Month: April 2019

  • Dünyada yeni təhlükə: uşaqların ömrü qısalacaq

    Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qlobal hava çirklənməsi səbəbindən hazırda doğulan uşaqların ömürləri orta hesabla 20 ay azalacaq.

    Bu açıqlamanı “The Guardian” nəşri yayıb.

    Məlumatda 2017-ci ildə hər 10 ölümdən birinin səbəbinin hava çirkliliyi olduğu deyilir.
    Belə ki, hava çirklilyinin yaratdığı ölüm təhlükəsi avtomobil qəzaları və siqaretdən qaynaqlanan ölümlərlə yarışmaq dərəcəsinə yüksəlib.

    Dünyada xroniki obstruktiv ağciyər xəstəliklərindən qaynaqlanan ölümlərin 41, ikinci tip diabet xəstəliklərindən olan ölümlərin 20, ağciyər xərçəngindən olan ölümlərin 19, ürək xəstəliklərindən olan ölümlərin 16, iflicdən qaynaqlanan ölümlərin 11 faizinin hava çirkliyindən olduğu bildirilirb.

    Pis hava şəratinə görə ömür payının ən çox azalacağı ölkələr Cənubi Asyada olacaq.

    Belə ki, bu gün Cənubi Asyada doğulan uşaqların ömrünün ortalama 30 ay, Cənubi Səhra Afrikasında 24 ay, Şərqi Asyda 23, Şimali Afrika və Orta Şərqdə 18, Latın Amerikasında 9 ay azalacağı ehtimal olunur.

    Ümumilikdə dünya üzrə uşaqların ortalama ömür payının 20 ay azalacağı pqoqnazlaşdırılır.

    Səhiyyə Effektləri İnstitutunun vitse-prezidenti Robert Keef hava çirkliliyi səbəbindən uşaqların ömrünün bu qədər qısalacağı xəbərinin şok yaratdığını, dövlətlərin bu məsələ ilə bağlı hərəkətə keçməsinin vacibliyini vurğulayıb. (Lent.az)

  • Əfsanəvi Çarli Çaplinin nəvəsi:“Azərbaycanı, Bakını görmək istəyirəm”– MÜSAHİBƏ MÜSAHİBƏ

    Əfsanəvi aktyor, rejissor Çarli Çaplinin nəvəsi Laura Çaplin hafiztimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlardan söhbət açıb, həmçinin Azərbaycanla bağlı sevgisini də ifadə edib.

    Laura Çaplin məşhur rəssam və dizaynerdir. 1987-ci ildə İsveçrənin Vevey şəhərində anadan olub. London/Lozannada təhsil alıb. Dünyanın bir çox ölkələrində incəsənət sərgiləri təşkil olunur.

    Median.Az müsahibəni oxucularına təqdim edir:

    -Uşaqlıq illərinizi necə xatırlayırsınız? Dünyanın ən məşhur aktyoru Çarli Çaplinin nəvəsi kimi necə böyüdünüz?

    -Mənim sehirli uşaqlıq illərim babamın sonuncu evində keçib. Həmin ev bu gün Çaplinin muzeyi kimi fəaliyyət göstərir. Heyvanlarla həyətdə oynayırdım. Hələ o zamanlardan bəri rəsm çəkməyi də çox sevirdim. Çox sadə, sevgi və gülüş səsləri içərisində böyüdüm. Bu mənim üçün bir şans idi. Babamın bütün nailiyyətləri ilə qürur duyuram.

    -Siz dünyada Çarli Çaplinin ailəsini təmsil edirsiniz. Çarli Çaplinin nəvəsi olmaq necə bir hissdir? Bunun hansı faydaları, çətinlikləri var?

    -Babamın vəfatından 10 il sonra dünyaya gəlmişəm. Babamı görə bilməsəm də həmişə onunla qürur duymuşam. Onun varlığı daimidir. Hər dəfə məni ruhlanıdırır. Belə bir mirasa sahib olmaq bəzən səbəbsiz ittihamlar gətirə bilir. Amma mən digər insanların nə düşündüklərinə fikir vermirəm. Qəlbimin səsini dinləyirəm və məni xoşbəxt edən işlər görürəm.

    -Babanız haqqında fikirlərinizi bilmək istərik. Çarli Çaplin sizin üçün kim olub?

    -O, bir dahi, mükəmməlik tərəfdarı və böyük şöhrət sahibidir! Babam ən çətin günlərdə dünyanı gülümsətməyi bacarıb! Sülh və xoşbəxtlik bəxş etmək istəyən bir hümanist idi! O, hər kəsin başa düşə biləcəyi bir dildə danışıb…

    Atanız Çarli Çaplin haqqında sizə nələr danışardı? Çarli Çaplin evdə, ata kimi necə olub? Atanız onu necə təsvir edirdi?

    -Babam çox təvəzökar bir insan olub. Sual vermədikcə heç kimə heç nə deməzdi. İş yerində çox ciddi bir adam idi. Boş vaxtlarında klounluq edirmiş. O, səhər və günorta yeməyini yaxın dostları, ailəsi ilə paylaşmaqdan zövq alıb. Nənəm və babamın gözəl bir sevgi hekayələri olub. Onların sevgisi hər zaman heyranlıq doğurub.

    Çarlı Çaplin niyə “Osqar” mükafatına layiq görülməyib? Onun düşmənləri kimlər idi?

    -Babam gördüyü işlərə görə bir çox mükafatlara layiq görülüb. Çox təəssüf ki, insanlıqla bağlı mesajlarına görə bir çoxları onu məhv etmək istəyirdi.

    -Çarli Çaplindən nə miras qalıb?

    -O, kimsədən nəsə almağa meyilli deyildi, sadəcə mədəsinin toxluğuna fikir verirdi.

    Babanınız heç vaxt unutmayacağınız məsləhəti nədir?

    -Onun heç vaxt unutmayacağım fikri budur: “Gülüşsüz bir gün, boş bir gündür”

    -Babanızın ən çox hansı filmlərini sevirsiniz? Babanızın həyatını çətinləşdirən “Böyük Diktator” filmi haqqında nə düşünürsünüz? Bu film sizin həyatınıza necə təsir etdi?

    -Onun sevdiyim filmləri fərqli səbəblərə görə dəyişir. Filmlər arasından birinin adını çəkmək çox çətindir. “Böyük şəhərin işiqları” filmini sevgi hekayəsinə, “Müasir zamanlar” filmini insanlığa verdiyi mesaja, “Uşaqlar” filmini emosional təsirinə görə sevirəm. “Sirk” isə uşaqlıq illərimin filmidir.

    Atanız Çarli Çaplinin ölümü haqqında sizə nə danışıb? Babanızın tabutunu niyə oğurlayıblar? Babanızın tabutunu miqrantların oğurladığı qeyd olunur. Bu barədə nə deyə birləsiniz?

    -Babamın tabutunu pula görə oğurlayıblar… Bu barədə artıq heç bir fikrim yoxdur.

    -Çarli Çaplinin necə xatırlanmasını istərdiniz?

    -Babam həmişə işləri, sənəti və uğurları ilə xatırlanacaq. Film sənayesinə böyük bir fayda verib. Dünyaya verdiyi güclü mesajları ilə xatırlanacaq!

    -Çarli Çaplinin uğur sirri nə olub?

    -Məncə onun uğur sirri gördüyü işlərə çox bağlı olması idi. O, gördüyü bütün işlərini çox sevirdi!

    -Babanızın filmindəki bir mahnını Maykl Cekson da ifa edib. Maykl Ceksonla necə münasibətiniz vardı?

    -Maykl Cekson yaxşı bir dost, ürəyi təmiz bir insan idi! Maykl ilə ilk dəfə həyətimizə helikopterlə enən zaman tanış olmuşam.

    İşiniz haqqında məlumat verin. Babanız sənət seçiminizə necə təsir edib? Rəsimlər çəkmək üçün nədən ilham alırsınız?

    -Üç əsas mövzu ətrafında rəsmlər çəkməyi sevirəm: Çarli Çaplin, xanımlar və atlar. Mən sevdiyim şeylərin nə demək istədiyini boyayaraq təsvir etməyi sevirəm. Rəsm əsərlərimlə müsbət hisslər oyatmaq istəyirəm. Mən müəyyən bir mövzuya üstünlük vermirəm. Arzularımı, həyatımda keçirdiyim duyğuları təmsil edən bir rəsm əsərləri yaratmaq üçün azad düşüncəm olmasının tərəfdarıyam. Bu mənim şəxsiyyətimi təmsil edir!

    Qeyri-adi bir sənətkarın nəvəsi olmaq yalnız mənim dünyamı deyil, çox sayda insanları dəyişib. O, tariximizə həkk olunub. Və onu heç vaxt unutmayacaq tək şəxs mən deyiləm. O, mənə çox ilham verir. O, bir dahi idi. Öz qərarlılığı və yaxşı ürəyi ilə çox şeyləri dəyişib. Onlar bu gün də mövcuddur.

    Babamla şəxsən tanış olmaq şansım olmasa da hər zaman qəlbimdə müxtəlif ritmlərlə varlığını qoruyur. Onun portretini çəkmək həmişə aramızda mövcud olan bağı mənə yenidən yaşadır. Onun ən böyük qorxusu unudulmaq idi. Onu yaşatmaq mənim sənətim üçün bir şərəfdir. Babama heyranam.

    Xatırladığımdan bəri onun rəsmlərini çəkməyi çox sevirəm. Babamın rəsmlərini çəkmək mənə onunla yenidən əlaqə qurmaq kimi bir şans təqdim edir. Bunu ifadə etmək, kəşf etməkdən böyük zövq alıram. Bu yalnız mənə məxsus olan bir zövqdür!

    -Karyeranızda indiyə qədərki ən böyük uğur nə olub?Rəsm çəkmək sahəsində uğur qazanmağın əsas şərtləri nədir?

    -Ən böyük uğurum sevdiyim işlə, yaradıcılıqla məşğul olmaq, sənət əsərlərində insanların duyğularını, hisslərini əks etdirməkdir. Başqalarına müsbət enerji vermək! Bütün yaradıcılığımı ömür boyu kətan üzərinə tökmək mənim üçün uğurdur. Tələb olunan bacarıqlar bunlardır: Qətiyyət, səbr, özünə güvən, sevdiyiniz və hisslərinizə uyğun bir iş !

    Gülüş, yumor sizin üçün nə məna ifadə edir?

    -Gülüş mənim üçün böyük məna kəsb edir. Mənim qlobal rifahım üçün çox önəmlidir.

    -Gülməklə bağlı insanlara hansı məsləhəti verərsiniz?

    -İnsanlara gülüşlə bağlı verə biləcəyim tək məsləhətim budur ki, gülüşlərinizi mümkün qədər paylaşın. Bütün gülümsəmələr gözəldir və hər birinin öz dili var. Sizi xoşbəxt edən şeylərlə özünüzü əhatələyin.

    Gülüş eyni zamanda diktatorlara və dini ekstremistlərə qarşı güclü bir silahdır” fikrinizi necə izah edərsiniz?

    -İdarə etməyi sevən insanlar çox təəssüf ki, ifadə azadlığını sevmirlər!

    -Yeni layihələriniz, hədəflərinizlə bağlı məlumat verin.

    -Hazırda çoxlu rəsimlər üzərində çalışıram. London və Yaponiyada sərgimin açılışına hazırlaşıram. Həmçinin hazırda uşaqlar üçün kitab da yazıram. Həyatdakı tək hədəfim bütün sahələrdə yaradıcı olmağa davam etmək və hər dəqiqədən zövq almaqdır.

    -Bakı, Azərbaycan haqqında düşüncələrinizi bilmək istərdik. Heç Azərbaycana gəlibsinizmi?

    -Heç vaxt Azərbaycanda olmamışam. Bəzən Bakını ziyarət etməyi çox istəyirəm. Mədəniyyəti, tarixi çox gözəldir!//milli.az

  • В Азербайджане владелец хозяйства избил чобана – ФОТО – ВИДЕО

    В городе Сумгайыт владелец хозяйства избил чобана.

    Как передаёт Median.Az со ссылкой на Report, инцидент произошёл в одном из частных хозяйств на территории посёлка Гаджи Зейналабдина Тагиева.

    Владелец хозяйства по имени Вели и его сын избили работавшего в посёлке чобаном выходца из села Биджо Агсуинского района 1971 года рождения Гаджимамедова Сейрана Алибаба оглу. По словам пострадавшего, между ним и владельцем хозяйства утром возник спор, который в результате перешёл в драку. Во время драки С.Гаджимамедов повредил лицо и другие части тела. Он был доставлен в больницу в раненом состоянии проживавшими неподалёку лицами.

    По факту ведётся расследование.

  • Fərda Xudaverdiyev sənətdən getdi – VİDEO

    Aktyor Fərda Xudaverdiyev karyerasını bitirdiyini açıqlayıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu haqda şəxsi İnstaqram hesabında video paylaşıb.

    “23 ildir Azərbaycanda özünəməxsus komediyaya xidmət edən Fərda Amin olaraq karyeramı bitirmək istəyirəm. Həqiqətən yorulmuşam, səbəblər çoxdur. Məni bu yaşda belə populyar etdiyiniz üçün çox sağ olun. Məni sevənlər bu xəbərdən üzülməsinlər. Sevməyənlərə isə demək istəyirəm ki, məni niyə sevmədiniz? Her şey üçün təşəkkürlər. Önünüzdə baş əyirəm ”, – deyə Fərda videoda bildirib.

    Qeyd edək ki, Fərda Xudaverdiyev “Tək səbir” layihəsi ilə populyarlaşıb. Daha sonra aktyor ATV-də bir sıra maraqlı layihələrlə tamaşaçıların rəğbətini qazanıb. O, indiyədək müxtəlif filmlərdə və seriallarda rol alıb.

  • “NATO-nu yox edəcəyik” – Avropadan kommunistlərindən sərt bəyanat

    Avropa Kommunistləri Şurası NATO-nun yaranmasının 70-ci ildönümü münasibəti ilə Nyu-Yorkda keçirilmmiş toplantı haqda bəyanat yayıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bəyanatda NATO “imperialist ittifaq” adlandırılıb.

    Qeyd edilib ki, bəşəriyyət tezliklə bu dağıdıcı ittifaqdan xilas olmalıdır.

    Bəyanatda müttəfiqlər arasında silahlanma yarışı pislənilib və alyans “kommunizmə qarşı inqilab təşkilatı” adlandırılıb:

    “NATO 70 ildir fəaliyyət göstərən müharibə təşkilatıdır. Yalanlarla, zorakılıqlarla, cinayət və qətliamlarla dolu 70 illik bir cinayət dosyesi var. 70-ci ilində deyiləcək bir söz var: NATO yox edilməlidir!”

  • ДТП с автобусом в Нигерии: 19 погибших, 38 раненых

    По меньшей мере 19 человек погибли, 38 получили ранения в ДТП в штате Кацина на севере Нигерии, когда водитель автобуса не справился с управлением, сообщает газета Nation со ссылкой на службу дорожной безопасности, передает Median.Az со ссылкой на РИА Новости.

    Представитель службы дорожной безопасности сообщил, что инцидент произошел в пятницу утром на дороге в районе города Фаскари. Перегруженный автобус Mitsubishi с 57 пассажирами перевернулся, когда водитель превысил скорость и не справился с управлением. Некоторые из пассажиров скончались на месте, пострадавшие были доставлены в больницу.

  • “Sumqayıt”dan qələbə

    Azərbaycan çempionatında 23-cü tura start verilib.

    Median.Az xəbər verir ki, ilk turda “Sumqayıt” “Keşlə” ilə qarşılaşıb. Meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib.

    “Sumqayıt” – “Keşlə” – 2:1

    Qollar: Peyman Babayi, 4, Cavid Tağıyev, 85 – Samir Məsimov, 40

    Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Rauf Cabarov

    Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi:

    Məmmədəli Məmmədov Sumqayıt şəhər stadionu, 16:00//qafqazinfo.az

  • Təhsil sistemi xarabdır, işləmir

    Kubra Məhərrəmova yazır…

    Ən qəribəsi budur ki, cəmiyyətdə neqativ hal yaşanan kimi hamı bir ağızdan deyir ki, təhsil problemimiz var. Bu problem düzəlsə, hər şey öz yolunda olacaq.

    Yaxşı, tutalım ki, lap elədir. Demək olar ki, hamının cibində bir smartfon var və hamının internetə çıxışı var. Nə gözəl, texniki inkişafdan geri qalmırıq, çox şükür. Yəni hər bir kəs internetə girib istədiyi elmi məqaləni, videonu izləyə bilər. Amma əslində, nə baş verir? O baş verir ki, qızlar “gözəllik videolarını”, oğlanlar da ən yaxşı halda avtomobil haqqında videolara baxırlar.

    Bütün günü “Instagram”da veyillənən gənclik ona verilən dəyərdən də narazıdır. Mən hələ trenddə olan “yüksək estetik zövqə malik olan mahnıları” demirəm. Yəni bir insan beyni hansı dərəcədə “inkişaf” etməlidir ki, bu cür məhsul istehsal edə. Və onun özü kimilər bu mahnılara qulaq asa. Çəkilən vaynlar isə ayrıca dərd. Zövqə qarşı təcavüz olsa, bu olar, yəqin.

    İndi yenə deyəcəklər ki, “Ay cammaat, təhsil sistemi xarabdır, işləmir, ona görə!”

    Mən heç bilmirdim ki, məktəbdə, ya da ali məktəbdə belə şeylər keçirlər. Yəni “uşaqlar, bu mahnıya qulaq asın, digərinə yox!”

    Məktəb və ali məktəb, sadəcə, müəyyən sistem üzrə təhsil proqramını tədris edir. Amma onu qavramaq, öyrənmək artıq fərdə görə dəyişir. Yəni 18 yaşına çatmış gənc ali məktəbə, dərsə bir dəftərlə gəlir, onu da arxa cibinə ikiqat qatlamış vəziyyətdə qoyur.

    Həddi-büluğa çatmış adamın təfəkkürü buna imkan verir ki, vaxtını boşuna xərcləsin. Amma yenə də təhsil sistemi günahkardır. Bəlkə, təhsil ocaqlarında həbsxanalarda olan kimi nəzarətçi olsun. Kim dərsini oxumasa, 40 şallaq da cəza kəssinlər. Ya da kitab-dəftərini gətirməyən tələbəni küçədə hamının yanında biabır etsinlər. Absurddur, deyilmi?

    Deməli, problem haradadır? Bəli, hər bir insanın içində. Hər bir ailənin içində. Elmə-savada həvəsi olmayan insanları valideynləri zorla oxutmağa məcbur edəndə, əlbəttə, eybəcər tablo yaranır. “Qonşunun oğlu həkimliyi oxuyur, sən də oxumalısan” şüarı hələ də gündəmdədir. Amma valideyn demir ki, bəlkə, bu gənc çox gözəl aşpaz olacaq, ya da dərzi. Məcburən oxumağa göndərilən tələbə dörd il var-gəl etdikdən sonra da deyir ki, diplomum var, mən vəzifə istəyirəm. Nə gözəl! Savad yox, bilik yox, amma iddia dağ boyda.

    Dünyanın hər yerində artıq uzaqdan təhsil almaq üçün distant təhsildən istifadə edirlər. Yəni oxumağa, aydın olmağa həvəsin varsa, mütləq bir çarə tapacaqsan. Və ya dünyanın bir sıra universitetləri istedadlı, bacarıqlı gəncləri öz hesabına oxudur. Savadlı kadrın meydana çıxmasında hamı maraqlıdır. Amma ilk növbədə bunda həmin o kadrın özü maraqlı olmalıdır.

    Yorğanı öz üstümüzə çəkməklə heç nə düzəlməyəcək. Bütün günü “WhatsApp”da filankəsin gəlini və qızı haqqında qeybət etdikcə, heç kim ağıllanmayacaq. Bütün günü türk seriallarına baxmaqla savadlı da olmayacaq heç kim. Deməli, əldə olan vasitələrdən daha doğru istifadə etmək lazımdır. Oxumaq, öyrənmək, maariflənmək.

    Hər gün bir maraqlı fakt haqqında oxuyub özü üçün nəticə çıxarmaq. Hər gün bir keyfiyyətli mahnı dinləmək. Hər gün iki cümlə oxumaq. Vəssalam.

  • Sudanda vəziyyət gərginləşir

    Sudanda minlərlə insan ölkə prezidenti Ömər əl-Bəşirin iqamətgahına və müdafiə nazirliyinin binasına doğru irəliləyir.

    Bu barədə Reuters agentliyi məlumat yayıb.

    Bildirilir ki, narazı insanlar ötən ilin dekabrında hökumət əleyhinə keçirilən aksiyalar çərçivəsində bu addımı atıblar.

    Qeyd olunur ki, aksiyanın dağıdılması üçün insanlara qarşı gözyaşardıcı qazdan istifadə olunub.