Month: April 2019

  • Sinoptiklər yağmursuz hava vəd edirlər

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

    Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

    Azərbaycanın rayonlarına gəlincə, hava, əsasən, yağmursuz keçəcək, lakin bəzi qıraq qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

  • Элариз Мамедоглу стал гражданином США – ФОТО

    Азербайджанский певец Элариз Мамедоглу получил американское гражданство.

    Об этом он сообщил на своей странице в Instagram.

    Певец отметил, что уже является гражданином США.

    Напомним, что в 2017 году Э.Мамедоглу выиграл Greencard.

  • Elariz ABŞ vətəndaşı oldu – FOTO

    Müğənni Elariz Məmmədoğlu ABŞ vətəndaşlığı alıb.

    Bu barədə müğənni özü “Instagram” səhifəsində məlumat verib.

    O bildirib ki, artıq ABŞ vətəndaşıdır.

    Qeyd edək ki, Elariz bir müddət əvvəl “Greencard” udub.

  • Определилась “Красавица Азербайджана 2019” – ВИДЕО

    Ею стала модель Мелиса Нуриева.

    Девушка, узнав о своей победе, сообщила журналистам, что очень взволнована и чувствует на своих плечах ответственность.

  • Azərbaycanın ən gözəl qızı bəlli oldu – VİDEO

    “Azərbaycan gözəli 2019″un qalibi bəlli olub.

    Median.Az ARB-yə isitnadən xəbər verir ki, model Melisa Nuriyeva birinci yerə layiq görülüb.

    O, jurnalistlərə açıqlamasında çox həyəcanlı olduğunu və üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

    Milli gözəllik yarışmasından olan görüntüləri sizə təqdim edirik:

  • Azərbaycandan çıxışınıza `STOP` qoyulubmu? – BURADAN ÖYRƏNİN

    Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

    Bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

    Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

    Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

    Elektron xidmət pulsuzdur.

    Xidmətdən istifadə etmək üçün BURA daxil olmaq lazımdır.

  • Bakıda 350 manatlıq 25 illik viski oğurlandı – VİDEO

    Bakının Nərimanov rayonunda mağazalardan birində oğurluq olub.

    Bu barədə Baku.ws-ə məlumat veriblər. Verilən məlumata görə, Həsən Əliyev küçəsi 85 ünvanında yerləşən mağazadan oğurluq edilib.

    Mağazaya daxil olan gənc oğlan viski oğurlayıb. Bildirilir ki, həmin şəxs 350 manata 25 illik viski oğurlayıb.

    Məsələ ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət edilib. Araşdırma aparılır.

  • Aybəniz Haşımova Xalq artistinin çılpaq qızların videosunda adının hallanmasından danışdı

    Əməkdar artist Aybəniz Haşımova Xalq artisti Mələkxanım Əyyubovanın adının 3 qızın qalmaqallı videosu ilə bağlı yayılan xəbərlərdə hallanmasından danışıb.

    Aybəniz Haşımova bu barədə Instagram hesabında yazıb. Əməkdar artist bildirib ki, Mələkxanım Əyyubovanı heç kim rüsvay edə bilməz:

    “Əziz bacım demisən ki, rüsvay oldun… Səni heç kim rüsvay edə bilməz! Sən heç kimə cavabdehlik daşımırsan bacım. Saytlardan xahiş edirəm sənin adını bu iyrənc məsələdə hallandırmasınlar. Sən incəsənətimizin qeyrətli Xanım Sənətkarısan! Sən yaxşı bilirsən ki, səni xalqımız necə sevir?!”

    Xatırladaq ki, Mələkxanım Əyyubova məlum hadisə ilə bağlı açıqlama verib. Xalq artisti qardaş və bacılarından deyil, amma onların övladlarından imtina etdiyini açıqlayıb.
    //Baku.ws

  • Mingəçevirdə yaşı 10 milyon il olan canlının sümükləri tapılıb (VİDEO)

    Azərbaycanda yaşı 9,5 – 10 milyon il olan fil sümükləri tapılıb. Bu nəhəng heyvanların böyük əksəriyyəti Eldar düzənliyində və Bozdağ ərazisində aşkar olunub.

    Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib.

    O qeyd edib ki, 2001-ci ildə Mingəçevirdə Bozdağın ətəyində aparılan qazıntılar zamanı filin alt çənə sümüyü tapılıb.

    Keçən il isə yenə həmin ərazidən troqonteri filinin kəllə sümüyü aşkarlanıb.

  • Bakıda nadir təbii hadisə – Xarıbülbül gülü bitib (FOTO + VİDEO)

    Bakı şəhərinin Xətai rayonu ərazisində Xarıbülbül gülü bitib.

    Yalnız Qafqazda bitən bu gülə nadir hallarda rast gəlmək mümkündür.

    Xarıbülbül gülü Bakıda zavodlardan birinin həyətində bitib.

    Qeyd edək ki, Xarıbülbül. Azərbaycanın, Qarabağın, Şuşanın rəmzidir. Xarıbülbülün digər adı da var – Qafqaz qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir.

    Bu gülə Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir.

    //Baku.ws