Month: April 2019

  • Keçmiş icra başçısının qohumu həbs olundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror çıxışında X.Məmmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

    O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

    Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
     
    ///Report

  • Mərkəzi Bankdan inflyasiya AÇIQLAMASI

    İl ərzində Azərbaycanda inflyasiya sabit qalacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Bakıda “Fitch Ratings” agentliyinin illik konfransında deyib.

    Onun sözlərinə görə, cari əməliyyatlar balansı ÜDM-in 13 faizini təşkil edir:

    “Azərbaycan cari əməliyyatlar balansı ikirəqəmli olan nadir ölkələrdəndir”.

    A.Ələsgərov qeyd edib ki, ölkənin valyuta bazarı balanslaşdırılmış rejimdə fəaliyyət göstərir, valyuta ehtiyatları artır, dollarlaşma isə azalır. Mərkəzi Bankın pul siyasəti bazarda qiymətlərin sabitləşməsinə yönəlib.

  • 20 quşun adı dəyişdirildi – Maygülü batağan oldu

    Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib.

    Zooloji Muzeyin direktoru Səbinə Bünyatova AZƏRTAC-a açıqlamasında bildirib ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub. Çünki bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir.

    Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünə böyük xallı qartal adı verilib.

    Ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızlıquş növünün adı sərçəçalan kimi dəyişdirilib.

    Qəşəng durna növünün adı isə telli durna kimi qəbul edilib. Çünki bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur. Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq olub.

    Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edilib, çünki növ bu cür səs çıxarır, lakin “tenkovka” adı rus dilindən səhvən “kölgə” kimi tərcümə edilib.

    Həmçinin alman və rus mənşəli bir sıra adlar milli adlarla dəyişdirilib: trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s.

  • Aprel döyüşlərində çəkilən real kadrlar – tariximizin şanlı səhifəsi (VİDEO)

    2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusu cavab həmləsi etdi.

    4 gün davam edən aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

    5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad edib.

    Müdafiə Nazirliyi aprel döyüşləri ilə bağlı xüsusi hazırlanan reportajı təqdim edib. Bu reportajda döyüşlərdən real kadrlar əks olunub.

  • “Azərbaycan gözəli” danışdı: “Dövlət qurumunda işləyirəm, modellik isə hobbimdir”

    Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva “Azərbaycan gözəli 2019” yarışmasının qalibi olub. “Azərbaycan gözəli 2019” müsabiqəsi son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunur.

    Median.Az unikal.org-a istinadən adıçəkilən müsabiqənin qalibi Melisa Nuriyeva ilə müsahibəni oxuculara təqdim edir:

    – Modelliklə çoxdan məşğulsunuz, yoxsa bu sahədə yenisiniz?

    – Mən dövlət qurumunda işləyirəm, modellik sadəcə olaraq mənim hobbimdir. Bu yarışmaya da maraq üçün qatılmışam.

    – Müsabiqəyə kiminsə məsləhəti ilə qatıldınız?

    – Modellik mənim uşaqlıq arzum olduğuna görə öz istəyimlə bu yarışda iştirak etdim. Hobbi olaraq kliplərə, filmlərə də çəkilirəm.

    – Hansı filmlərə çəkilmisiniz?

    – Mən dövlət qurumunda işlədiyim üçün vaxtım bir o qədər də çox deyil. Buna görə də baş rola çəkilmək üçün edilən təklifləri qəbul etmirəm. İstəmirəm vaxtımı boş yerə sərf edim.

     – Qalib olandan sonra sizi təbrik edən oldumu?

    – Təbrik edənlər çox oldu.Hamı sosial şəbəkədə yazır, zəng edib, təbrik edir.

    – Qalib olandan sonra sizi çox müzakirə etdilər. Tənqid edənlərə münasibətiniz necədir?

    – Məndə heç vaxt, heç kəsə qarşı paxıllıq olmayıb. Hər kəs öz ürəyinə görə danışır. Mən elə şeylərə fikir vermirəm. Mən onların fikirlərinə  hörmətlə yanaşıram.

    – Bəs, beynəlxalq gözəllik yarışmalarına qatılımaq istəyirsiniz?

    – Azərbaycan gözəli kimi ölkəmizi xaricdə təmsil edə bilərəm. Mən bütün işimi atıb aylarla, günlərlə xarici ölkələrə getsəm abu mənə sərf etməz. Mənim öz işim var.

    – Həmçinin sizin müsabiqədə qalib olduğunuza şübhə ilə yanaşanlar da var. Ümumiyyətlə bu qalibiyyət tapşırıqla olub?

    – Orada hər sahə üzrə münsiflər var idi. Onlar mədəniyyət, moda və s. sahələri təmsil edirdilər. Bu onların verdiyi qərardı.Tapşırıq olsaydı öz sahəmdə, yəni dövlət qurumunda yüksək vəzifəyə təyin olunardım.

  • Сколько нужно в месяц денег азербайджанской семье из четырех человек?

    Каждый человек заслуживает жить в комфортных условиях. Но порой это требует немалых финансовых затрат. Ведь комфортные условия – это не только наличие хорошей квартиры, но еще интересной работы и высокой зарплаты.

    «Для комфортного проживания среднестатистической азербайджанской семьи из четырех человек необходимо, как минимум, 1200 манатов. Больше половины из этой суммы приходится на расходы на покупку продовольственной продукции. Кроме того, необходимо учитывать затраты на оплату интернета и коммунальных услуг», – сказал Media.Az председатель Центра исследований устойчивого развития Нариман Агаев.

    По его словам, в семье важно учитывать расходы на покупку одежды для себя и детей, средств личной гигиены: «Я еще не говорю о тратах на медицинскую сферу и образование».

    Председатель Центра исследований устойчивого развития отметил, что для нормальной жизнедеятельности, организму требуется определенная норма употребления продуктов питания. В день 160 граммов мяса на человека – это минимум 50 манатов в месяц.

    Отметим, что по нормативам принято в среднем в день употреблять 800 граммов молочных продуктов, около 400 граммов овощей, 300 граммов свежих фруктов, 260 – хлебопродуктов, раз в день яйцо.

    «Безусловно, необходимо учитывать и траты на развлечения: это походы в кино, театр, на прогулку. Стоит отметить, что один поход в кинотеатр на двоих обходится, как минимум, в 30 манатов. С детьми траты вообще растут в несколько раз. Именно поэтому сегодня многие молодые парни не встречаются с девушками, поскольку один только поход в кино влетает в копеечку. А не у всех есть такие возможности», – сказал Нариман Агаев.

    По его словам, важно учитывать и траты на подарки, которые бывают не каждый день, но они возникают. Кроме того, люди ходят в гости. А это категория не предусмотренных, незапланированных расходов.

    «Не стоит забывать и траты на средства личной гигиены, контрацептивы. Раз в полгода граждане должны проходить медицинский осмотр, сдавать анализы, это тоже затраты. Таким образом, как минимум, семье необходимо иметь не меньше 1200 манатов в месяц. То есть 400 манатов на человека. В противном случае, человек не живет, а просто существует. Увы, именно финансовые проблемы в семье нередко становятся причиной конфликтов, а еще хуже, приводят к разводу», – заключил эксперт.

  • В Баку школьница бросилась с третьего этажа школы

    В Баку ученица бросилась с третьего этажа школы.

    Как передаёт Median.Az со ссылкой на Report, трагедия произошла в полной средней школе №162 в Сабаильском районе.

    Получившая различные травмы 8-классница Я.Гаджиева на машине скорой помощи была доставлена в больницу.

    Ее состояние остается тяжелым. Сообщается, что во время инцидента она держала в руке режущий предмет.

    Факт расследуется сотрудниками правоохранительных органов.

  • Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı

    Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

    Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

    Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisə zamanı onun əlində kəsici alət də olub.

    Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. (Report)

  • Bakıda azyaşlı qız valideynlərini axtarır

    Ötən gün Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində nəzarətsiz uşaq tapılıb.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb.

    O qeyd edib ki, polis əməkdaşları qızın valideynsiz olduğunu görüb sığınacağa gətiriblər: “Dünən telekanalların bir çoxunda Məryəmin valideyn və yaxınlarının axtarşı ilə bağlı süjetlər göstərilib. Əgər onu tanıyan varsa xahiş edirik, təşkilatın qaynar xəttinə – 055 466 08 06 nömrəsinə məlumat versin.

    Azyaşlının diləndirilmə, təhsildən yayındırılma halları da ehtimal olunur”.

  • Bakıda rus turisti zorlayan şəxs həbsdən çıxıb, yüzlərlə adamı aldatdı – TƏFƏRRÜAT

    Bir neçə gün əvvəl Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan dəstənin üzvləri saxlanııb.

    Martın əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polisə müraciət edib.

    Şikayətçilər adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyən edilib.

    BakuPost dəstənin rəhbəri Məcid Məcidovla bağlı yeni məlumatlar əldə edib. O, əslən Salyan rayonundandır. Atası Mehdi Məcidov rayonda tanınmış həkimlərdəndir. Bu, Məcid Məcidovun ilk cinayəti deyil. Onun 2013-cü ildə Bakıda rus turisti zorlaması böyük əks-səda doğurmuşdu. İttihama görə, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı İrina Bazaron 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da İ, Bazaronun müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib, onunla cinsi əlaqədə olaraq zorlayıb.

    Həmin ilin iyun ayında Məcid Məcidov barəsində həbs qərarı seçilib və məhkəmədə hökm oxunana kimi təcridxanada qalıb. 2014-cü il sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə bəraətverici əsaslarla hökm oxunub və Məcidov məhkəmə zalından azad olunub. Prokurorluğun hökmdən narazı qalması ilə verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb və şikayət təmin olunmayıb. Hakim Faiq Qasımov 25 yaşlı gənci azadlıqda saxlayıb və işi aparan müstəntiq barəsində xüsusi qərardad çıxarıb.

    İş Ali Məhkəməyə çıxarılıb və burada prokurorluğun xeyrinə qərar verilib, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən apellyasiyaya qaytarılıb. 2016-cı ilin mart ayının 3-də keçirilən apellyasiya məhkəməsində qərar verilib. Apellyasiya Məhkəməsinin hakimi Qaib Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məcid Məcidov barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilib. Həmin tarixdə M. Məcidov ölkədə olmadığı üçün onun həbsi reallaşmayıb. Hökmdən təxminən 20 gün sonra Məcid Məcidov 39-cu Polis Bölməsinə gələrək təslim olub.

    ///bakupost.az