Month: April 2019

  • Cəlilabadda kütləvi dava olub, xəsarət alan var

    Cəlilabad rayonunda kütləvi dava baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Gülməmmədli kəndində qeydə alınıb.

    Həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Əzizov İsaq Əli oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı üz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. İ.Əzizova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Neftçi”dən vacib qələbə

    Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, “Neftçi” “Zirə”ni darmadağın edib – 4:2.

    “Neftçi”nin heyətində Baqali Dabo (dubl), Anton Krivotsyuk və Namik Ələsgərov fərqlənib.

    Qonaqların qollarını isə Mfo Kqasvane vurub.

    Bu qələbədən sonra “Neftçi” xallarını 51-ə çatdırıb və çempionatın vahid liderinə çevrilib. “Zirə” isə 22 xalla altıncı pillədə qərarlaşıb.

  • TANAP vasitəsilə sınaq qaz tədarükünün detalları açıqlanıb

    Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq tədarükünün başlanmasına qədər son yoxlamalar keçirilir.

    Bu barədə Trend-ə TANAP konsorsiumundan bildiriblər.

    Konsorsiumdan deyilib ki, boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin qazla doldurulması iyunun sonunadək başa çatacaq.

    Qeyd olunub ki, ilkin olaraq 40 milyon kubmetr qaz nəql olunacaq, daha sonra nəqliyyat həcmi 85 milyon kubmetrədək artacaq:

    “Qaz həcmləri TANAP-da qalacaq, çünki bu kəmər hələlik Trans-Adriatik qaz kəmərinə qoşulmayıb”.

    Bir müddət əvvəl TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol TANAP-ın birinci mərhələsi çərçivəsində sınaq tədarükünün 2019-cu il aprelin 15-də başlayacağını bildirmişdi.

    Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

    İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

    Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

    Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

  • “Azərbaycan Universitetinin” məzunu 55 il cəza aldı

    Türkiyənin Bursa vilayətində Pensilvaniya Universitetinin sertifikatı ilə “kəkələmə və düzgün danışma mərkəzində” onlarla xəstəni aldadan saxta professor 55 il müddətinə azadlıqdan məhrum edilib.

    Median.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vətəndaşları Azərbaycan Universitetinin məzunu olduğu və Pensilvaniya Universitetindən sertifikat aldığını deyərək aldadan 40 yaşlı Emre Nuri Korkut bir il öncə iş yerində həbs edilib. Saxta həkim həbs edilən zaman iş yerində saxta diplomlar, professorluq və dosentlik sənədləri götürülüb.

    Korkut ona qarşı olan ittihamları qəbul etməyərək bildirib ki, onun mərkəzində qüsurlu və ya kəkələmə problemi xəstəliyi olan şəxslər olmayıb: “Buna görə də mənim professor olmağım mütləq deyil. Mənim yanıma gələn insanların ilk verdiyi sual “düzələcəyəmmi” olub. Gələn şəxsləri ən az bir həftə pulsuz sınama müddətinə götürürdüm. Müddətin sonunda onlardan “davam etmək istəyirsinizmi” deyə soruşurdum. Heç bir sənəd və ya müqavilə olmayıb. Yəni onların mənə pul verməmək kimi imkanları olub”.

    Qeyd edək ki, əvvəlki prosesdə prokuror Emre Korkutu 33 nəfəri aldatmaqda ittiham edərək, ona 165 il cəza istəmişdi.

    Son söz verilən saxta professor iki zərərçəkmişlə razılaşdığını qeyd edib.

    “Azadlığa çıxsam digərlərinin də zərərini ödəyəcəyəm”, – deyən “professor” hər bir zərərçəkmiş üçün 1 il 8 ay olmaqla 55 il azadlıqdan məhrum edilib.

  • “Azərbaycanda həkimlər pis deyil, dərmanlar pisdi”- Bakıda işləyən iranlı doktor

    Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın

    Hazırda Təbriz xəstəxanalarının birində çalışan, tanınmış həkim uroloq Hasan Hasanzadə bir neçə il əvvəl dəvətlə Bakıda klinikaların birində işləyib. Sonradan İrana geri qayıdan həkimin yanına indi də burdan xəstələr gedir.

    Median.Az
    medicina.az-a istinadən bildirir ki, azərbaycanlı pasiyentlərdən biri Təbrizdə Həsən həkimin qəbulunda olarkən, niyə Bakıda qalıb işləmədiyini soruşur. O bildirib ki, Azərbaycanda işləyəndə xəstələrə düzgün müalicə yazmasına baxmayaraq, effekt görmürdü.

    ” Mən dünya tibbi protokolları müalicə üçün nə tələb edirsə, onu da yazırdım. Amma Azərbaycanda yazdığım müalicələr burdakı kimi effekt vermirdi. Nə xəstə, nə mən təsirini görmürdüm. Anladım ki, səbəb dərmanlardır. Eyni dərman, eyni tərkibdir. İranda o reseptlə xəstəliyi 3 həftəyə sağaldırdım, Bakıda isə aylarla fayda görmürdük. Bu da xəstələrdə həkimə inamsızlıq yaradır.

    Ona görə işləməyə davam etmədim. İndi Təbrizə Bakıda məni tanıyanlar gəlir. Dərmanlarını burdan alırlar. Bir neçə dəfə orda işləmək üçün dəvətlər gəlib, amma getmirəm. İşləməyimin nə faydası? Özümlə İrandan dərman daşıya bilmərəm axı”.

    Həkim qeyd edib ki, “Azərbaycanda yaxşı həkim yoxdur, ona görə xəstələr xaricə gedir fikri” ilə razı deyil.

    “Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın”.

  • Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

    Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun giriş hissəsindəki körpü yaxınlığında qeydə alınıb.

    İlkin məlumata görə, qəza zamanı 2 nəfər nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Децла посмертно признали легендой хип-хопа

    Российского рэпера Кирилла Толмацкого, выступавшего под псевдонимом Децл, посмертно удостоили звания «Хип-хоп легенда». Титул был присужден музыканту в ходе церемонии вручения музыкальной премии «Жара Music Awards 2018», сказано на сайте мероприятия.

    Победителей премии выбирали зрители и жюри, в состав которого входят артисты, продюсеры и другие представители шоу-бизнеса.

    Награду за Децла получил его отец, Александр Толмацкий и мать, Ирина Толмацкая.

    В номинации «Лучший певец» победителем стал Сергей Лазарев, а лучшей певицей признали Светлану Лободу. Титул «Артист года» достался Филиппу Киркорову, он же получил награду за лучший клип — видеоролик к песне «Цвет настроения синий».

    Децл скончался в ночь на 4 февраля после концерта в Ижевске. В гримерке музыкант пожаловался на плохое самочувствие, знакомые вызвали скорую помощь, но медики не успели спасти 35-летнего музыканта.

    В начале марта судмедэксперты постановили, что Кирилл Толмацкий скончался из-за острой сердечной недостаточности.

  • Amerikada əzilən, suda batan maşınlar Bakıda necə satılır?

    Amerika və ya avropa ölkələrində qəzaya uğramış avtomobilləri ölkəmizə gətirib satışını həyata keçirirlər. Hazırda Bakıda bu işlə məşğul olan çoxlu sayda şirkət var. Belə avtomobillərin qiyməti nisbətən ucuz olduğundan onlara tələbat da böyükdür.

    Qəzaya uğramış və müxtəlif detalları əzilmiş bu avtomobillər Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilir. Son zamanlar Bakıda bu işlə məşğul olan şirkətlərin sayı artmaqdadır. Buna səbəb sözügedən avtomobillər ölkə bazarındakı maşınlardan ucuz başa gəldiyindən onlara tələbatın çox olmasıdır.

    Bu işlə məşğul olanlar deyirlər ki, avtomobil internet üzərindən seçilir və sifarişə uyğun olaraq müştəriyə ya Gürcüstanın Poti limanında, ya da Bakıda təhvil verilir. Eyni avtomobilin yerli bazarla müqayisədə qiymət fərqi isə 20-40 %-ə qədər olur.

    Bundan başqa, müştəri təmir və gömrük rüsumlarını öz üzərinə götürsə, bu zaman avtomobil müştəriyə təhvil verilərkən qeyd edilən nasaz hissələrdən başqa digər detalların sazlığı təsdiq edilir və problem yarandığında şirkət müştəriyə əlavə ödəniş edir.

    Şirkət rəsmisi bildirir ki, avtomobil gətirilərkən Poti limanına qədər təkcə yol xərci 1100-2000 dollar arasında dəyişir. Avtomobilin Bakıya çatdırılması üçün isə əlavə 350-400 dollar ödəniş alınır. (Xəzər TV)

  • Qida istehsalçılarının hiylələri

    Hər gün masamızda olan yeməklərin keyfiyyətini bəzən ayırd edə bilmirik. Çünki qida istehsalçıları bir sıra hiylələrdən istifadə edirlər ki, istehlakçı bunu görə bilmir.

    Median.Az foodinfo.az-a istinadən bu hiylələrin bəziləri ilə sizi tanış edir:

    Demək olar ki, hamımız qəssab ət alırıq. Bir çox hallada isə qiyməyə (farş) üstünlük veririk. Amma qiymənin tərkibinə ətin lazımsız hissələri ilə yanaşı ucuz toyuq ətinin də qarşıdırıldığını bilirdinizmi?

    Şirniyyatı çox sevirik. Xüsusilə yediyimiz zaman dadından doymuruq. Amma bəzi qida istehsalçıları qozlu paxlavaya qoz yerinə digər bitkilər, məsələn noxud qatdığnın fərqinə varmısınızmı? Təəssüf ki, bunu ayırmaq bizim üçün olduqca çətindir.

    Qırmızı bibərə baxdığımızda rənginin necə parlaq olduğunu görürük. Parlaq bir rəng almağının səbəbi kərpic tozu ola bilər.

    Süfrələrimizdə faydalı olduğu üçün zeytun istifadə edirik. Amma qara rəng almaq üçün sənaye boyasından istifadə olunur.

    Balıq omeqa qaynağıdır. Hamımız bilirik. Təəssüf ki, bəziləri “təzə balıq” formasını yaratmaq üçün qırmızı rəngi balığın qəlsəmələrinə çəkə bilər ki bu da balıq sevənlərə təzə kimi görünür.

    Çörək bizim əvəzolunmaz qidamızdır. Xüsusilə bəzziləri ağ çörəyi çox sevir. İsti çörəyi alarkən içinin dümağ olması sizi çaşdırmasın. Bəziləri çörəyin ağ rəngli görünməsi üçün xəmirə əlavə rəng qatırlar.

    Vitaminlərin mənbəyi olan meyvələr və tərəvəzlərin gözəl görünüşünə aldanmayın. Parıltılı almanın o vəziyyətə düşməsi üçün xüsusi mumdan istifadə olunur. Odur ki, meyvəni alarkən təmiz yuyun.

    Bunlar qidalardakı hiylələrin növlərinin sadəcə bir neçə nümunəsidir. Təəssüf ki, istehsalçılar daha çox qazanmaq üçün insanlaın sağlamlığı ilə oynayırlar.

  • Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.

    Median.Az Trend-ə istinadən bildirir ki, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək.

    İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır.

    Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə görüşəcək