Month: March 2019

  • Həmyerlisini bıçaqlayan Sabirabad sakini saxlanılıb

    Median.Az xəbər verir ki, martın 22-də Qalaqayın kəndi ərazisindən, kənd sakini H.Muradov kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilib və əməliyyat olunub.

    Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən kənd sakini C.Əliyev saxlanılıb.

    RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.

  • В Агдаме “ВАЗ 21099” сбил пешехода

    Как сообщает Median.Az, 26-го марта примерно в 12 часов на территории села Гарадаглы автомобиль марки “ВАЗ 21099”, управляемый жителем села Г.Алиевым сбил односельчанина И.Аббасова.

    В результате пешеход скончался по дороге в больницу.

    В Агдамском РОП по факту ведется расследование.

  • Ağdamda “VAZ 21099” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, martın 26-ı saat 12 radələrində Qaradağlı kəndi ərazisində, kənd sakini G.Əliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə həmkəndlisi İbrahim Abbasovu vurub.

    Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

    Ağdam RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Ailəsi tərəfindən üzü yandırılan 2 yaşlı Anjelanın son görüntüləri: “İndi onu ağır əməliyyatlar gözləyir” (VİDEO)

    Ailə münaqişəsi zamanı yanaraq, ağır xəsarətlər alan Anjela Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanadan evə buraxılıb.

    Azxeber.com-a bu barədə “Healthis” şirkətinin rəhbəri Sənan Quliyev məlumat verib. Onun sözlərinə görə, azyaşlı 16 gün reanimasiyada qaldıqdan sonra 34 günün axırında evə buraxılıb:

    “Anjelanın ayağa qalxmasında Nərgiz Kərimovanın böyük əziyyəti var. Bundan başqa Heydər Əliyev Fondu müalicə müddətində yaxından iştirakçı oldu. Hazırda Anjela evə buraxılıb. İlk gətirildiyində üzünün böyük hissəsi yanıq olsa da, indi böyük ölçüdə irəliləyiş əldə edilib. Azyaşlını bundan sonra estetik əməliyyatlar gözləyir”.

    Xatırladaq ki, Bakıda münaqişəli ailədə doğulan 2 yaşlı körpə elə ailə münaqişəsinin qurbanı olub. Uşağın bilərəkdən yandırıldığı və ya səhlənkarlıq üzündən yandığı ehtimal edilir. Sözügedən hadisə ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.

  • Sabah 17 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan AZXEBER.COM-a verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

  • Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM

    Ramazan ayı mayın ilk günlərinə təsadüf edəcək.

    Cümə məscidindən Baku.ws-ə verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.

    Bundan başqa, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.

    Eyni zamanda təqvimdə Ramazan bayramı iyunun 5-ə düşəcək.

    Lakin dəqiq qərar Qafqaz Müsəlmanları İdarəsinin keçirəcəyi yekun iclasdan sonra veriləcək.

    İclasda qərar ayın görünməsinə uyğun deyiləcək.

  • В Мехтиабаде житель Гедабейского района ранил знакомого ножом

    Как сообщает Median.Az, 21-го марта с территории поселка Мехтиабад с колото-резанной раной в больницу был доставлен уроженец Гедабейского района А.Закизаде и прооперирован.

    В ходе оперативно-розыскных мер сотрудники Апшеронского РУП задержали жителя вышеуказанного района Э.Гусейнова, который ранил знакомого ножом на почве выяснения личных отношений.

    В Следственном отделе Апшеронского РУП возбуждено уголовное дело.

  • Mehdiabadda həmyerlisini bıçaqlayan Gədəbəy sakini tutulub

    Median.Az xəbər verir ki, martın 21-də Mehdiabad qəsəbəsi ərazisindən Gədəbəy rayon sakini A.Zəkizadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya daxil olub və həkimlərin səyi nəticəsində həyatı xilas edilib.

    Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişin həmyerlisi E.Hüseynov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanda soğan bahalaşdı

    “Soğanla bağlı məsələ hər il bu vaxt, Novruz bayramı başa çatandan sonra problem olaraq qarşıya çıxır. Ənənəvi problemdir. Son günlər apardığım müşahidələr deməyə əsas verir ki, bir çox bazarlarda yerindən asılı olaraq soğan 1-1.50 manat və hətta 1.70 – 2 manat həddinə qədər qiyməti qalxa-qalxa gedir”.

    Bu sözləri kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli “Yeni Sabah”a soğanın qiymət artımı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, qiymət artımının müxtəlif səbəbləri var:

    “Səbəblərin arxa planına baxmaq lazımdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, hər il ölkədə 200 min tondan artıq soğan istehsal olunur. Bu həcm ölkə tələbatını tam təmin etməyə imkan verir. Lakin bəzi problemlər soğanda ciddi itkilərə gətirib çıxardır. Biz bu qədər həcmi düzgün idarə edə bilmirik. Birinci növbədə həcmin böyük hissəsi yazlıq sortlardır. Əgər böyük hissə payızlıq sortlar olsaydı təbii ki, onlar uzunmüddətli, davamlı olardı. İlin sonuna qədər saxlana bilərdi və nəticədə tələbat təmin oluna bilərdi. Məsələnin ikinci tərəfi odur ki, payızlıq sortlar az əkilir və bu sortlar saxlanmaya davamlıdır. Lakin ən ciddi problem odur ki, Azərbaycanda ixtisaslaşmış soğan saxlanc yerləri, xüsusiləşmiş anbarlarımız azdır. Məhsulu həmin anbarlara yığıb düzgün idarə edə bilmirik. Satış yerlərində də soğanı hər gün seçirlər. İtki normaları deyilən anlayış var. Soğan yeganə tərəvəz məhsullarından biridir ki, o hər gün çəki itirir. Burada iqlim amili, insanın təsirləri var”.

    Ekspert bildirib ki, soğanın qiymətinə təsir edən ən ciddi faktor bitki mühafizə tədbirləri ilə bağlıdır:

    “Soğanın qiymətinə təsir edən ən ciddi faktorlardan biri də ənənəvi soğan əkilən rayonlarımızda bitki mühafizə tədbirlərinin kifayət qədər vaxtında uğurlu həyata keçirilməməsidir. Biz görürük ki, soğan sahələrində məhsul yığılır günlərlə, hətta aylarla piramida kimi sahəyə yığırlar, müxtəlif ot, ələflə onu ötürlər. Bu zaman müxtəlif zərərvericilər formalaşır, torpaqda bakterial xəstəliklər var. O məhsula keçir, sonra soğanın qabığının arxasında formalaşır və məhsulun böyük hissəsi sahədə satılmamış əldən gedir. Bütün bu faktorlar həm əkin strukturunun düzgün qurulmaması, eyni zamanda yüksək texnologiya ilə təmin olunmuş saxlanc yerlərinin olmaması ilə bağlıdır.

    N.Səfərli qeyd edib ki, soğanın Türkiyəyə ixracı cüzi olub və bunun qiymət artımına böyük təsiri yoxdur.

    “Aprelin sonunda yazlıq soğan çıxacaq və bununla da qiymətlər xeyli sabitləşəcək” – deyə, ekspert əlavə edib.

  • Baxımsız piyada keçidləri – VİDEO

    Bəzən piyadalar keçidlərdən istifadə etməməkdə günahlandırılır. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə, sakinlərin onlardan niyə istifadə etmədikləri məlum olur. Çünki bir çox keçid zibillə dolub- daşir, bəzilərində isə eskalatorlar işləmir.

    Bir çox yol qəzalarının səbəbi insanların piyada keçidlərindən istifadə etməmsidir. Amma paytaxtdakı bir çox piyada keçidlərinin vəziyyəti də bunda az rol oynamır.

    Məsələn, Binəqədi rayonu Müşfiqabad qəsəbəsindəki yerüstü piyada keçidi bərbad vəziyyətdədir.

    Sakinlərin sözlərinə görə, yerüstü keçid bir neçə il əvvəl tikilərək istifadəyə verilib. Əvvəllər keçid təmizlənsə də, sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb.

    Sakinlər deyir ki, Bakı-Şamaxı magistralının üstündə olan həmin keçidə dəfələrlə təmizləmək üçün aidiyyəti qrumlara müraciət ediblər. Yeni inşa edilən keçidin problemi tək natəmizlik deyil. İşıqlandırma və məhəccərəri də yox səviyyəsindədir.

    Qaranlıq və natəmiz olduğu üçün sakinlər məcbur qalıb, həyatlarını təhlükəyə ataraq avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçirlər.

    Çəkiliş apardığımız zaman əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gələrək təmizlik işləri görməyə başladılar.

    Paytaxtın Xətai rayonu Nobel prospektindəki yerüstü piyada keçidi və Nəsimi rayonu Rəşid Behbudov küçəsində isə yeraltı keçidlərdə bir müddət olar ki, eskalator işləmir.

    Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, həmin eskalatorların ehtiyat hissələri sıradan çıxıb. Hazırda həmin hissələr xarici ölkədən sifariş edilib və yaxın günlədə təmir olunacaq. Zibillənən keçidlərə gəldikdə isə, qrum rəsmisi bunun vətəndaşların məsuliyyətsizliyi üzündən baş verdiyini deyir. O, həmin keçidlərin mütəmadi təmizləndiyini bildirib.