Month: March 2019

  • Keçmiş prezident Barak Obama boşanır

    Amerikanın The Nation nəşrində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə həyat yoldaşı Mişelin ayrılacağı barədə məqalə işıq üzü görüb.

    Median.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, məlumata görə, ayrılmaq üçün ilk addımı keçmiş birinci ledi atıb. O bildirib ki, ərinin davranışlarından yorulub. Misal üçün, o bir neçə il əvvəl Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela ilə vidalaşma mərasimində Danimarkanın baş naziri Helle Torninq Şmitdlə flirt edib.

    Barak Obama danimarkalı qadınla söhbətləşib və ara-sıra onun çiyini sığallayıb. Və bütün bunlar Mişelin gözü qarşısında baş verib.

    Ağ Ev-də olan mənbənin məlumatına görə, Barak və Mişel nikahları ümumi uşaqlarına, siyasi arenada karyeralarına görə saxlayıb.

  • ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu

    Amerika Birləşmiş Ştatları Əl-Qaidə terror qruplaşmasının keçmiş lideri Usama Ben Ladenin oğlu Həmzə barədə məlumat verən şəxsə bir milyon dollar mükafat veriləcəyini elan edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

    ABŞ dövlət departamenti Həmzə Ben Ladenin terrorçu qruplaşmanın yeni rəhbəri olacağından ehtiyat edir.

    Son bir neçə ildə o, müxtəlif səs və videoyazılar yayaraq, tərəfdarlarını ABŞ və onun Qərb ölkələrindən olan müttəfiqlərinə hücumlar həyata keçirməyə, atasının qisasını almağa çağırıb.

    Qeyd edək ki, Birləşmiş Ştatların xüsusi təyinatlı dəstəsi qaçaq düşmüş keçmiş Əl-Qaidə lideri Ben Ladeni 2011-ci ildə Pakistanda qətlə yetirib.

    Ben Laden üç mindən çox insanın həyatına son qoymuş 11 sentyabr terror aktını təşkil etməkdə təqsirli bilinir.

    Hazırda 30-a yaxın yaşı olan oğlu iki il əvvəl ABŞ tərəfindən rəsmi olaraq terrorçu elan olunub.

    Onun 11 sentyabr terror aktında istifadə olunan dörd təyyarədən birini qaçırmış Məhəmməd Attanın qızı ilə evləndiyi bildirilir.

  • Туристам из Китая будет проще посещать Азербайджан – ФОТО

    Туристам из Китая будет проще посещать Азербайджан. Это предусмотрено меморандумом взаимопонимания “Об упрощении групповых визитов китайских туристов в Азербайджан”, подписанным между министерством культуры и туризма Китая и Государственным агентством по туризму Азербайджана, сообщает в пятницу Trend со ссылкой на министерство экономики Азербайджана, передает Median.Az .

    Документ был подписан в рамках визита азербайджанской делегации во главе с министром экономики Шахином Мустафаевым в Китай.

    В рамках визита также был подписан протокол “О культурном сотрудничестве на 2019-2023 годы между министерством культуры и туризма Китая и министерством культуры Азербайджана”.

    Министр Шахин Мустафаев в рамках пребывания в Китае провел ряд встреч, а также принял участие в седьмом заседании межправительственной комиссии по торгово-экономическому сотрудничеству между Азербайджаном и Китаем.

    В частности, во время встречи с президентом Китайской национальной корпорации электроинжиниринга (CNEEC) Занг Янфеем был обсужден вопрос организации в Азербайджане производства шин.

    Стороны провели обмен мнениями о возможностях развития сотрудничества и деятельности компании в Азербайджане. Было отмечено, что CNEEC заинтересована в сотрудничестве с Азербайджаном.

    В рамках визита также состоялось седьмое заседание азербайджано-китайской межправкомиссии. На заседании было отмечено, что в 2018 году товарооборот между странами составил 1,3 миллиарда долларов. На Азербайджан приходится 43 процента торгового оборота Китая со странами Южного Кавказа. Вместе с тем существует потенциал для повышения объема товарооборота.

    В Азербайджане действует почти 120 компаний с китайским капиталом. Общие инвестиции китайских компаний в Азербайджан составляют более 800 миллионов долларов.

    Говоря о возможностях сотрудничества в сфере транспорта, министр Шахин Мустафаев в ходе заседания отметил, что использование Транскаспийского международного транспортного маршрута в рамках инициативы “Один пояс – один путь” открывает широкие возможности для сотрудничества в сферах экономики, в особенности, инвестиций, торговли, транзита.

  • Bakıda 19 yaşlı oğlan naməlum şəxslər tərəfindən bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.

    Pirşağı sakini, 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu qəsəbə ərazisində naməlum şəxslər tərəfindən bıçaqlanıb.

    Yaralı 2 bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

    Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Dövlət Təhlükəsizliyi Xidmətində “Qan ver, həyat bəxş et!” şüarı ilə qanvermə aksiyası keçirilib – FOTO

    Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “Qan ver, həyat bəxş et!” şüarı ilə DTX-nin Hərbi tibb idarəsində təşkil olunmuş qanvermə aksiyasında iştirak ediblər.

    Median.Az bildirir ki, DTX-dən Trend-ə verilən məlumata görə, aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə birgə hazırlanmış qrafik üzrə həyata keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq əməkdaşların yüksək fəallığı şəraitində keçirilən aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə təşkil olunub. Belə nəcib tədbirlər ölkədə qan ehtiyatının daha da artırılmasına yönəlib.

    Toplanılan qan Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.

  • Damla ailəsi haqda SİRLƏRİ AÇDI: “Həyat yoldaşım dəfələrlə xəyanət etmişdi” – FOTO

    Dünən “Çamadan” adlı yeni klipini təqdim edən Damlanın yeni ekran işi Yutubda bir gündə 300 minə yaxın baxış sayı toplayıb.

    Publika.az-a müsahibə verən müğənni son günlərdə haqqında yayılan çirkin iddialara yüksək keyfiyyətli işlərlə cavab verəcəyini bildirib.

    – Bəzən repertuarınızı çox tənqid etsələr də, Yutubda mahnılarınızın izlənmə sayı rekord qırır. Sizcə, onlar tarixdə qala biləcək?

    – Zaman hər şeyin göstəricisidir. Bu gün tarixdə qalacam desəm də, bir-iki il sonra yanıla bilərəm. Hesab edirəm ki, hər şeyi öz axarına buraxmaq lazımdır.

    – Unudulmaq qorxusu yaşayırsınız?

    – Daim öz üzərində işləyən və zəhmət çəkən müğənni düşünürəm ki, unudulmaz. Tamaşaçıları yeni mahnılarla sevindirən, onların qarşısına yeni layihələrlə çıxan və konsertlər verən müğənni niyə unudulsun ki?

    – Fəaliyyətinizin başlanğıc dövrü ilə hazırkı inkişaf səviyyəsi bir-biri ilə kəskin şəkildə fərqlənir. Köhnə çıxışlarınıza baxanda utanc hissi keçirirsiniz?

    – Yox, nə danışırsınız, qətiyyən. Onların dadı tamam başqadır. Bir mahnını ərsəyə gətirmək üçün 50 toyun pulunu yığırdım. Köhnə çıxışlarıma baxanda çox uzaqlara gedirəm, şirin əziyyətlərim yada düşür və məni həmişə duyğulandırır. Boş dayanmamamışam, gücüm çatdığı qədər mahnılar alıb yazdırmağa çalışmışam. Kiçik də olsa, iş görmüşəm. Unutmaq olmaz ki, böyük uğurlar da kiçik addımlardan başlayır. Heç nə birdən-birə qazanılmır. Yeni başlayan heç bir müğənni böyük təcrübəsi olan həmkarı ilə eyni səviyyədə ola bilməz, onların çıxışını da müqayisə etmək doğru deyil. Çünki sənətə yeni başlayan ifaçı peşəkar müğənni ilə eyni imkanlara sahib deyil. Lakin bu, o demək deyil ki, onu tənqid atəşinə tutmaq lazımdır.

    Mən bir tərəfə, kimsənin ixtiyarı yoxdur ki, bütün komandamın zəhmətini yerə vursun.

    – Sizi təndiq edən bu və digər insanlara cavab olaraq ki, daha peşəkar bəstəkarlara müraciət etməyi düşünmürsünüz ki?

    – İstər Mingəçevir, istər Gəncə, istərsə də Yaşıl Teatr səhnəsində baş tutan konsertlərimdə hər zaman xalq, klassik və retro mahnılarımıza yer verirəm.

    – Bəs niyə Faiq Sücəddinov və ya Eldar Mansurov kimi bəstəkarlardan yeni mahnılar almırsınız?

    – İnşallah, planda var, gələcəkdə olacaq.

    – Afət Fərmanqızı dahi şair və filosof Nəsiminin qəzəlinə oxuduğu mahnı ilə gündəmdədir. Ona da ən az sizin qədər irad bildirdilər. Müəyyən mənada sizi xatırladır. Həmkar olaraq buna münasibətiniz necədir?

    – Afət Fərmanqızı erməni deyil ki, bizim xalqın nümayəndəsidir, mənim millətim və mənim qanımdandır. Afət Fərmanqızı onu oxuduqdan sonra qapı-qapı düşərək deməyib ki, bu mahnını mütləq dinləyin, qəbul edin və ya sevin. Yəni heç kimi məcbur etməyib. “Pencu Şeş”i dinləyən və qol qaldırıb oynayan minlərlə insan var. Kimsənin ixtiyarı yoxdur ki, Afət xanımın dinləyicilərini təhqir etsin, onu sevən insanları üzsün. Bu, onun öz seçimi və tərzidir. Əgər müəyyən qrup onu bəyənirsə və ya mahnı onların əhval-ruhiyyəsini artırırsa, nə haqqımız var ki, Afət xanımı təhqir edək.

    O müğənnini dinləyən sürücü də, satıcı da insandır, onları bayağı mahnılar dinlədiyi üçün qınamaq olmaz. Hər kəsin ziyalı ailəsində doğulmaq və klassik ifaçıları tanımaq şansı yoxdur. Ona işlərində uğurlar arzu edirəm, bir qədər boş versin və ürəkli olsun.

    – Damla xanım, ifa etdiyiniz mahnıların şəxsi həyatınızla bir əlaqəsi var?

    – Bütünlüklə olmasa da, mahnılarda olan bəzi misralar Damla həyatını əks etdirir. Realda yaşanmış duyğular olmasa, mahnılar bu qədər təbii və içdən alınmaz. Həyatını xatırladan misra olmalıdır ki, oxuyanda sənə toxunsun və onu dərindən hiss edərək ifa edəsən.

    – Yaradıcılığınız lirik notlar üzərində qurulub. Bu qədər kədər neqativ təsir göstərmir ki?

    – Neqativə köklənib orda qalan insan deyiləm. Mənfi duyğuları müsbətə çevirə bilirəm. Gündəlik həyatımda çox rahat insansam.

    – O da sirr deyil ki, ifalarınızda sevdiyi insan tərəfindən tərk edilən bir qadın obrazı yaratmısınız. Real həyatda vəziyyət necədir? Xəyanət zəhərini dadmısınız?

    – Hər qadın xəyanət yaşayıb, kimsə desə ki, bu, heç vaxt baş verməyib, çox qeyri-səmimi səslənər. Hər kəs kimi mən də yaşamışam. Nə gizlədim… Amma zaman o yaralara sığal çəkir və yavaş-yavaş sağalır.

    – Qadın xəyanəti bağışlamağa məcburdur?

    – Evli olarkən həyat yoldaşım mənə dəfələrlə xəyanət edib. Lakin ailəm bu xəyanətlərə görə deyil, başqa bir qadın üstündə dağıldı. Bizim rəsmi nikahımız ola-ola başqa biri ilə ailə qurduğu üçün boşanmaq məcburiyyətində qaldım.

    Allah hər kəsə bir qismət yazır, mənə xoşbəxtliyi özəl həyatda yox, səhnədə yaşamağı nəsib edib.

    – Qadın energetikası çox güclüdür. Karma öz sözünü deyir, dolayısı ilə ona qarşı haqsızlıq edənlər gec-tez layiqli cəzasını alır. Həyat yoldaşınızdan aldığınız bu zərbə cavabsız qaldı?

    – Allah çox ədalətlidir, kimsənin ahını yerdə qoymaz. Zaman hər şeyi yoluna qoyur. Nə əkərsən, onu da biçərsən. Kimsə bu dünyadan başqasına yaşatdığını özü yaşamadan getməz.

    – Ailənizin uğursuz alınması sizi sevgidən küsdürdü?

    – Ümidimi itirdiyimi demək olmaz. Bəlkə nə zamansa yenidən kimisə sevə bilərəm.

    – Həyatınızı sıfırlayıb və çamadanınızı götürüb hər şeyi yenidən başlamağa məcbur olduğunuz dönəmlər çox olub?

    – Əlbəttə ki, baş verib. Lakin güclü qadın olduğum üçün o çamadanı boşaldıb yenidən həyatıma davam edə bilmişəm.

    – Kimlərisə həyatınızdan asanlıqla silə bilirsiniz?

    – Ətrafımda məni üzən heç nəyi görmək istəmərəm. Məni incidən və əzən insanlara bir neçə dəfə şans verə bilərəm. Sonra heç ruhum da incimir, hər şey bağlanıb gedir.

    – Bu yaxınlarda Könül Xasıyeva bir doğum günündə muğam oxuyarkən həmkarları gətirib ovcunun içinə pul qoyduğu kadrlar yayılmışdı. Bu, sosial şəbəkələrdə çox müzakirə edildi.

    – Burada pis heç nə görmürəm. Sənətçi xalq üçün çalışır, orda olan sənətçilərimiz də hörmət əlaməti olaraq ona pul verib.

    – Bunu gizlin etmək olmazdımı?

    – Müğənnidir, oxuduğu zaman əlinə gətirib pul verib, pis heç nə görmürəm.

    – Moskvada tez-tez konsertlər verirsiniz. Bəs Cənubi Azərbaycanda sizə tələbat varmı? Sizi orda görmək istəyirlər?

    – Konsert üçün o qədər təkliflər gəlib ki… Bildiyim qədər İranda ancaq qadınlara konsert vermək olar. Bu baxımdan tərəddüd edirəm.

    – Adınıza çıxarılan qalmaqallı intim video sizə və oğlunuzun psixoloji durumuna necə təsir etdi?

    – Bu, qara piarın ən iyrənc və ən rəzil forması idi. Məni aşağılamaq üçün hər variantlara əl atdılar. Sənət yoldaşlarım sağ olsun ki, bu məsələdə məni tək qoymadı, arxamda dayandı.

    Övladımla dost münasibətimiz var, amma bu dəfə nə deyəcəyimi bilmirdim. Mənə “bayağıdır, zövqsüzdür, oxuya bilmir, İnstaqramı saxtadır” dedilər. Adımı iş adamı ilə hallandırdılar. Narkotik aludəçisi olduğumu iddia edənlər də tapıldı. Gördülər ki, bütün bunları insanlara qəbul etdirib məni gözdən sala bilmirlər. Bu da ən sonuncu və rəzil variant idi.

    – Yumruğunuzu masaya vurub “Haqqımda bunları deməyə ixtiyarınız yoxdur” deyib bütün bunlara qoymaq üçün hər hansı bir tədbir görməyi düşünürsünüz?

    – Xalqın ağzı torba deyil ki, bağlayasan. Damla yumruğunu vursa da, sussa da, yenə danışacaqlar. Mən cavab versəm, deyəcəklər ki, bunun da dili çıxdı. Susanda da deyirlər ki, yəqin günahı var deyə susur. Abırlı abrından danışmır, abırsız da deyir ki, mən onu susdurdum. Nə etsən də, danışacaqlar.

    Çirkin söz-söhbətlərə layiqli cavabım gördüyüm işlər ola bilər. Deyirlər ki, oxuya bilmir, mədəniyyəti yoxdur. Ali təhsilim ola-ola irad bildirirlər ki, musiqi savadı yoxdur. Belələrinə nə cavab verim? Susmaq qızıldırsa, niyə danışaraq bu qızılı boş yerə xərcləyim?

    – “Çamadan” klipinizi türkiyəli rejissora çəkdirmisiniz. Nəticədən razı qaldınızmı?

    – Mahnının sözləri Elçin Məhərrəmov, musiqisi Cəsur Abdurrəhman, klipin rejissoru isə İrem Haykirdir.

    Nə mən onları, nə də ki, onlar məni incitdi. İş prosesində çox enerjili oluram, yorğunluq nədir bilmirəm. Saatlarla yağışın altında çəkilişlər oldu, həmçinin yanğın səhnələri də qrafika deyil, bütün evin əşyalarını yandırdıq. Razı da qalmışam.

    – Neçəyə başa gəldi?

    – Klip bahalı olsa da, maliyyə məsələlərindən danışmağı sevmirəm.

  • Девочка отравилась угарным газом

    В Шеки 11-летняя девочка отравилась угарным газом.

    Как сообщает ONA, 11-летняя Насирли Сумейра Юсиф гызы была доставлена в Центральную больницу Шекинского района с диагнозом отравление угарным газом.

    По данному факту ведется расследование.

  • Bakıda “Bayram Qatarı” yarmarkası keçiriləcək

    Bakıda “Bayram Qatarı” adlı ilk yarmarka keçiriləcək.

    Median.Az-ın report-a istinadən verdiyi məlumatına görə, Novruz bayramı ilə əlaqədar hazırlanmış xeyriyyə yarmarkası Cəfər Cabbarlı meydanında baş tutacaq. Paytaxtın sakinləri və onun qonaqları yarmarkanı martın 15-dən aprelin 15-dək ziyarət edə biləcəklər.

    Yarmarkanın təşkilatçısı qismində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə “ADY Əmlak” MMC çıxış edir. “Bayram Qatarı” ildə üç dəfə keçiriləcək.

    Yarmarkanın qonaqlarını müxtəlif restoranlar, kafelər, suvenir mağazaları və DJ-lərin iştirakı ilə musiqi müşayiəti gözləyəcək.

    Daha ətraflı məlumatı üçün +994 50 320 00 61 nömrəsinə zəng edin.

  • Eurovision”dan imtina etsə də, Bakıya “yox” demədi

    Ukraynanı bu il “Eurovision”da təmsil etmək üçün xalq tərəfindən edilən səsvermədə birinciliyə laqyi görülən və daha sonra yarışmadan imtina edən Maruv Bakıya gəlir.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, o, 25-28 iyulda baş tutması planlaşdırılan “Jara” festivalında səhnəyə çıxacaq.

    Müğənninin səhnədə çıxışı 28 iyulda olacaq.

    Qeyd edək ki, müğənninin “Eurovision”dan imtina etməsinə səbəb, yarışmanın Ukrayna heyyətinin ona maliyyə ayırmaması, həmçinin, kəskin qadağalar qoyulması idi.

  • Tanınmış bloqçu Əlixan Rəcəbova televiziyada vəzifə verildi

    Tanınmış bloqçu Əlixan Rəcəbova “CVN” TV-də vəzifə verilib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bloqçu “CVN”-da kreativ direktor kimi fəaliyyət göstərəcək.

    Televiziyanın baş prodüseri Ülvira Qarayevanın verdiyi məlumata əsasən, “CVN”da rebrendinq həyata keçirilib və yeni qərara əsasən, bloqçularla da əməkdaşlıq ediləcək. Verilişlər fərqli formatda təqdim ediləcək.