Month: April 2019

  • Azərbaycanda bu tərəvəzin idxal rüsumu ləğv edildi

    Azərbaycan hökuməti ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib.

    Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir.

    Məlumatda deyilir ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib. Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib.

    “Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək”, – məlumatda qeyd olunub.

  • Şagirdi intihar edən məktəb direktorunun şok səs yazısı yayıldı – “Yazın ki, Elinanın ailəsi pozğun idi”

    Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.

    Direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə maraqlanmadığını yazmağı xahiş edib.

    Həmin səs yazısını oxuculara təqdim edir.

    ///Movqe.az

  • Arif Əsgərovun korrupsiya əməlləri təzədən istintaq edilə bilər

    Azərbaycanın adını beynəlxalq aləmdə maxinasiya qalmaqalına bulaşdıran sabiq nazir müavininin “məhşər ayağı”na çəkilməsi zərurəti var

    Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra illərlə adı korrupsiya cinayətlərində hallanan Arif Əsgərov da nazir müavini postunu itirdi. Həmin günlərdə belə xəbərlər gəzirdi ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini olmuş Arif Əsgərovun “kitabı” bağlanıb, onu həbs edəcəklər. Amma bu iddialar özünü doğrultamadı, nə Ziya Məmmədova, nə də onun müavini Arif Əsgərova “gözün üstə qaşın var” deyən olmadı. Arif Əsgərov “fenomeni”nin mahiyyəti nədir? Onu həbsdən, ən azı dindirmədən kənar saxlayan nədir?

    Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. Həmin müddətdə adı dəfələrlə ən müxtəlif rüşvət və korrupsiya qalmaqallarına qarışıb. Onun başı üzərində həbs təhlükəsi 2013-cü ildə real görünürdü. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O, bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Həmin günlərdə Arif Əsgərovun istintaqa çağırılması haqda xəbərlər bir-birini əvəzləyirdi. Lakin A.Əsgərov üzə çıxdı və dedi ki, onu bu iş üzrə istintaqa çağırmayıblar. Sabiq nazir müavini baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq mənimsəmədə ittiham olunaraq həbs edilməsinə də münasibət bildirmişdi. Demişdi ki, istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək: “Mən nə deyə bilərəm ki? İstintaqda adı gedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyəti yoxdur”.

    Bu qalmaqallı olayla bağlı istintaq getdiyi günlərdə İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un Rusiya vətəndaşı olan əməkdaşını həbs etdi. “Bombardier” şirkətinin bir neçə top-menecerinin “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak etdikləri üzə çıxdı.

    Bu dəfə də yeyinti qalmaqalında mərkəzi fiqur kimi Arif Əsgərovun adı hallanırdı. Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedirdi. Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200” siqnal sistemlərini quraşdırmalıdır.

    Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Həbs olunan Yevgeni Pavlovun vəkilləri bildirirdilər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilib.

    Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır. Bu şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin, üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb. Həmin məmurun Arif Əsgərov olması haqda xəbərlərə isə o, susqun yanaşdı.

    Üst-üstə adı 104 milyon (56 milyon+48 milyon) dollarlıq yeyintidə hallanan Arif Əsgərov “sudan quru çıxmağı” bacaran sabiq məmur imici qazanıb. O, özü ilə bərabər övladlarını da korrupsiya burulğanlarından kənar tutmağı bacarıb. Oğlu Elnar Əsgərovun adı qarışan cinayət işi üzrə məhkəmə prosesi bir qədər əvvəl başa çatıb. Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov təqsirli qismində müttəhimlər kürsüsünə çıxarılmışdı. R.Hüseynovun anası Lətifə Hüseynova deyirdi ki, hakim qarşı tərəfin maraqlarına uyğun hərəkət edir, Arif Əsgərovun oğlunun əvəzinə onun oğlunu ittiham edirlər. Tələb edirdi ki, vəkillərin təqdim etdikləri əsaslı vəsatətlər araşdırılsın, mühasibatlıq sənədlərinə baxış keçirilsin, müvafiq qərarlar qəbul olunsun.

    Rahib Hüseynov 2018-ci ilin dekabrında külli miqdarda dələduzluqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, iş üzrə zərərçəkən şəxslərə 4 milyon 300 min manat zərər vurulub. O, zərərçəkənləri “Azərbaycan Dəmir Yolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə aldatmaqda ittiham edilsə də, deyir ki, pullar xalası oğlu Elnar Əsgərov tərəfindən alınıb, o, sadəcə alınan pulların qeyri-rəsmi qeydiyyatını aparıb. İş üzrə zərərçəkənlər Emin Məmmədovun, Qoşqar Zeynalov və başqalarının da ifadələri ilə Rahib Hüseynovun fikirləri arasında uyğunluq var. Bundan başqa, o, ilkin məhkəmə instansiyasında məhkəməyə Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun qara mühasibatlıq aparmasını təsdiqləyən 5 kitab da təqdim edib. R.Hüseynov 2013-cü ildən həbs edilməzdən öncəyə qədər həmin kitablarda Elnar Əsgərovun görülən işləri, alınan məbləğlərlə bağlı qeydləri yazıb. Rahib Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub, qeyd edilən məbləğlər 20-25 milyondur. Vəzifəli şəxslərin yaxınlarından alınan pullarla Arif Əsgərovun oğlu dəmir yolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib. Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Rahib Hüseynov məhkəmədə dönə-dönə vurğulayıb ki, o, Elnar Əsgərovun tapşırığı, birbaşa iştirakı ilə pulların alınması və aylıq faizlərin verilməsinə, qara mühasibatlıq işinə nəzarət edib. Rahib Hüseynovun qardaşı Emil Hüseynov da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il cəza alıb. Həmin cinayət işində də Elnar Əsgərovun adı hallanırdı. Emin Hüseynov da pulları xalası oğlu Elnar Əsgərova verdiyinə israr edirdi. Elnar Əsgərovun adı hər iki xalası oğlunun işində şahid kimi keçib.

    Göründüyü kimi, Arif Əsgərov vəzifədə olarkən adı böyük korrupsiya qalmaqallarında keçib, büdcənin dağıdılması, millətin pullarının talan edilməsi, həm də Azərbaycanın adının beynəlxalq aləmdə korrupsiya mövzusunda hallanmasına yol açan hərəkətlər edıb. İndi əsas suallardan biri də budur: hüquq-mühafizə orqanları bu qədər faktlardan sonra hüquq-məhkəmə sistemindəki islahatların fonunda A.Əsgərovla bağlı hərəkətə keçəcəklərmi? Ayağında bu qədər yeyinti olan bir məmur ölkənin adını rəsmən biabır edirsə, cinayətə bərabər əməl törədirsə, o, niyə cəzasız qalır?

    ///musavat.com

  • Azərbaycanda məktəb direktorunun qoyunlarını canavar parçaladı

    Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.

    Median.Az-ın ONA-ya istinadla verdiyi xəbərə görə, ötən gün rayonun Yenicə kənd orta məktəbinin direktoru Cəmil İbrahimova məxsus qoyunlar örüş sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb.

    Yırtıcılar 2 baş qoyunu öldürüb, 3 baş qoyunu yaralayıb. Məlumata görə, iki gün öncə kəndin daha iki sakininə məxsus 7 baş qoyun canavar hücumuna məruz qalaraq tələf olub.

  • В столице продавец совершил кражу из маркета

    Как сообщает Median.Az, сотрудники 30-го отделения полиции Сураханского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы Г.Гейдарова, который являясь продавцом маркета, расположенного на Зыхском шоссе украл 1635 манатов и сигареты.

    По факту ведется расследование.

  • Bakıda satıcı işlədıyi marketdən oğurluq edib

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-nə keçən gecə Zığ yolu küçəsindəki mağazadan 1635 manat pul və tütün məmulatı oğurlayan, orada satıcı işləyən paytaxt sakini H.Heydərov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанский боец ММА может войти в историю – Титульный поединок в Москве

    Азербайджанский боец по смешанным единоборствам (ММА) Нариман Аббасов (70,3 килограмма) 26 апреля в Москве проведет поединок за чемпионский пояс престижной промоутерской организации Fight Nights.

    Как сообщил Sputnik президент Федерации ММА Азербайджана Шахрияр Аббасов, спортсмен проведет титульный поединок против бойца из Казахстана Куата Хамитова.

    Отметим, что чемпионским титулом в весовой категории до 70,3 килограмма владел россиянин Ахмед Алиев, который покинул организацию Fight Nights, после чего чемпионский пояс в этом весе оказался вакантным. Учитывая высокий рейтинг азербайджанского бойца, именно ему было предложено провести схватку за этот пояс.

    Это не первый титульный поединок для Наримана Аббасова, но свой первый бой за чемпионский пояс Fight Nights он проиграл. В этот раз азербайджанский боец готов значительно лучше, считает глава ММА Азербайджана.

    “Сейчас функционирует достаточно большое количество бойцовских промоутерских организаций, но Fight Nighs является крупнейшей на территории СНГ и Европы. Под ее эгидой в разное время выступали немало известных бойцов, в том числе и легенда ММА Федор Емельяненко. Нариману сейчас представился хороший шанс вписать свое имя в историю, так как раньше ни одному азербайджанскому бойцу не доводилось выиграть пояс такой престижной организации”, – сказал Шахрияр Аббасов.

    Что касается соперника азербайджанского бойца, казаха Куата Хамитова, то, по мнению руководителя ММА Азербайджана, он достаточно опасен.

    “Это не стандартный боец, он неплохо борется и обладает хорошей ударной техникой. То есть от него можно ожидать все, что угодно. Тем не менее, мы готовы к предстоящему бою, провели сборы в Таиланде. Сейчас вернулись домой, где проводим заключительный этап подготовки”, – сказал Аббасов.

    Кстати, ранее титульный поединок с участием азербайджанского бойца планировалось провести в Баку, однако, Федерации ММА Азербайджана не удалось привлечь для этого проекта спонсоров.

    “В Азербайджане есть немало любителей смешанных единоборств, очень много обсуждался нашумевший поединок за чемпионский пояс UFC между Хабибом Нурмагомедовым и Конором Макгрегором. Однако, из-за отсутствия финансовых средств, мы не можем проводить у себя международные турниры по этому популярному виду спорта.

    Руководство Fight Nights предложило провести титульный бой Наримана Аббасова в Баку, но нам так и не удалось привлечь спонсоров, и от этой идеи пришлось отказаться”, – сказал Аббасов.

    Федерация тратит собственные и немалые средства на подготовку и участие бойцов в международных турнирах, но ее возможности не безграничны.

    “У нас нет никакой поддержки со стороны государства, нам не уделяется никакого внимания. Для развития любого вида спорта необходимы финансовые средства, ребятам нужно оплачивать тренировки, витаминизацию, у них есть семьи, которые надо содержать. В результате многим из них приходится совмещать тренировки с работой, а в таком случае они не могут рассчитывать на победы в серьезных турнирах”, – сетует Аббасов.

    Глава ММА Азербайджана надеется, что в случае победы Наримана Аббасова в Москве на этот вид спорта в стране наконец, обратят внимание.

    “Возможно, успех Наримана изменит ситуацию. В Азербайджане зачастую привлекают иностранных тренеров и спортсменов, не обращая внимания на свои кадры. К примеру, участвуя в совместных тренировках с зарубежными бойцами, мои подопечные не раз отмечали, что система подготовки у нас лучше. В Таиланде был парень, который в свое время побеждал Конора Макгрегора, а Нариман Аббасов в контрольном поединке его даже не почувствовал. То есть у нас зачастую местных спортсменов недооценивают”, – заключил Аббасов.

  • Damladan ETİRAFLAR: “Bəziləri kimi yalandan deməyəcəm ki…” – VİDEO

    “ATV maqazin onlarla” proqramının qonağı olan populyar müğənni Damla maraqlı açıqlamaları ilə yadda qalıb.

    Bir oğul anası olan ifaçı ikinci dəfə ana olmaq arzusunu dilə gətirib:

    “Artıq 10 ilə yaxındır ki, ikinci dəfə ana olmağı arzulayıram. Bəziləri kimi yalandan deməyəcəm ki, çox təkliflər alıram, amma mən istəmirəm. Amma yox! Yalan deməyim. Mən hər şeyi qanun çərçivəsində istəyirəm. Rəsmi nikah olmadan dünyaya övlad gətirmək istəmirəm. Qeyri-rəsmi övlad dünyaya gətirənləri də qınamıram. Sadəcə bir Damla olaraq, rəsmi nikah istəyirəm.

    Sevdiyim şəxs ilk növbədə ali təhsilli olmalıdır. İnstituta gedib-gəlmiş yox a, oxumuş olsun. Biznesmen, miloyarder olması, son model avtomobil sürməsi önəmli deyil. İnsan olması yetərlidir”.

    Damla müsahibədə onun olduğu iddia edilən videonun yayılmasında bir məşhurun əli olduğu barədə sualı cavablandırmaq istəmədi:

    “Hələki araşdırma gedir. İpucları var, mediaya açıqlanacaq”.

  • Bakıdan Sumqayıta yeni marşrut açıldı

    Bakıdan Sumqayıta yeni avtobus xətti açılıb.

    Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Nuridə Allahyarova bildirib.

    Onun sözlərinə görə, Qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri

    və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə “Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi” marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib.

    Həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərin xidmətində olacaq.

    Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.

  • “Şamaxinka”da tıxac olmayacaq – VİDEO

    Paytaxtın “Şamaxinka” adlanan ərazisində tıxacın qarşısı alınacaq. Nə piyadalar, nə də avtomobillər sürücülər bir-birinə mane olmayacaqlar. Çünki ərazidə yerüstü keçidin tikintisinə başlanılıb.

    Xezerxeber.az-ın məlumatına görə, pik saatlarda burda hər zaman tixac və qarışıqlıq yaranırdı. Piyadalar və sürcülər bir-birnə mane olurdular. Ancaq ərazidə tikintisi başlayan yerüstü keçid bu problemi aradan qaldıracaq.

    Yerüstü keçidin tikilməsi həm sürücülərin həm də piyadalın ürəyincə olub.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.