Space Tvd-ə Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl, dərdini danış”da inanılmaz anlar qeydə alınıb.
Median.Az “unikal.org”a xəbər verir ki, verilişə müraciət edən Sevda xanım ərinin qardaşları və qardaşı arvadlarından çox əzab çəkdiyini bildirib.
O, iddia edib ki, hələ illər əvvəl onu qadın alverinə sürükləmək istəyiblər. Amma Sevda xanımın ailəsinin ayıq-sayıqlığı nəticəsində qarşı tərəf bu əməlindən imtina edib.
İddialara görə qız övladına da eyni əməli törətmək istəyən qayınarvadı sonda polislər tərəfindən iki il icbari iş də alır. Ailənin sözlərinə görə bu gün bu dörd qızın evdə qalmasının səbəbi də məhz illər əvvəl baş verən hadisələrdi.
Qızlar bu həyat hekayəsi ilə barışsalar da indi istəkləri atalarının mülkünə sahib çıxmaqdı. Ailənin sözlərinə görə kəndə gedərkən qarşı tərəf onları narahat edir və yaşamağa imkan verimirlər.
Teleaparıcı adı hallanan Qəbələnin Xırxatalı kəndinə yollanır. Uzun axtarışlardan sonra qarşı tərəfləri danışdıraraq yeni faktları da ortaya çıxarıb.
Olduqca dəhşətli ailə hekayəsini sizə təqdim edirik.
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
Xabarovskda azərbaycanlı Anar Allahverənovun iştirak etdiyi davaya dair 2 rosqvardiyaçıya hökm çıxarıb.
Median.Az-nın TASS-a istinadən verdiyi xəbərinə görə, məhkəmə Rosqvardiya əməkdaşlarını “Səhlənkarlıq”-da təqsirli bilərək onlara iş kəsib.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gələrək münaqişənin qarşısını almayıb çıxıb getdiklərinə görə, müvafiq 3 il 3 ay və 2 il 8 ay məntəqə tipli cəzacekmə müəssəsində keçırməli olacaqlar.
Xatırladaq ki, pauerliftinq üzrə Rusiya çempionu Andrey Draçyovun ölümü ilə nəticələnən dava ötən ilin avqust ayında Xabarovsk şəhərində baş verib və içtimai rezonansa səbəb olub.
Məhkəmənin gərarına görə, qəsdən adam oldürməkdə təqsirli bilinən, əslən azərbaycanlı Anar Allahverənov 18 il azadlıqdan məhrum olunub.
Bu barədə “Report”un Qərb bürosuna DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri – Ayxan Məmmədovun, Nicat Seyidzadənin, Novruz Məmmədovun müxtəlif vaxtlarda şəhərin küçə və yollarında avtoxuliqanlıq etmələri məlum olub. “Mercedes”, “VAZ-2011”, “VAZ-21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Bundan başqa Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində çoxavazlı səs siqnalları ilə vətəndaşların rahatlığını pozan və avtomobilin quruluşuna dəyişiklik edən sürücüləri də aşkarlayıb. Həmin sürücülər avtomobilləri cərimə meydançasına aparılmaqla inzibati qaydada məsuliyyətə cəlb ediliblər.
“Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub. (ONA)
Median.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, martın 24-də rayonun Məzrəli kənd sakini Adil Nuriyevin həyətində toy şənliyi üçün mağar qurulub və məclis zamanı naməlum şəxs əlindəki bıçaqla Gövhərli kənd sakini, 1956-ci il təvəllüdlü Mustafa Zamanovu sinəsindən bıçaqlayıb.
Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib.
Median.Az ONA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində Rəvayət Muxtarov idarə etdiyi xidməti “Reanault” markalı avtomobillə yüksək sürətlə bordürün üzərindən əks yola çıxıb.
O, bu zaman öz yolu ilə hərəkət edən Rəfael Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb. Daha sonra “Renault” digər beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində Rəvayət Muxtarov bədən xəsarətləri alıb.
Baş vermiş qəza ilə əlaqədar hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü R. Muxtarova ilkin tibbi yardım göstərildikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.
Qeyd edək ki, R.Muxtarov Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar şöbəsinin əməkdaşıdır. Qəza zamanı o xidmətdə olub.