Month: April 2019

  • Гаджи Нуран будет вновь прооперирован в Германии

    Телеведущий Гаджи Нуран Гусейнов вновь отправился в Дюссельдорф в Германию.

    Об этом сообщил сам ведущий в соцсети.

    «Мне прооперируют ногу», – написал он.

    Отметим, что Гаджи Нуран периодические проходит лечение в Германии. Ведущий страдает онкологическим заболеванием.

  • Ramiz Əzizbəylinin qızı atasının səhhətindən danışdı

    “Deyirlər ki, ciddi bir şey olarsa, o zaman atam təcili əməliyyat olunacaq”

    Ötən ilin dekabrında Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəyli ayağından əməliyyat olunub. Sputnik Azərbaycan-a açıqlama verən Xalq artistinin qızı Cəlalə Əzizbəyli atasının səhhəti ilə bağlı son durumdan danışıb: “Bir müddət öncə atamın səhhətində ümumi nasazlıq var idi, soyuqlamışdı. Xəstə adamdır, hər yeri ağrayır”.

    Atasının əməliyyat olunan ayağı ilə bağlı durumun normal və stabil olduğunu deyən C.Əzizbəylinin sözlərinə görə, şəkər xəstəsi olduğu üçün həkimlər onun sağalma prosesinin uzun çəkəcəyini bildirib: “Atam şəkər xəstəsi olduğu üçün onu daim nəzarətdə saxlayırıq, iynələrini vaxtında vururuq”.

    Hazırda R.Əzizbəylinin şəkərinin stabil olduğunu söyləyən həmsöhbətimiz atasının digər ayağında yarana biləcək risklə bağlı da danışıb: “Hələ ki həkimlər onun digər ayağının əməliyyat olunmasını məsləhət bilmirlər. Deyirlər ki, ciddi bir şey olarsa, o zaman atam təcili əməliyyat olunacaq”.

    Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli ötən ilin dekabrında sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu.

  • В Азербайджане увеличилось число банкоматов

    Палата по надзору за финансовыми рынками обнародовала отчет по банковскому сектору страны.

    Как сообщает ONA со ссылкой на Палату, в течение января-февраля текущего года число банкоматов в стране составило 2524, что по сравнению с аналогичным периодом прошлого года больше на 80 единиц или 3,3%.

  • Əvvəl taksiyə oturdu, sonra avtomobili qaçırdı, indi…

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elgin Feyzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə E.Feyzullayev 9 il 2 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, 2017-ci ilin fevral ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan Zaməddin İmanovun “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobili quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

    Abşeron Rayon Polis idarəsinin Cinayət Axtarış İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Feyzullayev şübhəli şəxs qismində saxlanılıb.

    E.Feyzullayevin quldurluq əməlindən başqa oğurluq etdiyi də məlum olub.

  • Texasda kimyəvi zavod yanır, şagirdlərə məktəbdən çıxmaq qadağan olundu

    ABŞ-ın Texas ştatında kimyəvi zavodda güclü yanğın başlayıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Yanğının hansı səbəbdən baş verməsi bilinmir.

    Qeyd edək ki, yanğın baş verən rayonda yollar bağlanıb. Çirkli hava səbəbindən isə şagirdlərə məktəb binalarını tərk etmək qadağan olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

  • В Сеть попало дерзкое нападение кота на бультерьера – ВИДЕО

    В Сети появилось видео, на котором запечатлено нападение домашнего кота на огромного бультерьера в английском графстве Уэст-Мидлендс.

    На кадрах видно, что нападение произошло во время прогулки хозяина с псом.

    Черный кот внезапно выскочил из-под машины и атаковал собаку. Хозяин попытался остановить пушистого агрессора, однако, не выдержав «битвы», рухнул на дорогу.

    На помощь жертвам пришел случайный прохожий, сообщает «Ридус». Однако спустя некоторое время кот вновь предпринял попытку напасть на бультерьера.

  • Bakıda sürücü avtoxuliqanlıq etdi – Polis hərəkətə keçdi

    Bakıda daha bir sürücü avtoxuliqanlıq edib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Xətai rayonu Nobel prospektində çəkilən videodan aydın olur ki, ”VAZ-2107” markalı avtomobilin sürücüsü üzü şəhər istiqamətində yol boyu avtoxuliqanlıq edir. Avtomobili gah sağa, gah da sola döndərərək nəqliyyat vasitəsini iki təkər üstündə idarə edir.

    O, bu hərəkəti ilə digər hərəkət iştirakçıları üçün real təhlükə yardır.

    Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücünün bu əməli kobud qayda pozuntusudur.

    Görüntüləri yayan şəxs iddia edir ki, sürücü avtomobili saxta dövlət nömrə nişanı ilə idarə edib. Yəni avtomobilin dövlət nömrə nişanı standarta uyğun olmayıb.

    Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə müxtəlif ad və soyadlar, rəqəm və hərflərin olduğu saxta nömrələrin satışı ilə bağlı ‘süjet təqdim etmişdik. Həmin nömrələri hazılayan şəxslər bunun suvenir olduğunu və təhlükəli olmadığını qeyd edirdi. Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu cür saxta nömrələri hazırlayan və satışını həyata keçirənlər cinayət məsuliyyəti daşıyır.

    Vaqif Əsədov bildirdi ki, saxta nömərə ilə avtoxuliqanlıq edən və yaxud hansısa bir cinayət törədib qaçan sürücülər zənn etməsinlər ki, onlar aşkar edilə bilmirlər. Təhlükəsiz şəhər kameraları vasitəsi ilə onlar müəyyə edilib məsuliyyətə cəlb olunurlar. O ki qaldı bu ”VAZ-2107” markalı avtomobilin sürücüsünə, yol polisi artıq onun axtarışlarına başlayıb.

  • Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb – Şikayət və MTK direktorunun etirafı

    Külli miqdarda pul verib ev alan şəxslər nə mənzillərini, nədə ki, pullarını geri ala bilirlər.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda daha bir tikinti şirkəti bir mənzili 2-3 nəfərə sataraq vətəndaşlara külli miqdarda zərər vurub. Söhbət Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxbərtəbəli binanı inşa edən ”Bulaq-2” Mənzil Tikinti Koperativindən gedir. Zərərçəkmişlər iddia edir ki, müqavilə görə, 2015-ci ildə təhvil verilməli olan binada iş hələ davam edir. Bir neçə gün əvvəl isə onlardan bir neçəsi müəyyən ediblər ki, MTK-nın sahibi bir evi bir neçə nəfərə satıb.

    Zərərçəkmişlərin bəziləri isə aldıqları evi təmirə başlayarkən evin başqa sahibi ilə üzləşdiklərini deyirlər. Zərərçəkmiş Fuad Əhmədovun sözlərinə görə, 2014-cü ildə həmin şirkətə 95 min manat pul ödəyərək ev alıb, amma sonradan məlum olub ki, mənzil üç nəfərə satılıb.

    ”Bulaq-2” MTK-nın direktoru Elmira Şirinova bir mənzili 2-3 nəfərə satmasını etiraf edib. O, problemin yaxın bir ay müddətə həll olunacağını deyib.

    Zərərçəkmişlər problemlərinin həll olunmayacağı təqdirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcəklərini bildirirlər.

  • Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib

    Abşeron rayonunda canavarlar 400-dən artıq heyvanı tələf edib.

    Təsərrüfat sahibinə on minlərlə manat zərər dəyib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonunda yerləşən “Xanqulu” qış otlaq sahəsindəki yataqlardan birində baş verib. Canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub. Fermer təsərrüfatının sahibi Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində davam edib. Gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar. Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. Yüzlərlə qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

    Təsərrüfat sahibinin sözlərinə görə, ona 60 min manatdan çox ziyan dəyib. Seyran Kərimov deyir ki, ümumiyyətlə, son vaxtlar vəhşi heyvanlar ətrafda olan təsərrüfatlara tez-tez hücum edirlər. Vəhşi heyvanların öldürülməsi qadağan edildiyinə görə ən böyük ziyan da təsərrüfat sahiblərinə dəyir.

    Hadisədən sonra fermada və onun ətrafında dezinfeksiya işləri aparılıb.

  • Bakıya yüksək gərginlikli elektrik xətti çəkilir

    Bakıya ümumi uzunluğu 108 km. olan yeni yüksək gərginlikli elektrik xətti çəkilir.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Şirvan şəhəri ərazisindəki ”Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına çəkilən xətt 220 kv-luqdur. Məqsəd enerji sisteminin etibarlılığını gücləndirməkdir.
    Bu xətt üçün lazım olan 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km. istisna olmaqla naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək. Eyni zamanda paytaxtdaxili elektrik xətləri də yenidən qurulur.

    Qeyd edək ki, ölkə üzrə yüksək gərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir.