Month: April 2019

  • Bakı Şəhər İcra Hakimiyyəti mitinq və yürüşə icazə vermədi

    Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq və Müsavat partiyasının üzvlərinin yürüş üçün müraciətinə cavab verib.

    Bu barədə oxu.az-a BŞİH-dən verilən açıqlamada bildirilib.

    BŞİH-dən qeyd edilib ki, Milli Şuranın aprelin 6-sı, saat 15:00-dan saat 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməsinə razılıq verilməyib.

    Qeyd edək ki, Müsavat Partiyasının üzvləri də aprelin 7-də küçədə yürüş üçün BŞİH-ə müraciət ediblər.

    “Təklif olunan üç istiqamət üzrə yürüş – mitinq marşrutları boyu nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunduğundan həmin gün bu küçələrin bağlanılması tələb olunacaq və nəticədə, tıxacların yaranması, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq.

    Həmin gün Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı təyin edilib. Yürüş üçün təklif olunan ərazilərdə əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışları olması ciddi problemlər yaradacaq. Bu da toplantı keçirilməsinin təhlükəsizliyinə təminat vermir”, – deyə BŞİH-dən qeyd edilib.

  • Tikinti şirkətinin direktoru həbs edildi

    Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətin direktoru həbs edilib.

    ONA-nın xəbərin görə, “Meqa-Siti Holdinq” MMC-nin direktoru Elnur Adil oğlu Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

    Qeyd edək ki, həmin şirkətin təsisçisi Aqil Qədirov da bir müddət əvvəl həbs edilib. İttihama görə, həmin şəxslər inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

  • Azərbaycan gözəlini BİABIR ETDİLƏR – Şərhlər

    Bu gün mətbuatda “Azərbaycan gözəli – 2019” yarışmasının sonlandırılması və qalibinin məlum olması ilə bağlı xəbər yayılıb.

    Lent.az-ın məlumatına görə, “Show news” verilişində “Şou prodakşn” yarışmanın qalibinin adı açıqlanıb.

    “Azərbaycan gözəli – 2019”-un qalibinin Melissa Nuriyeva olduğu bildirilib və xanımın görüntülərinin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
    İnsanlar xanımın görüntüsünün verilmiş ada layiq olmadığını, yarışmanın hansı şərtlərlə keçirilməsi ilə bağlı narazılıqlarını ifadə ediblər.

    Bəs Azərbaycanda bu cür yarışmalara Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir nəzarətin həyata keçirilməsi, tənzimlənməsi mümkündürmü?

    Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Lent.az-a bildirib ki, nazirlik hansısa bir şirkətin şəxsi təşəbbüsü ilə keçirdiyi yarışmalara qarışmır: “Nazirlik özü təşəbbüs etmədiyi, keçirilməsinə dəstək vermədiyi yarışma, müsabiqələrlə bağlı heç bir fikir və təkliflərini irəli sürmür. Məsələn, nazirlik “Muğam müsabiqəsi” keçirir. Biz bu yarışma ilə bağlı gələn iradlara fikrimizi bildirə bilərik. Hansısa bir gözəllik yarışması ilə bağlı bir söz deyə bilmərik”.

    Qeyd edək ki, facebook sosial şəbəkəsində izləyicilər “gözəllə” bağlı öz rəylərini paylaşıb.

    Onların bəzilərini təqdim edirik: Məsələn, medianın tanınmış isimləri: Elçin Alıoğlu – Miss Azərbaycan-ın qalibləri özüyeriyən vicdan əzabına oxşasalar da, eyb etməz. Əsas odur ki, ürəkləri təmiz olsun, İlham Muradov-bu lap Qoqolun “ВИЙ” əsərindəki ifritəyə bənzəyir, gecə kimin qarşısına çıxsa qorxudan onun ağzı əyilər; Fərid Azəri adlı istifadəçi: “Sizin gözəllik anlayışınıza asqırsınlar”,

    Gulnara Naqieva-mamedova -Konçita Vurstun bacısıdı bu)))),

    Kamil Kamil adlı istifadəçi: yetim səf yazib eee, gözəli yox, eybəcəri yazmaq istəyib. Azəribaycanda elə qizlar var ki, dirnağı bundan gözəldi,

    Rəşad Həsənzadə: Heç olmasa gözəllik seçimini düzgün seçin dəə… O birilər cəhənnəm, bu baxan kimi bilinir axı!!!

    Samir Qəribov Ona görədə bizim gözəl qızlar dünyada yer tuta bilmirlər. Bu nə gündədir, nənəm bundan yaxşıdır ki… və s. rəylər yer alıb.

  • Начался суд над мужчиной, убившим шурина в Ясамальском районе

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении жителя столицы Самира Агакишиева (1974-го года рождения), обвиняемого по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, 20-го августа прошлого года перед домом, 79 по улице Мехтиева в Ясамальском районе неизвестный нанес ножевое ранение в область сердца жителю столицы Фаику Мустафазаде (1970-го года рождения), вследствии чего потерпевший скончался на месте происшествия.

    В тот же день С.Агакишиев добровольно явился в 28-е отделение полиции Ясамальского РУП и признался в том, что убил брата жены на почве семейного конфликта.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемого.

    Рассмотрение дела назначено на 10 апреля.

  • Yasamalda qaynını öldürən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Samir Ağakişiyevin (1974-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il avqustun 20-də Yasamal rayonu, Mehdiyev küçəsindəki 79 saylə evin qarşısında naməlum şəxs paytaxt sakini Faiq Mustafazadənin (1970-ci il təv.) döş qəfəsində bıçaq zərbəsi endirib, nəticədə sonuncu aldığı ağır xəsarətdən yerində keçinib. Həmin gün Yasamal RPİ 28-ci polis bölməsinə
    gələn Samir Ağakişiyev qaynını törətdiyini etiraf edib və təslim olub

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış aprelin 10-na təyin edilib.

  • Для проживающих за границей азербайджанцев готовится специальный учебник

    Для проживающих за границей азербайджанцев готовится специальный учебник

    «Азербайджанский язык и литература».

    Об этом на встрече с местными азербайджанцами в грузинском районе Дманиси заявил председатель Государственного комитета по работе с диаспорой Азербайджана Фуад Мурадов, передаёт Median.Az со ссылкой на Report.

    По словам председателя Госкомитета, учебник будет представлять важное значение для проживающих за пределами Азербайджана соотечественников:

    «В ближайшее время состоится презентация учебника. Если пожелают, учебники будут отправлены также азербайджанцам Грузии».

    Ф.Мурадов отметил, что при подготовке учебника, где собраны упражнения и литературные произведения, использован зарубежный опыт.

  • Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat edib

    Azərbaycan güləşi ağır itki ilə üzləşib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, əməkdar məşqçi Ağalar Aslanov vəfat edib.

    Gənclərdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi dünyasını 65 yaşında dəyişib.

  • Kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürdü – Azərbaycanda cinayət

    Ucar rayonunda əmisi qızı Gülnar Həşimovanı zorlayaraq qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı İlkin Çiqqarovun barəsində cinayət işinin istintaqı başa çatıb.

    Median.Az-ın Lent.az-a istinadən məlumatına görə, İ. Çiqqarov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
    Məhkəmənin hazırlıq iclası aprelin 12-ə təyin edilib.

    Qeyd edək ki, ötən il dekabr ayında Ucar rayonunda qeydə alınıb. Ucar rayon polis şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

    Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayaıblar.

    Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

    Ekspertiza rəyinə görə, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər aşkar olunub.

    Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisəni törədən zaman sərxoş olub, qətldən əvvəl Gülnar Həşimovaya təcavüz edib və sonra ona 22 bıçaq zərbəsi vuraraq öldürüb.

    Yayılan məlumata görə, İlkin Çiqqarov qətlə yetirdiyi əmisi qızının başqa-başqa kişilərlə pul müqabilində görüşünü təşkil edib.

    Onların arasında mübahisənin pul üstündə yarandığı iddia olunur.

    Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), maddəsi ilə cinayət işi başlanıb.

  • Pakistanlılar Bakıda dalaşdılar – Əl-ayağını “skoç”la bağlayıb…

    Azərbaycana gələn pakistanlı turistlər həmyerlilərinə işgəncə verdikləri üçün saxlanılıblar.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Pakistan vətəndaşları – 1988-ci il təvəllüdlü Jabar Aslam, 1991-ci il təvəllüdlü Sabir Aslam və 1995-ci il təvəllüdlü Sonia Sabir Bakıda kirayə evdə qalıblar. Onlar həmin hosteli idarə edən Pakistan vətəndaşı Zahher Umairi aviabilet alması üçün sərf etdiyi 2140 ABŞ dollarını geri qaytarmaq adı ilə müvəqqəti yaşadıqları evə dəvət ediblər.

    Orada Zahher Umairin bədəninin müxtəlif nahiyələrin dəmir tava ilə vurub, əl və ayaqlarını skoçla bağlayıb üzərində olan 500 manat pulu, plastik kartını və “Samsung” markalı telefonunu götürüblər.

    Hadisəni törətməkdə şübhəli bilinən 3 Pakistan vətəndaşı saxlanılaraq Yasamal RPİ-yə aparılıblar.

  • Из какого мяса готовят фарш, который продают в маркетах?

    Не секрет, что во многих столичных магазинах фарш, как правило, стоит дешевле, чем мясо. В Баку цены на фарш варьируются от 8 до 14 манатов. Многие продавцы объясняют данную тенденцию тем, что перемалывается не только чистое мясо, но и шкурки, пленки и другие мясные остатки.

    «Увы, сегодня практически 70% представленного в магазинах фарша не соответствует необходимым требованиям качества. Ведь даже на глаз очень сложно распознать, из качественного ли мяса сделан фарш», – сказал Media.Az глава ССПА Эюб Гусейнов.

    По его словам, нередко можно встретить фарш ярко розового цвета или со странным запахом, привкус после приготовления также странный. «Кроме того, никогда нельзя точно быть уверенным, какое именно мясо перемололи. Может быть конину, ослятину или вообще использовали падаль…», – отметил эксперт.

    Э.Гусейнов советует потребителям при покупке фарша быть осторожными. Если вы не уверены в продавце, то лучше всего покупать кусок хорошего мяса и перемолоть самим. Хотя порой качество продаваемого мяса также оставляет желать лучшего.

    «В страну привозят мясо из Индии, Украины, Грузии, Беларуси. А если не соблюдать условия хранения в дороге, то оно может протухнуть. К тому же, довольно часто продавцы смешивают тухлое мясо со свежим. Порой из такого мясо и делают фарш».

    Отвечая на вопрос о том, жалуются ли потребители на качество фарша, эксперт сказал, что в месяц в ССПА поступает, как минимум, одна жалоба на качество фарша. «Люди жалуются на качества фарша, спрашивают, где лучше его покупать…», – заключил глава Союза свободных потребителей.
    //Media.az