Month: March 2019

  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır

    “Facebook” şirkəti məxfi layihə çərçivəsində steyblkoin adlı kriptovalyutanın yaradılması üzərində işləyir.

    3dnews.ru saytı The New York Times nəşrinə istinadən xəbər verir ki, steyblkoin WhatsApp istifadəçiləri üçün dostlar və qohumlara ani köçürmə etmək imkanı yaradacaq.

    Bildirilir ki, steyblkoin ABŞ dolları və digər dayanıqlı valyutaların məzənnəsinə bağlı olan rəqəmsal valyuta növüdür.

    Qeyd olunur ki, layihə artıq xeyli irəliləyib, çünki “Facebook” kriptovalyuta birjaları ilə steyblkoinin satışına dair danışıqlar aparıb.

  • В Баку задержан бывший зэк, промышлявший кражами в автобусах

    Как сообщает Median.Az, сотрудники 34-го отделения полиции Хатаинского РУП в ходе оперативно-розыскных мер задержали жителя Билясуварского района А.Гасанова, который на территории района в пассажирских автобусах похищал из сумок женщин деньги, документы, мобильные телефон и банковские карты.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda avtobuslarda qadınların çantalarından oğurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlayan, əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Уджаре “Hyundai” cбил насмерть женщину и ее ребенка

    Как сообщает Median.Az, 3-го марта на территории села Кючякенд автомобиль марки “Hyundai”, управляемый жителем Бардинского района Рашид Джавадовым сбил жительниц села Айнур Искяндарову и ее дочь Айшян Искяндарову (2014-го года рождения).

    В результате женщина скончалась на месте происшествия, ее дочь умерла по дороге в Центральную районную больницу.

    В Уджарском РОП по факту ведется расследование.

  • Ucarda “Hyundai” ananı və azyaşlı qızını vurub, öldürüb

    Median.Az xəbər verir ki, martın 3-də Küçəkənd kəndi ərazisində Bərdə rayon sakini Rəşid Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə kənd sakinləri Aynur İsgəndərovanı və onun qızı Ayşən İsgəndərovanı (2014-cü il təv.) vurub.

    Nəticədə qadın hadisə yerində, uşaq isə YPX əməkdaşları tərəfindən Mərkəzi rayon xəstəxanasına aparılarkən yolda ölüb.

    Ucar RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Mənsum İbrahimov: “Prezident bəzi məsələlərlə bağlı elə oradaca göstəriş verdi”

    “Cənab prezident danışmaq və öz təkliflərini bildirmək istəyən hər kəsə söz verdi. Ölkə başçısı bu görüşdə sənət nümayəndələrinin ürək sözlərini çox səmimi şəkildə dinlədi. Görüşün əsas məqsədi də bu idi. O bildirdi ki, qaldırılan məsələlər tezliklə öz həllini tapacaq”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov prezident İlham Əliyevlə dünənki görüş haqqında təəsüratlarından danışarkən deyib. Xalq artistinin sözlərinə görə, bu görüşü tarixi, əvəzsiz bir görüş kimi dəyərləndirir:

    “Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş çox səmimi keçdi və bir çox əlamətdar müzakirələrlə yadda qaldı. Sadəcə mədəniyyət hadisələrindən danışılmadı, həmçinin cəmiyyəti maraqlandıran və narahat edən bütün məsələlər müzakirəyə çıxarıldı. İnanıram ki, səmərəli görüş oldu. Prezident ölkədəki proseslərlə bağlı mədəniyyət xadimləri ilə fikrini bölüşdü, onları dinlədi, bəzi məsələlərlə bağlı elə oradaca qərar və göstərişlərini verdi.

    Xüsusilə, muğam sənətinə diqqət həmişə yüksək səviyyədə olub, lakin canlı görüş fərqli və daha isti təəssüratlar doğurdu. O, bizi şəxsən dinlədi. Prezident onu da qeyd etdi ki, “bizim ailəmiz Muğam müsabiqəsinə baxır. Əlbəttə ki, bu sözlər bizi daha da fərəhləndirir. Cəmiyyətdə muğama böyük sevgi olması bizi sevindirir”.

    Xalq artisti sözlərinə onu da əlavə edib ki, Zeynalabdin Tağıyevə Bakıda heykəl qoyulması təklifinin irəli sürülməsi onu çox qürurlandırıb:

    “Əlbəttə ki, hər bir sahədə müəyyən problemlər var və bütün bunları bir görüşdə həll etmək mümkün deyil. Odur ki, cənab prezident bu görüşlərin davamlı olaraq baş tutacağını vurğuladı.

    Tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyevlə bağlı müzakirə oldu. Cənab prezident bildirdi ki, babası Əziz Əliyevin Sankt-Peterburqda təhsil almasında Tağıyevin əvəzsiz rolu olub, heykəl məsələsinə də isti yanaşdı”.

  • Президент Грузии ответила азербайджанцам

    Президент Грузии Саломе Зурабишвили ответила на обращение Конгресса Азербайджанцев Грузии.

    Как сообщает Азертадж, глава Конгресса Азербайджанцев Грузии Гусейн Юсубов сообщил, что Зурабишвили положительно оценила предложение о трудоустройстве азербайджанцев в Администрацию президента и другие госструктуры.

    В письме Администрации президента Грузии говорится о том, что глава государства заинтересована в трудоустройстве имеющих высшее образование и хорошо владеющих грузинским языком молодых людей в государственные структуры. Отмечается, что Администрация желает провести встречу с руководством Конгресса Азербайджанцев Грузии, а также приглашает молодых азербайджанцев принять участие в конкурсе.

  • Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi

    Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib.

    AZƏRTAC-ın məlumatına görə, GAK sədri Hüseyn Yusubov bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib.

    Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

    Xatırladaq ki, GAK sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin prezident administrasiyasında işə cəlb olunmalarını təklif etmişdi.

  • ”Azəriqaz”ın adından istifadə edərək vətəndaşı aldatdı

    Bakıda özünü ”Azəriqaz”ın əməkdaşı kimi təqdim edərək sakinləri aldadan və onların pullarını alan şəxs və ya şəxslər peyda olub.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, onlar mənzillərin qapılarına yaxınlaşaraq özünü ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edir. Bundan sonra isə vətəndaşları aldadaraq onlardan pul alıb ərazidən uzaqlaşır.

    Belə bir hadisə ilə paytaxt sakini Nəzakət Vəliyeva qarşılaşıb. O iddia edir ki, ötən gün günorta saatlarında bir nəfər onların mənzillərinə gələrək smart-kart tipli qaz sayğacında problemin olub-olmadığını yoxlamaq istədiyini və bunun üçün kartın ona verilməli olduğunu bildirib.

    Bundan sonra isə həmin şəxs Nəzakət Vəliyevadan kartın dəyişdirilməsi üçün pul istəyib.

    Daha sonra isə o, ”Azəriqaz” İstahsalat Birliyinin 104 saylı qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat verib. Qurumdan isə ona bildiriblər ki, həmin şəxsin ümumiyyətlə ”Azəriqaz” İstahsalat Birliyinə heç bir aidiyyəti yoxdur.

    Məsələ ilə bağlı ”Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, son günlər Bakıda bu cür hallara tez-tez rast gəlinir. Elə buna görə də qurum rəsmisi vətəndaşlara xəbərdarlıq edərək bildirdi ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər.

    Ümumilikdə isə, bu cür hallarla qarşılaşan vətəndaşların yaşadıqları ərazi üzrə polis bölməsinə müraciət etmələri tövsiyə olunur.

  • Mariana Vasileva: 2019-cu ildə Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil keçiriləcək

    Bu il Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil olunacaq – Dünya Kuboku, Avropa və Dünya Çempionatları.

    Median.Az bildirir ki, bunu Trend-ə Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatma mərasimindən sonra bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

    M.Vasileva bildirib: “Gimnastlarımızın hansı nömrə altında iştirak etdiklərinin əhəmiyyəti yoxdur, ən əsası komandanın necə çıxış edəcəyi və hansı nəticəni göstərəcəyidir”.

    Baş məşqçi qeyd edib ki, doğma ölkədə keçirilən yarışlarda çıxış etmək hər zaman çətindir: “Evdə çıxış etmək hər zaman çətindir. Bu ən yaxşı çıxışı göstərmək istəyi ilə bağldır. Əlbəttə, bütün çıxış etdiyimiz yarışlarda yüksək nəticə əldə etmək istəyirik, ancaq Azərbaycanda keçirilən yarışlarda hər zaman dövlət bayrağını yüksəltmək və himni eşitmək istəyirsən”.

    Bədii gimnastika üzrə gələcək yarışlardan danışan baş məşqçi deyib ki, hər bir başlanğıc böyük əhəmiyyət daşıyır: “Bizimçün hər bir yarış çox vacibdir. Bu Olimpiya Oyunlarında çıxışımıza hazırlıqdır. Biz iştirak edəcəyimizə çox inanırıq”.

    Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatına hazırlıqdan danışan Vasileva iki gün ərzində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələrinin Azərbaycan Gimnastika Federasiyasının yerli təşkilat komitəsi ilə görüşlər keçirdiklərini və yarışa hazırlıq barədə məsələlərin müzakirə olunduğunu bilirib.

    Baş məşqçinin sözlərinə görə, Bakıda Avropa Çempionatında Azərbaycanı təmsil edəcək gimnastların adları məlum deyil: “Hal-hazırda fərdi proqramda çıxış edəcək seniorlar arasında 7 namizədimiz var. Onların arasında 4 gimnast daha təcrübəlidir. Ancaq mən bütün gimnastlarımızı müxtəlif startlara göndərirəm, onları dəyişdirirəm”.

    Baş məşqçi həmçinin deyib ki, Bakıda Avropa Çempionatında qrupp hərəkətlərində yuniorlar ilk dəfə iki proqramla çıxış edəcəklər – onlar 5 halqa və 5 lentlə hərəkətləri yerinə yetirəcəklər.

    Gələcək planlarda danışan Vasileva deyib ki, martın sonunda azərbaycanlı gimnastlar Fransada Qran-Pridə iştirak edəcəklər: “Martın 8-də biz İtaliyaya matç görüşlərinə yollanırıq. İtaliyada hər il sezondan öncə bu cür görüşlər təşkil olunur və biz ilk dəfə olaraq bu görüşlərə dəvət almışıq”.