Month: April 2019

  • İrandan narkotik vasitə və psixotrop maddənin gətirilməsinin qarşısı alınıb

    Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı özünü şübhəli və narahat apardığına görə saxlanılıb və şifahi sorğu-sual edilib.

    Komitədən  verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.

    Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın əynində olan şalvarın cibindən çıxartdığı portmanatın içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan paketdə 0,5 qram ağ, kristal formada psixotrop maddə-metamfetamin, şalvarın kəmər hissəsindəki etiketin altında isə 1 ədəd sellofan bükümdə üzərində F/M40 nişanəsi olan 5 ədəd “metadon” adlı dərman preparatları aşkarlanıb.

    Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

    Faktla bağlı araşdırma aparılır.//report.az

  • Госагентство о детском питании «Малютка 2»

    Объявлены результаты экспертизы образцов, взятых из упаковок детского питания торговой марки «Малютка 2».

    Об этом сообщило Государственное агентство продовольственной безопасности Азербайджана.

    В результате проведенных исследований было обнаружено, что целостность упаковки была преднамеренно нарушена, а затем упаковку снова запечатали кустарным способом после смешивания продукта с инородными веществами.

    Среди инородных веществ, попавших в коробку детского питания «Малютка 2», оказались образцы грунта, песка и камней. Инородные вещества прошли радиологическое и токсикологическое обследования, в результате чего в их составе не было выявлено никаких опасных элементов.

    Добавим, что детское питание торговой марки «Малютка 2» в страну импортирует ООО İDC 2000. Как и другие продукты питания, детское питание торговой марки «Малютка 2» проходит экспертизу, и его импорт разрешается после проверки показателей безопасности. При импорте вышеупомянутого продукта экспертизу прошли 11 образцов, и никаких проблем выявлено не было.

    Правоохранительные органы пытаются выяснить, нарушалась ли целостность упаковки.

  • Начался суд над жителем Сумгайыта, зверски убившим бывшую жену

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении жителя Бейлаганского района Ягуба Алиева, обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 5-го декабря в квартире в 11-ом микрорайоне г. Сумгайыт Ягуб Алиев на почве семейного конфликта зверски убил свою бывшую жену Айнуру Агаеву (1992-го года рождения), нанеся ей 38 ножевых ранений. После содеянного Я.Агаев отправился с повинной в отделение полиции и признался в убийстве. При участии судмедэксперта сотрудники Сумгайытского ГУП и прокатуры города провели осмотр места происшествия, изъяли необходимые вещественные доказательства.

    В ходе следствия выяснилось, что супруги решением суда развелись, но продолжали жить в одном доме.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемого.

    Рассмотрение дела назначено на 12 апреля.

  • Sumqayıtda keçmiş arvadını 40 bıçaq zərbəsi ilə öldürən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayon sakini Yaqub Ağayevin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

    Median.Az xəbər verir ki, qətl ötən il dekabrın 5-də 11-ci mikrorayonunda baş verib. Aynurə Ağayevaya (1992-ci il təv.) keçmiş həyat yoldaşı Yaqub Ağayev 38 bıçaq zərbəsi vurub, nəticəsə qadın hadisə yerindəcə ölüb. Daxil olan məlumat əsasında hadisə yerinə Sumqayıt ŞPİ və şəhər prokurorluğunun əməkdaşları cəlb olunub. Məlum olub ki, cütlük məhkəmənin qərarı ilə boşansa da bir evdə yaşamaqda davam ediblər.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxışı aprelin 12-nə təyin edilib.

  • Bakı-Gəncə sürət qatarında gediş haqqı UCUZLAŞIR

    Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının qiymət cədvəlində dəyişiklik edilib.

    Azərbaycan Dəmir Yolları QSC-dən Baku.ws-ə verilən məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının Biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 08.04.2019-cu il tarixdən etibarən 50 manatdan 25 manata endirilir.

    Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılir.

  • Обманувшим жителей “Советской” женщинам вынесен приговор

    Сегодня в Бакинском суде по тяжким преступлениям завершилось судебное заседание по уголовному делу обвиняемых в мошенничестве Ирады Джафарли и Егяны Мамедовой.

    Как сообщает Median.Az со ссылкой на Report, на процессе под председательством судьи Самира Алиева обвиняемым лицам был зачитан приговор.

    По приговору суда И.Джафарли приговорена к 7 годам и 7 месяцам лишения свободы, Е.Мамедова — к 9 годам.

    Согласно обвинительному акту, И.Джафарли обещала жителям «Советской», дома которых попали в план сноса, найти для них и приобрести дешевые, заложенные в банках или же предлагаемые на аукционах квартиры.

    По уголовному делу насчитывается 12 потерпевших. Однако не все из них являются лицами, желающими приобрести квартиры.

    По приговору Бакинского суда по тяжким преступлениям от 2016 года, И.Джафарли лишена свободы сроком на 4,5 года. Затем ее приговорили к условному наказанию и освободили.

  • Şəhid xanımının DƏHŞƏT HEKAYƏSİ – Uşaqlarını əlindən alıb, özünü dəlixanaya saldılar – VİDEO

    Azərbaycanda şəhid xanımının uşaqlarını əlindən alıb, özünü isə dəlixanaya salıblar.

    Qayınanası və baldızı tərəfindən haqsızlığa məruz qalan Ruhiyyə adlı Bərdə sakini Xoşqədəm Hidayətqızıdan imdad diləyib.

    Gənc yaşında dul qalmış Ruhiyyənin göz yaşları ilə danışdığı qandonduran həyat hekayəsi hər kəsi dəhşətə gətirib.

    Gənc yaşında həyat yoldaşı şəhid olan qadın indi də iki azyaşlı uşağından ayrı düşüb.

    Ruhiyyənin sözlərinə görə, qayınanası və baldızı onun oxuma-yazma bilmədiyindən istifadə edərək lazımı sənədlərə imza atdıraraq evini satıblar. Baldız uşağının birini isə Rusiyaya aparıb. Bunun üçün də yazma-oxuma bilməyən Ruhiyyəni aldadaraq icazə sənədinə qol çəkdiriblər.

    Digər uşaq isə qayınanadır və anaya göstərilmir.

    Qayınana və baldız dövlət tərəfindən şəhid ailələrinə verilən 11 min manatlıq birdəfəlik yardımı mənimsəməklə yanaşı, dövlətin şəhid övladları ilə xanımına ayırdığı 1400 manat aylıq pensiyaya sahiblənirlər.

    Başına gətirilən müsibətlərə nə vaxtsa etiraz edəcəyini düşünən qəddar qayınana və baldız şəhid xanımı dəlixanaya yerləşdiriblər.

    Ruhiyyənin valideynləri günlərlə qızları ilə əlaqə saxlaya bilməyiblər. Yalnız anonim zənglə onun dəlixanaya yerləşdirildiyindən xəbər tutublar. 27 gündən sonra anası və qardaşı onu Maştağada yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən tapıblar.

    //Baku.ws

  • В Баку и Гяндже задержаны карманники

    Как сообщает Median.Az, сотрудники 37-го отделения полиции Хатаинского РУП в результате проведенной операции задержали жителя столицы, ранее судимого Р.Мурватова, который украл у жительницы столицы В.Алиевой мобильный телефон.

    Кроме этого, в г.Гянджа сотрудники Низаминского РУП задержали жителя города, ранее судимого У.Новрузова, который украл у жительницы города С.Джафаровой 250 манатов.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda və Gəncədə cibgirlər saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini V.Əliyevanın mobil telefonunu oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Mürvətov saxlanılıb.

    Bundan başqa, Gəncə şəhərində Nizami RPİ-nin əməkdaşları tərəfindən şəhər sakini S.Cəfərovanın cibindən 250 manat pul oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Novruzov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bazar günü imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ – BU YENİLİKLƏRİ BİLİRDİNİZ?

    Aprelin 7-də, 14 və 21-də 11-ci sinif bazasından buraxılış imtahanı verəcək şagirdlər bu il kurikulum sistemi ilə imtahan verən ilk şagirdlər olacaq. Bu şagirdlər iki il əvvəl, yəni 9-cu sinifdə eyni tipli imtahan versələr də, həmin vaxt iki fənndən – ana dili və riyaziyyatdan imtahan vermişdilər. 11-ci sinifdə isə bu iki fənnlə yanaşı, xarici dildən də imtahan verməli olacaqlar.

    Bəs şagirdlərin hansı məqamlara daha çox diqqət etməsi lazımdır?

    Məsələ ilə bağlı Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov 2008-ci ildən etibarən təsdiq edilən kurikulumla buraxılış imtahanlarının verilməsinin 11-ci sinif pilləsində ilk olduğunu xatırladıb.
    Şagirdlərin nəyə diqqət etməli olmalarından danışan Əsədov bildirib ki, 11-ci sinif şagirdləri 9-cu sinfin buraxılışından fərqli olaraq xarici dil fənləri üzrə də imtahan verəcəklər. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.

    “Məlum olduğu kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.

    Auditoriyada mətn səslənəcək. Bu, Azərbaycanın qəbul sistemində ilk dəfə tətbiq edilib. Onlar dinlədikləri mətnə uyğun test tapşırıqlarına cavab verməlidirlər”.

    Müsahibimizin dediyinə görə, digər əsas vacib məqam ondan ibarətdir ki, qapalı test tapşırıqlarına, yəni cavabları variantlarla verilən test tapşırıqlarına cavab vermək üçün şagirdlər diqqətli olmalıdır. “Yalnız bildikləri test tapşırıqlarına cavab verməlidirlər. Buraxılış imtahanında qapalı test tapşırıqlarında səhv cavablar düz cavablara təsir göstərməsə də, qəbul imtahanında təsir göstərəcək. Ona görə səhv cavabları yazmamağa adət etsinlər”.

    Ekspert vurğulayıb ki, qapalı test tapşırıqlarından fərqli olaraq açıq tipli-yazı tələb edən test tapşırıqlarından hətta 30-50 faiz bilsələr belə, mütləq şəkildə yazsınlar. Onun sözlərinə görə, DİM qiymətləndirmə meyarlarında onların yazmasını müəyyən balla qiymətləndirəcək: “Qapalı test tapşırıqları ilə müqayisədə açıq test tapşırıqlarına az cavab vermək belə, balla qiymətləndiriləcək. Ona görə, uşaqlar test tapşırıqlarının cavablarını hətta bir-iki cümlə ilə olsa belə, yazsınlar. Doğru cavaba yaxın cavab belə, müəyyən balla qiymətləndiriləcək. Nəzərə alsaq ki, artıq bu il buraxılış imtahanları qəbul imtahanının birinci mərhələsidir, o zaman bu mərhələdə toplanılan bal qəbul imtahanında topladıqları balın üzərinə gələcək. Ona görə də, bu mərhələyə ciddi yanaşılmalıdır”.

    K.Əsədov imtahan prosesinə gecikməməyin vacibliyinə də toxunub: “İmtahan 11:00-da başlayırsa, şagirdlər mütləq saat 9:00-da imtahanın keçiriləcəyi yerdə olmalıdırlar. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi üz yoxlama qaydasını da tətbiq edib. İmtahana vaxtında gəlmək lazımdır. Şagirdlər özləri ilə bir neçə yaxşı yazan qələm, karandaş, su götürsünlər. İmtahan prosesində həyəcanlanmamaq üçün özlərinin fiziki tələbat və ehtiyaclarını imtahan prosesinə qədər ödəsinlər. Rahat geyim geysinlər. Parıltılı, sıx, narahat, sıxan geyim və aksessuarlardan istifadə etməsinlər, ayaqlarını sıxan ayaqqabı geyinməsinlər”.

    Qeyd edək ki, aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

    Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, ümumillikdə 27659 şagird imtahan verəcək.

    İmtahan saat 11:00-da başlayacaq.