Month: March 2019

  • Azərbaycanın məşhur meyxanaçısı vəfat etdi

    Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən məşhur meyxanaçı Aydın Xırdalanlı (Aydın Quliyev) dünyasını dəyişib.

    Bu barədə müğənni Namiq Qaraçuxurlu öz Instagram səhifəsində xəbər paylaşıb.

    Median.Az
    xəbər verir ki, meyxanaçı axşam saatlarında vəfat edib.

    A.Xırdalanlı uzun müddət qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi.

    Meyxanaçı 1977-ci ildə dünyaya göz açıb.

    Onun səsləndirdiyi bir çox meyxanalar dillər əzbərinə çevrilib.//oxu.az

  • Eden Azar “Real Madrid”ə keçməyə razılıq verib

    Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan və Londonun “Çelsi” komandasının yarımmüdafiəçisi Eden Azar arasında danışıq olub.

    Median.Az “The Sun” nəşrinə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, belçikalı futbolçu “qaymaqlar”ın sıralarına qoşulmağa razılıq verib.

    Bildirilir ki, xavbek beş il müddətinə müqavilə imzalayacaq və “Kral klubu”nun ən yüksəködənişli oyunçusu olacaq.

    “Zadəganlar” isə öz növbəsində Azarı buraxmaq istəmirlər və onun transferinə 98 milyon funt sterlinq qiymət qoyublar.

    Belçikalı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasının 29 matçında iştirak edib. O, 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Умер легендарный исполнитель мейханы – ФОТО

    Скончался известный мейханщик Айдын Хырдаланлы.

    Как передает Median.Az со ссылкой на Ölke.Az, Хырдаланлы страдал от цирроза печени.

    Напомним, что Айдын Хырдаланлы – одна из легенд азербайджанской мейханы, являлся обладателем премии “Qızıl Nida” и победителем конкурса “De, gəlsin”, организованном телеканалом ANS в 2001 году.

  • Moqadişoda hökumət binasına hücum: nazir öldürüldü

    Somalinin paytaxtı Moqadişoda hökumət binasına hücum edilib.

    Median.Az xəbər verir ki, hücum nəticəsində deputat, əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdalla öldürülüb.

    Hücuma görə məsuliyyəti radikal “Eş-Şabab” qruplaşması özü üzərinə götürüb. Hüquq-mühafizə orqanları terror hücumu nəticəsində azı 10 nəfərin öldüyünü açıqlayıb.

    Qeyd edək ki, bundan əvvəl Moqadişoda Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin binasının yanında iki avtomobil partladılıb. Partlayışdan sonra silah səsləri eşidilib. Təhlükəsizlik əməkdaşları hadisənin detalları barədə məlumat verməyib. Bu partlayışları da “Eş-Şabab” həyata keçirib.

  • Türkiyənin ən böyük üçüncü limanına “SOCAR Terminal” adı verildi

    “SOCAR Türkiyənin Aliağa bölgəsində yeni neft-kimya müəssisəsi qurmaq niyyətindədir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu “SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murad Le Kompte (Murat LeCompte) Uludağ İqtisadi Zirvəsi zamanı “Yenişafak.com” saytına açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu müəssisə 2020-2023-cü illərdə tamamlanacaq: “Bu il üçün hələlik son investisiya qərarını verməmişik. Amma il ərzində bu qərarın da veriləcəyi yeni bir neft-kimya sərmayəmiz olacaq. Bu da yenə Aliağa bölgəsində baş tutacaq. Əgər bu il investisiya ilə bağlı son qərarı versək, gələn il üçün təməlinin qoyulacağını düşünürəm. 2020-2023-cü illərdə isə bu işlər tamamlanacaq”.

    SOCAR rəsmisi “Petlim” limanının adının “SOCAR Terminal” olaraq dəyişdirildiyini də açıqlayıb: “Bu, tamamilə türk podratçı və mühəndislər tərəfindən inşa edilmiş bir layihədir. Türkiyənin ən böyük üçüncü limanıdır. Həmin limanın köhnə adı “Petlim” idi. İndi isə həmin liman “SOCAR Terminal” olaraq adlandırılacaq. Həqiqətən də qürur duyduğumuz layihədir”.

  • Если вы хотите похудеть, то вам стоит начать употреблять этот фрукт

    Желающим сбросить лишний вес без изнуряющих диет и физических упражнений стоит ежедневно есть грейпфрут. К такому выводу пришли американские диетологи.
    Специалисты провели исследование с участием 100 добровольцев, пишет портал «Южный федеральный». Перед началом эксперимента и после него все проходили взвешивание.

    Участников распределили на три группы: одни в течение трех месяцев ели половину грейпфрута три раза в день перед едой, вторые выпивали по стакану свежего сока грейпфрута, а третьи не употребляли этот фрукт вовсе.

    Весь остальной рацион оставался без изменений. В результате добровольцы из первых двух групп сбросили до 15 кг и отметили общее снижение аппетита.
    По словам диетологов, это было обусловлено способностью грейпфрута снижать показатель глюкозы в крови.

  • Uruqvayla Azərbaycan arasında iqtisadi əlaqələr genişləndiriləcək

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə görüşüb.

    XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub.

    İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahəsində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.

    E.Məmmədyarov Azərbaycanın ötən il Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olması faktının ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində uğurlu nümunə olduğunu qeyd edib. Latın Amerikasının bir sıra dövlətlərinin artıq Azərbaycan ərazisindən keçən tranzit-nəqliyyat infrastrukturdan yararlanaraq, Asiya regionuna çıxış əldə etdiyini qeyd edib və Uruqvay tərəfinin də bu imkanlardan istifadə etməsinin mümkünlüyünü bildirib.

    Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib və Uruqvayın münaqişənin həllinə dair beynəlxalq hüquqa əsaslanan mövqeyini məmnunluqla qarşılandığını ifadə edib.

    Öz növbəsində, R.Novoa, ümumiyyətlə, Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduqlarını qeyd edib. Münaqişə mövzusunun ölkəmiz üçün həssaslığını anladıqlarını vurğulayan nazir ölkəsinin beynəlxalq hüquqa və hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar tərəfdən qəbul edilmiş sənədlərə əsaslanan mövqeyinin dəyişilməz qalacağını bildirib.

    E.Məmmədyarov Azərbaycan və Uruqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, beynəlxalq gündəmdəki əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Bakıda keçiriləcək zirvə toplantısında Uruqvay tərəfinin də yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

    Görüşdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Uruqvay Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi razılaşdırılıb.

  • Bakıda mənzildən qadın meyiti tapılıb

    Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qiqeyçuk İvanna İosivnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Президентский дворец загорелся в столице Судана

    Сильный пожар вспыхнул в президентском дворце в суданской столице Хартуме, передает Median.Az со ссылкой на ТАСС.

    Пользователи социальных сетей публикуют фотографии, на которых видно, как клубы черного дыма поднимаются над одной из резиденций президента Судана.

    Причины возгорания и данные о погибших неизвестны.

    Ранее лидер Судана Омар аль-Башир заявил, что вводит в стране режим ЧП на один год.

  • Sudanın paytaxtında Prezident sarayı yanıb

    Sudanın paytaxtı Xartumda yerləşən Prezident sarayında yanğın baş verib.

    TASS xəbər verir ki, hadisə yerindən fotolar sosial şəbəkələrə yerləşdirilib.

    Yanğının səbəbləri və ölənlər barədə məlumat yoxdur.