Month: April 2019

  • Prezidentin rektor təyin etdiyi Heydər Əsədov kimdir? – DOSYE

    Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

    Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

    1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

    1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

    1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

    2013-ci ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

    2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

    Ailəlidir. Üç övladı var.

  • Futbol millimizdə baş məşqçi təyinatı

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi müəyyənləşib.

    AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-17-nin baş məşqçisi vəzifəsi Vüqar Məmmədə həvalə olunub.

    Qeyd edək ki, Vüqar Məmməd əvvəl U-19 millimizi çalışdırırdı.

  • В ДТП в Гарадагском районе погиб 1 человек

    Как сообщает Median.Az, в поселке Сангачал Гарадагского района столкнулись автобус марки “Mercedes” и автомобиль марки “ВАЗ 21099”, управляемые жителями столицы Ровшан Гусейновым и Алибаба Бабаевым.

    В результате дтп А.Бабаев скончался на месте происшествия, его пассажир с различными травмами был помещен в больницу.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Qaradağ rayonunda yol qəzasında 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rövşən Hüseynovun və Əlibala Babayevin idarə etdikləri “Mercedesr” markalı avtobus və “VAZ-21099” markalı avtomobillər toqquşub.

    Nəticədə Ə.Babayev hadisə yerində ölüb, onun bir sərnişini xəstəxanaya yerləşdirilib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • В Ичери шехер скончался иностранный турист

    На улице Муслима Магомаева в Ичери шехер скончался иностранный турист.

    Как сообщили 1news.az в Управлении полиции Сабаильского района, гражданин Ирака, 53-летний Рафед Абдулзахрад Абдулайми скоропостижно скончался. По предварительным данным, у мужчины случился инфаркт.

    Тело покойного отправлено на судмедэкспертизу, по факту ведется разбирательство.

  • “Diqlas” sahibkarlarının banklara olan borclarına GÜZƏŞTLƏR tətbiq olunacaq

    “Diqlas” Ticarət Mərkəzində yanğından zərər çəkmiş sahibkarların banklara olan borclarına Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü ilə güzəştlər tətbiq olunacaq.

    Bu barədə ABA-dan Lent.az-a daxil olan məlumatda bildirilr.

    Xəbərdə qeyd olunur ki, martın 26-da Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində burada ticarətlə məşğul olan sahibkarlara xeyli miqdarda ziyan dəyib.

    Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin timsalında dövlət vətəndaşlarına arxa durdu, sahibkarlara dəstək olub. Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirərək, “Baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” 28 mart 2019-cu il tarixli və “Baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” 29 mart 2019-cu il tarixli Sərəncamlar imzalayıb.

    “Baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərinin aşağı salınması məsələri Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 29 mart 2019-cu il tarixdə keçirilmiş iclasında müzakirə olunub.

    Qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.

    İclasın sonunda Azərbaycan Banklar Assosiasiyasının üzvləri “Diqlas” ticarət mərkəzində zərər çəkmiş sahibkarlara köməklik məqsədilə böyük humanist addım atdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmiş, ölkəmizin inkişafı naminə hər zaman Azərbaycan Respublikasının Prezidentinin yanında olacaqlarını bəyan ediblər”, – deyə məlumatda bildirilr.

  • Pulsuz avtobus xətti açıldı – Azərbaycanda YENİLİK

    Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xəttinin bağlanması sərnişinlərin narazılığına səbəb olub.

    ONA-nın yerli bürosunun məlumatına görə, sərnişinlər bu gün səhər saatlarında marşrutun son dayanacağında toplaşaraq “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru Xannı Rüstəmova öz etirazlarını bildiriblər. Sakinlər xəttin fəaliyyətini dayandırılmasından əziyyət çəkdiklərini və bunun əlavə problemə yol açdığını qeyd ediblər.

    Qeyd edək ki, sözügedən marşrut xətti şəhərin mərkəzi bazarından “Naxalstroy” deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib. Artıq həmin ərazidə yaşayan sakinlərin problemi qismən həllini tapıb. Belə ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ONA-ya açıqlamasında bildirib ki, 5 nömrəli marşrut xətti uzadılıb və bununla yanaşı, sakinlərin yaxın marşrut xəttinə çıxarılması üçün müvafiq tədbirlər atılıb:

    “Bunun üçün həmin ərazidən yaxın marşrut xəttinə 3 ədəd avtobus işləyəcək. Bu avtobusların xidmətindən sakinlər pulsuz istifadə edəcəklər. Həmin sürücülərin əməkhaqları isə idarə tərəfindən ödəniləcək”.

  • Ильхам Алиев назначил экс-министра ректором

    Президент Ильхам Алиев подписал распоряжение о назначении Гейдара Асадова ректором Азербайджанской государственной морской академии.

    Соответствующий документ опубликован на АЗЕРТАДЖ.

    Согласно распоряжению, Гейдар Ханыш оглу Асадов назначен ректором Азербайджанской государственной морской академии.

  • İlham Əliyev keçmiş naziri rektor təyin etdi

    Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

    Qeyd edək ki, Heydər Əsədov 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

    2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

  • Синоптики обещают ясную погоду

    В Баку и на Абшеронском полуострове 4 апреля ожидается переменная облачность, без осадков. Утром в некоторых местах будет слабый туман. Будет дуть юго-восточный ветер.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 6-8, днем – 11-15, в Баку ночью – 6-8, днем – 13-15 градусов тепла.

    Атмосферное давление будет выше нормы и составит 765 мм ртутного столба, относительная влажность составит ночью 70-80%, днем – 60-65%.

    В районах Азербайджана пройдет преимущественно без осадков, однако в западных районах ожидаются незначительные осадки. Ночью и утром в отдельных местах будет туман. Подует восточный ветер.

    Температура воздуха составит ночью 5-10, днем – 15-20 градусов тепла, в горах ночью – 2 градуса мороза – 3 градуса тепла, днем – 5-10 градусов тепла.