Month: March 2019

  • Sumqayıt sakini evində iş görərkən laqonda ilə əlini kəsib

    Sumqayıt şəhərində evində iş görən şəxs laqonda ilə əlini kəsib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə 39-cu məhəllə ərazisində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mehdi Baləli oğlu Rəcəbov fərdi yaşayış evində iş görərkən əlini laqonda ilə kəsib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır

  • Abşeronda körpə qaynar sudan yanıb

    Abşeron rayonunda körpə qaynar sudan yanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində baş verib.

    Belə ki, 2018-ci il təvəllüdlü Amil Hamlet oğlu Əsgərov yaşadığı Cəfər Cabbarlı küçəsi, ev 11 ünvanında qaynar sudan yanıb. Xəstəxanaya çatdırılan azyaşlıya 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Artıq “WhatsApp”da kütləvi mesajlar göndərmək olmayacaq

    “WhatsApp” messencerinin “Android” platforması üçün yeni versiyasında tətbiq edilmiş neyron şəbəkəsi tez-tez göndərilən mesajları izləyir və onları təhlil edir. Şirkət bununla da “feyk” mesajlarla mübarizəni gücləndirməyi planlaşdırır.

    “ICTnews”a xəbər verir ki, süni intellekt 5 və daha çox paylaşılmış mesajları tez-tez göndərilən mesajlar kimi qeydə alır.

    Şirkətin nümayəndələri bildiriblər ki, neyron şəbəkəsi hələ ki sınaqdan keçirilir. Sınağın nəticələrinə əsasən, neyron şəbəkəsinin messencerin bütün versiyalarına tətbiq edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul ediləcək.//qafqazinfo.az

  • Умер самый уродливый пес Великобритании – ФОТО

    В Британии скончался карликовый терьер по кличке Чейз, который являлся одним из самых уродливых псов в мире. Об этом сообщает издание Plymouth Live.

    Отмечается, что у песика долгое время была катаракта и он жил без передних зубов. По словам его хозяйки Шейлы Сторм, он был красив изнутри и очень добр.

    Несмотря на ряд недугов и заболеваний, животное прожило долгую по собачьим меркам жизнь – 16 лет. Добавим, что конкурс самых уродливых псов проходил в Калифорнии в 2017 году, Чейз там занял третье место.

  • Naftalanda 10 raket tapılıb – FOTO

    Naftalanda kənd ərazisində 2 ədəd 73 mm-lik PQ-9 və 8 ədəd PQ-9 raketi tapılıb.

    Naftalanda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis Şöbəsindən Agentliyə həmin şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.

    Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 73 mm-lik PQ-9 raketi götürülüb, ətrafda aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 8 ədəd PQ-9 raketi (cəmi: 10 ədəd) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Raketlərin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//milli.az

  • Sığorta şirkətindən “Diqlas”dakı yanğınla bağlı – AÇIQLAMA

    “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı “AZSIĞORTA” şirkətinə bu günə qədər yeddi müraciət daxil olub.

    Median.Az-ın məlumata görə, bu barədə “AZSIĞORTA” şirkəti Oxu.Az-ın sorğusuna cavabında məlumat verib.

    Qeyd edilib ki, şirkət hazırda bu müraciətləri qeydə alaraq müvafiq araşdırmalar aparır.

    “Bu günə olan məlumata görə “Diqlas” ticarət mərkəzi bizdə sığorta olunmayıb. Yalnız ona yaxın zərərçəkənlərdən şirkətimizə müraciət olub. “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən, digər məlumatlar sığorta sirri hesab edildiyi üçün hazırkı mərhələdə daha ətraflı məlumatın verilməsi mümkün deyil”, – deyə şirkətdən bildirilib.

    Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Yanğın nəticəsində 12 nəfər xəsarət alıb və sahibkarlara milyonlarla manat ziyan dəyib.

  • Sürücülərə şad xəbər – Bakının əsas giriş yolu sabah açılacaq

    Bakının cənubunda, Bibiheybət məscidi istiqamətində yolda aparılan təmir işlərinin yekunlaşacağı tarix açıqlanıb.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumatda bildirilib ki, yolda təmir işləri sabah yekunlaşacaq və yol istifadəyə veriləcək.

    Qeyd edək ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yeni yolda 300 metrdən artıq hissə müəyyən deformasiyalar yaranıb, kiçik həcmli çatlar olub. Martın 4-də yolda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb, təmir işlərinə başlanıb. Yolda bərkitmə işləri görülüb, yarasız qrunt qazılaraq çıxarılıb, yeni yararlı qrunt tökülüb, kipləşdirmə işləri aparılıb, daha sonra isə asfaltlanıb. Eyni zamanda bu qədər hissədə də səth, yağış sularının axıdılması üçün beton küveyt inşa olunub.//yenicag.az

  • Dünyada ilk – Cərrah internet vasitəsilə beyin əməliyyatı etdi

    Çinin Sanyan şəhərində dünyada ilk dəfə xəstədən 3 min km uzaqda olan cərrah xəstənin beyninə çip quraşdırmağa nail olub.

    “ICTnews” xəbər verir ki, əməliyyat Çin Azadlıq Ordusunun Haynan əyalətində yerləşən Baş Hospitalının doktoru Linq Jipey tərəfindən həyata keçirilib. O, əməliyyat palatasında quraşdırılan ekranlara qoşularaq xəstənin beyninə Parkinson xəstəsinin vəziyyətinin müəyyənləşdirilməsi üçün lazım olan dərin stimulyasiya çipini yerləşdirib.

    Maraqlıdır ki, rabitə üçün beşinci nəsil mobil rabitə texnologiyası (5G) ilə işləyən mobil internetdən istifadə olunub. Bu, videosiqnalın ötürülməsində mənfi nəticələrə səbəb ola biləcək fasilələrin yaranmasının qarşısını almağa imkan verib. Xəstə əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.//yenicag.az

  • Pikassonun oğurlanan 25 milyonluq tablosu tapıldı – FOTO

    İspan rəssam Pablo Pikasssonun 20 il öncə oğurlanan 25 milyon avro dəyərindəki “Qadının büstü” tablosu tapılıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, tablonu tapan isə “İndiana Cons” ləqəbli dedektiv Artur Bren olub.

    2015-ci ildən bəri tablonun axtarışına çıxan Artur onu 4 milyon dollar sığorta pulunu ödəməsi şərti ilə eks-sahibi səudiyyəli biznesmen Abdul Mohsen Abdulmalik əl-Şeyxə qaytaracaq.

    Qeyd edək ki, Pikasso tablonu sevgilisi Dora Maarın portreti olaraq 1939-cu ildə ərsəyə gətirib. Səudiyyəli biznesmen bu əsəri 80-ci illərdə alıb. Rəsm əsəri Abdulun Fransa sahillərində gəzən yaxtasından 1999-cu ildə oğurlanıb.

  • Bakıda 24 yaşlı qadın itkin düşdü

    Bakıda gənc qadın itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

    Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Elman Azay oğlu Mustafayev polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülay Mustafa qızı Quliyeva martın 26-da Xətai rayonu, Naximov küçəsi, ev 35, mənzil 21-dən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.