Month: April 2019

  • Bakıda küçədən qız uşağı tapılıb: onu dilənməyə məcbur ediblər (VİDEO)

    Bakıda polis əməkdaşları küçədən təxminən 6 yaşlı qız uşağını tapıblar. Araşdırma zamanı onun naməlum şəxs və ya şəxslər tərəfindən diləndirildiyi məlum olub.

    Hadisə ötən gün axşam saatlarında baş verib.

    Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşları “3-cü mikrorayon” dairəsi ətrafında təxminən 6 yaşlarında olan qız uşağını kimsəsiz şəkildə aşkar ediblər. Bundan sonra isə polis əməkdaşları həmin uşağı Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətiriblər.

    Mərkəzin koordinatoru Vasif Akiflinin sözlərinə görə, uşaq mərkəzə gətirilən zaman sağlamlığında problem olmayıb. Amma araşdırma zamanı uşağın dilənməyə məcbur edildiyi məlum olub.

    Vasif Akifli bildirdi ki, uşağı diləndirməyə məcbur edən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması üçün Daxili İşlər Nazirlyinə müraciət olunacaq.

    Uşağı tanıyanlardan Azərbaycan Uşaqlar Birliyinin 055 466 08 06 nömrəli qaynar xəttinə zəng vurmaları xahiş olunur. (Xəzər TV)

  • Анкара считает, что США не должны вводить санкции против Турции

    «США не должны вводить санкции против Турции за покупку российских ЗРК С-400, так как соответствующий американский закон был принят уже после подписания контракта между Анкарой и Москвой».

    Об этом заявил глава МИД Турции Мевлют Чавушоглу, выступая в Вашингтоне.

    Ранее Турция заявила, что не откажется от планов покупать С-400 и что первая партия систем ПВО должна поступить в страну в этом году. США заявляют, что системы С-400 несовместимы со стандартами НАТО, грозят санкциями за их возможное приобретение и не раз говорили, что могут задержать или отменить процесс продажи Турции собственных новейших самолетов.

  • Nəqliyyatda limitsiz istifadə kartları olacaqmı?

    Ekspertin sözlərinə görə, turizmin inkişafında 4 sütundan biri nəqliyyatdırsa, bu haqda düşünmək və iş görmək lazımdır

    Median.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    Xarici ölkələrə səfər edənlər ayaq basdıqları şəhərdə ilk növbədə ictimai nəqliyyata minik kartı əldə etmək üçün ən ucuz variantlara nəzər salırlar. Aparatlar birdəfəlik gediş kartları ilə yanaşı, günlük, bir neçə günlük, həftəlik, aylıq və ya daha uzun müddətli kartlar təklif edir. Günlük kartlar gün ərzində bir neçə dəfə nəqliyyatdan istifadəyə xərclənən puldan daha ucuz başa gəldiyindən, sərnişinlər daha çox bu tip kartlara üstünlük verilər. Eləcə də, gedəcəyi ölkədə qaldığı günü hesablayan insanlar həmin günlər üçün nəqliyyatda istifadədə gediş-dönüşdə limitsiz kartlar əldə edirlər.
    Məsələn, Vyanada dəyəri 8 avroya olan kart vasitəsilə gün ərzində istədiyin qədər nəqliyyatın bütün növlərindən istifadə etmək mümkündür. Ancaq Avstriyanın paytaxtında metro-avtobus-tramvay və trolleybuslara kart olmadan, yalnız bir gediş üçün 2.50 avro ödəmək lazımdır. Bu baxımdan, istər turistlər, istərsə də nəqliyyatda hərəkətinin qədərini bilən yerli sakinlər limitsiz kartlara üstünlük verirlər.

    Düzdür, hələ bizim ölkəmizdə nəqliyyatda ödənişləri həyata keçirən vahid kart sistemi tamamilə tətbiq olunmayıb. Hələ bizim kimi sərnişinlər xarici ölkələrin bu təcrübəsinə həsədlə baxırıq. Bununla belə, ölkədə turizmin inkişafından danışmaq istədiyimiz bir vaxtda bu tip tətbiqlərin də olmasını arzulayırıq. Bəs nəqliyyat sektoruna aid olan qurumlar necə? Nə vaxtsa ölkədə bu tip kartların istifadəyə verilməsi haqqında düşünürlərmi?

    Nağdsız ödənişə tam keçid olandan sonra

    Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev sorğumuza cavab olaraq qeyd etdi ki, hazırda qarşıda duran əsas məsələ nağdsız ödənişin əhatəsini genişləndirməkdir: “Bu gün ictimai nəqliyyatda yalnız metroda və 500 ədədə yaxın avtobusda gediş haqqlarının ödənişi “BakıKart”la edilir. Bu il bütün xətlərin nağdsız ödənişə keçidi planlaşdırılır. Tam keçid olandan sonra qeyd etdiyiniz məsələlərə baxmaq olar”.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Bilirsiniz ki, gedişhaqqı “BakıKart”la ödənilir. Bu sualı onlara yönəldin”- deyə sualımıza qısaca cavab verdi.

    Qeyd edək ki, Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart (“BakıKart”) sistemi tətbiq edilib. “BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartı kimi təqdim olunur. Kart özündə ümumi nəqliyyat ödənişlərini birləşdirir. “Bakı Metropoliteni” QSC-yə aid metro və “BakuBus” MMC-yə aid bir sıra avtobus nəqliyyat vasitələrində gedişhaqqının ödənişi “BakıKart” vasitəsilə həyata keçirilir. Bundan əlavə, vahid sistemdə 2 növ kartdan – “BakıKart” (Plastik kart) və “BakıKart” – məhdud istifadə üçün (Kağız kart) istifadə edilir.
    Hər iki növ kart “BakıKart” terminallarından, mətbuat köşklərindən və “BakıKart” loqolu digər satış nöqtələrindən əldə edilir. Layihənin sonrakı mərhələlərində “BakıKart”dan digər nəqliyyat vasitələrində ödəniş vasitəsi kimi istifadə edilməsi planlaşdırılır. Vahid “BakıKart” sistemi özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir.

    Gələcəkdə günlük, həftəlik və ya aylıq limitsiz ödənişləri özündə birləşdirən kartın tətbiqi ilə bağlı sualımıza isə layihəni həyata keçirən qurumdan cavab ala bilmədik. “BakıKart” sualımızı cavablandırmağı vəd etsə də, günün sonunda eşitdiyimiz “sualınız aidiyyatı ünvana yönəldilib, sizə cavab veriləcək” – cümləsi oldu.

    Dörd sütundan biri

    Turizmçilərin məsələyə münasibətində isə az da olsa işıq ucu görünür.
    Turizmin bir çox sahələri, o cümlədən nəqliyyatı əhatə etdiyini deyən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, təmsil etdiyi qurum bu kimi təkliflərlə çıxış edir: “Amma nəqliyyat qurumları bu cür təklifləri ön plana çəkməli, xüsusən turistlər üçün müvəqqəti şərait yaratmağa çalışmalıdırlar. Yəni turist 5 və ya 10 günlük gələndə, müddətli kartlardan istifadə etsin. Çünki turistə qısa müddət üçün “BakıKart” almaq sərf etmir və onlar ölkəyə uzun müddətə gəlmirlər. Bu baxımdan, nəqliyyat qurumları təkcə mövcud nəqliyyatın təkmilləşdirilməsi ilə bağlı deyil, eyni zamanda turizmin prioritet istiqamətlərinə hesablanan işlər görməlidirlər. Belə ki, turizmin inkişafında 4 sütundan biri nəqliyyatdırsa, bu haqda düşünmək və iş görmək lazımdır”. M.Ağakərimovun fikrincə, həmçinin turistlərin daha çox getdikləri rayonlara nəqliyyatlar müntəzəm işləməlidir: “Yol infrastrukturu və nəqliyyatı təşkil olunmalıdır. Çox təəssüf ki, biz bu məsələdə geri qalırıq”.

    Turizm eksperti Ceyhun Aşurov dünya ölkələrinin nəqliyyat sistemində bu cür kartların işlək olduğunu bildirir. Belə ki, gündəlik, həftəlik, aylıq, hətta daha çox müddətli olan kartlar var ki, onlar ucuz olur: “Həmin kartlar ictimai nəqliyyatın bütün növlərində – metroda, tramvayda, avtobusda, bəzən də qatarda keçərlidir. Bu cür mexanizmin olması həmin ölkəyə gələn turistlər, orada oxuyan tələbələr üçün müddətinə görə sərfəlidir. Onlar da bu kartlardan rahatlıqla istifadə edirlər. Bizim ölkəmizdə də əksər avtobuslar kart sisteminə keçirilib. Həmin kartdan həm avtobuslarda, həm metroda istifadə etmək olur. Sadəcə, bu kartların əldə olunma imkanlarını genişləndirmək lazımdır”.
    Ekspertin fikrincə, əslində bizdə Avropa ölkələri ilə müqayisədə gedişhaqqı ucuz olduğundan bu xidmətin olması o qədər də aktual deyil: “Metro və avtobusda gediş haqqı 30 qəpikdir. Ona görə düşünmürəm ki, müddətli xüsusi kartlar bizim üçün aktualdır. Dayanacaqlarda yerləşdirilən avtomatlardan “BakıKart” əldə etmək mümkündür. Həmçinin orda gündəlik gediş qəbzi də əldə etmək olur. Eləcə də istifadə üçün çoxdəfəlik kartlar əldə etmək olur. Bu kartlardan da həm avtobusda, həm də metroda istifadə etmək mümkündür”. Turizmçinin fikrincə, sadəcə, kartlar haqqında gələn qonaqlara otellərdə, aeroportların çıxışında məlumat verilməsi yaxşı olar: “Yəni taksi xidmətləri insanları aldatmasın və onlar istədikləri ünvana rahat gedib çıxa bilsinlər. Ona görə bununla bağlı qonaqlara daha çox məlumat verilsə və kartlardan daha çox istifadə olunsa, yaxşı olar. Bundan əlavə, nəqliyyat vasitələrinin gedə biləcəyi standartların da olması önəmlidir. Çünki sıxlıq saatlarında bəzən özümüz də avtobusa minməyə çətinlik çəkirik. Düzdür, son vaxtlar avtobuslar xidmət keyfiyyətlərini artırıblar. Təmizlik işlərinə də riayət olunur. Amma bəzən pik saatlarda elə sıxlıq olur ki, öz vətəndaşlarımız da nəqliyyata güclə minirlər. Belə məqamlarda nəqliyyatda gediş-gəlişi tənzimləmək daha yaxşı olardı”.

    Daşıyıcıların marağı

    Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, belə limitsiz kartların bizim nəqliyyat sistemində olmamasının əsas səbəbi hələ nəqliyyat sistemimizin kartlarla bütövlükdə təmin olunmamasıdır: “Şəhərdaxili avtobuslarda ödəniş tam olaraq kart sisteminə keçirilməyib. Ən yaxşı sistem hələ Bakıdadır. Rayonlarda ümumiyyətlə, nəqliyyatda kart sistemi tətbiq olunmayıb. Paytaxtda da avtobusların təxminən 30 faizi kart sisteminə keçib. Ona görə də o sistem Bakıda işləməyəcək. Digər tərəfdən, belə kartlar olarsa, nə yerli sakinlər, nə də gələn turistlər nəqliyyatın hamısında onlardan istifadə edə bilməyəcəklər. Bundan ötrü avtobuslarda ödəniş tamamilə kart sisteminə keçirilməlidir. Bəlkə ondan sonra bu, mümkün olar”.

    Ekspertin fikrincə, digər səbəb daşıyıcıların bəzilərinin bu xidməti göstərməyə hazır olmamasıdır. Bəziləri də ümumiyyətlə, maraqlı deyillər: “Metroda bu cür sistemə keçirilməsi mümkündür. Bununla belə, metro da şəhərin bütün hissələrini əhatə etməyib. Xarici ölkələrdə bu kartların müxtəlif növləri var. Məsələn, bəzisi yalnız bir nəqliyyat növü üçün keçərlidir. O baxımdan, gələcəkdə bizdə də tətbiq oluna bilər”.

    Hərçənd ki, bəzən ekspertlərin ideya və təklifləri rəsmi və ya məsələyə səlahiyyətli qurumların baxışları ilə üst-üstə düşmür, amma ictimai təşəbbüslər irəli sürməkdə də bir fayda var. Xüsusən bir gün onların gerçəkləşəcəyinə inananda…

  • Xərçəngə səbəb olan 7 qidalanma

    Alimlər sonradan yaranan bütün xərçəng növlərinin qeyri-sağlam qidalanma və piylənmə ilə əlaqədar olduğunu bildiriblər.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, bununla bağlı xərçəngə səbəb olan 7 qidalanma səhvi haqqında məlumat verilib. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə xərçəngə yoluxma riski hər il daha da artır.

    Köklük müalicəyə verilən cavabı zəiflədir

    Kifayət edəcək qədər və stabil qidalanma xərçəng də daxil olmaqla bir çox xəstəlikdən qoruyur. Mövsümə uyğun olaraq meyvə-tərəvəz qəbul etmək, un, şəkər və karbonhidratlardan uzaq durmaq, heyvan mənşəli yağların qəbulunu azaltmaq, su içmək lazımdır. Xərçəng hüceyrələrinin artmasına səbəb olan bilən bəzi qidalanma xətaları var. Bunların başında həddən artıq qida qəbulu var. Belə vəziyyət piylənməyə səbəb olur və piylənmənin xərçəngin müxtəlif növləri ilə əlaqəsi var.

    Ət, süd və pendirin tərkibindəki görünməyən yağlar

    Məlum olub ki, həddən artıq yağ qəbulu xərçəngə səbəb olur. Doymuş yağlar sayılan marqarin, kərə yağı və quyruq yağı kimi qatı yağlarla yanaşı, ətin, südün və pendirin tərkibində olan görünməyən yağlar da həddən artıq qəbul ediləndə xərçəng riskini artırır. Ət, balıq, toyuq kimi qidaları qızardanda və bişirində çox yağ əlavə etməmək, bu qidaları əsasən öz yağında bişirmək lazımdır. Çünki əks halda trans yağlar meydana gəlir və bu da xərçəngə səbəb olur.

    Həftədə üç gündən çox qırmızı ət qəbul etməyin

    Ət qəbulunu artırmaq xərçəng riskini artırır. Bunun yerinə, paxlalı və dənli bitkilərdən ən azı həftədə iki dəfə istifadə etmək lazımdır. Bundan başqa qəbul edilən ətlə yanaşı mütləq tərəvəz qəbul etmək məsləhət görülür. Qırmızı ətin tərkibində doymuş yağdan əlavə nitrit və nitrat var. Bu maddələr də kanserogen sayılır və qırmızı əti həddən artıq qəbul etmək xərçəng riskini artırır. Bundan başqa orqanizmdəki xolesterol miqdarını da artırır. Sosis və kolbasa kimi ət məhsullarının tərkibində isə nitrit və nitrat miqdarı daha çoxdur. Bunu da nəzərə almaq lazımdır.

    Bəzi içkiləri azaldın

    Bəzi içkilərin tərkibində şəkər miqdarı yüksəkdir. Şəkərsiz olsa da, rəngləndirici və süni dadvericilər xərçəng riskini artıran maddələrdəndir. Bundan başqa spirtli içki qəbulunun çox olması da bir sıra xərçəng xəstəliyi riskini artırır.
    Image result for mehsullarin etiketleri

    Məhsulların üzərindəki etiketi mütləq oxuyun

    Un məmulatlarının tərkibindəki şəkər xərçəngi sürətləndirir. Qablaşdırılmış məhsulların üzərindəki etiketləri mütləq oxuyun. Çünki bu məhsulların tərkibindəki süni qlükoza və fruktoza xərçəng riskini artırır.

    Duz qəbulu

    Çox duz qəbul etmək xərçəng, xüsusən də mədə xərçəngi riskini artırır. Tərəvəz və meyvələrin tərkibindəki soda sağlamlıq üçün faydalıdır. Həddən artıq qəbul edilən soda isə xərçəng riskini artırır.

    Soya, qarğıdalı və buğdadan uzaq durun

    Genetikası dəyişdirilmiş qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Soya, qarğıdalı və buğda kimi qidalar daha çox genetikası dəyişdirilmiş olduğu üçün mümkün qədər az qəbul etmək lazımdır.

    Qaynar yemək və içki xərçəngə səbəb olur

    Qidaları daim qaynar qəbul etmək qida borusuna ziyan vurur və xərçəng riskini artırır. Bu səbəbdən də qidaları və içkiləri qaynar-qaynar qəbul etmək məsləhət görülmür.

  • Azərbaycanda təyyarə satılır: sahibi kimdir?

    Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır. Bununla bağlı satış quruplarında elanlar yerləşdirilib.

    Satışa iki ədəd “Boing-747” təyyarələri çıxarılıb.

    Apardığımız araşdırma zamanı məlum oldu ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir. Müsahibimiz bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadı və o burada sadəcə vasitəçi rolunu oynayır. Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddətləri başa çatıb. Belə təyyarələr əsasən hostel və restoran edilməsi məqsədi ilə alınır.

    Müsahbimiz deyir ki, təyyarələrin bir ədədinin qiyməti 500 min dollardan başlayır.

    Təyyarə motorunun 15 günlük kirayəsi isə minimum 30-40 min dollara başa gəlir.

    Onun sözlərinə görə, bu təcrüb dünya təcrübəsində geniş yayılıb. Məsələn, Hollandiyada təyyarə oteli, İranda isə təyyarə restoranı var.

    Əminağa Hacıyev deyir ki, bu təyyarələri alıb hava nəqliyyatında da istifadə etmək olar. Bu cür motorlu təyyarələrin 1 ədədinin qiyməti isə 2 milyon dollardan başlayır. (Xəzər TV)

  • Эстафета огня II Евроигр впервые пройдет в нескольких странах

    Европейские игры в Минске будут стоять у истоков традиций последующих Игр, впервые эстафета огня пройдет по территории нескольких стран Европы.

    Как передает ТАСС, об этом рассказал начальник управления по церемониям «Дирекции II Европейских игр 2019 года» Сергей Хомич, слова которого приводит официальный сайт соревнований.

    «Эстафета огня – традиционное мероприятие, которое проводится в рамках Олимпийских игр. Для Европейских игр традиция еще закладывается, но на I Европейских играх (в 2015 году в Баку – ред.) тоже была эстафета огня, которая проходила только по территории страны-организатора, – заявил Хомич. – Предстоящая [эстафета] будет отличаться большей масштабностью и большей значимостью. Приятно осознавать, что мы стоим у истоков тех традиций, которые лет через 20 или 30 будут привычными, все будут их повторять, проводя подобные соревнования, мы же закладываем их основу».

    Огонь вторых Европейских игр будет зажжен в Риме семью факелоносцами. «Было принято решение, что эстафета огня должна стартовать в Риме, где находится штаб-квартира Европейских олимпийских комитетов [ЕОК], предполагается, что на всех следующих Европейских играх эстафета огня будет стартовать именно здесь. Местом проведения церемонии станет музейный комплекс Ara Pacis Museum, – добавил он. – В ходе торжественного мероприятия будет презентован символ акции – оливковое дерево, изготовленное специально для ЕОК, а также зажжен первый факел эстафеты огня II Европейских игр».

    Далее участники байкерского клуба Белоруссии сопроводят огонь Игр, проделав путь через Словению, Австрию, Венгрию, Словакию, Чехию, Польшу и посетив Национальные олимпийские комитеты этих стран. В Белоруссию огонь прибудет 12 мая, а непосредственно в Минске эстафета пройдет 17-21 июня, участие в эстафете огня в Белоруссии примут 450 факелоносцев, которыми станут лучшие спортсмены страны, известные специалисты, деятели науки, культуры и искусств. Маршрут эстафеты завершится на Национальном олимпийском стадионе «Динамо».

    Европейские игры пройдут в Минске с 21 по 30 июня. В них примут участие спортсмены из 50 стран, которые разыграют 199 комплектов наград в 15 видах спорта. Соревнования в девяти видах станут квалификационными к летним Олимпийским играм 2020 года в Токио.

  • Hüseyn Həsənovun 10 milyonluq “İnstagram” səhifəsini bərpa etdi (YENİLƏNİB)

    Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqer Hüseyn Həsənovun 10 milyonluq “Instagram” hesabı bağlanıb.

    Median.Az Baku.ws istinadən xəbər verir ki, Hüseynin hesabının bağlanmasına səbəb kimi onun keçirdiyi müsabiqələr göstərilir.

    Qeyd edək ki, İnstaqram bir neçə dəfə Hüseyn Həsənovun keçirdiyi müsabiqə paylaşımlarını silmişdi.

    Videobloqerin PR direktoru BAKU.WS-ə veridiyi məlumatda bildirib ki, bu məsələ ilə ciddi məşğul olurlar, tezliklə hesab geri qaytarılacaq.

    Hüseyn Həsənov izləyicilərinə öz bahalı avtomobilləri olan “Ferrari” və “Gelandewagen” hədiyyə etmişdi. Bununla da izləyicilərinin sayını artıraraq 10 milyondan çox edə bilmişdir.

    Aldığımız son məlumata görə, Hüseyn Həsənovun səhifəsini 4 saat sonra qaytarmaq mümkün olub.

  • Lənkəranlı bağban bir ağacda 7 növ sitrus meyvəsi calaq edir

    Lənkəran rayonunun Hirkan qəsəbə sakini, 40 ildir bağçılıqla ilə məşğul olan Arif Kərimov bir ilkə imza atıb. O, təsərrüfatında bir ağacda 7 növ sitrus meyvəsini calaq edərək yetişdirir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bir çox təsərrüfatçılardan fərqli olaraq o, calağı cır limonla yox, iri meyvələri olan sitrus ağacları ilə edir. Bağban təsərrüfatında əvvəllər bir neçə meyvə ağacını calaq edirdisə, indi 7 növ sitrus meyvəsini bir ağacda calaq etməyə nail olub. Arif Kərimov calaq edərkən panderoza ağacına (limon sortu) üstünlük verir: “Panderoza ağacına “sultan” da deyirlər. Güclü və sağlam ağacdır. Yeddi müxtəlif növ meyvəni eyni vaxtda qidalandıra bilir. Calaq etdikdən bir il sonra isə bar verir.”

    Ağac calamağın öz incəlikləri olduğunu deyən Arif Kərimov portağal, naringi, kinkan kimi sitrus meyvələrini çiling vasitəsi ilə artırır. O, göz calağı, yarma calaq, keçirtmə calaq, qabıq calağı kimi üsullardan istifadə edir. Təsərrüfatçı dekorativ ağacların calağı ilə də məşğul olur.

  • Yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq

    Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq.

    Bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda öz əksini tapıb.

    Fərmanda qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

  • Makqreqor və Nurməhəmmədov yenidən qarşı-qarşıya gəldi

    Həbib Nurməhəmmədov və Konnor Makqreqor arasında döyüş çoxdan bitsə də, söz döyüşü səngimir. Median.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya vətəndaşı olan müsəlman idmançı Nurməhəmmədov bu dəfə Makqreqorun karyerasına son qoyacağı xəbərinə münasibət bildirib.

    O, qeyd edib ki, Konorun karyerasına son verəcəyinə inanmır: “Konor “səndən ayrılıram” deyib, hər zaman geri dönən qısqanc qadınlar kimdir”.

    Konor isə rəqibinin həyat yoldaşını təhqir edən tivit paylaşıb.

    O qeyd edib ki, Nurməhəmmədovun həyat yoldaşı bir dəsmaldır”. Bununla Konor Həbibin həyat yoldaşının hicablı geyiminə sataşıb. Konor yazdığı tviti 15 dəqiqə sonra silsə də, onun sözləri xəbər saytlarına manşet olub.