Month: April 2019

  • Şəmkirdə qəbiristanlığı dağıdan şəxs saxlanılıb

    Şəmkir rayonunun Yuxarı Keçili kəndində qeyri-adi hadisə qeydə alınıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları və bəzəkləri sındırılıb.

    Sakinlərin müraciətinə əsasən hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni 26 yaşlı kənd sakini Coşqun Nəcəfov törədib. Kənd icra nümayəndəsinin sözlərinə görə, həmin şəxs ruhi xəstədir. Hadisəni törətməsinə səbəb kimi martın 31-də kənd yerindəki yas mərasimində ona verilən halvanın az olmasına əsəbləşməsini göstərib. Coşqun Nəcəfov polislər tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • FHN-də Kollegiya: Şamaxı-Ağsudakı zəlzələdən və “Diqlas”dan danışdılar

    Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş Kollegiya iclası keçirilib.

    FHN-nin saytının verdiyi məlumata görə, Kollegiya iclasında nazir müavinləri, nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak edib.

    İclasın gündəliyində duran birinci məsələ olaraq cari ilin fevral ayının 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərə toxunan nazir K.Heydərov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman olduğu kimi, bu dəfə də hadisəyə çevik reaksiya göstərməsi, zəlzələnin nəticələrinin operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi, dərhal zəlzələ bölgəsinə gedərək çətin vəziyyətə düşmüş insanlara dayaq nümayiş etdirməsi onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərmiş olub. Bu mənada Prezident tərəfindən böyük humanist addım olaraq zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar imzaladığı sərəncamlar xüsusi qeyd olunmalıdır. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə zəlzələ zonasında böyük işlərin görüldüyünü də diqqətə çatdırıb.

    Sonra iclasda çıxış edən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bugünədək görülən işlərdən danışıb. Qeyd edib ki, hadisədən dərhal sonra zəlzələdən zərər görmüş evlərin sakinləri sığınacaqlarda və yaxın qohumlarının evlərinə yerləşdiriliblər. Hazırda zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində bütün zəruri işlərin görüldüyünü deyən C.Xanlarov komissiyaların operativ şəkildə işlərini davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, 2 aprel 2019-cu il tarixinə 8810 müraciət qeydə alınıb və agentliyin mütəxəssisləri tərəfindən 8352 fərdi yaşayış evinə baxış keçirilib. Hazırda Şamaxı rayonu ərazisində 267 qəzalı, 1227 evin bərpaya ehtiyacı olması, İsmayıll rayonu ərazisində 101 qəzalı, 290 evin bərpaya ehtiyacı olması və Ağsu rayonu ərazisində 215 qəzalı, 351 evin bərpaya ehtiyacı olduğu müəyyən edilib. Şamaxı rayonu ərazisində aprelin 2-nə olan məlumata əsasən, 47 ev sökülüb, 40 evin tikintisinə başlanılıb, İsmayıll rayonu ərazisində 10 ev sökülüb, 10 evin tikintisinə başlanılıb, Ağsu rayonu ərazisində 22 ev sökülüb, 6 evin tikintisinə başlanılıb. Göstərilən rayonlar üzrə ümumilikdə 79 ev sökülüb, 56 evin tikintisinə başlanılıb.

    Bundan başqa, Şamaxı şəhəridə 2 girişli, 4 mərtəbəli, 44 mənzilli yaşayış binasının tikintisi üçün agentliyin “Azərdövlətlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və hazırda yaşayış binasının tikintisi davam etdirilir. Bundan əlavə, Şamaxı rayonunda bərpa işlərinin aparılması məqsədilə 235 evdə ölçü işləri aparılıb və bundan 132 evin layihə-smeta sənədləri hazırlanır. C.Xanlarov qeyd edib ki, baş vermiş təbii fəlakət nəticəsində adları çəkilən rayonlarda ziyan çəkmiş sosial obyektlərə də komissiyalar tərəfindən baxış keçirilib. Keçirilmiş baxış nəticəsində Şamaxı rayonunda 2 qəzalı, 4 bərpaya ehtiyacı olan sosial obyekt, İsmayıllı rayonunda 3 qəzalı, 6 bərpaya ehtiyacı olan sosial obyekt, Ağsu rayonunda 4 qəzalı sosial obyekt müəyyən edilib.

    C.Xanlarov söküntü-tikinti, habelə layihələndirmə işlərinin aparılmasına hava şəraitinin yağmurlu keçməsinin və kommunikasiya xətlərinin köçürülməsi ilə bağlı qarşıya çıxan problemlərin mane olduğunu qeyd edərək əlavə edib ki, bu problemlərin aradan qalxması sayəsində bir ay ərzində bütün qəzalı evlərlə bağlı söküntü-tikinti işlərinə başlanılacaq və qarşıya qoyulmuş tapşırıqlar vaxtında və keyfiyyətlə icra ediləcək.

    Nazir K.Heydərov zəlzələnin vurduğu ziyanın həcminin müəyyən edilməsi, o cümlədən yaşayış evləri və sosial obyektlərə komissiyalar tərəfindən baxışın, söküntü-tikinti işlərinin sürətləndirilməsi, tikinti işlərinin ən yüksək standartlara uyğun aparılması barədə tapşırıqlar verib.

    Daha sonra Kollegiya iclasının gündəliyində duran ikinci məsələ olan martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “DİQLAS” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib. O, bildirib ki, DYNX-in əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Həmin videonun müşayiəti ilə İsrayıl Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb. İsrayıl Əliyev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “DİQLAS” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib. Bildirib ki, bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. O, əlavə edib ki, ölkə ərazisində insanların kütləvi toplaşdığı digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublar ünvanlanıb.

    Sonra çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov “DİQLAS” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə edib. O, əlavə edib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması, obyektin su hovuzu və daxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədən (800, 1000 m) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi yanğının qarşısının vaxtında alınmasında böyük çətinliklər yaradıb. Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılması və daha böyük fəsadların qarşısı alınıb. Belə ki, “DİQLAS” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “LOTOS” ticarət mərkəzi yanğından mühafizə olunub.

    Nazir Kəmaləddin Heydərov “DİQLAS” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. O, həmçinin, ölkədə insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-in rəisi İsrayıl Əliyev və DYMX-in rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.

  • Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı

    2019-cu ilin mart ayında Azərbaycan Rusiya vasitəsilə neft tranzitini dayandırıb.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yanacaq-Energetika Kompleksinin (YEK) Mərkəzi dispetçer idarəsi verib.
    YEK-in məlumatlarına əsasən, yanvar-fevral aylarında Azərbaycan neftinin tranzitinin həcmi 249,5 min ton təşkil edib, martda isə tranzit həcmi olmayıb.

    Daha öncə “Reuters” agentliyi “SOCAR Trading” şirkətinin başçısı Adnan Əhmədzadəyə istinadən xəbər vermişdi ki, Azərbaycan müvəqqəti olaraq Rusiya vasitəsilə nəql olunan neft həcmini Bakı-Tbilisi-Ceyhan boru kəmərinə keçirməyi planlaşdırır.

    2019-cu ilin ilk 3 ayı ərzində Rusiya ərazisi üzrə neft tranzitinin ümumi həcmi 3,3% artaraq 4,883 milyon ton təşkil edib. Eyni zamanda, Qazaxıstan neftinin tranziti 0,9% artıb və 4,035 milyon ton təşkil edib. Türkmənistan neftinin tranzit həcmi isə 189,8 min ton olub.

    Rusiya mənbələri xəbər verir ki, Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə nəqlinin dayandırılmasının səbəbi “Transneft” şirkətininin qərarıdır. Belə ki, Rusiyanın tranzit neft kəmərləri inhisarçısı SOCAR-a Azərbaycan neftinin bu ilin aprelindən başlayaraq ilin sonuna qədər Mahaçqala limanı üzərindən ötürülməsinin dayandırılacağı haqda xəbərdarlıq edib. Baxmayaraq ki, Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair müqavilə qüvvədədir. “Transneft” bunun səbəbini göstərmir.

    Ancaq neft sahəsindəki mənbələr hesab edirlər ki, ola bilsin səbəb Mahaçqala limanının texniki imkanlarının məhdudluğudur. Çünki “Transneft” Qazaxıstan və Türkmənistan neftinin nəqlinin artması səbəbindən Mahaçqala limanından neft ötürülməsinin öhdəsindən gələ bilmir.

    Mənbələr deyiblər ki, Bakı-Tixoretsk magistral neft kəmərləri sisteminin buraxılış imkanları Mahaçqala-Novorosiysk hissəsində tam istifadə olunub. Nəticədə Mahaçqalada əlavə həcmdə neftin qəbulu mümkün deyil.

  • Мехрибан Алиева: Азербайджан никогда не смирится с оккупацией

    Апрельские бои в очередной раз продемонстрировали всему миру, что Азербайджанское государство никогда не смирится с оккупацией, что азербайджанская армия способна успешно осуществить необходимую операцию.

    Об этом Первый вице-президент Азербайджана Мехрибан Алиева написала на официальной странице в Instagram.

    «Апрельские бои в очередной раз продемонстрировали всему миру, что Азербайджанское государство никогда не смирится с оккупацией, что азербайджанская армия способна успешно осуществить необходимую операцию. Во время этих боев отважная азербайджанская молодежь, наши солдаты, офицеры, продемонстрировав героизм, погибли за Родину, отдали за нее жизнь. Да упокоит Аллах души всех, кто стал шехидами на пути восстановления территориальной целостности, независимости Азербайджана, во имя того, чтобы наша страна стала более могущественной и крепкой. Светлая память о них навсегда останется в сердце азербайджанского народа», – написала Первый вице-президент Мехрибан Алиева.

  • Google bu smartfonların satışını dayandırdı

    Median.Az technote-a istinadla xəbər verir ki, sözügedən online mağazada bu smartfonların satışları dayandırılıb.

    Bu barədə Gagadget saytı xəbər verib.

    Qeyd edək ki, Pixel 2 və Pixel 2 XL smartfon modelləri 2017-ci ildə satışa çıxmışdılar. Keçən il isə Pixel 3 ilə Pixel 3 XL modelləri satışa çıxmışdılar.

    İkinci nəsil Pixel smartfonları online mağazadan yığışdırılıb, üçüncü nəsil Pixel modellərinin isə qiymətləri bir qədər aşağı endirilib. Dördüncü nəsil Pixel smartfonlarının təqdimatına hələ yarım il vaxt var. Buna görə də ikinci nəsil Pixel smartfonlarının satışlarının dayandırılması çox güman ki, şirkətin Pixel 3a ilə Pixel 3a XL büdcəli smartfon modellərinin təqdimatına hazırlaşması ilə əlaqəlidir.

    Son məlumatlara əsasən büdcəli Pixel modelləri bu ilin yaz fəslində təqdim olunmalıdırlar. Nəzərə alsaq ki, Pixel 3a ilə Pixel 3a XL modellərinin qiymətləri (450-500 avro) heç də büdcəli olmayacaqlar, bu baxımdan Google şirkətinə yeni smartfonlar ilə ikinci nəsil Pixel modelləri arasındakı rəqabət lazım deyil. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar yalnız Google Store online mağazasından yığışdırılıb. Dilerlərdə bu smartfonlar hələ də satışdadır.

  • Gəncədə dağıntılar altında qalan fəhlənin adı məlum olub – YENİLƏNİB

    Gəncədə dağıntılar altında qalaraq dünyasını dəyişən fəhlənin adı məlum olub.

    Median.Az-ın ONA-ya istinadən məlumatına görə, bu, Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham adlı şəxsdir.

    O, tikinti ərazisində sökülmüş mişar daşlarını toplayırmış.

  • В США горит химзавод

    В американском штате Техас на химическом заводе вспыхнул сильный пожар. Об этом сообщает РИА «Новости».

    По данным агентства, инцидент произошел на химзаводе округа Харрис.

    Как отмечается, в результате инцидента пострадали по меньшей мере два человека.

    При этом причина пожара пока неизвестна.

  • Sumqayıtda avtomobil yanıb

    Axşam saatlarında Sumqayıt şəhərində yanğın olub.

    Median.Az-ın ONA-ya istinadən məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

    Belə ki, şəhər sakinlərindən birinə məxsus olan avtomobil qəfildən alışıb.

    Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, avtomobilə ciddi ziyan dəyib.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.

  • İranda həyəcan təbili: 70 kənd boşaldılır

    İranda 2 həftədir ki, davam edən sel fəlakəti səbəbindən təhlükə altında olan 70-ə yaxın kənd təxliyyə ediləcək.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, Xuzistan ostanında Dez və Xarkeh çaylarının daşması səbəbindən yerli idarəetmə orqanları təcili şəkildə kəndlərin boşaldılması əmrini verib.

    Qeyd edək ki, Türkmənsəhra və digər bölgələrdə baş verən təbii fəlakət onlarla insanın ölümünə, infrastrukturun tamamilə dağılmasına yol açıb.

  • Dünya əhalisi nə qədərdir? – Son rəqəmlər açıqlandı

    2019-cu ildə dünyada əhalinin sayı 7,7 milyarda çatıb, 2050-ci ilə qədər isə bu rəqəm daha 2 milyard arta bilər.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin hesabatında deyilir.

    Hesabatda bildirilir ki, əhalinin artım tempi azalsa da, davam edir. XXI sərin sonuna qədər planetdə 11 milyard əhalinin yaşayacağı proqnozlaşdırılır.

    Hesabata əsasən şəhər əhalisinin sayı yaxın 30 ildə hazırki 56 faizdən 68 faizə qədər artacaq. Hazırda orta ömür müddəti 72,3 ildirsə, 2030-cu ilə qədər bu göstərici 74,3 il olacaq.