Month: March 2019

  • “Diqlas”da yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

    “Diqlas” son mərtəbəsinədək yanıb kül oldu və bu hadisə özü ilə qanunsuzluqların, problemlərin, “kölgə biznesi”nin sadə vətəndaşlara vurduğu ziyanın daha bir nümunəsinə çevrildi.

    Hadisə zamanı ilk yada düşən isə sığorta oldu. Düzdür, fiziki şəxslər əmlaklarını icbari qaydada sığortalamaqdan yayınsalar da, “Diqlas” kimi ticarət obyektləri mütləq sığortalanırlar, çünki bunu Fövqəladə Hallar Nazirliyi tələb edir.

    Nazirlik sahibkarlıq subyektlərində yanğın balonlarının olması, yanğın təhlükəsizliyi, təxliyyə planı, icbari sığorta ilə bağlı şəhadətnaməni istəyir, hətta olmayanda cərimə edir. Buna görə də sahibkarlıq subyektləri əksər hallarda ölkədə “əmlak sığortaçısı” kimi tanınan “Azsığorta” şirkətində öz əmlaklarını sığortalayırlar ki, yoxlama gələndə göstərməyə sənədləri olsun.

    Bəli, məhz göstərmək üçün, ona görə ki, etdirdikləri sığorta da elə bu xarakterdə olur.

    Sığorta eksperti Xəyal Məmmədxanlı deyir ki, bu obyektlərin heç biri və ya əksəriyyəti real dəyəri həcmində sığortalanmayıb:

    “Sadəcə Fövqəladə Hallar Nazirliyinə kağız göstərmək üçün 5-10 milyon manat dəyərində obyekti ən yaxşı halda 50 min manata, bəzən 50-60 manata belə sığortalayırlar. Bu da olur natamam sığorta”.

    Və bu qeyri-real sığortanı qəbul edən sığorta şirkətləri də var, bu da bir ayrı qanunsuzluqdur. Nəticə isə odur ki, ödəniləcək sığorta onlara dəyən ziyanın yanında heç nədir.

    Amma “Diqlas” kimi obyektlərin ən böyük probemlərindən biri də odur ki, onlar yararsız yanğın təhlükəsizliyi sisteminə malikdirlər. Bəs buna nəzarət edən qurum hara baxırdı?

    “Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq da mümkün deyil. Heç bir sığorta şirkəti o riskin altına girib məsuliyyəti öz üzərinə götürməz”, – deyən X.Məmmədxanlının fikrincə, satılan malların sığorta olunması da mümkün deyildi.

    Ona görə də sadə ticarətçiyə “Niyə mallarınızı sığorta etmirdiniz?” iradı belə çox yersizdir.

    Səbəbini peşəkar sığortaçı belə izah edir ki, malların sığortalanması mövcud vəziyyətdə real deyildi, çünki həmin malların rəsmi uçotu yoxdur, rəsmi maya dəyəri müəyyən edilməyib.

    “İnanın ki, əksər sahibkarlarda malların rəsmi məlumatları yoxdur, nə gömrükdən rəsmi keçid deklarasiyası, nə maya dəyəri. Sahibkar deyəcək bu qədər malım vardı, sığorta şirkəti deyəcək, yox, bu qədər. Ona görə də malların 99 faizi sığortasızdır. Vətəndaşlarımız primitiv yanğın təhlükəsizliyi qaydasını belə bilmirlər”, – deyə ekspert vurğulayır.

    Milyonlar dəyərində yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

    Mal sahibləri hər ay “Diqlas”a icarə haqqı ödəyiblər. Onlardan bir neçəsi ilə söhbətimizi olduğu kimi təqdim edirik.

    Südabə Rəhimova: “22 kvadrat metrlik yerə hər ay 300 manat ödəyirdim. Deyirdilər ki, icarə haqqı, vergi, sığorta, təhlükəsizlik – hamısı bunun içindədir. Altı ildir hər ay icarəyə baxan Dilqəm adlı adama 300 manat pul ödəmişəm. İndi 50 min manatlıq malım yanıb, heç birini tapa bilmirik. Biz pulumuzu kimdən alaq?”

    5-ci mərtəbədəki gəlinlik mağazasının sahibi: “200 kvadrat metrə hər ay 1500 manat ödəmişik. Deyirdilər ki, hamısı bu pulun içindədir, indi qaçıb gizləniblər”.

    “Bəs bu pulu verəndə əvəzinə hansı sənədi alırdınız? İcarə müqaviləniz varmı?” sualımıza cavab olaraq “Diqlas”dan yer icarəyə götürən hər iki şəxs belə cavab verdi:

    “Deyirdilər ki, özümüz hamısını həll edirik, heç bir sənəd belə verməyiblər”.

    Bu isə “kölgə biznesi”nin səviyyəsini göstərən adi bir nümunədir.

    Bütün xidmətlərin pulunu alan obyekt sahibi məsuliyyət daşıyırmı? Bəli, bu, birmənalıdır, çünki icarə haqqı ödənilirsə, obyektin sahibi mala görə məsuliyyət daşımalıdır.

    Əgər istintaq zamanı müəyyən olunsa ki, yanğına ticarət mərkəzindəki obyektlərdən biri səbəb olub, bu halda belə obyekt sahibi cavabdehlik daşıyır, çünki yanğın təhlükəsizliyinə əməl olunmayıb, eləcə də, digər fövqəladə halların baş verməməsi üçün obyekt zəruri təhlükəsizlik tədbirləri görməyib.

    X.Məmmədxanlı miqyasına görə, Binə və Sədərək ticarət mərkəzlərindəki vəziyyəti də nümunə çəkib:

    “Hər gün ora 200-300 min insan gedir, orada hansı təhlükəsizlik tədbirindən danışmaq olar? Hər şey taleyin ümidinə qalıb. Fövqəladə hal baş versə, minlərlə insan tələf ola bilər”.

    Ekspert təkliflərlə çıxış edib:

    1. İnsanların kütləvi olduğu yerlərdə ciddi təhlükəsizlik tədbirləri olmalıdır. Bütün standartlara ciddi əməl olunmalıdır.

    2. Vətəndaşlara yanğın təhlükəsizliyi təlimləri keçirilməlidir. İnsanlar təxliyyə, fövqəladə vəziyyətlərdə davranış qaydalarını bilməlidirlər.

    3. Bütün fəaliyyətlər rəsmi və şəffaf olmalıdır ki, sığorta şirkətləri riskləri sığortalasınlar.

    “Diqlas” yanğını birinci hadisədirmi? Xeyr. Artıq “8-ci km bazarı”nda, Binə və Sədərəkdə bir neçə dəfə analoji yanğınlar olub. Hansı nəticələri çıxarmışıq? Heç birini, əgər belə olsaydı, yaşayış massivində, prospektlərdən birinin düz kənarında yerləşən “Diqlas” son mərtəbəsinədək külə dönməzdi!

    //oxu.az

  • Yolların təmizlənməsi üçün alınan texnikadan niyə istifadə olunmur? – REPORTAJ

    Son bir neçə ay ərzində küçələrdə təmizlik işləri zamanı ard-arda bədbəxt hadisələrin baş verdiyinin şahidi olduq.

    Məsul qurumlar bu cür hadisələrin qarşısını almaq üçün 20 ədəd magistral yolların, 12 ədəd isə qəsəbə yollarının süpürülməsi üçün texnika alındığı haqqında açıqlama verdilər.

    Bəs, görəsən, kifayət qədər məbləğə başa gələn bu texnikalar indi hardadır? Nəyə görə hələ də bu texnikadan istifadə olunmur?

    Hər gün yüzlərlə qadın magistral yollarda həyatlarını təhlükəyə atırlar. Elə bu gün də onlarla qadın səhər saat 05:00-dan etibarən yollara üz tutmuşdular.

    Çəkdiyimiz kadrlardan da göründüyü kimi hələ də yolları süpürmək üçün əl əməyindən istifadə olunur. Baxmayaraq ki, bu, real təhlükə mənbəyidir…

    //oxu.az

  • Şəhid atası: Oğlumun adının əbədiləşdirilməsini istəyirəm

    Hər il aprel ayı gələndə yaralarımız daha da qanayır. Çox istərdim ki, oğlum Babəkə “Milli Qəhrəman” adı verilsin. Heç olmasa, onun adının əbədiləşdirilməsi üçün Bakıda bir məktəbə və ya bir küçəyə Babəkin adı verilsin.

    Bu sözləri oxu.az-a 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan 24 yaşlı şəhidimiz Babək Abidovun atası Vəfadar Abidov deyib.

    O bildirib ki, oğluna “Milli Qəhrəman” adının verilməsi onun dərdini az da olsa, azaldacaq:

    “Mənim oğlum bir güllə ilə şəhid olmayıb. O, ehtiyatsızlıqdan erməni gülləsinə tuş gəlməyib. Babək 1992-ci il may ayının 3-də Şabranın Zeyvə kəndində anadan olub. O, uşaqlıdan vətənpərvər ruhda böyüyüb.

    Heç kimdən, heç nədən qormazdı. Hərbi xidmətdə də sağlığında hər kəs mənim oğlumdan danışırdı, indi də onun komandirləri, digər əsgərlər Babəkin şücaətlərindən danışır. Həmin il aprel ayının əvvəllərində ermənilər cəbhədə təxribat törədib. Babək isə Talış kəndi istiqamətində xidmət edirdi.

    O xidmət vaxtı mövqelərimizə basqın etmək istəyən ermənilərin qarşısını alıb. Babəklə bir neçə döyüş yoldaşı düşmən postunu ələ keçirib. Lakin Babəkin döyüş yoldaşı yaralanır. Babək elə bir uşaq idi ki, özündən çox yanındakı insanı düşünərdi. Dostunun yaralandığını görüb və heç nəyi düşünmədən tez onu xilas etmək üçün atışmanın ortasına qaçıb.

    Elə orda da 12 mərmi yarası alıb və dostu ilə birlikdə şəhid olub. Ölkə başçısı sağ olsun, oğlumu “Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal”la təltif edilib. Bizə və digər şəhid ailələrinə göstərdiyi qayğıya görə də minnətdaram. Amma şəhid ailəsi olaraq bir xahişim var – oğlum Babək Abidova “Milli Qəhrəman” adı verilsin.

    Babəkin unudulmaması üçün, xatirəsinin əbədi olaraq yaşaması və bütün gənclərə vətənpərvər nümunə olması üçün mənim ata olaraq tək arzum, istəyim budur”.

    Xatırladaq ki, 2016-cı ildə Şabrandakı küçələrdən birinə 2016-cı ilin aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun adı verilib. Bununla yanaşı, Babək Abidov göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal”la təltif edilib.

  • Sumqayıtda bu məktəblər direktorsuz qalıb – ARAŞDIRMA

    Sumqayıtda məktəblərin 20 faizinin direktorsuz qalması ilə bağlı bir müddət əvvəl məlumat vermişdik. Təhsil Nazirliyinin məlumatlarına istinad edərək bildirmişdik ki, Sumqayıtdakı 50 ümumtəhsil məktəbindən bir neçəsində direktor vəzifəsi vakant olaraq qalır.

    Oxu.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, sözügedən məktəblərin direktorları yaş həddinə görə deyil, müxtəlif səbəblərdən tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

    Sözügedən məktəblərin siyahısını təqdim edirik:

    Direktorsuz qalan məktəblərdən biri 2 nömrəli orta məktəbdir. Burada direktor vəzifəsini Xalid Adıgözəlov icra edir.

    9 nömrəli orta məktəbin direktor vəzifəsinin müvəqqəti icrası isə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyevə tapşırılıb. Həmin məktəbin direktoru Həqiqət Abdullayeva müavini Təranə Nəsirovaya qarşı şərəf və ləyaqətin alçaldılmasına dair ittihamlar səbəbindən işdən çıxarılıb.

    Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru olmuş Xanəli Məmmədov işdən azad olunduqdan sonra təhsil müəssisəsinə direktor təyinatı olmayıb. Hazırda məktəbdə direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elmira Hacıyevaya həvalə edilib.

    Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəbin də direktoru yoxdur. Səlahiyyətlərin icrası yenə də müəllim heyətindən olan Rəna Rufullayevaya tapşırılıb.

    23 nömrəli orta məktəb də idarəsiz qalanlar sırasındadır. Təyinat olmadığından hələlik məktəbin idarəsi əvəzedici Reyhan Yunisovaya həvalə edilib.

    Hacı Zeynalabdin qəsəbəsində yerləşən 32 və 40 nömrəli tam orta məktəblər də direktor üzünə həsrət qalıb. Hazırda məktəblərdə direktor səlahiyyətlərini müvafiq olaraq Esmira İbrahimova və Əlhəddin Paşayev icra edir.

    Növbəti direktorsuz məktəb isə 34 nömrəli tam orta məktəbdir. Burada da uzun müddətdir ki, direktor əvəzedicisi Nizami Məmmədovdur.

    Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Əlizadə ilə əlaqə saxladıq. O, məktəblərə niyə direktor təyin olunmamasına dair sualımıza cavab olaraq bildirib ki, bu barədə qərarı Təhsil Nazirliyi verəcək:

    “Nazirlik tərəfindən imtahan keçirilib, nəticələr əsasında məktəblərə direktor təyinatı həyata keçiriləcək. Bu işə biz baxmırıq, birbaşa Təhsil Nazirliyinin əmrini gözləyirik. Nə zaman əmr verilsə, o zaman da direktor təyinatına başlanılacaq”.

  • Выделены деньги на строительство дороги

    Президент Ильхам Алиев подписал распоряжение о проведении мероприятий по строительству автомобильной дороги Гиркан-Мамуста-Сиявар в Лянкаранском районе.

    Соответствующий документ опубликовал АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью строительства автомобильной дороги Гиркан-Мамуста-Сиявар, объединяющей пять населенных пунктов с населением 11 тысяч человек, Государственному агентству «Азербайджанские автомобильные дороги» выделено 2,9 млн манатов из госбюджета.

    Минфину поручено обеспечить финансирование в указанной сумме.

  • Yol tikintisinə pul ayrıldı

    Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Организатор трагедии 20 Января приговорен к 10 годам тюрьмы

    Вильнюсский окружной суд, оглашающий в среду приговор по делу о январских событиях 1991 года в Литве, назначил обвиняемому заочно экс-министру обороны СССР Дмитрию Язову 10 лет лишения свободы.

    Как передаёт Median.Az со ссылкой на ТАСС, такое решение зачитала председатель судейской коллегии Айнора Мацявичене.

    «Суд постановил признать Дмитрия Язова виновным в военных преступлениях и преступлениях против человечности, назначить ему наказание в виде лишения свободы сроком на 10 лет», – сообщила она.

    Генеральная прокуратура требовала для Д.Язова пожизненного заключения.

    Дело о январских событиях 28-летней давности, которое рассматривается в суде с начала 2016 года, является крупнейшим в истории судебной системы Литвы как по числу фигурантов, так и по объему документации. Следствием в суд передано 700 томов документов, обвинительный акт занимает 13 томов.

    В январе 1991 года во время политического двоевластия и уличных стычек в Вильнюсе погибли 14 человек. Литовская сторона в гибели гражданских лиц обвиняет советских военных и политическое руководство СССР. Однако доказательная база вызывает у защиты серьезные сомнения. Другие версии отметаются как «враждебная пропаганда».

    Отметим, что Д.Язов является одним из руководителей массовых убийств, совершенных 20 января 1990 года в Баку и регионах Азербайджана.

  • 20 Yanvar faciəsinin təşkilatçısı cəzalandırıldı – 10 İL

    Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ildə Litvada törədilən yanvar hadisələrinə görə SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazovu 10 il azadlıqdan məhrum edib.

    Bu barədə TASS məlumat yayıb.

    Məhkəmə Dmitri Yazovu hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə təqsirli bilib.

    Baş prokurorluq D.Yazov üçün ömürlük həbs cəzası istəmişdi.

    Qeyd edək ki, D.Yazov həmçinin 1990-cı ildə yanvarın 20-də Bakıda törədilən kütləvi qırğınlara rəhbərlik edənlərdən biridir.

    Həmin qanlı gecə Azərbaycan paytaxtında 147 nəfər öldürülmüşdü, daha 744 mülki şəxs isə yaralanmışdı.

  • Азербайджанец наказан за пьяное вождение в России

    Волжский городской суд Республики Марий Эл России вынес приговор по уголовному делу в отношении 52-летнего гражданина Азербайджана. Подсудимый был признан виновным в нарушении правил дорожного движения.

    Как передаёт Median.Az, об этом сообщает vpgazeta.ru.

    Было установлено, что фигурант дела, имея судимость за управление автомобилем в состоянии алкогольного опьянения, 25 января вновь управлял автомобилем, будучи нетрезвым.

    Его преступные действия были пресечены на 92 км автодороги «Йошкар-Ола – Зеленодольск», возле деревни Часовенная Волжского района, где автомобиль был остановлен инспекторами ДПС.

    Пьяного водителя отстранили от управления транспортным средством.

    Свою вину подсудимый полностью признал. По его ходатайству уголовное дело было рассмотрено судом в особом порядке уголовного судопроизводства.

    Суд приговорил нарушителя закона к наказанию в виде лишения свободы на шесть месяцев с отбыванием срока в колонии-поселении, с лишением права заниматься деятельностью, связанной с управлением транспортными средствами, сроком на три года.

    Приговор в законную силу не вступил.

  • Житель Сабирабада ранил ножом односельчанина

    Как сообщает Median.Az, 22-го марта с территории села Галагайын в больницу с колото-резанной раной был доставлен и прооперирован житель района Х.Мурадов.

    Сотрудники Сабирабадского РОП в результате оперативно-розыскных мер задержали жителя села Д.Алиева, который ранил односельчанина ножом на почве выяснения личных отношений.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.