Month: April 2019

  • “Simpsonlar” cizgi filmi dayandırılır

    Məşhur “Simpsonlar” cizgi filmində Lizanı səsləndirən Yardli Smitin dediyinə görə, serial fəaliyyətini saxlayır. 30 ildir işıq üzü görən ekran əsəri dayanır.

    Median.Az xəbər verir ki, aktrisa bu haqda “The Sun” qəzetinə danışıb. Çoxdandır cizgi filminin konsepsiyasının dəyişdirilməsi müzakirə olunur. Smit düşünür ki, “Fox” telekanalında yayımlanan yaradıcılıq məhsulunun müəllif hüququna sahib “Walt Disney Company” format dəyişikliyi ilə bağlı qəti qərara gələ bilmir. Böyük ehtimalla qərar serialın dayandırılması olacaq: “Mən haqsız ola bilərəm. Amma dəyişdirməkdənsə, dayandıracaqlar”.

    Yardli Smit

    “Simpsonlar” ilk dəfə 1989-cu ilin dekabrın 19-da ekrana çıxıb. İndiyə qədər 639 buraxılışı yayımlanıb. Cizgi filmi həm də xeyli siyasi mesaj verməklə məşhurlaşıb.

  • Son dörd ildə 10 məktəbli intihar edib – Siyahı

    Bir neçə gün əvvəl Bakı şəhərinin 162 saylı məktəbində 14 yaşlı Elina Hacıyevanın özünü üçüncü mərtəbədən ataraq intihar etməsi gündəm yaradıb.

    Qızcığazın uşaqlara xas olmayan qəddarlığın qurbanı olması, yaşamağı yox, ölümü seçməsi son illər baş verən oxşar hadisələri yada salıb.

    Təhsil üzrə ekspert Kamran Əsədov son illər intiharı son çarə olaraq görmüş məktəblilərin siyahısını oxu.az-la bölüşüb:

    “1. 11 oktyabr 2018-ci il: Qaradağ rayon 302 nömrəli tam orta məktəbdə 3-cü sinif şagirdi intihara cəhd edib.

    2. 25 fevral 2015-ci il: Cəlilabad şəhər 7 saylı orta məktəbdə 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

    3. 4 aprel 2019-cu il: Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

    4. 28 dekabr 2016: Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyan Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb.

    5. 11 Mart 2018: Gəncə şəhəri, Cavad xan qəsəbəsi sakini, 17 yaşlı, 11-ci sinif şagirdi Mədətov Səbuhi Əli oğlu özünü asaraq intihar edib.

    6. 4 dekabr 2017: 2005-ci il təvəllüdlü – 12 yaşlı Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

    7. 4 dekabr 2015-ci il: Sabirabad rayonu Ahısxa kəndi, 2000-ci il təvəllüdlü, IX sinif şagirdi Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib.

    8. 20 aprel 2015-ci il: Kürdəxanı qəsəbəsində 2003-cü il təvəllüdlü, VI sinif şagirdi Ruslan Həsənli yaşadığı evdə özünü asıb.

    9. 9 fevral 2019: Biləsuvar rayonunda 2004-cü il təvəllüdlü, A.Həsənov adına Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alan Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib.

    10. 16 sentyabr 2015-ci il: Cəlilabad rayonu Gülməmmədli kənd sakini, 12 yaşlı VI sinif şagirdi həyətlərindəki yardımçı tikilidə özünü asıb”.

  • Стало известно, когда выйдет посмертный альбом Avicii

    Новый альбом шведского музыканта Avicii, который скончался в 2018 году, выйдет в июне, передаёт Median.Az со ссылкой на издание Local.

    Посмертный альбом выйдет под названием Tim. Пластинка станет третьей в карьере диджея Avicii. Уже на будущей неделе состоится релиз нового трека «S.O.S».

    «После него осталась коллекция более-менее оконченных песен, заметки, электронные письма, сообщения о том, как эта музыка должна звучать», – рассказал агент музыканта.

    Напомним, Avicii скончался на 29 году жизни. Он был найден мертвым в Маскате, в Омане, 20 апреля 2018 года. Причиной смерти музыканта стали многочисленные проблемы со здоровьем, в частности, острый панкреатит.

  • Азербайджанский фильм будет представлен в Брюсселе

    Фильм азербайджанского режиссера Орхана Агазаде «Oturacaqlar» («Стулья») вошел в конкурсную программу Международного фестиваля короткометражных фильмов в Брюсселе (Бельгия).

    Фестиваль пройдет с 25 апреля по 5 мая текущего года. Азербайджанский фильм представлен в двух категориях фестиваля – международном конкурсе и конкурсной программе «Следующее поколение».

    Сценаристом и режиссером фильма «Oturacaqlar» азербайджано-британского производства является Орхан Агазаде. Оператор-постановщик – Кэмерон Уорд, художник-постановщик, а также художник по костюмам – Лара Зейдан, композитор – Мамед Анса, продюсер – Мина Салими, сопродюсеры – Азер Гасанов и Руслан Агазаде.

    В ролях: Сайад Алиев, Зульфия Назар Мамедова, Искандер Аббасов и другие.

    Отметим, что Орхан Агазаде – член Клуба молодых кинематографистов при киностудии «Азербайджанфильм» имени Джафара Джаббарлы.
    //Trend

  • Azərbaycanda uşaqlara bu adların qoyulması yasaqlandı

    “Son bir neçə ay ərzində yeni doğulan uşaqlara Arena, Jozef, Mənsə, Lavin, Dina, İmeda, Lekat, Mənasarə, Sürü, Casim, Romas, Miran, Adrenalin, Kumeyl kimi adların qoyulmasının qarşısı alınıb”

    Bu barədə ONA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova məlumat verib.

    Onun sözlərinə görə, Lavin adı İsveç mənşəlidi, mənası “uçurum” deməkdir: “Bu adın uşağa verilməsinin qarşısını aldıq. Başqa bir şəxs isə Rasim, Asim adları ilə həmqafiyədir deyə üçüncü oğluna da Casim adını vermək istəyirdi. Ona izah elədik ki, Casim adının mənası yoxdur”.

    S.Sadıqova qeyd edib ki, son dövrlərdə uşaqlara Uğur, Dəniz, Damla kimi adlar daha çox verilir:

    “Bəzi valideynlər türkiyəlilərdən təsirlənərək Əli, Mehdi, Esmira kimi adları Ali, Məhdi, Asmira qoymaq istəyirlər. Bunun da qarşısını almağa çalışırıq, maarifləndirmə işləri aparırıq ki, adların bu cür tələffüzü dilimizə yaddır”.

  • 32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu – Fotolar

    Türkiyədə 1987-ci ildə 23 aprel Milli Suverenlik və Uşaq Bayramında bələdiyyə kreslosunda oturan Cəlal Alper İbaş 32 il sonra bələdiyyə sədri seçilib.

    42 yaşlı İbaş Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədliyini irəli sürüb və qələbə qazanıb.

    Nevşehirin Avanos ərazisində vəzifəsinin icrasına başlayan İbaşı valideynləri ziyarət edib. Ayşə və Əli İbaş oğullarına 10 yaşında bələdiyyə sədrinin kreslosunda oturub çəkdirdiyi fotonu hədiyyə edib.

    Cəlal Alper bələdiyyə rəhbərliyini əvvəlki sədr Əli Rza Karataşdan təhvil alıb. O, açıqlamasında Avanosda yarımçıq qalmış layihələri davam etdirəcəyini, inkişaf üçün çalışacağını və hər kəsə bərabər münasibət göstəriləcəyini bildirib.


  • В Сальяне и Сабирабаде в связи с наркотиками задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Сальянского РОП в результате проведенной операции задержали жителя города, ранее судимого Ф.Наджафова, у которого обнаружили 445 грамм марихуаны.

    Кроме этого, сотрудники Сабирабадского РОП задержали жителя села Газили, ранее судимого М.Халилова, в доме которого нашли 35,13 грамм марихуаны и 0,69 грамм семян конопли, а во дворе в теплице 34 куста конопли, выращенных путем культивации.

    По фактам возбуждены уголовные дела.

  • Salyan və Sabirabadda narkotiklərlə əlaqədar 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nəcəfovdan 445 qram marixuana götürülüb.

    Bundan başqa, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qəzili kənd sakini, əvvəllər məhkum olunmuş M.Xəlilovun evinə baxış zamanı 35,13 qram marixuana və 0,69 qram çətənə kolunun toxumları, habelə həyətyanı sahəsindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Gəncə sakini intihar etdi

    Gəncə şəhərində intihar hadisəsi baş verib.

    Hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

    Təxminən 30-35 yaşlı Bəxtiyar Abbasov intihar edib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Два студента обманули Apple на 900 тысяч долларов

    В США двум студентам из Китая предъявили обвинения в мошенничестве и предоставлении ложной информации.

    Как сообщает информационный портал NPR, они заменили тысячи поддельных телефонов Apple iPhone на настоящие в сервисных центрах.

    Янян Чжоу и Цюань Цзян, учившиеся на инженеров в американском городе Портленд (штат Орегон) отнесли в сервисы Apple 3069 поддельных телефонов с апреля 2017 года по март 2018. Устройства им присылали родственники и друзья из Китая на разные адреса. Студенты отдавали гаджеты в ремонт под вымышленными именами, а также просили делать это своих знакомых.

    Примерно в половине случаев поддельный телефон заменяли на новый и настоящий. Китайцы отправляли девайсы на родину и продавали, оставляя прибыль себе. Согласно судебным документам, Я.Чжоу и Ц.Цзяну удалось получить 1493 новых телефона, что принесло компании Apple убытки в размере 896,8 тыс. долларов. Оставшиеся 1576 жалоб студентов на неработающие телефоны были отклонены.

    Мошенническую схему раскрыла Служба таможенного и пограничного контроля США. Таможенники обратили внимание на студентов после того, как на их имя пришло подряд пять посылок с поддельными телефонами. В марте 2018 года в доме Ц.Цзяна провели обыск и обнаружили больше 300 контрафактных устройств.

    При даче показаний оба студента заявили, что не знали, что им присылали поддельные телефоны.

    Ц.Цзяну предъявлены обвинения в торговле контрафактным товаром и мошенничестве с использованием электронных средств. Я.Чжоу обвиняется в «предоставлении ложной или вводящей в заблуждение информации в экспортной декларации».