
Как сообщает Median.Az, сотрудники Билясуварского РОП на основании полученной оперативной информации задержали жителя района, ранее судимого М.Азизова, у которого в автомобиле марки “ВАЗ 2107” обнаружили обрез.
Ведется расследование.

Как сообщает Median.Az, сотрудники Билясуварского РОП на основании полученной оперативной информации задержали жителя района, ранее судимого М.Азизова, у которого в автомобиле марки “ВАЗ 2107” обнаружили обрез.
Ведется расследование.

Median.Az xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini, əvvəllər məhkum olunmuş M.Əzizovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə nömrəsi silinmiş lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilbər.
Faktla bağlı araşdırma aparılır.

Yaxın zamanda Böyük Britaniya, Fransa, İran, Cənubi Koreyada Azərbaycanın daimi turizm nümayəndəliyinin açılması planlaşdırılır.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində XVIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ötən bir il ərzində ölkənin turizm potensialının beynəlxalq auditoriyaya tanıdılması istiqamətində bir sıra addımlar atılıb:
“2018-ci ilin sonundan etibarən Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Hindistanda, Çində, Almaniyada altı daimi turizm nümayəndəliyi fəaliyyətdədir. 2018-ci ildən başlayaraq müxtəlif beynəlxalq sərgilərdə və tədbirlərdə təmsil olunuruq.
Əlbəttə, bu proses daimi olaraq davam edəcək. Məqsəd ölkənin turizm potensialı haqqında daha geniş auditoriyaya məlumat çatdırmaq, yeni hədəf bazarlardan daha çox turist cəlb etməkdir”.
“Hesab edirik ki, ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Bunun üçün ilk növbədə əvvəlki illərdə görülən işlər yenidən nəzərdən keçirilərək sistemləşdirilir. Həmçinin, biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqə yaradılması vacibdir”, – deyə sədr qeyd edib.

В так называемом «шушинском городке» в бакинском поселке Рамана минувшей ночью произошло дорожно-транспортное происшествие.
Автобус маршрута №214 сбил Мурсалову Кенуль Сахиб гызы 1978 года рождения, которая переходила дорогу.
Водитель автобуса доставил пострадавшую в Городскую клиническую больницу №3. У нее были диагностированы закрытая черепно-мозговая травма и сотрясение мозга.
Состояние пострадавшей оценивается как средней тяжести.
По факту ведется расследование.

Gecə saatlarında Bakının Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, 214 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Mürsəlova Könül Sahib qızını vurub.
Qəzanı törədən sürücü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Yaralı Könül Mürsəlovaya qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu qoyulub.
Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

В поселке Гюнешли Сураханского района произошло ДТП.
Как передает Median.Az со ссылкой на оxu.аz, случай зафиксирован возле кирпичного завода.
Легковой автомобиль врезался в пассажирский автобус, курсирующий по маршруту №50. Жертв нет.
По предварительной версии, причиной аварии стала высокая скорость.
По факту ведется расследование.

Bakının Suraxanı rayonununda – Günəşli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Median.Az oxu.az-a istinadla xəbər verir ki, hadisə kərpic zavodu yaxınlığındakı yolda baş verib.
Minik maşını 50 nömrəli sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində ölən olmayıb.
İlkin ehtimallara görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Миссия Международного валютного фонда (МВФ) летом посетит Азербайджан. В ходе визита будут проведены встречи с руководством страны.
Об этом сообщил РИА Новости дипломатический источник в Баку.
Согласно информации, делегация проведет с официальным Баку обмен мнениями по ряду вопросов.
Дата визита будет оглашена в ближайшие недели.
Отметим, офис МВФ открылся в Баку в 1992 году. Азербайджан не обращается к МВФ за финансовой помощью начиная с 2005 года. Сейчас Баку и фонд сотрудничают в рамках консультаций и миссий техпомощи по основным направлениям макроэкономической политики.

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti yayda Azərbaycana gələcək.
Bununla bağlı “RİA Novosti” agentliyi Bakıdakı diplomatik mənbəyə istinadən xəbər yayıb.
Səfər zamanı missiya ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
“Nümayəndə heyəti bəzi məsələləri müzakirə etmək üçün Bakıya rəsmi səfər edəcək”, – mənbə bildirib və qeyd edib ki, səfərin dəqiq vaxtı yaxın həftələrdə müəyyənləşəcək.
Qeyd edək ki, BVF-nun Bakıdakı ofisi 1992-ci ildə açılıb. Azərbaycan 2005-ci ildən maliyyələşmə ilə bağlı BVF-na müraciət etməyib, hazırda Bakı və fond makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə məsləhətləşmələr aparır və texniki yardım missiyalarında əməkdaşlıq edir.

Quldurluq və soyğunçuluğa görə əvvəllər məhkum edilmiş və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxsin həyat yoldaşı, iki övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Yelena Kərimovaya hökm oxunub.
Kriminalnn.ru portalının verdiyi məlumata görə, məhkəmənin qərarı ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində son söz deyən qadın özünü cinayətdə təqsirli bilməyib.
Qeyd edək ki, hadisə 2018-ci ilin aprelində Nijenovoqorod vilayətində baş verib. Aprelin 26-da Semenovsk rayonunda içərisində iki uşaq meyiti olan yanmış avtomobil aşkar edilib. Məlum olub ki, Y.Kərimova əvvəlcə övladlarını boğub, daha sonra isə izi itirmək üçün avtomobili yandırıb.
Polis tərəfindən saxlanılan qadın əməlini etiraf edib. O, maddi çətinlik çəkdiyini və cinayəti bu səbəbdən törətdiyini bildirib.
Bununla yanaşı, məlum olub ki, qadın hər ay avtomobil kirayəsinə 40 min rubl (təxminən 1000 manat) xərcləyir və cinayətdən bir müddət əvvəl xaricdə istirahət üçün yol vərəqəsi qazanıb.
Məlumatlarda qeyd edilib ki, cinayət işinin araşdırılması Rusiya İstintaq Komitəsinin Nijeqorod vilayəti üzrə idarəsinin xüsusi nəzarətindədir.
Həmçinin, istintaq zamanı müəyyən edilib ki, qadın keçmiş əri olan Azərbaycan vətəndaşının tələbi ilə İslam dinini qəbul edib. Ancaq o, İslam dininin qanunlarına riayət etməyib və öz həyatını davam etdirib. Buna görə də qətlin motivinin dini zəmində baş verməsi ehtimalı qəbul edilməyib.
İstintaq zamanı qadının digər cinayətinin də üstü açılıb. Məlum olub ki, qadın Nijenovqorod şəhərində yaşadığı qohumlarının evindən dəyəri 140 min rubl (təxminən 3600 manat) olan qızıl-zinət əşyaları oğurlayıb.
Yaxın vaxtlarda cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilib.