Month: March 2019

  • Azərbaycanda facebook istifadəçilərin aktivliyi azalıb

    2019-ci ilin fevral ayında, Azərbaycanda facebook istifadəçilərinin fəallığı, yanvar ayı ilə müqayisədə 7,5 faiz azalıb.

    Median.Az xəbər verir ki, Global Stats statistik mərkəzinin martın 1-nə olan məlumatına görə, facebook-un Azərbaycanın sosial media bazarında payı 36,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,4 faiz çoxdur. Populyarlığına görə facebook ölkənin sosial media bazarında birinci yeri tutur.
    Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə Twitter qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 82,2 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin martın 1-nə olan tarixə 21,7 faiz təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 3 dəfə çoxdur.

    Bu ilin fevral ayı ərzində ölkə üzrə Youtube şəbəkəsinin istifadəçilərinin fəallığı 9 faiz azalıb. Martın 1-nə olan məlumata əsasən, Youtube sosial media bazarında 16,7 faiz bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 50 faiz azdır.

    Digər sosial şəbəkələrin pay bölgüsü aşağıdakı kimidir: Pinterest– 16,2 faiz, Instagram – 5,75 faiz, “VKontakte” – 1,27 faiz, Google+ – 0,48 faiz və s./ONA/

  • “Həkimlər aylıq 150-170 min alırdı” – “Dərman mafiyası” işindən

    Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin məhkəməsi keçirilib.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən Fərman Məmmədli ifadə verərək özünü təqsirli bilmədiyini deyib. O deyib ki, bütün işçilər rəsmi maaşdan əlavə paket alıblar: “Mərkəzi Gömrük Hospitalı komitənin Tibbi Xidmət İdarəsinin nəzdində idi. Hospitalda da xəstələrə verilən yeməyin çeşidinə qədər idarənin rəisi F.Qədiməliyev müəyyənləşdirirdi. İstərsə idarədə, istərsə də hospitalda süpürgəçidən tutmuş, idarə rəisinə qədər hamı rəsmi maaşdan əlavə, paket də alırdı. Həkimlər vardı ki, aylıq aldığı pul 150-170 minə çıxırdı. Plastik cərrrah 120-130 min alırdı”.

    Müavin F.Məmmədli bildirib ki, bütün işlərə rəisi F.Qədiməliyev nəzarət edib: “İttihamda yazılıb ki, 15 milyonluq mənimsəmə olub. Orada Fikrət müəllimin icazəsi olmadan bir stol bu otaqdan başqa otağa keçirilə bilməzdi, qalmışdı pul mənimsəmək olsun. Orada sistem elə qurulmuşdu ki, kimsə gəlib desə ki, mən pul yemişəm, inanmaram, çünki mümkün deyildi. Fikrət müəllim hər şeyə nəzarət edirdi. Hospital maliyyə baxımından iki hissəyə bölünürdü, büdcədən maliyyələşən hissə və təsərrüfat hesablı hissə. Orada ikili mühasibatlıq vardı, gündəlik daxil olan bütün vəsaitlər, xəstələr sistemdə qeydiyyata alınırdı, ertəsi gün səhər Fikrət müəllim şəxsən müqayisə aparır, nə qədər rəsmiləşdirilməlidir, nə qədər yox – buna qərar verirdi. Həkimlərin işə qəbulu da razılaşma əsasında olurdu. Eləsi var, 50/50-yə, eləsi var, 40/60 faizlə işləyirdi. Şərtlər razılaşdırılıb yazılırdı, Fikrət müəllim imza atırdı, amma o sənədlər rəsmi sənədlər olmurdu. Elə həkimlər vardı ki, həm faiz alırdılar, həm də əlavə paket.

    Həkimlər çox böyük pullar alırdılar, maaşda bir manatları səhv çıxan kimi, aləmi bir-birinə qatırdılar”.

    F.Məmmədli daha sonra özünün və general Qədiməliyevin aylıq qazancından danışıb: “Rəsmi maaşım çox aşağı idi, paketin məbləği isə 5 min 500 manat idi. Fikrət müəllimin aylıq maaşı 28 min 300 manat idi və nəğd hissədən 20 faiz alırdı. Hospitalın girişindəki aptek, yeməkxana, bir də satış birbaşa ona baxırdı. Oradan gələn bütün pullar şəxsən ona təqdim olunurdu. Özü demişdi ki, “bu üçü bizim deyil”. Kimindir, onu da bilmirəm. Pullar ona verilirdi, daha bilmirəm ki, o da kiməsə verirdi, yoxsa yox”.

    F.Məmmədli bu işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyevin cəlb olunmamasından narazılıq edib:

    “Gömrük Hospitalı üçün xaricdən gətirilən dərmanlar gömrükdən qeyri-qanuni yollarla keçirilir, bəyannamələr dəyişdirilirdi. Məsələn, dərman gətirildiyi halda, sənəddə uşaq bezi yazılırdı. Respublikada nə iləsə bağlı müəyyən problemlər yaşananda gömrükdə də nəzarət gücləndirildi. Bizim malları da saxlamışdılar. Mən Fikrət müəllimə dedim. Bir gün Fikrət müəllimin köməkçisi zəng eləyib, məni onun otağına çağırdı. Gedəndə gördüm ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyev də ordadır. Sadiq Abdiyev dedi ki, “bundan sonra gələn malların üstünə “pamperslər” qoyun, altda öz mallarınız. Nəsə lazım olsa, köməkçim Araza yaxınlaşıb deyərsiz, yenə həll olunmasa, özümə deyərsiz. Dərmanlar gömrükdən qanunsuz keçirildiyi halda, bəs niyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyev məsuliyyətdən kənarda qalıb? İşçilərinə də ancaq səhlənkarlıq ittihamı verilib. Bizə isə qaçaqmalçılıq. Niyə?”

  • В Газахском районе обнаружен артиллерийский снаряд

    В селе Кемерли Газахского района Азербайджана обнаружен артиллерийский снаряд.

    Об этом сообщили в Национальном агентстве по разминированию территорий Азербайджана (АНАМА).

    На основании полученной оперативной информации специалисты Агентства совместно с сотрудниками Газахского районного отделения полиции МВД были незамедлительно направлены на место происшествия.

    В результате проведенных чрезвычайных и безотлагательных оперативно-розыскных мероприятий был обнаружен и транспортирован для последующей ликвидации на центральный полигон Агентства по обезвреживанию взрывчатых веществ, один артиллерийский снаряд калибра 100 мм (OF-412).

  • “Neftçi” “Sabah”ı darmadağın edərək, vahid liderə çevrilib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

    Median.Az-ın report-a istinadən verdiyi məlumatına görə, lider “Neftçi” debütant “Sabah”ı qəbul edib.

    “Bakcell Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

    Hesabı 9-cu dəqiqədə “Neftçi”nin yeni transferi Canluka Sansone açıb. Təkbətəkdən fərqlənən italiyalı hücumçu Premyer Liqada ilk qolunu vurub. 24-cü dəqiqədə kapitan Emin Mahmudov qüvvətli zərbə ilə topu “9-luğ”a göndərib. Oyunda son nöqtəni 79-cu dəqiqədə Baqali Dabo qoyub. Fransalı hücumçu qollarının sayını 9-a çatdıraraq, bombardirlər siyahısında liderliyini möhkəmlədib.

    Flaqman oyunu azlıqda başa vurub. 84-cü dəqiqədə Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

    Bu qələbə sayəsində xallarını 41-ə çatdıran “Neftçi” ən azı bir günlük vahid liderə çevrilib. 21 xala malik “Sabah” isə 5-ci pillədə qalıb.

    Qeyd edək ki, turun açılış oyununda “Səbail” “Sumqayıt”la qolsuz heç-heçə edib – 0:0. Tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Keşlə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

  • 73 min uşağa sevindirici xəbər

    Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 2,4 dəfə artırılaraq 200 manat təşkil edəcək.

    Median.Az xəbər verir ki, bu barədə BiG.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

  • Tərtərdə erməni qəbiristanlığını çəkən çeçen saxlanılıb

    Bu gün axsam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb.

    Median.Az xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

    Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə qəbiristanlığı çəkdiyini bildirib.

    Hazırda faktla bağlı araşdırma aparılır.//qafqazinfo.az

  • «Нефтчи» не пожалел дебютанта и учинил разгром

    «Нефтчи» в матче 19 тура Премьер Лиги Азербайджана разгромил команду «Сабах».

    Как передает Median.Az, именитый клуб на своем поле забил три безответных гола дебютанту чемпионата.

    Отличились Джанлука Самсоне (9), Эмин Махмудов (24) и Багали Дабо (79).

    На 84 минуте встречи арбитр матча удалил с поля игрока «Нефтчи» Магомеда Мирзабекова.

  • Latviyada təhsil alan azərbaycanlılar çətinliklə üzləşəcək

    Gələn dərs ilindən Latviyanın bütün ali təhsil ocaqlarında rus dilində təhsil qadağan olunacaq. Bunun əvəzinə ingilis dilində təhsilin həcmi artırılacaq.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq proses başlayıb və yanvarın 1-dən etibarən heç bir sənədləşdirmə rus dilində aparılmır. Universitet müəllimləri hesab edirlər ki, bu qaydanın tətbiq olunması Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Belarus kimi ölkələrdən gələn rusdilli abituriyentlər üçün ciddi çətinliklər yaradacaq.

    Martın 1-dən başlayan təhsil yarmarkasında ali məktəblər ingilis dilində keçiriləcək menecment, biznesin idarə olunması, marketinqin təşkili kimi ixtisasları təqdim ediblər.

  • “Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq” – Aftandil Hacıyev

    “Səbail”in baş məşqçisi Aftandil Hacıyev evdə “Sumqayıt”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçının ardından mətbuat konfrasnı keçirib.

    Median.Az “Report”a istinadən bildirir ki, gənc mütəxəssis əvvəlcə görüş barəsində fikrilərini bildirib:

    “İki fərqli hissə oldu. Oyuna itkilərlə başlamışdıq. Rahid Əmirquliyev və Ruslan Qurbanov zədəli idi. Belə itkilərlə başlamaq çətindir. İlk dəqiqlərdə Vuqar Bəybalayevin zədə alması planlara təsir etdi. Ancaq pis oynamadıq. Sadəcə olaraq çətin oyun oldu. Rəqib bu matça dönüş oyunu kimi baxırdı. “Neftçi” ilə görüşdən sonar bu qarşılaşmaya hazırlaşmaq üçün çox əmək sərf etdik. İlk hissəni rəqib oynadı. İkinci hissə oyunu bərabərləşdirməyi bacardıq. Ancaq son nöqtəni qoymağa dəqiqlik çatmadı. Nəticəni ədalətli sayıram. Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq. Hər bir xal bizim üçün qızıldır”.

    Hacıyev Ruslan Qurbanovu niyə start heyətdə buraxmadağına isə belə aydınlıq gətirib: “Risk etmədik. Zədədən sonra süni meydanda oynamaq çox çətin olur. Biz oyunçuları qorumalıyıq. Ruslan bizim önəmli futbolçumuzdur. Maksinmum 20-25 dəqiqə oynaya biləcəyini bildirmişdi. Biz də az da olsa, oynatdıq”.

    Gənc mütəxəssis Bəyabalayevin durumu barədə də danışıb: “Ümumiyyətlə, həmin epizodda hakim niyə cərimə təyin etmədi, bilmirəm. Vüqarın durumu ürəkaçan deyil. Üzündə şiş var. Hazırda heç nə demək olmur. İrəliləyən günlərdə daha dəqiq nəsə deyə bilərik”.

  • Babək prospektində yol qəzası baş verib – FOTO

    Bakının Xətai rayonu ərazisində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Babək prospekti ilə hərəkətdə olan “90-MK-085” dövlət qeydiyyat nişanlı “Kia” markalı minik avtomobili “YY-976-VY” Gürcüstan dövlət qeydiyyat nişanlı BMW ilə toqquşub.

    Qəza nəticəsində maşınlara ziyan dəysə də, xəsarət alan olmayıb.