Month: April 2019

  • Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb – FOTO

    Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.

    Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman layiqli cavab vermişdir.

    Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.

    2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

    Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”.

    Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. “Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq”, – deyə Eldəniz Sadıqov bildirib.

    Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən kapitan Amil Dadaşov bununla qürur duyduqlarını qeyd edərək deyib: “Aprel döyüşlərində yaralanan hərbçi yoldaşlarım artıq üç il ərzində dinamik həyat fəaliyyəti ilə məşğul olurlar, insanların arasındadırlar”. Amil Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

    Baş leytenant Namiq Əliyev qeyd edib ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. “Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq”, – deyə Namiq Əliyev bildirib.

    Görüşdə MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev Fonduna minnətdarlığını bildirərək, protezlərlə təmin edilən hərbçilərimizə də layihə çərçivəsində görülən işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü bildirib.

    Sonra hərbçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim edildi.

    Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü, onlarla səmimi söhbət etdi.

    Hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

    Sonda xatirə şəkli çəkdirildi.

    Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

    Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

    Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

  • 2 nömrəli Doğum Evinin təmirinə vəsait ayrılıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

    Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

  • “Diqlas”da mağaza və anbarı yanan sahibkara ödəniləcək məbləğ AÇIQLANDI

    “Diqlas” ticarət mərkəzində mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara 10000 manat maddi yardım veriləcək.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nda əksini tapıb.

    Piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara isə 2000 manat maddi yardım ediləcək.

    Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

  • Bakıda bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? -FOTO

    Sumqayıtda yerləşən uşaq bağçasında azyaşlının müəlliməsi tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. Rəhbərlik isə bunu inkar edir və şər-böhtan adlandırır. O, “əgər belə bir hal baş veribsə, polisə şikayət etsinlər, araşdırılsın” söyləyir.

    Median.Az minval.info-ya istinadən xəbər verir ki, hadisənin şəhərin 14-cü məhəllədə yerləşən 2o saylı uşaq bağçasında yaşandığı bildirilir.

    Belə ki, 2014-cü il təvəllüdlü Ramal İbrahimovun sözlərinə görə, Zahidə adlı müəlliməsi tərəfindən fiziki zorakılığın qurbanı olub. Bu səbəbdən azyaşlının üzündə qançır izləri əmələ gəlib.

    Minval.info-ya göndərilən videonu lentə alan azyaşlının anası Reyhan Quliyeva “Yetimçiliklə uşaq böyüdürük, onu da belə edirlər. Müdriyyət hara baxır? Kim edib bunu? Deməmisən, müdriyyətə? Görün nə gündədir uşaq?!” deyərək qəzəbini ifadə edib.


    Azyaşlı isə anasına “Müdriyyətə demişəm. Ən birinci Zahidə (müəlliməsi – red.) vurdu, sonra isə Zəhra” cavabını verib.

    İddiayla bağlı 20 saylı uşaq bağçasının direktoru Nüranə Həsənova ilə əlaqə saxladıq. Bağça müdirəsi deyilənlərin tamamilə yanlış və şər-böhtan olduğunu dilə gətirdi:

    “Bu bağçada elə bir hadisə baş verməyib. Ola bilsin, uşaqlar dalaşıb. Müəllimə tərəfindən zorakılığın yaşanması mümkün deyil. Burada kameralar var. Uşaq bizə deyib ki, öz yaşıdı ilə dalaşıb. Ramalın videoda elə deməsinə səbəb anasının onu elə öyrətməsidir. Müəllimə ümumiyyətlə, uşaq vurmur. Bu, ola bilməz. Səhər uşaq burada faktiki deyib ki, maşın sürürmüş qabağına yoldaşı çıxıb və dalaşıblar. Əgər elə bir hadisə olubsa, polisə şikayət edərdilər də, niyə sizə deyirdilər?! Bölməyə müraciət olunsun, biz də araşdıraq”.


    N.Huseynovanın sözlərinə görə, valideyn uşağını vaxtlı-vaxtında bağçaya gətirmir: “O zaman Ramalı bağçadan çıxarmalıyıq? Biz ona güzəşt edirik, amma belə olmamalıdır”.

    Bağça direktoru “nəyə görə sizə qarşı bu iddianı irəli sürüb” sualına “bilmirəm” cavabını verib:

    “Reyhan xanım səhər burada bizimlə gözəl insan kimi, səmimi danışıb. Uşağı da dindirmişik. Özünün, müəlliməsinin, hətta mənim yanımda söhbət etmişik. Gərək mən onu videoya çəkərdim, səhv etmişəm. Bilməmişəm, o cür münasibətin qarşısında sizə şikayət ünvanlayar. İndi uşaqların yatan vaxtıdır, saat 14-dür. İstəmirəm onları oyadım. Yuxudan dursunlar, onu videoya çəkərik. Uşaq özü deyirdi ki, məni Ayla ilə Zəhra vurdu. Qızın biri çox aqressivdir”.

  • Президент выделил средства на ремонт роддома

    Президент Ильхам Алиев в среду подписал распоряжение о мерах по капитальному ремонту Родильного Дома №2 Министерства здравоохранения.

    Согласно документу, в целях капитального ремонта Родильного Дома №2, находящегося при подчинении Главного управления здравоохранения города Баку Министерства здравоохранения, из резервного фонда Президента Азербайджана, предусмотренного в госбюджете на 2019 год, Министерству здравоохранения первоначально выделено два миллионов манатов.

    Минфину поручено обеспечить финансирование в указанной сумме.

  • “Ya həbsə düşməliyəm, ya da intihar etməliyəm” – Lalə Məmmədovanın keçmiş ərindən İTTİHAM

    Azərbaycanın Əməkdar artisti Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

    Median.Az media.az-a istinadən xəbər verir ki, gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyini hazır olduğunu bildirib.

    “Uzun müddət mənim keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya göstərir. Mənim keçmiş həyat yoldaşım mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan son mən işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib”, – İlham Qafarov bildirib.

    Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz minə çatıb:

    “Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308-dir. Bütün məhkəmələrdə ona yaşıl işıqdır”.

    O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu qeyd edib. Eyni zaman o dövlətdən yenisini hədiyyə kimi istəyir:

    “Lalə Məmmədova məni ümidsizliyə salır. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Mən borcumu dərhal ödəməyə hazır deyiləm. Mən ödəməkdən imtina etmirəm, borcumu qisman ödəməyə hazıram”, – deyə Qafarov bildirib.

    Qeyd edək ki, Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.

  • Aprel döyüşçüləri işlə təmin olunub

    Aprel döyüşlərində iştirak edən 10-a yaxın qazimiz “ASAN Xidmət” mərkəzlərində müvafiq işlərlə təmin olunub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bunu “ASAN Xidmət” mərkəzinin rəhbəri Ülvi Mehdiyev bu gün Konqres Mərkəzində “Vətən bizə əmanətdir” bədii kompozisiyasının təqdimatı zamanı çıxışında qeyd edib.

    Bildirib ki, Aprel hadisələri uzun illərdən sonra Azərbaycan xalqında Qarabağa dönüş, qələbəyə inam hissi yaradıb:

    “Bu gün üç il bundan öncə qazanılan Aprel zəfəri dövlət səviyyəsində qeyd olunur. Çünki bu, uzun illərdən sonra Qarabağa dönüş yaratmış bir qələbədir.

    Bu döyüşlərdə işğal altında olan torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Biz bütünlükdə cəmiyyətə, eləcə də, beynəlxalq aləmə bu işğalla barışmayacağımızı sübut etdik. Hər kəs bildi ki, biz lazım gələrsə, hərbi-iqtisadi gücümüzlə torpaqlarımızı işğaldan azad edə bilərik”.

    Ü.Mehdiyev “ASAN” ailəsinin şəhid ailələrinə göstərdiyi xüsusi diqqətdən danışıb:

    “Aprel döyüşlərində iştirak etmiş, yaralanmış 10 Aprel qazisi “ASAN Xidmət” mərkəzlərində çalışır. Eləcə də, Aprel şəhidlərinin ailə üzvləri “ASAN xidmət” mərkəzlərində müvafiq işlərlə təmin olunub”.

  • В столице за совершение краж задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 13-го отделения полиции Сабунчинского РУП в результате оперативно-розыскных мер задержали жительницу Евлахского района, ранее судимую З.Бакирову, которая в поселке Бакиханова украла из квартиры 971 манатов.

    Кроме этого, сотрудники 4-го отделения полиции Бинагадинского РУП задержали жителей столицы А.Ахмедлы и М.Мамедова, которые
    27-го марта украли из дома золотые украшения и предметы быта.

    Сотрудники 21-го отделения полиции Насиминского РУП задержали жителя столицы З.Хушгари, который украл из квартиры 230 манатов

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Paytaxtda evlərdən oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsindəki evlərin birindən 971 manat oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Z.Bəkirova saxlanılıb.

    Bundan başqa, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də evlərin birindən qızıl və məişət əşyaları oğurlayan Bakı şəhər sakinləri Ə.Əhmədli və M.Məmmədov saxlanılıblar.

    Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində evlərin birindən 230 manat oğurlayan Bakı şəhər sakini Z.Xuşqari saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Arıqlamağın ən effektiv üsulu

    Kolorado Universitetinin alimləri artıq çəki ilə mübarizədə pəhriz və fiziki hərəkətlərin effektivliyini müqayisə edib və daha effektiv arıqlama vasitəsini açıqlayıb.

    Bu barədə “Science Daily” nəşrində məlumat dərc olunub.

    Mütəxəssislər çəki ataraq, onu sonradan sabit şəkildə saxlamağı bacaran insanlarda kalorilərin miqdarını müqayisə edib, bundan başqa, normal və artıq çəkisi olan insanların gündəlik həyat tərzi ilə bağlı məlumatların təhlilini aparıb.

    Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, artıq çəkidən qurtulmaq və sonradan onu normada saxlamaq baxımından fiziki tapşırıqlar pəhrizdən daha effektivdir.