Month: March 2019

  • Началась массовая эвакуация из-за отказа двигателя на круизном лайнере в Норвегии

    Спасатели начали эвакуировать людей из-за поломки двигателя крупного круизного лайнера у западного побережья Норвегии, сообщает Reuters со ссылкой на местную полицию.

    По данным полиции, на борту лайнера находятся 1,3 тысячи пассажиров.

    В настоящее время других подробностей пока нет.

  • 1300 nəfərin həyatı təhlükədə – Həyəcan

    Nəhəng səyahət gəmisi Norveç sahillərində həyəcan siqnalı verib.

    Median.Az Axar.az-a xəbər verir ki, gəmidə 1300 sərnişinin olduğu qeyd edilib.

    Həyəcan siqnalına gəminin motorunda yaranan problem səbəb olub. Sərnişinlərin təxliyə ediləcəyi bildirilir.

    Qeyd edək ki, gəminin hansı ölkəyə məxsus olduğu və hara getdiyi barədə məlumat yoxdur.

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakıda yanğın qeydə alınıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, şəhərin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 3-cü mərtəbəsində 8 ədəd elektrik açarı və ümumi sahəsi 40 m² olan 3 otaqlı mənzilin taxtadan ibarət giriş qapısı qismən yanıb.

    Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Türkiyədə ev alan azərbaycanlıların sayı artıb

    Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə daşınmaz əmlak alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 nəfər və ya 66,67 faiz çoxdur.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 2019-cu ilin ilk iki ayında isə bu rəqəm 200 nəfər təşkil edib. Bu da illik müqayisədə 72 nəfər və ya 56,25 faiz çoxdur. Türkiyədə, ümumilikdə, fevral ayında 3 min 357 xarici vətəndaş mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz çoxdur. Yanvar-fevral aylarında isə Türkiyədə xarici vətəndaşlara 6 min 557 mənzil satılıb. Burada da illik müqayisədə 86,4 faiz artım müşahidə olunur.

    Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq ilk yerdədir. Siyahıda sonrakı yeri isə iranlılar tutur.

  • SOCAR планирует довести объем инвестиций до 19 миллиардов

    «SOCAR продолжает вкладывать инвестиции в полном объеме. Одной из наших самых важных задач на 2019 год – запуск НПЗ STAR в полной мере, после чего многие виды продукции, импортируемые в Турцию, будут производиться в этой стране. Таким образом, ежегодно дефицит будет снижаться на 1,5 млрд долларов».

    Как передает Yenişafak.com, об этом заявил глава по внешним связям SOCAR в Турции Мурат Лекомпте на экономическом саммите в Улудаге.

    По его словам, SOCAR планирует довести объем инвестиций в Турции до 19 миллиардов долларов: «В прошлом году состоялось открытие НПЗ STAR. Этот нефтеперерабатывающий завод постепенно наращивает мощности. Этап тестирования уже завершен, и все модули начали функционировать. В ближайшее время начнется процесс производства».

    Он также рассказал о Трансанатолийском газопроводе (TANAP): «По проекту TANAP начались важные процессы. На днях в городе Ипсала завершился последний этап соединения трубопровода с европейским участком. В апреле начнутся тестовые поставки газа. А в июле завершатся подготовительные работы для экспорта газа в Европу».//report.az

  • Faydalı bildiyimiz bəzi ərzaqlar əslində zərərlidir – Bunları hər gün yemək olmaz

    Sağlam qidalanma və fiziki hərəkət sağlamlığın və uzun ömürün sığortasıdır. Lakin bir çox insanlar sağlam qida rasionu qurmaqda çətinlik çəkirlər ki, nəticədə də mədə, qan-damar probleməri, diabet xəstəliyi, piylənmə kimi narahatlıqlarla üzləşirlər.

    Qeyri-sağlam qidalanma çox vat çəki artımına, əzginliyə, mədə xorasına, yuxusuzluğa səbəb olur. Bu siyahını uzatmaq olar, buna görə də, qidalanmaya son dərəcə əhəmiyyət vermək lazımdır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, sağlam qidalanmadan söhbət gedəndə ilk növbədə qida rasionundan unlu, yağlı və şirin qidaların kənarlaşdırılması olur. Amma bəzi qidalara da var ki, biz onları səhvən faydalı qida kimi qəbul edirik.

    Yoqurt

    Süd məhsullarının tərkibində olan faydalı bakteriyalar həzmi yaxşılaşdırır, immuniteti gücləndirir. Lakin bu xüsusiyyət mağazada satılan çirin yoqurtlara aid edilə bilməz. Çünki onların tərkibində nişasta və qatılaşdırıcı var. Süd zərdabı isə qətiyyən yoxdur.

    Düyü

    Düyünü bəzi sortları faydalı olduğu üçün qiyməti ilə fərqlınir. Ən faydalı düyü aşılanmamış düyü hesab edilir. Bu cür düyünün tərkibində faydalı maddələr qorunub saxlanılır. Ağ düyünün tez-tez istifadəsi isə şəkərli dibetə və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

    Quru meyvələr

    Quru meyvəsadəcə olaraq lər faydalı konfet hesab edilə bilrər. Meyvənin tərkibində olan su buxarlandıqda onda yalnız şəkər və çox az miqdarda vitamin qalır. Buna görə də quru meyvələrdən çox istifadə etmək məsləhət deyil.

    Cəfəri

    Faydalı çəfəri bitkisi həzmi, sinir sistemini həzmi yaxşılaşdırır, lakin qidalanan zaman əsil zəhərə çerilir. Ona görə də yeməyi süfrəyə verməzdən əvvəl ona bu göyərtini əlavə etmək lazımdır. Cəfəri əlavə eilmiş salatlata mayonez vurmaq olmaz. Səbəbi isə bu göyərtinin moyanezlə kimyəvi reaksiyaya girərək özündən nitrat ifraz etməsidir.

    Avakado

    Super faydalı meyvə hsab edilən avakadonu da hər gün yemək olmaz. Avakado kifayət qədər kalorili meyvədir, onun tərkibində 245 kalori olur. Əgər bu meyvə iltihabəleyhinə dərmanlarla birlikdə qəbul edilərsə o zaman dərmanların effekti azalacaq.

    Balıq

    Fosfor və faydalı yağlar mənbəyi olan balıq düzgün hazırlanmadıqda zərərli ola bilər. Alimlər sübut ediblər ki, balığı sobada və ya suda bişirdikdəöz faydalı xüsusiyyətlərini maksimum saxlayır. Qızarmış balıq isə dadlı olmaqdan əlavə heç bir faydalı xüsusiyyətə malik deyil. Buna görə də oni düzgün qaydada hazırlamaq lazımdır.

  • Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürüb

    Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən məlumatına görə, hadisə 26-cı məhəllə, Səməd Vurğun küçəsi, “Simurq” şadlıq evinin qarşısında olub.

    Həmin ərazidə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Abdulzadə Həbib Rahid oğlunu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

    Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Məşhur SSRİ mahnısının ifaçısı qocalar evində vəfat etdi – FOTO/VİDEO

    Populyar sovet müğənnisi Valentina Dvoryaninova 91 yaşında dünyasını dəyişib.

    Median.Az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı “Rossiyskaya qazeta” nəşri yayıb.

    Müğənni Moskvada yaşlılar evində vəfat edib.

    Aktrisa 1928-ci ildə fevralın 2-də anadan olub. Moskva Konservatoriyasında musiqi məktəbini bitirdikdən sonra o, Böyük Teatrda xorda çalışıb. Daha sonra müğənni Oleq Lundstrem rəhbəri olduğu orkestrin və Moskonsertin solisti olub.

    Sovet və rus tamaşaçılarına Valentina “Калина красная”, “Линахамари”, “Как тебе служится” kimi mahnıları ilə tanınıb. 1964-cü ildə isə o, “Спокойной ночи, малыши” verilişinin “Спят усталые игрушки” adlı mahnısını ifa edib.

    Müğənni martın 25-də dəfn olunacaq.

    Qeyd edək ki, Valentina hərbçi atasının işindən dolayı bir müddət Bakıda yaşayıb.//publika.az

  • Məşhur spirtsiz içkidən siçan çıxdı – FOTO

    Türkiyə də daxil olmaqla, bir çox ölkədə satılan və dünyanın ən böyük qurumlarından biri olan ABŞ mərkəzli spirtsiz içki şirkəti ölü siçan şokunu yaşayır.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Fransada yaşayan bir adam nahar zamanı içdiyi koladan son qurtum aldıqdan sonra qabın içində ölü siçan olduğunu fərq edib.

    1800-cü illərdə istehsala başlayan spirtsiz içki markasında ölü siçan şoku yaşanır. Hadisə 7 martda Fransanın cənubundakı Varenne-sur-Seine bölgəsində yaşanıb.

    Adının Damien olduğunu deyən 34 yaşındakı adam işdən çıxıb evə getdiyi zaman pizzanın yanında kola tərkibli içki də sifariş edib. Yeməyini bitirdikdən sonra kolasından son bir qurtum alan və qabı atmağa hazırlaşan adam onun içindəkini görüncə qorxub.


    Şəkil xüsusən də sosial mediada böyük bir mübahisəyə səbəb olub. Qabın içinə diqqətlə baxan adam orada kiçik bir pəncə görüb və daha da yaxından baxıb, bir siçan ölüsünün qabın içində olduğuna əmin olub.

    Fransanın çox oxunan qəzetlərindən Le Parisien’ə açıqlama verən kişi aşağıdakıları bildirib: “Dərhal şirkətə zəng etdim və mənim dərdimi dinlədilər. Bir saat boyunca danışandan sonra mənə 6 qab kola göndərmək istədilər. Daha sonra da bildirdilər ki, siçan qabın içinə istehsal zamanı girə bilməzdi”.

    Şirkətdən içki qabını araşdırmaq istədiklərini də deyiblər. Amma Damien buna etiraz edib: “Bu qabı vermək istəmirəm. Çünki bu, yaşadıqlarımın tək sübutudur. Kola qabını soyuducuda saxlayıram”.

    Yaşadıqlarından sonra sağlamlıq vəziyyətindən narahatlıq keçirdiyini deyən adam xəstəxanada 21 gün boyunca nəzarət altında qalacaq. Həkimlər siçanın ağız suyundan yaranan narahatlıqların və infeksiyaların qarşısını almaq üçün müəyyən müdaxilələrə başladıqlarını açıqlayıblar.

  • В России несколько десятков людей застряли на канатной дороге

    Тридцать восемь человек в субботу провели около двух часов на остановившейся канатной дороге в горнолыжном курорте Шерегеш, их пришлось снимать спасателям. Об этом передает Median.Az со ссылкой на РИА Новости.

    “По неизвестным пока причинам остановилась канатная дорога. Около 11.00 на место прибыли спасатели и с помощью специального горного снаряжения стали по одному спускать людей на землю”, – рассказал РИА Новости представитель Кемеровской областной службы спасения (ГКУ “Агентство по защите населения территории Кемеровской области”).

    По его словам, около 13.20 местного времени всех людей благополучно опустили на землю. Пострадавших среди них не было.

    Горнолыжная компания “Каскад” в социальных сетях сообщила, что специально назначенная комиссия будет разбираться в причинах остановки канатной дороги. Туристам, застрявшим на подъемнике, компенсируют заплаченные за него деньги.

    “Спасатели сработали быстро и четко, 38 пассажиров сняли с кресел в течение установленного регламентом спасательных работ времени. Оно составляет четыре часа. Использовали три спасательных комплекта, работали три спасательные бригады. Операция прошла штатно, без паники”, – рассказали в компании.