Month: April 2019

  • Ağsu dolayında sürüşmə baş verib, yol çöküb

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bir neçə gündür yağan intensiv yağışlardan sonra əvvəllər sürüşmələrin qeydə alındığı Ağsu dolaylarının asfalt qatında çatlar əmələ gəlib.

    Yolun 140-cı və 145-ci km-də sürüşmə aktivləşib, çökmələr baş verib. Yol idarəsinin əməkdaşları asfalta tökülən torpaq qatını təmizləməklə hərəkətin çətinləşməsinin qarşısın alırlar.

    Qeyd edək ki, Ağsu dolayları sürüşmə zonası olduğundan qış və yaz aylarında aramsız yağışlar səbəbindən torpaq sürüşməsi daha da aktivləşir.

  • Əlillərə 7500-dən çox reabilitasiya vasitəsi verilib

    Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2788 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib.

    Nazirlikdən verilən məlumata görə, onlardan 329 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər olub.

    Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 356 əlil arabası, 262 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1699 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 46 korset, 479 cüt protez ayaqqabı, 1253 cüt ortopedik ayaqqabı, 298 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 678 qoltuqaltı və dirsəkaltı ağac, 489 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

    Ümumilikdə, 2019-cu ilin birinci rübündə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 7583 reabilitasiya vasitəsi verilib, 178 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.//qafqazinfo.az

  • Часть торговцев из ТЦ Diqlas обеспечены местами

    Согласно соглашению, достигнутому по итогам переговоров Министерства экономики с торговыми центрами, пострадавшим предпринимателям из сгоревшего ТЦ Diqlas для возобновления торговой деятельности предложено восемь объектов.

    По информации Минэкономики, уже около 20 предпринимателей обеспечены торговыми площадками в ТЦ “Айгюн”, “Садарак” и на рынке стройматериалов Eurohome на проспекте Дарнагюль.

    Отметим, что по условиям соглашения, предприниматели в течение пяти месяцев не будут платить арендную плату.

    Продолжается процесс размещения предпринимателей.

  • Hacı Nuran əməliyyat üçün yenidən Almaniyaya yollandı

    “Həyat” xeyriyyə fondunun yaradıcısı Hacı Nuran Hüseynov yenidən əməliyyat olunacaq.

    Median.Az xəbər verir ki, aparıcı bu barədə özü feysbukda məlumat verib. Bunun üçün o, Almaniyanın Düsseldorf şəhərinə yollanıb.

    “Ayağımdan əməliyyat olunacam”, – deyə, o, qeyd edib.

    Xatırladaq edək ki, Nuran uzun müddətdir mütəmadi olaraq Almaniyada müalicə alır. O, xərçəngdən əziyyət çəkir.

  • Masallıdakı qətllə bağlı rəsmi məlumat – Həbs olunanlar var

    Baş Prokurorluq Masallı rayonunda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, respublikanın polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də itkin düşmüş Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Sahib Mahmudovun axtarılıb tapılması istiqamətində sonuncunun həmin tarixdə Masallı rayonu ərazisində qətlə yetirildiyi müəyyən edilib.

    Belə ki, aparılmış tədbirlər nəticəsində Cəlilabad və Abşeron rayon Polis şöbələrinin istintaq bölmələrində Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə başlanmış cinayət işləri üzrə istintaq zamanı təqsirləndirilən şəxslər Əli Ələkbərli və Altay Ağamalızadə tərəfindən Sahib Mahmudovun şəxsi münasibətlər zəminində yanvarın 25-də Masallı rayonu ərazisində yerləşən “Adu Piramida” istirahət mərkəzində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

    Hazırda Sahib Mahmudovun qətlə yetirilməsində təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.//yenicag.az

  • Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərə ŞAD XƏBƏR – FOTO

    Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.

    Median.Az AZAL-ın rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.

    Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.

  • Cəlilabadda qardaş qardaşı döyüb

    Cəlilabad rayonunda qardaşlar arasında dava olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb.

    Belə ki, həmin kənd sakini, 1971-ci il təvəllüdlü Əsəd Kürşad oğlu Səfərov qardaşı tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане перекрыта важная дорога

    На участке до 32-го километра автотрассы Алят-Астара-госграница с Ираном, а также на 89-116-километровом участке автодороги, ведущей в город Билясувар, отделяющейся с 81-го километра вышеуказанной трассы, будет нанесена и обновлена дорожная разметка. Об этом, как передает Median.Az, сообщает во вторник Trend со ссылкой на Госагентство автомобильных дорог.

    Работы продолжатся до пятого апреля.

    Просьба к водителям быть внимательными на этих дорогах, соблюдать временные дорожные знаки и правила дорожного движения.

  • “Quska”nın məhkəməsi başladı

    Bu gün Bakı Hərbi Məhkəməsində keçmiş deputat və biznesmen “Quska” ləqəbli Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Median.Az-ın xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Sonra Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları, iş üzrə təqsirləndirilən H.İbrahimov, Z.Quliyev və P.Kazımovun vəkilləri vəsatət qaldıraraq, onların barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

    Məhkəmə vəsatətləri təmin edib və hər üç şəxs ev dustaqlığına buraxılıb.

    Məhkəmə baxışı aprelin 9-na təyin edilib.

    Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

    Xatırladaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

  • “Diqlas”dakı sahibkarların bir qismi yerlə təmin olunub

    İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara səkkiz ticarət mərkəzi təklif olunub.

    İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, artıq 20-yə yaxın sahibkar beş ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

    Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

    Qeyd edək ki, bundan öncə nazirlik sahibkarlara səkkiz yer təklif etmişdi.