Bakıda satıcı işlədıyi marketdən oğurluq edib

Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-nə keçən gecə Zığ yolu küçəsindəki mağazadan 1635 manat pul və tütün məmulatı oğurlayan, orada satıcı işləyən paytaxt sakini H.Heydərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.