Month: April 2019

  • Azərbaycana gətirilən və satılan “Malyutka-2” qidası ilə bağlı jurnalist araşdırması aparılıb – VİDEO

    Ötən gün Azərbaycanda “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının içərisindən yad cisimin aşkarlanması ilə bağlı məlumat yayılmışdı. Məlumat cəmiyyətdə ciddi rezonans doğurdu, hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirildi ki, onlardan da biri rəqibləri tərəfindən idxalçı şirkətin biznesinə xələl gətirmə cəhdi ilə bağlı oldu.

    Bunu nəzərə alaraq “Report”un çəkiliş qrupu sözügedən uşaq qidası ilə bağlı öz araşdırmasını apardı.

    Bakı şəhərində yerləşən bir neçə aptekə baş çəkən zaman əksər yerlərdə həmin uşaq qidasının satışının dayandırıldığının şahidi olduq. Apteklərdən birindən aldığımız “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının içərisindən isə heç bir yad cisim aşkarlanmadı. Qutunun arxasında qidanın distributoru kimi “Veysəloğlu” MMC deyil, “İDC-2000” MMC olduğu göstərilmişdi (yad cisim çıxan qutunun arxasında isə distributorun “Veysəloğlu” MMC olduğu yazılıb).

    Daha sonra çəkiliş qrupu “İDC-2000” MMC şirkətinə yollandı.

    Şirkətin anbardarı Rafiq İbrahimov “Report”a bildirib ki, yad cisim aşkarlanan “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ölkəyə “IDC 2000” MMC tərəfindən gətirilməyib. Şirkət rəsmisinin sözlərinə görə, həmin uşaq qidasının idxalı Azərbaycanda fəaliyyət göstərən digər şirkət tərəfindən həyata keçirilib: “Məhsullar Polşadan Azərbaycana gətirilən zaman AQTA tərəfindən nümunələr götürülərək ekspertizaya aparılır və müayinələrin nəticəsinə uyğun olaraq, məhsulun keyfiyyəti məlum olur. Bu günə qədər bizim idxal etdiyimiz məhsullar arasında xoşagəlməz hal yaşanmayıb. Anbarda gigiyena qaydalarına və malların saxlanma şəraitinə riayət olunur. Anbarın içərisində temperatur 14-15 dərəcə selsidə olur”

    “Report”un çəkiliş qrupu “IDC 2000” MMC şirkətinin anbarında “Malyutka – 2” uşaq qidaları ilə də tanış olub, təsadüfi seçilmiş bir neçə qutunu açıb. Qutulardan normal uşaq qidaları çıxıb.


    Qeyd edək ki, dünən məlum olub ki, yad cisim çıxan “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının distributoru “Veysəloğlu” şirkəti olub. “Veysəloğlu” şirkəti də açıqlama yayaraq ötən ildən “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırdığını bildirib.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gün “Malyutka- 2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələrini açıqlayıb.

    Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.

    AQTA: “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb”.

  • “Formula-1” üçün bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək prosesinə start verildi

    2019 “Formula-1” Azərbaycan Qran-Prisinə bilet alan tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilər.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.

    Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidir. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər.

    Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin, onlayn qaydada davam edəcək. Onlayn alınan bilet vauçerləri 2019 “Formula-1” Azərbaycan Qran-Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

    Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər.//oxu.z

  • В Баку построят два новых центра ASAN xidmət

    Президент Ильхам Алиев подписал распоряжение о проектировании и строительстве двух новых центров ASAN xidmət в Баку.

    Как сообщает АЗЕРТАДЖ, на эти цели Государственному агентству по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики выделено 6 миллионов манатов из госбюджета.

    Отметим, что до конца 2019 года планируется открыть пять новых центров ASAN xidmət.

  • Soğan idxalı rüsumdan azad ediləcək

    Azərbaycanda soğan idxalı rüsumdan azad olunacaq, kələm, soğan və kartof ixracına isə rüsum tətbiq olunacaq.

    Median.Az-ın qaynarinfo-ya istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

    Nazir bildirib ki, ölkədə soğan qiymətlərinin artması ilə əlaqədar monitorinqlər aparılır. Ş.Mustafayev əlavə edib ki, kələm qiymətlərində də artım müşahidə olunur:

    “Bu məsələ bizi narahat edir və biz qiymət artımının səbəbini aydınlaşdırmağa çalışırıq”.

  • Gəncədə qatar adamı vurub öldürdü

    Gəncə şəhərində 35 yaşlı kişini qatar vuraraq öldürüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Gəncə-Zazalı dəmir yolu xəttinin Gəncə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Sərdar Rəsulovun özünü Bakı istiqamətində hərəkətdə olan yük qatarının altına ataraq intihar etdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda vətəndaşları aldadan “makler”lərə hökm oxundu – 16,7 il

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Y.Məmmədova isə 9 il azadlıqdan məhrum edilib.

    İttiham aktına əsasən, İ.Cəfərli evləri söküləcək “Sovetski” sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.

    Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil.

  • Oksana gizli saxladığı ərindən görün NƏLƏR DEDİ: Ona qarşı hisslərim sevgi deyil – MÜSAHİBƏ – FOTO

    Hamiləlikdən sonra artıq çəkiləri ilə gündəmə gələn rəqqasə-aktrisa Oksana Rəsulova Publika.az-a verdiyi müsahibədə analıq vəzifələri və həyat yoldaşı ilə münasibətləri haqqında gizli məqamları açıqlayıb.

    Median.Az həmin müsahibəni təqdim edir:

    – Hamilə olduğum müddətdə həm körpəyə qulluq, həm də hamiləliklə bağlı çoxlu məqalələr oxuyurdum. Köklük əksəriyyət xanımda özünəgüvənsizlik hissi yaradır. Doğuşdan sonra yaranan depressiya qadını hətta intihara da sürükləyə bilər. Özünə qəsd etmək dərəcəsinə çatan xanımlar var.

    Mən depressiyaya düşməmişdim, özümdən arxayın idim, 35 yaşıma qədər arıq olmuşam. Hamilə vaxtı ağzım bağlanmırdı, çox yeyirdim. Bilirdim ki, kökələcəm, nə qədər kökələcəyim məni narahat etmirdi. Özüm çox yesəm də, hamilə qadınlara qidalanmasına diqqət etməyi məsləhət görürəm, pəhriz saxlamaq lazımdır. Hər halda məqsədyönlü insanam, əmin idim ki, artıq çəkilərdən xilas ola biləcəyəm. Əvvəlki çəkimə çatmaq üçün 3 kq qalıb. O da çox gözə çarpmır.

    – Oğlunuz körpə olmasına baxmayaraq, işlərinizi uğurla davam etdirirsiniz. Sizi tez-tez tədbirlərdə və efirlərdə görürük.

    – Oğlum doğulandan bəri vaxtımın 90 faizini ona həsr edirəm. Qalan 10 faizində işlərimi həll edirəm, dəvət edilən tədbirlərə özümü çatdırsam da, çox qalmıram.

    – Həyat yoldaşınızın kimliyini gizli saxlamağın səbəbi nədir?

    – Əslində gizlətmirəm, yaxın ətrafım bilir və onu tanıyır. Onsuz da indiyə qədər birinci və ikinci həyat yoldaşımın kim olduğunu hamı bilirdi. O da heç kimə sirr deyil ki, onların heç biri ilə xoşbəxt həyat yaşamamışam. Nə onlar, nə də onlarla çəkdirdiyimiz şəkillər mənə səadət gətirib. Odur ki, ailəmin gizli qalmasına qərar verdim, bu, həm övladım, həm də həyat yoldaşım üçün daha yaxşıdır. Yeri gələndə görəcəklər də, biləcəklər də, hələ ki belə qalsın.

    – İndi özünüzü xoşbəxt sayırsınızmı?

    – Çox xoşbəxtəm, hər bir qadına bu xoşbəxtliyi yaşamağı arzu edirəm. İnsanlar elə bilir ki, Oksanın başından var-dövlət tökülür. Təki olsun, niyə də yox? Amma söhbət bundan getmir. Yetərincə pul qazansam da, düşündükləri qədər zəngin deyiləm.

    – Nə zamansa özünüzü quyunun dibində hiss etmisinizmi və bu problemi necə aşmısınız?

    – Elə vaxtlarım olub ki, maliyyə ilə bağlı ciddi sıxıntılar keçirmişəm. Ciddi maliyyə ziyanına düşmüşdüm. Nəinki quyunun dibinə, sanki okeanın dərinliyinə batmışdım. 15 gün evdən çıxmadım, böyük bir maliyyə itirmişdim, pulsuz qalmışdım.

    – Yardım əlini uzadıb sizi o dərinlikdən çıxaran insan oldu?

    – Ən böyük dayağım ailəmdir. Valideynlərinizlə aranızda nə baş verməsindən asılı olmayaraq, onlardan bərk-bərk yapışın! Elə tanışlarım var idi ki, kömək istədim deyə məndən üz döndərdi. Məhz şou-biznes nümayəndələri idi.

    – İndi onlarla üz-üzə gələndə necə reaksiya verirsiniz?

    – Münasibətim normaldır, onları qınamıram. Dar günümdə onlar mənə kömək olmasa da, indiki vəziyyətim onlardan qat-qat yaxşıdır.

    – Bəs Oksana Rəsulova ailəsi üçün layiqli övlad ola bilibmi?

    – Məşhur sima olmağıma baxmayaraq, onların mənə ehtiyacı yoxdur. Sözsüz ki, bu, o demək deyil ki, onlara dəstək olmuram. Əlavə yardım etmişəm, valideynlərimi xarici səfərlərə aparmaq istəmişəm, özləri razı olmayıb.Yenə də düşünürəm ki, yaxşı övlad deyiləm. Çünki vaxtında səhv addımlarımla onları çox incitmişəm. Son illərdə ailəmə daha çox bağlanmışam, amma keçmiş xətalarım yadıma düşəndə sarsıntı keçirirəm. Gərək o qüsurlara yol verməzdim.

    – Həyat yoldaşınız rollarınıza müdaxilə edir?

    – Heç bir halda müdaxilə etməyib, işimə hörmət edir. Məni tanıyır və güvənir.

    – Aktrisa kimi yaratdığınız obrazları bəyənir?

    – Bəyənir, niyə bəyənməsin? Ümumiyyətlə, o, məni hərtərəfli bəyənir. Həyat yoldaşımla ilk növbədə dostuq. Aramızda sevgi var, onun sevgisi daha güclüdür. Özünə də demişəm ki, ona qarşı duyduğum hisslər sevgi deyil. Bunu sevgi adlandırmazdım, çox böyük hörmət hissidir.

    – Bəs bu sözləriniz onun xətrinə dəymir? Axı kişilər üçün də sevildiyini hiss etmək önəmlidir.

    – Həqiqətən də incimir, bir-birimizin xətrini hədsiz dərəcədə çox istəyirik.

    – Belə münasibətlərdə kişinin sevgisini qoruyub saxlamağın hansısa üsulu varmı?

    – Əsas odur ki, qadın baxımlı olsun, ərinə hər zaman diqqət göstərsin və deyingən olmasın. Qadınlarda ən xoşagəlməz xüsusiyyət deyingənlikdir. Qadın “dır-dır” ilə kişini özündən uzaqlaşdırır. Nəinki kişilər, heç kəs belə adamla ünsiyyət qurmaq istəməz. Ərim deyingən olsa, mən də ondan qaçaram.

  • Göyçayda 3 innovativ layihə “İdeyasını Biznesə” çevirmək şansı qazanıb

    “İdeyadan Biznesə” layihəsi çərçivəsində Göyçay şəhərində ilk startap turu təşkil olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

    Startap turunda Göyçayla yanaşı, Ucar, Yevlax, Ağdaş və Ağcabədi rayonlarından olan 100-dək gənc iştirak edib.

    Tədbir iştirakçılarına məlumat verilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

    Bildirilib ki, layihə çərçivəsində keçirilən startap turlarının əhatə etdiyi hər bir region üzrə 3 innovativ layihə qalib kimi seçilir.

    Regiondan seçilən qaliblər respublika üzrə təşkil olunan Milli Finalda iştirak hüququ qazanır. Milli Finalın qalibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi də əldə edirlər.

    İştirakçıların diqqətinə çatdırılıb ki, startap turları Göyçaydan sonra Tovuz, Bakı, Lənkəran, Zaqatala, Naxçıvan, Şamaxı və Şəkini əhatə edəcək.

    Tədbirin informativ hissəsindən sonra iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən kiçik biznes-treninq keçirilib.

    Daha sonra ideyası olan iştirakçılardan ibarət 5 komanda formalaşdırılıb. Mentorlar komandaları əsas müsabiqəyə hazırlayıb.

    İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər.

    Beləliklə, 1-ci yerə “Health belt” layihəsi, 2-ci yerə “Hərrac”, 3-cü yerə “Animal Center of Goychay” layiq görülüb.

    Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

    Qeyd edək ki, növbəti startap turu 12 aprel tarixində Tovuzda keçiriləcək.

    İştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçmək zəruridir.

  • Azərbaycanlı cüdoçu Türkiyədəki Qran-pridə bürünc medal qazanıb

    Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, o, üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Sarah Menezesi məğlubiyyətə uğradıb.

    Bu gün mübarizəyə qoşulan digər yeddi idmançı isə turniri medalsız başa vurub.

    Orxan Səfərov (60 kq) təsəlliverici görüşdə uduzub. Oruc Vəlizadə (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq) və İçinxorlu Munxtsedev (57 kq) Qran-pri ilə erkən vidalaşıblar.

    Turnirə aprelin 7-də yekun vurulacaq.

  • Снижена стоимость проезда в поезде Баку-Гянджа

    Стоимость билетов в бизнес-классе скоростного пассажирского поезда Баку-Гянджа-Баку снижена в два раза.

    Об этом сообщило ЗАО «Азербайджанские железные дороги».

    В структуре заявили, что с 8 апреля стоимость проезда будет снижена в два раза – с 50 до 25 манатов.

    Стоимость проезда в стандартных вагонах и вагонах первого класса не изменилась.