamanlar kənddə 30-dan artıq ailə yaşayıb. Lakin zaman-zaman onlar da şəraitsizlik səbəbindən kəndi tərk edərək qonşu kəndlərə və ya başqa yerlərə köçmək məcburiyyətində qalıblar. Hazırda isə Sekeşan kəndində dörd ailə, yəni 17 nəfər yaşayır. Onlar elektrik enerjisini generator vasitəsi ilə təmin edirlər.

    Yanacaq kimi benzin, generator işlətmədikləri zaman neft və şamdan istifadə edirlər. İsinmək üçün odun yandırırlar. Gündəlik yeməklərini isə təndirdə və ya sobanın üzərində bişirirlər. Bu şəraitsizlikdən daha çox məktəblilər əziyyət çəkir.

    Kəndin dolanışığı isə təsərrüfat hesabına ödənilir. Sakinlər mal-qara və sitrus meyvələrini satmaqla yaşayışlarını təmin edirlər.

    Kənd sakinlərinin digər bir problemi kəndə avtomobil yolunun olmamasıdır. Onlar ərzaq gətirmək üçün qonşu kəndə getməli olurlar. Bu zaman isə minik vasitəsi kimi atdan istifadə edirlər.

  • Balıqları zibillikdə hisə verən şəxs saxlanılıb – VİDEO

    Su Polisləri tərəfindən balıqları donuz, it saxlandığı, məişət tullantılarının atıldığı məkanda hisə verən şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi məlumat yayıb.

    Bildirilir ki, İdarə əməkdaşlarının Pirallahı rayonunda keçirdikləri tədbir nəticəsində bu cür hisə verilmiş balıqlar hazırlayan paytaxt sakini Tərlan Mikayılov ifşa edilib.

    Bildirilib ki, polislər tərəfindən qeyd edilən yerə baxış zamanı ciddi nöqsanlara rast gəlinib.

    Araşdırma zamanı T.Mikayılovun donuz, it, eləcə də digər ev heyvanlarını saxlamaq üçün nəzərdə tutulan, məişət tullantıları və çirkab sularının axıdıldığı məkanda balıqları hisə verdiyi müəyyən edilib və hisə vermə prosesi lentə alınıb.

    T.Mikayılovdan antisanitariya şəraitində hisə verilmiş 17 ədəd siyənək balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

    Saxlanılan şəxs izahatında bu işlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq icazə sənədi almadan məşğul olduğunu etiraf edib.

  • Калькулятор для расчета льгот по проблемным кредитам

    Для расчета льгот по проблемным кредитам Палата по надзору за финансовыми рынками подготовила калькулятор.

    Калькулятор позволит рассчитать льготы для долларовых кредитов, взятых как до 21 февраля 2015 года, так и до 21 декабря того же года.

    Отмечается, что часть льгот направлена, прежде всего, на погашение просроченной задолженности физических лиц всем банковским и небанковским кредитным организациям, а оставшаяся сумма передается в распоряжение физического лица.

    Остаток от общей суммы основной непогашенной задолженности по кредиту включается в соответствующую область калькулятора.

    Оставшаяся сумма кредитов в других иностранных валютах конвертируется в доллары США в соответствии с официальными курсами Центрального банка на эти даты.

    На калькулятор можно перейти по ссылке.

  • Dollar kreditlərinə ediləcək güzəşti belə hesablayın – KALKULYATOR

    Problemli kreditlərə verilən güzəştlərin hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası kalkulyator hazırlayıb.

    Kalkulyator həm 21.02.2015 tarixinə, həm də 21.12.2015 tarixinə dollarla olan kreditlər üzrə güzəştləri hesablamağa imkan verir.

    Məlumatda göstərilir ki, güzəşt məbləği ilk növbədə, fiziki şəxsin fəaliyyətdə və ləğvetmədəki bütün bank və bank olmayan kredit təşkilatları qarşısında gecikmiş borcların ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxsin sərəncamına verilir.

    Bu zaman əsas kredit borcları üzrə cəmi qalıq məbləği kalkulyatorun müvafiq sahəsinə daxil edilir. Əsas kredit borcları dedikdə, kreditlərin əsas məbləğlərinin cəmi nəzərdə tutulur.

    Digər xarici valyutadakı kreditlərin qalıq məbləği Mərkəzi Bankın həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun şəkildə ABŞ dollarına konvertasiya edilərək, göstərilir.

    Kalkulyatora BURADAN keçid edə bilərsiniz.

  • В Баку будет 11 градусов тепла

    Обнародован прогноз погоды в Азербайджане на 5 марта.

    Как сообщили в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов, 5 марта в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Однако в ночь с 4 на 5 марта в некоторых местах возможна изморось, утром туман. Будет преобладать северо-восточный ветер.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 2-5, днем – 8-11 градусов тепла, в Баку ночью ожидается 3-5, днем – 9-11 градусов тепла.

    Атмосферное давление будет выше нормы – 765 мм ртутного столба, относительная влажность ночью 70-80%, днем 55-65%.

    В районах Азербайджана завтра преимущественно без осадков. Однако ночью и утром в некоторых южных районах пройдут дожди, местами возможен туман. Будет преобладать восточный ветер.

    Ночью температура воздуха составит 0-5, днем – 12-17 градусов тепла, в горах ночью ожидается 1-6 градусов мороза, днем – 3-8 градусов тепла.

    Согласно медицинскому метеорологическому прогнозу, ожидаемые 5 марта на Абшеронском полуострове температурный режим и слабые колебания метеорологических факторов близки к климатической норме и в основном будут благоприятны для метеочувствительных людей.

  • Yağış, duman, külək – Sabahın havası

    Azərbaycanda sabaha, martın 5-nə olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 5-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Fransada yaşayan oğlan 17 il sonra atasını tapdı – Canlı yayımda yaşananlar – VİDEO

    Fransanın Vişi şəhərində yaşayan 17 yaşlı Rəşad Şaluxov adlı şəxs Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət edib və atasını axtardığını deyib.

    Xoşqədəm Hidayətqızının komandası oğlanın bu istəyini həyata keçiriblər.

    Belə ki, Rəşadın atası Təvəkkül tapılıb.

    Onların canlı yayımda qovuşması izləyiciləri kövrəldib.

    Həmin anları təqdim edirik:

  • Azərbaycanda faciə: ər-arvad evlərində ölü tapıldılar

    Gəncədə ər-arvad dəm qazından boğulub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kəpəz rayonunda baş verib.

    Belə ki, 1947-ci il təvəllüdlü Xalis Cəfərov və həyat yoldaşı Rəna Cəfərova yaşadıqları evdə ölü tapılıblar.

    Prokurorluq və polis əməkdaşları hadisə yerinə gedərək Gəncə Şəhər Regional Qaz İstismarı İdarəsinin əməkdaşları ilə birgə baxış keçiriblər.

    Baxış zamanı evin içərisində İran istehsalı isidici qaz sobasının işlək vəziyyətdə olması aşkar edilib.

    Meyitlər xarici və daxili müayinə üçün Gəncə Şəhər Məhkəmə Tibbi Ekspertizasına və Patoloji Anatomiya Birliyinin morquna göndərilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanılıb.

  • “Saqqalsız siyasət kosası…” – Mir Şahin Əli Kərimlidən danışdı – VİDEO

    “Real TV”-nin rəhbəri Mir Şahin Ağayev bazar günü efirə gedən müəllif proqramında radikalların 19 yanvar mitinqi ilə bağlı iddialarını şərh edib.

    “Bu balaca topa Azərbaycanda az qala bütün siyasi prosesləri idarə etdiyi iddisındadır. 19 yanvarda bütün mümkün və qeyri-mümkün qüvvələrin birləşməsindən yaratdıqları mitinqin eyforiyasından çıxa bilməyən, hətta onun Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə baş tutduğunu unudan kütləbaşlar nədənsə eyni aqibəti öz azarkeşlərinə bu dəfə “Ana Harayı”nın hüzrunda yaşada bilmədilər…”,- deyə jurnalist müxalifələrin Xocalı günü keçirməyə cəhd göstərdikəri uğursuz aksiyanı şərh edib.

    Həmin hissəni təqdim edirik: