Month: April 2019

  • Во дворе жителя Нардарана нашли пистолет “Макаров”

    Как сообщает Median.Az, сотрудники 42-го отделения полиции Сабунчинского РУП задержали жителя поселка Нардаран Талеха Худавердиева, у которого во дворе дома обнаружили пистолет марки “Макаров”, обойму и 7 патронов.

    Во время допроса задержанный показал, что нашел оружие в 2015-м году на берегу моря и закопал его во дворе дома.

    Материал для возбуждения уголовного дела передан в Следственный отдел Сабунчинского РУП.

  • Nazirlik saxta “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” hazırlayan sexlər aşkarlandı – FOTO

    Vergilər Nazirliyi (VN)alkoqollu içkilərin istehsalı sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, istehlak bazarında məhsulların qanunsuz dövriyyəsi və haqsız rəqabətə yol verilməsi halları ilə mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.ğ

    Bu barədə nazirliyin açıqlamasında bildirilir. 

    Məlumatda deyilir ki, VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında, vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

    Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin Hacı oğlunun rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

    Beləliklə, aparılan tədbir zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Bundan başqa, VN tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluqdan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

    Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib. Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.

    Bundan başqa baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib.

    Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır.

    Beləliklə, aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.

    “VN vergi ödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarında daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir. Gəlir əldə etmək məqsədilə belə “işbazlar”la sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla yalnız qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac vermir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

    VN ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən, onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirsinlər və hər hansı şübhələri yaranarsa, aidiyyatı dövlət qurumlarına müraciət etsinlər”, – deyə açıqlamada qeyd olunub. 
     

     

     

     

     

  • Bakıda tükürpədici olay: ana və qızının asılmış meyitləri tapıldı

    Azərbaycanda tükürpədici hadisə baş verib.

    Median.Az xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumata görə, Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb.

    Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub yaşamağa başlayıblar.

    Ötən həftə isə ailənin dəhşətli faciəsi ortaya çıxıb. Belə ki, ana-qızdan bir neçə gün xəbər çıxmadığını görən yaxınları onların yaşadığı evə gəlib və qan donduran mənzərə ilə rastlaşıb. Evdə onların hər ikisinin asılmış meyitləri tapılıb.

    Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, 24 yaşlı gənc qız anasından əvvəl ölüb. Onun meyiti evin ortasında sərilmiş və üzü örtülmüş vəziyyətdə olub. Ananın meyiti isə tavandan asılmış halda aşkarlanıb. Kriminalistlər müəyyənləşdirib ki, hadisə 5 gün əvvəldən baş verib və ana-qızın meyitləri 5 gün ərzində evdə qalıb.

    İlkin ehtimallara görə, ana-qız özlərini asaraq intihar edib. İntihar aktını isə əvvəlcə qız həyata keçirib.

    Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.

    Qeyd edək ki, 24 yaşlı Fatimə Bakıda ingilis dili müəllimi işləyib. Onun anası Aidə həyat yoldaşından boşanıb. Ana-qız birlikdə yaşayırmış.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara təcavüz etdi – TƏFƏRRÜAT

    Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əli Cəfərovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Əli Cəfərov Oğuz rayonunun Baş Daşağıl kəndi ərazisində yerləşən fermadakı evlərində və Şəki şəhərində kirayə yaşadıqları evdə 1999-cu il təvəllüdlü Samirə Səmədovanı zorlayıb.

    Samirə Səmədova Əli Cəfərovun qeyri rəsmi yaşadığı Tamella Səmədovanın qızı olub.

    Hədə-qorxu və zorlama

    İstintaq sənədlərinə görə, Əli Cəfərov Samirə ilə ilk dəfə 2006-cı ildə, yəni 7 yaşı olanda cinsi əlaqədə olub. Əli Samirə ilə 2012-ci il qədər mütəmadi olaraq qeyd olunan ünvanlarda cinsi əlaqəyə girib.

    Əli bundan sonra Qəbələ rayonu ərazisində, Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evdə və Şəki rayonu Öryət kəndində yerləşən evlərində yenidən Samirə ilə cinsi əlaqədə olub.

    O, Samirəyə mütəmadi olaraq zor tətbiq edib, qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Ögey qızına qarşı təcavüz

    Bundan başqa, Əli Cəfərov ikinci dəfə ailə qurduğu qadının azyaşlı qızına da təcavüz edib. O, ögey qızı Səidə Əhmədovaya qarşı cinsi zorakılıq edib. O, ilk dəfə Səidə ilə 7 yaşında cinsi əlaqədə olub.

    Əli təxminən 2014-cü il tarixdən etibarən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində Səidəyə dəfələrlə zor tətbiq edib.

    O, Səidəni öldürəcəyi ilə hədələyib və onunla cinsi əlaqədə olub. Dəfələlə Səidəyə qarşı seksual xarakterli hərəkətlər göstərib.

    7 yaşlı oğlanı da zorladı

    Əli Cəfərov növbəti dəfə 7 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. O, 2013-cü il tarixdən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində dəfələrlə Samir Əhmədova seksual xarakterli hərəkətlər edib.

    Bundan başqa, Əli Cəfərov Şəki rayonu, Öryət kəndinin meşə sahəsində yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaq və kollarından yığıb. O, həmin narkotik vasitəni qurudaraq satış məqsədi olmadan özündə saxlayıb. Bu üsualla 422,45 qram çəkidə narkotik vasitə əldə edib.

    Narkotik ittihamı

    Şəki Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən 2016-cı ilin mayın 21-də keçirilən əməliyyat nəticəsində Əli Cəfərov saxlanılıb.

    Baxış zamanı Əli Cəfərovun şalvarının cibindəki kibrit qutusundan marixuana aşkar edilərək götürülüb.

    Ertəsi gün Əli Cəfərovun yaşadığı Şəki rayonu Öryət kəndində yerləşən evində axtarış aparılıb. Axtarış zamanı həmin evin yataq otağındakı dolabın aşağı gözündəki paltarların arasında sellofan torbaya bükülmüş vəziyyətdə təmiz çəkisi 415 qram qurudulmuş marixuana aşkar edilib.

    İki maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Əli Cəfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilə şəxs qismində ifadə verən Əli Cəfərov bildirib ki, ki, 2002-ci ildə Tamella ilə ailə qurub: “Ancaq Tamella ilə nikah bağlamamışam. Ailə quran zaman Tamellanın Samirə adında 3 yaşlı qızı olub. Tamella azyaşlı qızını Şəki Qarışıq Tipli Uşaq evinə qoymuşdu. Biz ailə qurandan bir müddət sonra Samirəni götürərək özümüz baxdıq. Birgə yaşadığımız müddətdə 2008-ci ildə oğlum Sahib dünyaya gəldi”.

    “Ləman Tamellanı mənə qısqanıb”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə Tamelladan ayrılıb və bir müddət sonra Ləman ilə ailə qurub: “Səmayə ilə ailə quran zaman onun başqa ərindən olan Sadiq və Səidə adında övladları olub. Ləman ilə birlikdə Samirə, Sadiq, Səidə və Sahibə baxmışıq, Tamella isə tək yaşayıb. Ləman hər dəfə Tamellanı mənə qısqanıb. Ləman məni qısqandığı üçün Tamella Bakı şəhərinə gedib”.

    Əli Cəfərov qeyd edib ki, ailə vəziyyətləri ilə bağlı Samirəni, Sahibi, Sadiqi və Səidəni Şəki Qarışıq Tipli İnternat Məktəbinə qoyublar: “Ləman ilə birlikdə yaşadığımız müddətdə, 2014-cü ildə Kamran, 2015-ci ildə isə Nicat dünyaya gəlib. Təxminən 4 il bundan qabaq hələ Tamella ilə birlikdə yaşadığımız müddətdə Oğuz rayonu, Baş Daşağıl kəndinin aşağısında yerləşən fermada qalmışıq. Onunla birlikdə həmin fermada işləmişik”.

    “Uşağımı öpdüyümü dedim”

    Əli Cəfərov bildirib ki, həmin fermada işlədiyi müddətdə gecə toyda olub: “Yeyib-içib, toydan çıxdım. Sonra kafedə də araq və pivə içdim. Səhərə yaxın saat 3 radələrində evə gəldim. Həmin vaxt Tamella malları sağmağa getmişdi. Evə gələndə Samirə yatmış vəziyyətdə olub. Sərxoş olduğum üçün Samirəni qucaqladım. Onun boynundan və üzündən öpən zaman Tamella otağa girdi. Məndən nə etdiyimi soruşdu. Ona uşağımı öpdüyümü dedim. Ona qarşı heç bir başqa hərəkət etməmişəm”.

    Əli Cəfərovun ifadəsinə görə, Ləmanın övladları – Samir və Səidəyə qarşı seksual xarakterli hərəkətlər etməyib.

    O, ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə etmir: “Əynimdəki cins şalvarın cibindən çıxmış içərisində narkotik vasitə marixuana olan kibrit qutusunu və evimdən tapılan içərisində narkotik vasitə olan marixuana olan sellofan torbanı polis əməkdaşları qoyublar. Nə üzərimdə, nə də yaşadığım evdə narkotik vasitə saxlamamışam”.

    “Seksual xarakterli hərəkətlər etməyə məcbur etdi”

    Zərərçəkmiş Samir Əhmədov bildirib ki, Şəki rayonu, Öryət kəndində anası Ləman, 3 qardaşı və 2 bacısı ilə birlikdə yaşayır: “Əli mənim ögey atamdır. 3 yaşım olanda anam doğma atamdan ayrılıb və ögey atam Əli ilə ailə həyatı qurub. Birinci dəfə atası Əli 2013-cü ildə məni idarə etdiyi avtomaşınla dəmir yığmağa apardı. Birlikdə çöldə dəmir yığan zaman atam məni avtomaşına mindirdi. Orada mənə təcavüz etdi”.

    Samir Əhmədov qeyd edib ki, atası bu cür hərəkətləri ona qarşı zorla edib: “Əli bu cür hərəkətləri 2016-cı ilin may ayına qədər davam etdirib. Həmçinin Əli məndən başqa böyük bacım Səidəyə qarşı da həmin hərəkətləri edib. Atamın bacıma qarşı etdiyi bu hərəkətləri görməmişəm. Amma bacım anama danışanda eşitmişəm”.

    Həmçinin ifadəsində göstərib ki, atalığı Əli Cəfərov ona qarşı həmin seksual xarakterli hərəkətləri təxminən 5 dəfə edib: “Atamın bu hərəkətləri barədə məlumat verməkdən qorxmuşam. Hazırda etdiyim hərəkətlərə görə atamı bağışlamıram”.

    14 il 6 ay cəza

    Əli Cəfərovun bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Əli Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Əli Cəfərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini istəyib.

    Əvvəl bəraət istədi, sonra fikrini dəyişdi

    Əli Cəfərovun şikayəti Şəki Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti Əli Cəfərovun apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edib. Onun apelyasiya şikayəti təmin edilməyib.

    Bu qərardan narazı qalan Əli Cəfərov apelyasiya şikayəti verib. O, kasasiya şikayətində bəraət yox, cəzasının yüngülləşdirilməsini xahiş edib.

    Seksual manyak ciddi rejimli həbsxanaya göndərildi

    Əli Cəfərovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət araşdırılması üçün hakim Fərhad Kərimovun icraatına verilib.

    Bu günlərdə hakim heyəti Əli Cəfərovun kasasiya şikayətinin dəlillərini araşdırıb və sonda qərar elan edib.

    Hakim heyəti bu nəticəyə gəlib ki, Əli Cəfərovun törətdiyi dəhşətli əməl cəzanın yüngülləşdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də hakim heyəti onun kasasiya şikayətini təmin etməyib.

    Məhkəmə hökmündən və qəralarında Əli Cəfərovun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə qərar çıxarılıb.
     
     
    ///Publika.az

  • Brilliant gileyləndi: “Bu təcavüzə biganə qalmayaq”

    Xalq artisti Brilliant Dadaşova həmkarlarının müdafiəsinə çıxıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, müğənni xalq artisti Aftandil İsrafilovla bağlı yayılan bir videoya əsəbiləşdiyini gizlətməyib:

    “Xasiyyətimi çoxları bilir. Bir vaxtlar mən Mirzə Babayevə görə, çoxları ilə – aparıcı, redaktor, rejissorlarla dava edirdim. Hətta telekanallardan imtina edirdim ki, onsuz efirə gəlməyəcəm. Böyüklərimizə dəyər vermək, qiymət qoymaq lazımdır. Sonra iş elə gətirdi ki, Mirzə dayısız efirə getmirdim.

    Afdandil İsrafilovun bir videosu yayılıb. Orada kişi məclisidir, Aftandil bəy öz dostları arasında ona edilən zarafata senzuradan kənar ifadə işlədib. Bir səhifə isə onu paylaşaraq “Xalq artistimizə baxın” sözlərini yazıb. Nə demək istədiyini anlamağa çalışıram. Aftandil İsrafilov bütün Qafqazda qarmon ustalarının ustadıdır. Öz dostları arasında olan zarafatı İnstaqrama yerləşdirməklə nə etmək istəyirlər? Bunu anlayandan sonra artıq bu mövzuya qayıtmayacam.

    İnanıram ki, bütün ziyalılarımız milli dəyərlərimizə qarşı olan təcavüzə biganə qalmayacaqlar”.

  • Азербайджан принял важное решение по иностранным футбольным клубам и футболистам

    Доходы созданных Союзом европейских футбольных ассоциаций (UEFA) футбольных клубов-нерезидентов, а также самой UEFA, связанные с финалом Лиги Европы 2019 года и матчами Чемпионата Европы 2020 года, которые будут проведены в Азербайджане, освободят от налогов.

    В связи с этим в Налоговый кодекс Азербайджана предлагается внесение изменений.

    Согласно изменениям, на основе подтверждающего документа, выданного соответствующим органом Исполнительной власти, доходы UEFA, созданных ею юридических лиц-нерезидентов, а также футбольных клубов (ассоциаций)-нерезидентов, связанные с финалом Лиги Европы, который пройдет в Баку, внесены в список освобожденных от налогов.

    Кроме того, будут внесены в список не облагаемых налогом на основе подтверждающего документа, выданного соответствующим органом исполнительной власти, доходы UEFA, а также представляющих ее и созданных ею юридических лиц-нерезидентов, в том числе футбольных клубов (ассоциаций)-нерезидентов в связи с матчами Чемпионата Европы 2020 года.

    Согласно изменениям, доходы в связи с вышеупомянутыми спортивными соревнованиями, полученные от предоставления товаров, выполнения работ, а также доходы игроков и работников футбольных клубов-нерезидентов, освобождаются от подоходного налога.

    Закон будет в силе в период проведения матчей – с первого марта 2019 года до первого августа 2020 года.
    //Trend

  • Активизировался оползень на Агсуинском перевале

    На магистральной дороге Баку-Шамахы-Евлах активизировался оползневый процесс.

    После продолжительных интенсивных осадков за последние дни на асфальтовом покрытии Агсуинского перевала появились трещины.

    Оползень активизировался на 140 и 145 км дороги, в результате чего дорога осела. Сотрудники дорожного управления пытаются очистить асфальт, чтобы избежать проблем в передвижении автомобилей.

    Отметим, что Агсуинский перевал является оползневой зоной и после продолжительных осадков в зимние и весенние месяцы оползневый процесс на данной территории активизируется.
    //Report

  • Aprel şəhidimizə film çəkildi: öz anası baş rolda – VİDEO

    Nizami Kino Mərkəzində “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli filmin təqdimatı keçirilib.

    Film 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunub.

    Filmdə ana obrazını elə Aprel şəhidimizin doğma anası Ceyran Axundova canlandırıb.

    “Mən səninləyəm, Ana Vətən”in quruluşçu rejissoru Elşən Zeynallıdır.

    Sənədli filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovdur.

    O, çıxışında bunları söyləyib:

    “2016-cı ildə Azərbaycan ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Bu sevinci bizə yaşadan qəhrəman Vətən övladlarından biri də Aprel döyüşlərində şəhid olan manqa komandiri Əbdülməcid Axundovdur.

    Gənclər üçün əsl qəhrəman və vətənpərvərlik nümunəsi olan Əbdülməcid Axundovun Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, belə oğullarla bağlı gənc nəslə daha geniş məlumat vermək lazımdır”.

    Daha sonra ekran işinin yaradıcı heyəti qonaqlara təqdim olunub.

    Filmin prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallı və başqaları çıxışlarında film haqqında öz təəssüratlarını bölüşüblər, Aprel döyüşlərinin hərb tariximizin şanlı səhifələrindən biri olduğunu dilə gətiriblər.

    Filmdə ana obrazını canlandıran şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə və bu əsəri izləməyə gələn qonaqlara təşəkkürünü bildirib.

    Sonda “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmi nümayiş olunub.

  • Чечня откроет представительство в Азербайджане

    Баку и Грозный договорились об открытии представительства Чеченской Республики в Азербайджане.

    Об этом написал на своей странице в социальной сети ВКонтакте глава Чечни Рамзан Кадыров.

    Он отметил, что соответствующая договоренность была достигнута в Баку на встрече Президента Азербайджана Ильхама Алиева и советника главы Чечни, депутата Госдумы РФ Адама Делимханова.

    «Отношения между Чечней и Азербайджаном имеют давние традиции, основу которым заложили Президент Азербайджана Гейдар Алиев и первый Президент ЧР, Герой России Ахмат-Хаджи Кадыров», – отметил он.

  • Çeçenistan Bakıda nümayəndəlik açır

    Rəsmi Bakı və Qroznı Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı razılığa gəlib.

    Bu barədə Çeçenistan başçısı Ramzan Kadırov “VKontakte” səhifəsində yazıb.

    O bildirib ki, müvafiq razılaşma Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Çeçenistan başçısının müşaviri – RF Dövlət dumasının deputatı Adəm Dəlimxanovun görüşündə əldə olunub.

    “Çeçenistan və Azərbaycan arasındakı münasibətlər çoxillik ənənələrə söykənir. Bu ənənələrin əsasını Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya qəhrəmanı Əhmət Hacı Kadirov qoyub”, – deyə Kadırov yazır.