Month: March 2019

  • WhatsApp-da çoxdan gözlənilən yeni funksiya

    WhatsApp istehsalçıları ismarışlar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, funksiya “yönləndirmə haqqında məlumat” adlanır. Bu funksiya ilə istifadəçi alınan ismarışın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.


    Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq. İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarışları müəyyən etmək üçün əlavə ediblər.

    Yeni funksiya spam xarakterli mesajların kütləvi şəkildə yayılmasının qarşısını almağa yönəlib.

  • Глава МИД Германии: борьба с террористами еще не закончена, несмотря на разгром ИГ

    Глава МИД ФРГ Хайко Маас приветствовал освобождение от террористической организации “Исламское государство” сирийского города Эль-Багуз, но указал, что борьба с экстремистами еще не закончена. Об этом сообщила в субботу пресс-служба ведомства, передает Median.Az со ссылкой на ТАСС.

    “Сделан важный шаг, – отметил Маас. – Несмотря на этот успех, от ИГ продолжает исходить существенная угроза”.

    “Нужно продолжать противостоять ненависти и террору”, – добавил министр.

    Ранее вооруженная коалиция “Силы демократической Сирии”, которой оказывают поддержку США, сообщила о полном освобождении от боевиков террористической группировки граничащего с Ираком населенного пункта Эль-Багуз на востоке Сирии, который называют “последним форпостом” ИГ.

  • Almaniya XİN: İŞİD-in məğlubiyyətinə rəğmən, terrorçularla mübarizə hələ bitməyib

    Almaniyanın xarici işlər naziri Hayko Maas Suriyanın Əl-Baquz şəhərinin İŞİD terror təşkilatından azad olunmasını alqışlayıb, lakin ekstremistlərlə mübarizənin hələ bitmədiyini deyib.

    TASS xəbər verir ki, bu barədə şənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

    “İrəliyə mühüm addım atıldı. Bu uğura baxmayaraq, İŞİD-dən əhəmiyyətli dərəcədə təhlükə gəlməkdə davam edir. Nifrət və terrora qarşı mübarizəni davam etdirmək lazımdır”, – deyə Maas bildirib.

    Daha əvvəl Ağ ev Suriyanın tam olaraq İŞİD-dən azad olunduğunu bəyan edib.//report.az

  • ABŞ-la Rusiya arasında yeni insident: Nüvə daşıyan qırıclar havalandı

    Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə məxsus üç “B-52H” bombardmançı təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuşlar həyata keçirib. Median.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

    Qeyd olunur ki, təyyarələr bir neçə saat fərq ilə ərazidə uçuş həyata keçiriblər.

    Məlumata əsasən, ABŞ-a məxsus bombardmançı təyyarələr Rusiyanın dəniz sərhədindən 160-170 kilometr aralıda uçuşlar həyata keçirib.

    O da vurğulanır ki, bu tipli təyyarələr nüvə silahları daşımaq gücündədir.

  • Натуральные подсластители вызывают рак?

    Биологи из США провели опыты на мышах, чтобы доказать, что кукурузный сироп и другие натуральные подсластители на базе фруктозы способствуют развитию рака. Данные об исследовании разметил журнал Science. Исследователи раскрыли механизм «работы» «сладких убийств».

    Как сообщает РИА «Новости», сегодня большинство ученых считает, что негативное действие сахара в основном связано с тем, что он способствует развитию ожирение, а ожирение – повышает вероятность развития рака.

    «Мы решили проверить, есть ли прямая связь между первым и третьим», – поделился Юн Чжи-хэ из Бейлоровского колледжа (США). По данным Всемирной организации здравоохранения, начиная с 80-х годов XX века, в мире бушует глобальная эпидемия ожирения. Как свидетельствует статистика, каждый третий житель планеты страдает лишним весом, еще 15% – от тяжелых форм ожирения.

    С ним же связаны около 47% болезней – атеросклероз, инсульты, инфаркты, диабет и рак. Все они – последствия нарушений метаболизма. Современная медицина на роль главного распространителя эпидемии, выдвигает сахар и сладкие напитки. Именно они стали очень популярны в мире в последние два десятилетия.

  • İlham Əliyev kədərini ifadə etdi: “Həlak olanların ailələrinə başsağlığı verirəm”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı məktubu göndərib. Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

    Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”

  • Paytaxtın adının dəyişdirilməsi Qazaxıstana 125 mln. dollara başa gələ bilər

    Median.Az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərinin adının Nur-Sultan adı ilə əvəz olunması 125 mln. ABŞ dollarına başa gələ bilər.

    ONA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Alpari” analitik informasiya mərkəzinin direktoru Aleksandr Razuvayev məlumat verib.

    O, bildirib ki, paytaxtın adının dəyişdirilməsi ucuz proses deyil, əsas xərclər büdcə hesabına həyata keçiriləcək. Xərclər əsasən şəhər sakinləri üçün yeni sənədlərin nəşr olunmasını (təxminən 80 mln. dollar), yeni lövhə və nişanların hazırlanmasını (25 mln. dollar) və yeni xəritələrin hazırlanmasını (5 mln. dollar) əhatə edəcək. Bundan başqa, dövlət idarələri tərəfindən Konstitutsiyanın yeni redaktəsinin və dəyişikliyin aparılacağı müxtəlif qanun nəşrlərinin əldə edilməsi üçün də xərclər tələb olunacaq. Çünki hazırda bütün sənədlərdə “Astana” adı keçir. Buna isə 15 mln. dollar vəsait lazım olacağı proqnozlaşdırılır.

    Qazaxıstanın maliyyə naziri Alixan Smailov isə daha əvvəl bildirib ki, paytaxtın adının dəyişdirilməsi ilə bağlı xərclər hələ hesablanmayıb. Onun sözlərinə görə, xərclər dövlət və yerli büdcə hesabına həyata keçiriləcək.

  • Bərdədə ər arvadını baltalayıb

    Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

    Median.Az ONA-ya istinadən məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Belə ki, Kəlbəcərdən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu öz həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızına əri tərəfindən balta ilə ağır xəsarət yetirilib. Yaralı Pərvanə Yəhyayeva yaxınları tərəfində Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib.

    Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır.

  • Прогноз погоды на завтра

    Министерство экологии и природных ресурсов предупредило об ухудшении погодных условий в Азербайджане.

    Как сообщили в Национальном департаменте гидрометеорологии министерства, с вечера 24 марта до утра 26 марта в Баку и на Абшеронском полуострове скорость северо-западного ветра составит 15-20 м/с, временами 23-28 м/с, а 25 марта – в некоторых частях полуострова сила ветра ожидается до 30 м/с.

    Временами ожидается дождь. Температура воздуха составит 6-8 градусов тепла.//report.az

  • Ən ziyansız insanlar onlardır

    Psixoloqlar belə qənaətə gəliblər ki, xoşbəxt insanlar tamamilə zərərsizdirlər. Digərləri ilə müqayisədə daha çox xoş olaylarla qarşılaşan, pozitiv düşünən insanlarda xoşbəxtlik hormonu yüksək olur.

    Məhz bu səbəbdən də həmin insanların ətraf üçün təhlükəsiz olduğu və onların zorakılığa meylli olmadığı bildirilir.

    Alimlər xoşbəxt insanları belə tərif edirlər: “Onlar iş həyatında daha çox uğur qazanan, özünü təsdiqləyən, daha məhsuldar, sağlam və uğurlu insanlardır”. (Sputnik Azərbaycan)