Month: April 2019

  • Nazir müavini: “Azərbaycan əhalisinin 10 milyon nəfərə çatması tarixi hadisəsi ilə bağlı yeni aksiyaya başlamışıq”

    “Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması tarixi hadisədir. Bu münasibətlə nazirliyin kollektivi adından ilk öncə cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirik. Mən ixtisasca coğrafiyaşünasam, bu barədə eşidən kimi dərhal statistik araşdırma apardım. Dünyada 250-yə yaxın ölkə var. Azərbaycan 10 milyonuncu sakini ilə bu siyahıda 88-ci yerdə qərarlaşıb”.

    Median.Az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

    F.Əliyev bildirib ki, nazirlik bu tarixi hadisə ilə bağlı ölkəyə öz töhfəsini verir: “Biz ölkə rəhbərliyinin tapşırığı ilə bu tarixi hadisəyə öz töhfəmizi kütləvi ağacəkmə aksiyası ilə veririk. Azərbaycanda, ölkəmizin hər bir guşəsində ağacəkmə kampaniyasına başlayıb. İstər meşə fondu, istərsə də qeyri-meşə fondu torpaqlarında rayon icra hakimiyyətləri, təhsil və səhiyyə ocaqları, ictimaiyyət nümayəndələri, bir söz hamılıqla aksiyaya başlamışıq. Onu da qeyd edim ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirdiyi və yerli şəraitə uyğun olan ağaclardır.

    Xalqımızın gələcək sağlamlığı naminə çox ağac əkirik ki, insanlarımız və ətraf mühitimiz sağlam olsun. Təbiətin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi bütövlükdə gələcək nəsillərin sağlamlığına xidmət edir”.

    F.Əliyev vurğulayıb ki, hər bir ölkənin qarşısında dayanan prioritet vəzifələrdən biri də onun vətəndaşlarının sağlam olmasıdır: “Təbii ki, vətəndaşlar nə qədər sağlamdırsa, dövlət də, ölkə də o qədər sağlam, əzəmətli, möhtəşəm olur. Bu nöqteyi-nəzərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhatə etdiyi sahələrdə yaxşı mənada köklü dəyişikliklərə nail olmağa çalışır. Nazirlik 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi münasibətilə sabah Ağdaş rayonunda 100 hektardan artıq ərazidə yüksək keyfiyyətli nar bağı salacaq”.

    Nazir müavini bildirib ki, ağacəkmə aksiyaları bir neçə gün paytaxtda və eləcə də regionlarda davam edəcək: “Hazırda yaz əkini mövsümüdür. Bu kampaniyalar müxtəlif şüarlar altında davam edir.

    7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Nə yaxşı ki, bizim Azərbaycanın 10 milyonuncu vətəndaşı olan bu körpə belə əlamətdar gün ərəfəsində dünyaya gəldi. Biz sabah Veloparkda “Az avtomobil – çox həyat” devizi altında yürüş keçirəcəyik”.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bu tədbirlər vətəndaşların sağlamlığı naminə həyata keçirilən tədbirlərlərdəndir: “Biz də bu cur tədbirlərlə vətəndaşlarımızın sağlamlığına öz töhfəmizi verməyə çalışırıq”.

  • Xəstəxanada keçinən məktəbli rəfiqəsinin fəryadı: Mənin sevgilim, mənim həyatım… – FOTO

    Öləndən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib.

    Buta.media-nın məlumatına görə, o dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki: “Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o mənim üçün dostdan daha artıq idi… Biz onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavinin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdilər ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edir ki, o ölmək istəyir”.


    Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib:

    “Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb mən inana bilmirdim”.

    E. Hacıyevanın yaxını bildirib ki, bir daha həmin məktəbə getsə özünə qəsd edəcək:

    “Onun sinif rəhbəri də, ona təzyiq edib… Mənim sevgilim sən mənim üçün əbədi yaşayacaqsan. Mənim ən yaxın rəfiqəm olasan, mənim bacım, mənim həyatım…”

    Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.

  • Tərlan Əhmədov istefa verir

    “Belə oyun haqda danışmağa söz tapmıram. Autsayderlərin oyunu olduğu üçün üzərimizdə həddindən artıq təzyiq vardı. Zədəlilər də bir tərəfdən”.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Sumqayıt”a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

    O, bildirib ki, futbolçularda məğlub psixologiyası var və onları dəyişməkdə çətinlik çəkir: “Burada komandanı düzəltməkdə çətinlik çəkdim. Etiraf edim ki, bacarmadım. İstefa verəcəyəmmi? Rəhbərliklə danışacam. Hər şey ola bilər. Əvvəl işlədiyim yerlərdə alınırdı, burada mümkün olmadı. Rəhbərlik danışıb, qərar verəcəyik. Bu mövsüm mənə qədər 2 baş məşqçi dəyişib. Yayda komandaya yetərincə yaxşı futbolçular cəlb etmək lazım idi. Qışda da cəmi 6 oyunçu götürdük”.

    T.Əhmədov deyib ki, səhvləri analiz etsələr də, nəticə əldə etmək olmur: “AZAL-da komandanı özüm qurmuşdum. Orda pul olmasa da, mənə görə canlarını qoyurdular. Burada həmin komandanı qura bilmədim. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər”.

  • ShamkirChesss 2019: Шахрияр Мамедъяров проиграл, Теймур Раджабов сыграл вничью

    авершились встречи 6-го тура супертурнира ShamkirChesss 2019, посвящённого покойному азербайджанскому гроссмейстеру Вугару Гашимову.

    Как передаёт Median.Az со ссылкой на Report, азербайджанские шахматисты Шахрияр Мамедъяров и Теймур Раджабов играли чёрными фигурами.

    Ш.Мамедъяров проиграл болгарину Веселину Топалову. Это стало вторым поражением 34-летнего гроссмейстера в турнире. Раджабов же сыграл вничью с россиянином Александром Грищуком. Это стало 6-ой подряд ничьей 32-летнего азербайджанского шахматиста.

    Отметим, что после 6-го тура турнирную таблицу с 4 очками возглавляют Магнус Карлсен и Сергей Карякин. Вишванатан Ананд, Давид Навара, Дин Лижэнь, Александр Грищук, Веселин Топалов и Теймур Раджабов каждый с 3 очками делят 3-8 места. Шахрияр Мамедъяров и Аниш Гири с 2 очками каждый занимают 9-10 места. Состоящее из 9 туров соревнование завершится 9 апреля.

    ShamkirChess 2019

    V тур

    Дин Лижэнь (Китай) – Магнус Карлсен (Норвегия) – 0,5:0,5

    Сергей Карякин (Россия) – Вишванатан Ананд (Индия) – 1:0

    Александр Грищук (Россия) – Теймур Раджабов (Азербайджан) – 0,5:0,5

    Аниш Гири (Нидерланды) – Давид Навара (Чехия) – 0,5:0,5

    Веселин Топалов (Болгария) – Шахрияр Мамедъяров (Азербайджан) – 1:0

  • Фергюсон назвал Хабиба Нурмагомедова трусом

    Американский боец смешанного стиля (MMA) Тони Фергюсон в Twitter-аккаунте высказался о возможном бое-реванше между Конором Макгрегором и Хабибом Нурмагомедовым.

    Об этом сообщает Lenta.

    «Конор, с тобой покончено… Сдался и убежал, как сучка. А теперь ты пытаешься отнять принадлежащий мне бой. Хабиб, а ты болван, готовься. Хватит прятаться от меня, трус. У вас нет никакой преданности спорту. Только я здесь чемпион, настоящий чемпион», – написал Фергюсон.

    14 марта американец в Twitter выразил готовность подраться с Нурмагомедовым. В ответ на это россиянин написал фразу «прекращай курить».

    Бои между этими спортсменами срывались четырежды. Каждый раз это случалось из-за проблем со здоровьем одного из соперников. Россиянин — чемпион UFC в легком весе, в его активе 27 побед и ни одного поражения. В данный момент он отбывает 9-месячную дисквалификацию за драку, устроенную после победы над Макгрегором в октябре 2018 года. Фергюсон победил в 24 поединках и трижды проигрывал. В последний раз он техническим нокаутом одержал победу над Энтони Петтисом.

  • Blogger müasir azərbaycanlıları bütün dünyaya göstərməyi arzulayır

    Moskvada yaşayan Qasım (Kasyo- anası uşaqlıqdan onu belə çağırıb – red.) Həsənov Azərbaycan televiziyasında veriliş aparmaq və soydaşlarımızın stereotiplərini qırmaq arzusundan danışıb.

    Sputnik Azərbaycan-ın məlumatına görə, onun bu barədə danışdığı müsahibə Paxlava Production layihəsinin YouTube-dakı səhifəsində yayılıb. Bu layihə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları və tələbələri olan Ruslan Əhmədov, Nüşabə Kərimli və Ruslan Süleymanov tərəfindən həyata keçirilir. Onlar Rusiyada yaşayan məşhur azərbaycanlılarla müsahibə hazırlayaraq öz səhifələrində yayırlar. Bu dəfə onların qonağı blogger Kasyo Həsənov olub.

    Həsənovlar ailəsi yaşamaq üçün Azərbaycandan Gürcüstana köçüb. Kasyo da orada anadan olub. Hazırda onun bütün doğmaları Moskvada yaşayır. Onun əsas gəlir mənbəyi sosial şəbəkələrdir. O, hər dəfə öz səhifəsində, bloqunda səyahətləri barədə materialları paylaşır, eyni zamanda müxtəlif ölkələrə turlar təşkil edir. O, Azərbaycan və Gürcüstana turlar təşkil etməyi və Moskvada çayxana açmağı planlaşdırır.

    “Mən Gürcüstanda doğulmuşam. Ona görə də Azərbaycan tarixi və mədəniyyəti ilə bir o qədər də tanış deyiləm. Gürcüstan azərbaycanlılarının ənənələri başqadır, hətta mənim anam da Azərbaycan yeməklərini bir qədər başqa cür bişirir. Bakıya ilk dəfə gedəndə çox həyəcanlanmışdım. Baxmayaraq ki, mənim bütün ətrafım azərbaycanlılardır, amma burada özümü bir qədər qəribə hiss edirdim. Bakıya yenə getmək fikrindəyəm” – Həsənov deyib.

    Bloggerin sözlərinə görə, anası azadlıqsevər qadındır, amma atası tipik Azərbaycan kişisidir və onun üçün ictimai rəy əsasdır. Dostları və psixoloqun yanaşması Həsənova digər insanların rəyindən azad olmağa kömək edib.

    “Azərbaycanda qızları tez-tez çox erkən ərə verirlər, ayrı yaşamağa qoymurlar. Baxmayaraq ki, mənim bütün qohumlarım artıq çoxdandır Rusiyada yaşayır, onlar hələ də bütün bu ənənələri qorumağa davam edir. Mənsə hesab edirəm ki, uşaq nə vaxt istəsə, ailəsindən ayrı yaşaya bilər və burada pis heç nə yoxdur” – Həsənov əlavə edib.

    Blogger Azərbaycan televiziyasında Andrey Malaxov kimi yalnız rus dilində veriliş aparmağı arzulayır. O, tamaşaçılara müasir azərbaycanlının alternativ versiyasını göstərmək istəyir, stereotipik versiyasını deyil.

    Qasım Həsənov Moskvada hüquq təhsili alıb, sonra dostları ilə yaşamaq üçün Çinə gedib. O, müxtəlif ölkələrə səyahət edir və öz təəssüratlarını izləyiciləri ilə bölüşür.

  • Haftarın ordusu Tripoli aeroportunu ələ keçirdi

    Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoli beynəlxalq hava limanına nəzarəti tam ələ keçirib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bəyanat Liviya Milli Ordusunun “Facebook” səhifəsində yer alıb.

    Bildirilir ki, aeroport ərazisindən Tripolinin mühüm obyektlərinin ələ keçirilməsi üçün istifadə olunacaq. Aeroport 5 ildir fəaliyyət göstərmir.

    Al Arabiya telekanalı isə Liviya Milli Ordusunun Tripolinin Halya-əl-Furcan rayonuna daxil olduğu barədə məlumat yayıb.

  • Порошенко заявил, что Украине не нужен «слабак»

    Украинский президент Петр Порошенко заявил, что сделал выводы после первого тура выборов.

    Как передает Gazeta.ru, своим мнением он поделился на фейсбуке.

    Политик отметил, что многие высказались против его кандидатуры на пост главы государства.

    «Друзья, я всех услышал…Сделал выводы», – написал Порошенко.

    Он добавил, что стране нужен сильный президент, а не «слабак».

    Ранее сообщалось, что и.о. министра здравоохранения Украины Ульяна Супрун усомнилась в результатах анализов Порошенко и Зеленского.

    Выборы президента прошли на Украине 31 марта. Подсчет голосов в первом туре закончен.

    По данным ЦИК, никто из кандидатов не набирает необходимого для победы в первом туре числа голосов, второй тур состоится 21 апреля. Лидером голосования стал комик Владимир Зеленский с результатом в 30,24%. На втором месте оказался нынешний президент страны Петр Порошенко, который набрал 15,95%.

  • İranda daşqınlar: 70-dən artıq insan həlak olub

    İran boyunca 3 həftəyə yaxındır ki, davam edən leysan yağışlar ardınca əmələ gələn daşqınlar 70-dən artıq insanın ölümünə bais olub.

    Şənbə günü, aprelin 6-da hakimiyyət cənubdakı Xuzistan bölgəsində daha 6 yaşayış məntəqəsinin təxliyəsinə dair qərar qəbul edib.

    Bölgə çaylarındakı bəzi bəndlər təzyiqə tab gətirməyə bilər və belə halda tələfatın artması real təhlükədir, rəsmilər xəbərdarlıq edir.

    Daşqınlar 10 minlərlə insanın məskunlaşdığı bölgələrə təsir göstərib.

    Minlərlə yol, körpü və ev məhv olunub.


    Təbii fəlakət 31 bölgədən 24-ünü əhatə edir.

    Ən çox tələfat cənubdakı Fars, Xuzistan, qərbdəki Luristan və şimalda yerləşən Gülüstan bölgələrində qeydə alınıb.

    İlkin dəyərləndirmələrə görə kənd təsərrüfatına dəyən ziyanın miqyası 47 trilyon riala çatır ($350 mln), İRNA agentliyi Kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Məhəmməd Musaviyə istinadən yaydığı xəbərdə bildirir.


    Hökumət itkilərin qarşılanacağını vəd edir.

    Təxliyə işlərinə hərbçilər cəlb olunub.

    Televiziya daşqın bölgələrində ərzaq, su, yorğan və çadırlara ehtiyac olduğunu bildirir.

  • “ShamkirChess 2019”: Şəhriyar Məmmədyarov uduzub, Teymur Rəcəbov heç-heçə edib

    Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində VI turun görüşləri keçirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar.

    Məmmədyarov bolqarıstanlı Veselin Topolova uduzub. Bu, 34 yaşlı qrossmeysterin turnirdə ikinci məğlubiyyəti olub. Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalı yarı bölüb. Bu, 32 yaşlı şahmatçının ardıcıl 6-cı heç-heçəsi olub.

    “ShamkirChess 2019”

    VI tur

    6 aprel

    Dinq Liren (Çin) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5

    Sergey Karyakin (Rusiya) – Vişvanatan Anand (Hindistan) – 1:0

    Alekandr Qrişuk (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

    Aniş Giri (Hollandiya) – David Navara (Çexiya) – 0,5:0,5

    Veselin Topalov (Bolqarıstan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1:0

    Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 – 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşürlər.