Month: March 2019

  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cəfər Cabbarlının ev-muzeyinin müdafiəsinə qalxdı

    Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyinin sökülməsi ətrafında baş verənlər ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Mədəni irs abidəsinin məhv edilməsi ilə bağlı hiddətini həm sadə vətəndaşlar, həm də ziyalılar bildirirlər.

    Daha öncə yazıçı Çingiz Abdullayevin Cəfər Cabbarlının evinin sökülməsi ətrafında baş verənləri “özbaşınalıq” adlandırması barədə yazmışdıq.

    İndi isə ev-muzeyin müdafiəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qalxıb.

    Median.Az virtualaz.org-a istinadən bildirir ki, bu günə kimi onlara nə ərazi planlanması sənədlərinin təsdiqi, nə də ev-muzeyin ünvanı üzrə (Bakı, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 44) söküntü, yaxud tikinti işlərinin aparılmasına icazə almaq üçün müraciət edilməyib.

    Dövlət Komitəsindən bildirildiyinə görə, beləliklə, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin ərazidə Cəfər Cabbarlının ev-muzeyinin sökülməsinə və tikintinin başlanmasına istənilən cəhd qanunsuz hərəkətlər kimi qiymətləndirilməlidir.

    Bununla əlaqədar olaraq, həmin ünvanda hər hansı qeyri-qanuni işlərin qarşısının alınması üçün Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müvafiq müraciətlər ünvanlayıb.

    Dövlət Komitəsindən onu da qeyd ediblər ki, muzeyin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq etdiyi yerli əhəmiyyətli tarixi və memarlıq abidələrinin siyahısına daxildir (abidənin inventar nömrəsi 5592-dir). Bu ərazidə hər hansı tikinti işlərinin aparılması üçün müraciət edilərsə, məsələyə yalnız muzeyin binasının qorunub saxlanması və ilkin formasında və həcmində bərpası, həmçinin şəhərsalma qanunvericiliyinə riayət edilməsi şərtilə baxıla bilər.

    Xatırladaq ki, bu ünvanda sökülntü işlərinin aparılması və çoxmərtəbəli yaşayış binasının tikintisi barədə məlumatı virtualaz.org-a Bakı şəhər Baş Mədəniyyət İdarəsindən vermişdilər və əlavə etmişdilər ki, Cəfər Cabbarlının ev-muzeyinə aid torpaq sahəsi və tikililər 1998-2005-ci illərdə özəlləşdirilib.

    Mədəniyyət Nazirliyi dramaturqun qohumlarına onların özəlləşdirdikləri evə görə kompensasiya ödəyərək, binanı yenidən öz balansına götürməyi lazım bilməyib, qərara alıb ki, Cəfər Cabbarlı üçün yeni tikilidə “ev” almaq daha sərfəlidir.

  • В Азербайджане продолжается массовая вакцинация животных

    В Ярдымлинском районе дан старт реализации профилактических мер по вакцинации и диагностическому обследованию среди сельскохозяйственных животных, сообщает Median.Az со ссылкой на Trend.

    В фермерском хозяйстве “Мехди”, принадлежащем предпринимателю Нуреддину Абазалиеву, ветеринарное управление Ярдымлинского района провело вакцинацию 60 голов крупного рогатого скота и 500 голов мелкого рогатого скота против ящура. Также в данном хозяйстве были реализованы профилактические меры против сибирской язвы.

    В целом, в разных хозяйствах района была проведена вакцинация 28522 голов крупного рогатого скота, 3524 голов непарнокопытных животных против сибирской язвы, 26500 голов крупного рогатого скота против нодулярного дерматита, 2889 домашним собакам были сделаны приивки от бешенства, 10 тысячам новорожденным птенцам и 27500 домашним птицам были сделаны прививки против ньюкаслской болезни.

    Также 2800 голов крупного рогатого скота из-за туберкулеза, 1600 голов непарнокопытных животных из-за болещни «манго» были привлечены на диагностическое обследование, проведены ветеринарно-санитарные мероприятия против паразитов у крупного и мелкого рогатого скота и работы по дезинфекции 1750 квадратных метров.

    В целом, на территории Ярдымлинского района есть 28537 голов крупного рогатого скота, 87552 головы мелкого рогатого скота, 2403 головы непарнокопытных животных, 3073 собаки, 126356 домашних птиц и 4920 пчелиных семей.

    После этого на территории района будут продолжены меры по профилактической вакцинации домашних птиц против Ньюкаслской болезни, крупного рогатого скота против ящура, бруцеллеза, мелкого рогатого скота против сибирской язвы, ящура, цветочной болезни, лептоспироза. Также предусматривается взять образцы крови у баранов с целью обнаружения у чувствительных животных бруцеллеза и эпидидимита, предотвращения распространения болезней.

    В рамках мероприятий дается подробная информация владельцам хозяйств об острых инфекционных заболеваниях, рекомендуется строго соблюдать ветеринарно-санитарные правила в хозяйствах.

    Районные (городские) ветеринарные управления обеспечены ветеринарными препаратами, необходимыми принадлежностями и оборудованием. В настоящее время по особо опасным заболеваниям эпизоотическое положение в республике стабильное.

  • Bakıda məşhur iş adamının evindən iki il ərzində oğurluq edən kim imiş?

    “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun evindən pul və zinət əşyaları oğurlanıb. Ailə oğrunu yaxalamaq üçün evə kamera yerləşdirib, bəlli olub ki, mənzilə “əl gəzdirən” kənar şəxs deyil, uşaqların dayəsi Gülər Piriyevadır.

    Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini 44 yaşlı Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az virtualaz.org-a istinadən bildirir ki, Gülər Piriyeva Vüsalə Bəşirovanın uşaqlarına dayəlik edib, onun mənzilində xadimə işləyib. İşlədiyi iki il ərzində ev sahibinin mənzilindən qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Ümumilikdə, V.Bəşirovaya 56 min 770 manatlıq ziyan vurub.

    Ev sahibəsinin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan G.Piriyevaya Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham elan edilib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Təqsirləndirilən Gülər Piriyeva ifadəsində 2016-cı ildən etibarən qohumlarının vasitəsilə tanış olduğu Vüsalə Bəşirovanın evində onun uşaqlarına dayəlik etdiyini, sonradan təmizlik işləri ilə məşğul olmağa başladığını, ötən ilin avqust ayına kimi sözügedən mənzildə xadimə işlədiyini deyib: “Ayda 300 manat maaş alırdım. Ev sahibəsi ilə heç vaxt ədavətim, düşmənçiliyim olmayıb. Ötən ilin fevralında yataq otağını təmizləyəndə xalçanın üzərindən bir üzük tapdım. Həmin üzüyü Lənkərana gedəndə “Böyük bazar”da 180 manata satdım”.

    Növbəti dəfə mənzildə təmizlik işləri aparan Gülərin əlləri “dinc” dayanmayıb. Bu dəfə gözü çarpayının üzərindəki qara sellofan paketə sataşıb. Tez-tələsik paketi açıb içərisinə baxıb: “Paketin içərisində bir neçə zərf, zərflərdə ağ kağıza bükülmüş dollarlar var idi. Hamam otağına keçdim. Zərfin birinin içərisindən 100-lük dollarlar götürüb alt paltarımda gizlətdim. Qalan pulları isə səliqə ilə yerinə qoydum. Həmin vaxt Vüsalə xanım uşaqları ilə birgə digər otaqda idi”.

    G.Piriyeva oğurladığı pulları həmin gün özü ilə evinə aparmayıb, oğurluq etdiyi mənzildə gizlədib: “Götürdüyüm pulları saydım, 1000 dollar idi. Başqa otaqda gizlətdim. Ertəsi gün isə öz evimə aparıb şkafda gizlətdim. Həmin pulları təhqiqat zamanı təqdim etmişəm”.

    Zərərçəkmiş Vüsalə Bəşirova ifadəsində üç il bundan öncə xadimə axtardığını, uzaq qohumlarının vasitəsilə Gülərlə tanış olduğunu, onu işə götürdüyünü, ayda 450 manat maaş verdiyini deyib: “Uşaqlarımla birgə Türkiyəyə istirahətə gedəndə “Atatürk” hava limanında pul kisəsini Gülərə saxlamağa verdim. Özüm isə uşaqları ayaqyoluna apardım. Bakıya qayıdanda gördüm ki, pul kisəsinin içərisindəki 2 min dollardan 400 dolları yoxa çıxıb. Gülərə ondan şübhələndiyimi desəm də, oğurluğu etiraf etmədi. Bundan sonra Gülərin maaşını azaltdım, hər ay 300 manat verdim”.

    Zərərçəkmişin ifadəsinə görə, 2018-ci ilin fevral ayından etibarən ona məxsus qızıl-zinət əşyalarının bir hissəsi, yataq otağında saxladığı bağlamanın içərisindəki pulların bir qismi müəmmalı şəkildə yoxa çıxıb. Xadimədən şübhələnsə də, əlində heç bir sübut olmayıb. Sonuncu dəfə sellofan paketdə saxladığı pulları sayarkən 1000 dollar çatmadığını görüb. Mənzildə quraşdırılmış müşahidə kamerasına baxdıqda isə pulların xadimə tərəfindən götürüldüyünü şahidi olub: “Gülərin zərfləri necə açaraq on ədəd 100-lük dollarları götürüb paltarında gizlətdiyi videogörüntülərdə əks olunmuşdu. Onun mütəmadi olaraq oğurluq etdiyinə əmin idim, amma sübut edə bilmirdim. Sonuncu hadisədən sonra polisə şikayət etdim”.

    Məhkəmədə son sözlə çıxış edən G.Piriyeva isə ittihamla razılaşmadığını, V.Bəşirovanın evindən bir qızıl üzük və 1000 dollar pul oğurladığını etiraf edib. Belə bir addım atmasını isə üç aydan bəri maaşını ala bilməməsi ilə əsaslandırıb.

    Məhkəmənin hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

    Qeyd edək ki, iş üzrə zərərçəkmiş V.Bəşirova “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır.

  • Qazaxda top mərmisi tapılıb

    Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Qazax rayonu, Kəmərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub.

  • Ərəb turistlərin sayı azalır, çinli turistlər artır

    Azərbaycanda yeni turizm mövsümü başlayır. Amma bu sahədə çalışanların gözləntisi hələ ki, özünü doğrultmayıb. Onlardan biri, Bakının mərkəzində suvenir satan Tərlan Bağırov deyir ki, əsas qazancları ərəb turistlərdən idi. Amma son 3 aydır Bakıya gələn ərəb turistlərin sayı xeyli azalıb:

    “Axır zamanlar lap azalıb. İki-üç il əvvəl üzü yaza-yaya doğru çox gəlirdilər. Ailələri ilə birlikdə, bizim üçün də yaxşı olurdu”.

    Tərlan Bağırov deyir ki, ərəb ölkələrindən olan turistlər digər ölkələrlə müqayisədə daha səxavətli olurlar. Onlarla alverləri yaxşı gedir. İndi bu ölkələrdən gələnlərin azalmağı işlərinə də təsir edib.

    Rəsmi statistika da ərəb turistlərin azaldığını göstərir. Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvarına olan statistik məlumatlardan görünür ki, ölkəyə gələn ümumi turistlərin sayı 3 faiz artıb, amma Körfəz ölkələrindən gələnlərin sayı 13 faiz azalıb.

    Median.Az “Amerikanın səsi”nə istinadən bildirir ki, Komitənin məlumatına görə, bu ilin yanvarında Azərbaycana 143 ölkədən 191 min xarici vətəndaş gəlib. Misir, Pakistan, Türkmənistan, Hindistan, Çin, Cənubi Koreyadan gələnlər artıb. Ərəb ölkələrindən gələnlər isə azalıb. Azərbaycana gələn turistlərin ilk üçlüyünü Gürcüstan, Türkiyə və İran təşkil edir.

    Turist kimi qeydə alınanların çoxu vətənə gələnlərdir

    Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov fed.az saytına deyib ki, turist kimi qeydə alınanların çoxu öz vətənlərinə ziyarətə gələn azərbaycanlılardır. Onun sözlərinə görə, Azərbaycana real turist axını Körfəz ölkələrindən idi. Lakin yanlış siyasətə görə onlar itirildi.

    Dövlət Turizm Agentliyindən bu deyilənlər və turizmlə bağlı digər suallarımıza cavab ala bilmədik.

    Bakıda Turizm şirkətlərindən birinin sahibi, turizm üzrə mütəxəssis Rəvan Qulamlı da razılaşır ki, son illər bu sahədə bir xeyli irəliləyiş var. Əsəsən də daha ucuz qiymətlərlə otellərin tapılması, rəqabətli mühit problemi öz həllini tapır. Lakin onun sözlərinə görə Azərbaycan hələ də turizmdə qonşu Gürcüstana uduzur:

    “Məsələn, bizim Gürcüstanda əməkdaşlıq etdiyimiz turizm şirkətləri var. Onlar hansısa Avropa İttifaqı ölkələrindən turist dəvət edəndə yol xərci cəmi 100-170 avro olur. Amma Azərbaycanda bu məbləğ 400 avrodan başlayır. Ona görə də bir çox turist məhz Gürcüstanı seçir”.

    Rəvan Qulamlının fikrincə, turizmi inkişaf etdirmək üçün ilk öncə təyyarə biletləri, otel otaqları sərfəli qiymətə olmalı, viza və digər məsələlər yoluna qoyulmalıdır.

  • В Мексике проснулся один из крупнейших вулканов в мире

    В Мексике проснулся почти пятикилометровый вулкан Попокатепетль, по праву занимающий второе место среди главных мексиканских вершин и являющийся одним из крупнейших в мире, передает Median.Az со ссылкой на Сегодня.

    Так, мощным взрывом из кратера выбросило столб огня, газа, пепла и дыма.

    Несмотря на то, что этот стратовулкан расположен в полусотне километров от 20-миллионного Мехико, власти утверждают, что местным жителям пока ничего не грозит.

    Вулканологи же, в свою очередь, продолжают тщательно следить за активностью Попокатепетля.

  • Elmar Məmmədyarov surinamlı həmkarı ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-ci sessiyası çərçivəsində Surinam Respublikasının xarici işlər naziri Yldiz Pollak Beigle ilə görüşüb.

    XİN-dən verilən məlumata əsasən, Elmar Məmmədyarov qarşı tərəflə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Avropa və digər ölkələr Qrupunun yaradılması, eləcə də Surinam Respublikasının bu qrupa daxil edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıb.

    Daha sonra Azərbaycanla Surinam arasında diplomatik əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası və Surinam Respublikası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş layihəsinin imzalanmağa hazır olduğunu qeyd edib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirib.

    Surinam naziri ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı və bu xüsusda tərəflər arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib. Xanım Nazir Azərbaycanlı həmkarını Qoşulmama Hərəkatının sədri qismində Surinama dəvət edib.

    Görüş zamanı, həmçinin Azərbaycan Surinam arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub.

  • “35 qəpiklik müğənni” – Elza və Nazpəri arasında növbəti dava

    Xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında olan qalmaqal daha da qızışıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, Seyidacahanın Nazpərinin tələbəsi Aygünə “Onu səhnədə görə bilməsək də, mağar toylarında görə biləcəyik. Atmacalarla danışan insanın səhnədə sonu olmaz. Yerini bilsin” deməsi Dostəliyevanı özündən çıxarıb.

    “Toyxanalar deyirlər, amma toydan ötrü özlərini öldürürlər. Menyulara düşüblər, yazıqların qiyməti 35 qəpiyə olub. Restoranlarda 30 qəpik salat, 35 qəpik filan müğənnidir. Gülməli danışırlar. İnsan gülməkdən içi gedir. Adam bir özünə, qoyduğu yoluna baxar” deyə, Nazpəri Elzaya deyib.

    Seyidcahan “Qoyduğum yol buradadır. Not bilməyən xalq artisti burada əyləşib” deyərək, Dostəliyevanın sözünü kəsib.

    Nazpəri isə susqunluğunu pozaraq ona cavab verib:

    “Mədəniyyətinizi saxlayın. Mən heç kimə müdaxilə etmədim. Aygün pis idisə, niyə sənin əlindən mikrofonu alıb, ona veriblər? Deyiblər ki, bu oxuya bilmir. Sənin dediklərin həqiqət olur, bizimki yalan. Aygünü maşına mindirib aparmaqda məqsədi o olub ki, pulla ona mahnı satsın. Təklif edib ki, çıx Nazpərinin qrupundan mənim yanıma gəl. Mən sənə daha gözəl mahnılar öyrədəcəyəm. Niyə mən olanları demirəm ki? Halbuki bunların heç birindən xəbərim yox idi. Aygün buradadır. Həmişə susmuşam”.

    “Mədəniyyəti siz göstərdiniz. Notu bilməyən xalq artisti, otur yerində. Gecə 5-in yarısında uydurmalar danışırsınız. Şər-böhtan danışırsınız. Bunlar yalandır” deyə, Elza Nazpərinin yalan danışdığını söyləyib.

  • Выявлена неожиданная опасность просмотра телевизора

    Ученые Университетского колледжа Лондона в Великобритании выяснили, что долгий просмотр телевизионных программ связан со снижением когнитивных способностей у пожилых людей. Об этом сообщает издание Science News.

    Как сообщает АЗЕРТАДЖ со ссылкой на зарубежные СМИ, специалисты проанализировали данные 3590 человек, полученные в ходе долговременного исследования с участием британцев в возрасте 50 лет и старше. В 2008-2009 годах участники сообщали, сколько времени они проводят за телевизором в среднем. Они также прослушали аудиозапись из десяти слов, в которой каждое слово произносилось раз в две секунды. После этого они постарались вспомнить слова либо сразу после окончания записи, либо спустя некоторое время.

    Через шесть лет добровольцы прошли тот же тест. Оказалось, что у смотревших телевизор более 3,5 часа ежедневно в 2008-2009 годах повышался риск ухудшения вербальной памяти. Нарушения когнитивных способностей усиливались с ростом продолжительности просмотра.

    Результаты исследования не позволяют установить причинно-следственную взаимосвязь, поскольку люди с плохой памятью могут предпочитать смотреть телевизор. Однако ученые полагают, что телевидение может способствовать психологическому стрессу, приводящему к ухудшению умственных способностей.

  • Afaq Bəşirqızı danışdı: “Problemlərin səbəbkarı məmurlardır”

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşdəki çıxışına görə sosial mediada müsbət sözlərlə qarşılanan xalq artisti Afaq Bəşirqızı açıqlama yayıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb:

    “Əzizlərim, çox sağ olun. Ürək sözləriniz və verdiyiniz qiymət çox xoşdur. İncəsənət xadimlərindən, əyalət teatrlarından saysız-hesabsız zənglər gəlir. Mənə minnətdarlıqlarını bildirirlər.Amma bu, mənim vətəndaş borcumdur. Alın tərimlə, səhhətimi qurban vermək hesabına xalq artisti, Prezident təqaüdçüsü və sayılıb-seçilənlərdən oldum. Amma həyatım boyunca eqoist olmadım, olmayacam da.

    Xalqımı, ehtiyacda olan imkansız insanları fikirləşməliyəm.Əgər dünənki mötəbər məclisdə belə bir fürsət yarandısa, mütləq çıxış etməli idim.Çox sağ olsun canım Prezidentim, Mehriban xanım, mənə qulaq asdılar. Cənab ölkə başçısı çıxışında bir neçə dəfə qaldırdığım məsələni müzakirə etdi. Allaha şükürlər olsun ki, artıq dünəndən xəbərlər alıram ki, bu təkliflərə müsbət reaksiya verilib. Bu günlərdə hamılıqla birgə bu işlərin nəticəsini bayram edəciyik. Ümumiyyətlə, hər bir insan təyin olunduğu sahədə öz işini, kreslosunu ambitsiyasına görə, yaxınlarına görə istifadə etməsə, inanın bu çətinliklər yaranmaz.

    64 yaşındayam və çox sahələrlə rastlaşmışam. Çox yaxşı insanlar görmüşəm və onların iş üsulları ilə tanış olmuşam. Bu problemlərin başlıca səbəbi öz yerində düzgün oturmayan məmurlardır. Məhz buna görə Cənab İlham Əliyevə dedim ki, sizin sərəncamlardan sui istifadə edənlər var. Amma bu cür məmurlar unutmasın ki, həyatda halal və haram deyilən amillər var. Söz verirəm ki, bundan sonra da mənə olunan hörmət xalqımın övladları üçün olacaq. “Sağ əlin elədiyini, sol əl bilməməlidir” həyat devizimdir. Məni tanıyanlar yaxşı bilir ki, nə etdiyimi və edəcəyimi heç kəsə bildirmərəm. Bir daha qeyd edirəm ki, dünənki çıxışım rəsmi yox, həqiqətən ürəyimdən gələn sözlər və qəlbimin hayqırtısı idi. Çox sağ olun”.