Month: April 2019

  • Ağdaş sakini dibçəkdə narkotik yetişdirirmiş – FOTO

    Evində narkotik tərkibli bitki yetişdirən Ağdaş sakini saxlanılıb.

    DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləki qəsəbə sakini 44 yaşlı Azər Məmmədov yaxalanıb.

    Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman müxtəlif plastik qablarda xüsusi aqrotexniki qaydada əkib-becərdiyi 24 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • ABŞ Türkiyəni NATO və S-400 arasında seçim etməyə çağırıb

    Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq dayanmaq niyyətində deyil.

    Median.Az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyanın ZRK S-400 raketlərini almasını şərh edərkən özünün “Twitter” səhifəsində yazıb.

    “Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları – hansılar ki, bizim ittifaqımızı pozur – qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir”,- deyə Pensin mesajında bildirilir.

  • Azərbaycanda qızıl-gümüş bazarı bahalaşdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, aprelin 3-də qızılın qiyməti aprelin 2-i ilə müqayisədə 12,0445 manat artaraq 1 unsiya üçün 2198,2785 manat təşkil edib.

    Gümüş 0,2163 manat bahalaşaraq 1 unsiya üçün 25,813 manata bərabər olub.

    Trend-ə görə, platinin qiyməti 17,425 manat artaraq 1461,15 manat, palladiumun qiyməti isə 34,7905 manat artaraq 2444,3705 manat təşkil edib.

  • Pele xəstəxanaya yerləşdirildi

    Braziliya futbolunun əfsanəsi Pele PSJ-nin oyunçusu Kilian Mbappe ilə görüşdükdən sonra Parisdə xəstəxanaya yerləşdirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 yaşlı idmançı son zamanlar böyrək və prostat problemlərindən əziyyət çəkir.

    Pelenin həyati təhlükəsinin olmadığı bildirilir.

  • В WhatsApp появится новая функция

    Разработчики WhatsApp создали новую настройку конфиденциальности.

    Как передает РИА Новости, об этом сообщается на официальном сайте компании.

    Теперь пользователи приложения будут сами решать, кто может добавлять их в группы.
    Чтобы включить функцию, пользователю необходимо найти в настройках раздел «Группы».

    Если пользователь запретил добавлять его в группы, желающие это сделать должны будут отправить ему личное приглашение, активное в течение трех дней.

    Новые настройки появятся у некоторых пользователей сегодня и в ближайшие недели станут доступны для всех в последней версии приложения WhatsApp.

  • Ankarada da səslər yenidən hesablanacaq

    AKP-nin etirazından sonra Ankaranın 11 rayonunda bələdiyyə seçkiləri üçün verilən səslər yenidən hesablanacaq.

    Median.Az “Hürriyet”ə istinadən xəbər verir ki, Poladlı, Çubuk, Pursaklar, Altındağ, Gölbaşı, Şərəflikoçhisar, Keçiörən, Sincan, Bala, Çankaya və Çamlıdərədə səslər təkrar sayılacaq.

    Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyələrə seçkilər keçirilib.

  • Bakıda 2 otaqlı ev yanıb

    Xəzər rayonunda sahəsi 50 kv.m olan evdə yanğın baş verib.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, birmərtəbəli 2 otaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • İcbari sığortaya görə cərimələr artırıla bilər – VİDEO

    Əmlakını icbari qaydada sığortalamayan şəxslərə qarşı tətbiq olunan cərimələr sərtləşdiriləcək. Bununla bağlı qanunvericilikdə mövcud olan boşluqlar aradan qaldırılacaq.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı sahibkarlara külli miqdarda zərər dəydikdən sonra bu məsələ gündəmə gəlib.

    İcbari Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədov deyir ki, mövcud qanunvericilikdə bununla bağlı müəyyən cərimələr olsa da, məbləğ yüksək olmadığından müsbət nəticə vermir.

    Onun fikrincə, əmlak sığortası sahibkarları bir çox zərərlərdən qoruduğu üçün çox sərfəlidir.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Firdovsi Ağaşirinov isə icbari sığorta qiymətlərinin olduqca əlçatan olduğunu deyir.

    Firdovsi Ağaşirinov onu da qeyd edir ki, sığorta sektoruna etimadı artırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına daxil olan hər bir şikayət yerində araşdırılır və müştəri məmnuniyyətinin təmin olunması üçün addımlar atılır.

  • Какой картофель и лук покупать в Азербайджане после запрета Ирана? – ЦЕНЫ И СОВЕТЫ

    С завтрашнего дня Иран вводит запрет на экспорт картофеля и лука.

    По словам замминистра промышленности и торговли Ирана Аббаса Губади, который заявил об этом в конце марта, экспорт лука в соседние страны, в том числе и в Азербайджан, привел к его подорожанию внутри страны. Он также отметил, что с целью регулирования цен на внутреннем рынке Комитет по регулированию рынка принял решение, наряду с луком, запретить и экспорт картофеля.

    Отметим, что в последние дни стоимость килограмма лука в Иране превысила 140 тысяч риалов (около 5,6 манатов).

    В азербайджанском сегмете Facebook жители страны задумались, как теперь быть со своими потребностями – какие овощи покупать? Ведь Иран является ключевой страной, которая в течение года формирует спрос на картофель на нашем сельскохозяйственном рынке.

    Как сообщили Day.Az на одном из крупных базаров столицы, иранский картофель и лук хоть и уступали по качеству азербайджанскому, которые в разы лучше, спрос на них был велик, так как стоили они дешевле.

    Один из продавцов отметил, что люди часто интересуются, какой картофель и лук теперь покупать?

    “Самый вкусный картофель, на мой взгляд, да и по спросу, – из Гедабека. Советую именно этот сорт. Далее хорошие по качеству овощи также выращиваются в Гусаре и Товузе. Также в скором времени начнется продажа джалилабадского картофеля. Цены разные – от 80 копеек до 1.2 манатов. Что касается лука, азербайджанский всегда был лучше и вкуснее”, – отметил он.

    Напомним, что в течение года из Ирана в Азербайджан импортировалось более 50 тысяч тонн картофеля и лука.

  • Tereza Meyin “Brexit”lə bağlı təklifi rədd edildi

    Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brexitin qısamüddətli uzadılması üçün müraciəti Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tərəfindən rədd edilib.

    Median.Az xəbər verir ki, o, deputatlarla razılaşmaq üçün son tarixin aprelin 12-si olduğunu bildirib.

    Avropa Komissiyasının prezidenti qeyd edib ki, təyin olunan vaxta qədər müqavilə təsdiqlənməlidir, əlavə müddət olmayacaq. Çünki hər hansı bir gecikmə Avropa Parlamentinə keçiriləcək seçkilərə təhlükə yarada bilər ki, bu da Avropa İttifaqının fəaliyyətini təhdid edir.

    Ötən gün Tereza Mey bildirmişdi ki, Böyük Britaniya hökuməti Avropa İttifaqından “Brexit”in müddətinin uzadılması haqqında xahiş edəcək.

    Qeyd edək ki, Britaniya hökuməti və parlamenti Avropa İttifaqından çıxışın ən yaxşı variantı üzrə razılaşa bilmir.

    “Brexit” martın 29-da tamamlanmalı olsa da, Avropa İttifaqı ilə müqavilə parlamentdə qəbul olunmayıb. Bundan sonra Avropa İttifaqı “Brexit”i şərti olaraq təxirə salmağa razılıq verib. İttifaq liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti “Brexit” müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, “Brexit” aprelin 12-dək təxirə salınacaq.

    Xatırladaq ki, Britaniya hökuməti Avropa İttifaqını tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilərin keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.