Month: April 2019

  • Bakıda iki yeni “ASAN xidmət” mərkəzi tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, sərəncamla Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6 milyon manat ayrılıb.

    Sərəncamda qeyd olunub ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlər göstərilməsi sayəsində yüksək vətəndaş məmnunluğuna nail olunmuşdur.

    Ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günədək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş “ASAN xidmət” mərkəzi yaradılmış, 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Gündəlik müraciət sayı 30 minə yaxın olan “ASAN xidmət” mərkəzlərində indiyədək 28 milyondan çox müraciət qəbul edilmişdir.

  • Qalmaqallı uşaq qidasına daş, torpaq süxuru da qatılırmış – AÇIQLAMA

    “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarından götürülən nümunələrin ekspertiza nəticələri açıqlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub.

    “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib. Eyni zamanda, yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb.

    Əlavə olaraq bildiririk ki, “Malyutka-2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka-2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir.

    Adıçəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilib və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb.

    Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır.

  • Эльмар Мамедъяров армянской журналистке в самолете: «Вы, главное, не нервничайте…» – ВИДЕО

    На рейсе из Брюсселя в Москву в четверг, которым летел министр иностранных дел Азербайджана Эльмар Мамедъяров, состоялась незапланированная беседа с журналистами из Армении.

    Узнав азербайджанского министра в лицо, журналисты начали с ним разговор, который плавно перешел в видео-интервью. Интересовались вопросами, связанными с процессом урегулирования нагорно-карабахского конфликта.

    В ответ на вопрос о сути событий, произошедших на линии фронта в апреле 2016 года, Мамедъяров отметил, что та четырехдневная война означает лишь то, что стороны еще далеки от мира, и главным условием для продвижения в мирных переговорах является вывод армянских войск с азербайджанских территорий.

    «Вывод войск однозначно создаст совершенно иную атмосферу в переговорном процессе и придаст стимул переговорному процессу», – сказал Мамедъяров.

    Другой журналист начала с того, что обвинила министра в том, что Азербайджан своими действиями демонстрирует нежелание мира, на что министр сказал: «Ответ очень прост. Территории моей страны оккупированы. Вот скажите, что делает гражданин Армении на службе на территории Азербайджана?»

    В ответ журналист начала уверять Мамедъярова в том, что Карабах представляет собой «искренне армянскую территорию» (видимо, она имела ввиду слово “исконно”, впоследствии министр ее поправил – прим.ред.). Министр, улыбаясь, возразил, что территория, которая имеет название «Карабах» не может быть исконно армянской, как минимум, поскольку само слово это азербайджанское, и означает в переводе «Черный сад».

    «Вы, главное, не нервничайте. Для журналиста это не очень хорошо», – сказал Мамедъяров армянской журналистке, которая продолжила адресовать министру вопросы-нападки. Однако в этот момент стюардесса попросила всех занять свои места, прервав разговор.
    //1news.az

  • Kəndə gələn 12 yaşlı bibisi qızına təcavüz etdi, dünyaya uşaq gətirdi, sonra… – Azərbaycanda iyrənc hadisə

    Oğuz rayonunda seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Namiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     
    Namiq Səlimov bibisi qızı, 2003-cü il təvəllüdlü Ləman Əliyevaya qarşı zorakılıq edib. O, Ləman ilə 2015-ci ilin iyunundan 21 fevral 2016-cı il tarixədək olan müddətdə onunla mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

    İntim münasibət və əxlaqsızlıq təklifi

    Daha sonra Namiq Səlimov bibisi qızına qarşı əxlaqsız hərəkətlər edib. O, bibisi qızına əxlaqsız hərəkətlər etməyə məcbur edib.

    İstintaq orqanı tərəfindən Namiq Səlimovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

    “Bibim qızının atasını tanımıram”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq Səlimov bildirib ki, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır: “2013-cü ilin aprelində hərbi xidmətə getmişəm və həmin ilin iyulunda atam vəfat edib. Atamın vəfatından sonra anam Sevda və digər ailə üzvlərim Bərdə rayonunda yaşayan tanışımız ilə balıqçılıqla məşğul olmağa başlayıb”.

    Namiq Səlimovun sözlərinə görə, 2014-cü ilin oktyabr ayında hərbi xidmətini başa vurduqdan sonra Bərdə rayonuna ailə üzvlərinin yanına gedib: “2015-ci ilin iyun ayında Oğuz rayonu Kərimli kəndinə öz evimizə qayıtmışıq. Kərimli kəndində bizim yaşadığımız həyətdə iki ev var. Həmin evin birində ailə üzvlərimiz, digərində isə nənəm və bibilərim yaşayırlar. Ləman mənim bibim qızıdır. Onun atasını tanımıram, anası isə başqa şəxslə ailə qurub və Bakı şəhərində yaşayır”.

    “Bibim qızından xoşum gəldi”

    Təqsirləndirilən qeyd edib ki, Samirəyə bibisi Sahibə baxmayıb: “2015-ci ilin iyun ayında Kərimli kəndinə qayıtdıqdan sonra bibim qızının böyüdüyünü gördüm və ondan xoşum gəldi. Bu barədə anama dedim və gələcəkdə Samirə ilə ailə qurmaq istədiyimi bildirdim. Anam bu barədə Ləmanın xalası Sevincə məlumat verib”.

    “Cinsi əlaqəyə girmədən sevişmişik”

    Namiq Səlimov deyib ki, həmin ilin iyun ayından Ləman ilə gizlincə görüşməyə başlayıb: “Ləman evdə tək olanda onlara getmişəm və ilk əvvəl öpüşməyə başlamışıq. Daha sonra cinsi əlaqəyə girmədən sevişmişik. Bir müddət sonra Ləman mənimlə telefonda danışarkən qarnının şişdiyini bildirib. 11 mart 2016-cı ildə Ləmanın xəstəxanaya aparmaq üçün Oğuz rayonu Kərimli kəndinə gəldim. Anam və bibim ilə Ləmanı martın 14-də xəstəxanaya apardıq. Xəstəxanada Ləmanın hamilə olduğunu öyrəndik”.

    “Uşağın atası olduğumu etiraf edirəm”

    Təqsirləndirilən şəxs qeyd edib ki, Ləman ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmayıb: “Ləmanın hamilə qala biləcəyi ağlıma gəlməyib. Ləman ilə münasibətlərimdə ona qarşı heç bir pis niyyətim olmayıb. Ləmandan xoşum gəldiyinə və onunla ailə qurmaq istədiyimə görə aramızda münasibət yaranıb. Ləman yetkinlik yaşına çatmadığı üçün onunla ailə qura bilməmişəm. Lakin o, yetkinlik yaşına çatdıqdan sonra onunla rəsmi qaydada ailə həyatı quracağam. Ləmanın mənimlə olan münasibətindən bir uşağı olub. Həmin uşağın atası olduğumu etiraf edirəm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda həmin uşağa Ləman ilə yanaşı onun anası və digərləri də qayğı göstərir: “Zərərçəkmiş Ləman ilə aramızda heç vaxt narazılıq olmayıb. Hazırda zərərçəkmiş şəxsin məndən heç bir şikayət və tələbi yoxdur”

    “Namiqin ailəsi ilə yaşayıram”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Ləman Əliyeva bildirib ki, o, uşaqla birlikdə hazırda təqsirləndirilən şəxs Namiq Səlimovun ailəsi ilə birgə yaşayır: “Atamı uşaq yaşlarından görməmişəm, anam isə hazırda ailə qurub və Bakı şəhərində yaşayır. Buna görə də övladımı Namiqin ailəsi ilə birgə böyüdürəm. Lakin Namiqin atası vəfat edib, anası isə səhhəti ilə bağlı olaraq işləyə bilmir. Əvvəllər yanında yaşadığım bibim və Namiqin ailəsinin imkanı yaxşı deyil, özüm isə yetkinlik yaşına çatmadığım üçün övladımı saxlaya bilmirəm. Buna görə də Namiqin ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq daha yüngül cəza təyin edilməsini və onun azad edilməsini xahiş edirəm”.

    3 il cəza

    Oğuz rayon Məhkəməsinin hökmü ilə Namiq Səlimov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Namiq Səlimov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.

    Namiq Səlimovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rövşən Rəfiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Şikayətçi oldu, şərti cəza aldı

    Hakim heyəti tərəfləri dinləyəndən sonra qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin xahişi nəzərə alınıb.

    Məhkəmə Namiq Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və o, 2 il sınaq müddəti olmaqla şərti cəza alıb.

    Namiq Səlimovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

    Prokuror şikayətçi oldu, qərar ləğv edildi

    Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şəki Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, Namiq Səlimovun cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

    Prokurorun protestinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun protestini təmin edib və Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

    Şərti cəza dəyişmədi

    İş materialları yenidən araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Bu dəfə şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Məhkəmə bu dəfə Namiq Səlimovun barəsində təyin etdiyi 3 il azadlıqdan məhrum etmə cəzasını 2 il 8 ay 4 gün müddətinə endirib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, təyin olunmuş cəza şərti hesab edilib.

    Ali Məhkəmədən yekun qərar

    Bu qərardan narazı qalan prokuror yenidən kasasiya protesti verib. Prokuror yenidən apelyasiya instansiyasının qərarının ləğv edilməsini, cəzanın ağırlaşdırılması üçün işin apelyasiya instansiyaslna qaytarılmasını tələb edib.

    Prokurorun şikayətinə Ali Məhkəmədə bu dəfə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya protestini araşdıran hakim heyəti sonda qərar elan edib.

    Qərara görə, protesti təmin edilməyib./Publika.az

  • Dilqəm və Şahbazla bağlı Ermənistana verilən vaxt bitdi – QƏRAR yaxın günlərdə açıqlanacaq

    Avropa Şurası erməni hərbi birləşmələri tərəfindən girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müsbət qərarını yaxın vaxtlarda açıqlayacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

    Kollegiya sədri bildirib ki, Ermənistan tərəfi Avropa Şurasından bu ilin mart ayına qədər vaxt istəmişdi:

    “Mart ayına qədər Ermənistan tərəfi öz mövqeyini bildirməli idi. Avropa İnsan Haqları Məhkəməsi də onlara bu vaxtı vermişdi. Artıq aprel ayıdır. Mən tam əminliklə deyə bilərəm ki, qısa zaman ərzində məsələ öz həllini tapacaq”.

    O vurğulayıb ki, yaxın müddətdə Avropa İnsan Haqları Məhkəməsi öz qərarını elan etməlidir:

    “Çünki işin gedişatı, icraat bunu deməyə əsas verir. İş artıq yekunlaşmaq üzrədir. Əminəm ki, bu iş üzrə bizim ədalətli mövqeyimiz nəzərə alınacaq, Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqları müdafiə olunacaq və ədalətli, doğru qərar qəbul ediləcək”.

    A.Bağırov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarsa, Ermənistan tərəfinin bu qərarı icra etməmək imkanı yoxdur.

    Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

  • В Гейчае “ВАЗ 2107” сбил пешехода

    Как сообщает Median.Az, 4-го апреля примерно в 21 часов в г.Гейчай автомобиль марки “ВАЗ 2107”, управляемый жителем Э.Абдуловым сбил жителя А.Мириева, вследствии чего пешеход скончался в Центральной районной больнице.

    В РОП по факту ведется расследование.

  • Göyçayda “VAZ 2107” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, aprelin 4-ü saat 21 radələrində Göyçay şəhəri ərazisində, E.Abdulov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini A.Miriyevi vurub.

    Nəticədə Mərkəzi rayon xəstəxanasına çatdırılan piyada orada ölüb.

    RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Üçüncü mərtəbədən yıxılan məktəblinin analiz nəticəsi – Dərman içibmiş

    Ötən gün 162 nömrəli məktəb binasının 3-cü mərtəbəsindən yıxılan səkkizinci sinif şagirdindən götürülən analizlərin nəticəsi açıqlanıb.

    Səhiyyə Nazirliyindən oxu.az-a bildirilib ki, məktəbli allergiyaya qarşı dərman qəbul edib:

    “Analizlərin nəticəsinə görə, məktəbli allergiyaya qarşı olan dərman atıb. Lakin həmin dərman preparat psixotrop tərkibli deyil. Hadisənin dərmana heç bir aidiyyəti yoxdur”.

    Xatırladaq ki, xəstəxanadan məktəbliyə çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağciyərin və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.

  • Azərbaycanda məhkəmə prosesləri videoya çəkiləcək – VİDEO

    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

    Hüquqşünas Xəyal Bəşirov sözügedən fərmanı şərh edib. Onun sözlərinə görə, bu fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.

    Fərmanda məhkəmə hakimiyyətinin toxunulmazlığı və şəffaflığı, məhkəmələrdə çəkişmə prinsipinin qorunması, məhkəmə hakimlərinin qeyri-professional münasibətlərə girməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi əks olunub.

    O, məhkəmə proseslərinin audio və videoyazılarının həyata keçirilməsi və məhkəmə protokollarının həmin audio və videoyazıya uyğun tərtib olunması ilə bağlı tədbirlərin fərmanda qeyd olunduğunu deyib.

    Qeyd edək ki, bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

    //oxu.az

  • Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

    Məktəblini lağa qoyduqları üçün o, özünü atıb. Bu bədbəxt hadisə deyildi, intihara cəhd idi.

    Bu sözləri oxu.az-a məktəblinin yaxın yoldaşlarından biri deyib.

    Onun sözlərinə görə, məktəbdə bir qrup uşaq ona gülərək lağ ediblər:

    “Mən onu yaxşı tanıyıram. Biz rəfiqəyik, onların evlərinə gediş-gəlişimiz var. Məktəbdə uşaqlar onu lağa qoyurdular. Heç başa düşmürdü, bunu niyə edirlər. Onu məsxərəyə qoyub gülürdülər. Ailəsi nə çox imkanlı, nə də kasıbdır. Valideynlərinin arasında evdə heç bir problem olmayıb, onlarla münasibəti çox yaxşı olub.

    O, bu barədə mənə danışırdı, sıxıldığını deyirdi. Anası da, biz də bu məsələ ilə bağlı məktəb rəhbərliyinə müraciət etsək də, bizə fikir verən olmamışdı. Ümumiyyətlə, yuxarı sinifdəki uşaqlar tək ona yox, bir çox şagirdlərə qarşı belə psixoloji təzyiqlər edirlər. Müdir isə onun anasına deyib ki, problem sizin uşağınızdadır.

    Anası onunla dost kimi idi. Bir müddət əvvəl oğlan dostundan ayrıldığını da deyəndə anası ona dəstək olmuşdu. Ailə probleminə görə belə bir şey olmayıb. O, bütün bu lağlağıdan sıxıldı və özünü üçüncü mərtəbədən atdı.

    Bu bədbəxt hadisə deyildi, bilərək atdı. Atası da bu məsələni araşdırır. Artıq məktəbdən aidiyyəti orqanlara şikayət etməyə hazırlaşırlar”.

    Qeyd edək ki, bundan əvvəl məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığını bildirirdilər.