Month: April 2019

  • “Ordumuz işğalla heç vaxt barışmayacaq” – Mehriban Əliyeva aprel zəfərindən yazdı

    Birinci vitse-prezident Mehriban Əliyeva Aprel zəfərinin 3-cü ildönümü ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib.

    Median.Az-ın məlumatına görə, birinci vitse-prezident Azərbaycan ordusunun qələbəsi haqda yazıb:

    “Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

  • Определился порядковый номер выступления Чингиза на Евровидении

    Определился порядковый номер выступления представителя Азербайджана в полуфинале Евровидения-2019, который пройдет в столице Израиля Тель-Авиве.

    Как передает Median.Az, Чингиз Мустафаев выступит 16 мая под восемнадцатым номером во втором полуфинале международного песенного конкурса.

    Напомним, что Чингиз Мустафаев будет представлять Азербайджан на «Евровидении-2019» с композицией Truth («Правда»).

  • Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində ölüb

    Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin “Dubay bazarı” deyilən ərazisində baş verib.

    Belə ki, ilkin məlumatlara görə, ərazidə gedən tikinti işləri zamanı 1 nəfər fəhlə dağıntılar altında qalaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu

    İsrailin döyünən ürəyi Tel-Əviv şəhərində keçiriləcək sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan iştirakçısının çıxış vaxtı müəyyən olunub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək.

    Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək.

    “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).

  • “ShamkirChess 2019”: Şəhriyar Məmmədyarov məğlub olub

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” turnirində növbəti görüşünü başa vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı qrossmeyster III turda Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb – 0:1. 3 turdan sonra Anandın 1.5, Məmmədyarovun isə 1 xalı var.

    Hazırda yalnız David Navara (Çexiya) – Maqnus Karlsen (Norveç) görüşü davam edir.

    III turun digər nəticələri:

    Sergey Karyakin (Rusiya) – Veselin Topalov (Bolqarıstan) – 0,5

    Teymur Rəcəbov (Azərbaycan) – Dinq Liren (Çin) – 0,5:0,5

    Alekandr Qrişuk (Rusiya) – Aniş Giri (Hollandiya) – 0,5:0,5

  • В Азербайджане прокуроры будут рассматривать нарушения требований по охране кладбищ

    В Азербайджане предлагается, чтобы прокуроры выносили решения за нарушение требований по охране кладбищ, сообщает Trend.

    В связи с этим вносятся изменения в Кодекс об административных проступках.

    Согласно этому изменению, прокурор будет выносить решение о начале производства по делам об административных проступках, связанных с охраной кладбищ, осуществлением похорон на не разрешенных для этого территориях. Дела об административных проступках по другим нарушениям норм будут рассматривать соответствующие органы исполнительной власти, установленные Президентом Азербайджана.

  • Biləsuvarda avtomobildən silah tapıldı

    Biləsuvar rayon sakininin avtomobilində silah aşkarlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə saxlanılıb.

    Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli lüləsi və qundağı kəsilmiş “Obrez” tipli nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Həbib növbəti döyüşünə bu tarixdə çıxacaq

    Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurmaqomedov bu ilin sentyabrında döyüş planını təsdiqləyib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, döyüşçü tələbələrlə görüşdə sentyabrın 7-də və dekabrın 28-də döyüşlər keçirəcəyini bildirib. Bundan əvvəl UFC prezidenti Deyna Uayt da H.Nurmaqomedovun növbəti döyüşünün sentyabra planlaşdırıldığını vurğulayıb.

    H.Nurmaqomedov qeyd edib ki, müəyyən çətinliklər var və hələlik danışıqlar davam edir: “Mənə görə diskvalifikasiya edilən Zubayra (Tuxuqov) və Abubakarın (Nurmaqomedov) sentyabrda mübarizə apara bilməmələri mənim qayıtmağıma mane olur. Mən əvvəlcə onların qayıtmasını istəyirəm. Məni öz fikrimdən daşındırmaq üçün daha çox pul təklif edirlər”.

    Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. İrlandiyalı ilə qarşılaşmadan sonra rusiyalı döyüşçü dava hadisəsinə görə 9 ay müddətinə diskvalifikasiya olunaraq, 500 min dollar cərimə edilib.

    Rusiyalı döyüşçü qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

  • Gürcüstanda məktəbdə kütləvi zəhərlənmə – 20 şagird xəstəxanaya yerləşdirildi

    Gürcüstanın Tleavi şəhərindəki orta məktəblərdən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Median.Az “Sputniknews”a istinadən xəbər verir ki, 20-yə yaxın şagird xəstəxanaya yerləşdirilib.

    Zəhərlənmənin səbəbi hələlik məlum deyil.

    Mütəxəssislər məktəbdəki su və qidalardan ekspertiza üçün nümunələr götürüb. Zəhərlənməmin səbəbi müəyyənləşdirilənə qədər məktəbdə dərslər dayandırılıb.

  • Меган Маркл запретили надевать тиару покойной принцессы Дианы

    Принц Чарльз запретил Меган Маркл надевать тиару покойной принцессы Дианы.

    Как передает Лайф, по данным издания Daily Mail, запрет свекра американской актрисы прозвучал еще прошлой осенью, однако известно о нем стало только сейчас.

    Как уточняется, принц Гарри и его супруга отправлялись на Фиджи с официальным визитом, Маркл пожелала надеть тиару на мероприятие.

    Однако Чарльз заметил, что подобное решение слишком экстравагантно, и настоял на том, что демонстрация роскоши в небогатой стране не соответствует правилам приличия.

    Отмечается, что Меган не понимала подобных вещей, поскольку на тот момент все еще привыкала к новой роли, поэтому принц Чарльз тактично уберег ее от опрометчивого шага.

    Тем не менее журналисты заметили, что супруга принца Уильяма Кейт Миддлтон в тот же вечер появилась в той самой тиаре на банкете в Букингемском дворце.

    Как писал Лайф, СМИ склонны подозревать Миддлтон и Маркл во вражде, мотивируя ею тот факт, что герцогиня Суссекская не была приглашена на торжество по случаю дня рождения Миддлтон.

    Также известно, что принц Гарри вместе с женой планирует переехать в Виндзор из Кенсингтона.