Month: April 2019

  • Almaniyanın “İnterpol” xətti ilə axtarışa verdiyi Bolqarıstan vətəndaşı Azərbaycanda tutulub

    Almaniya dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

    Almaniyada 7 maddə ilə axtarışda olan Bolqarıstan vətəndaşı Süleyman Yıldızhan Necat Astara gömrük keçid məntəqəsində saxlanılıb. O, hüqüq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
    //report.az

  • Həbsdə olan uşaq bağçasının müdiri: “Sonuncu dəfə şans verin”

    Dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, 19 nəfər zərərçəkmişə dəyən ziyan ödənməyib.
     
    Məhkəmədə çıxış edən Tərlan Bağırova hakimdən sonuncu dəfə onlara şans verməsini istəyib. O bildirib ki, zərərin ödənilməsi istiqamətində iş görürlər: “Həm mənim ailəm, həm də Aləmzarın qardaşı zərəri ödəmək üçün çalışır. 19 nəfərin də pulunu verəcəyik. Bizə sonuncu dəfə bir az da vaxt verməyinizi xahiş edirik”.
    Məhkəmə aprelin 15-də davam etdiriləcək.
     
    Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
     
    Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.
     
    T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
     
    Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var.
     
    Həbs edilən Aləmzar Əliyeva həbs edilmədən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.
    //Lent.az

  • Narkotikdən istifadə edən sürücülər necə aşkarlanır? – VİDEO

    Sürücülərin sərxoş halda avtomobil idarə etməsinin qarşısını almaq üçün müxtəlif addımlar atılır, alkotesterə cəlb olunurlar və tez-tez reydlər keçirilir. Amma son günlər narkotik vasitə qəbul edərək sükan arxasına keçən sürücülərlə bağlı faktlar bu sahədə də zəruri addımların atılmasını gündəmə gətirir.

    Xüsusilə də Cəlilabadda 3 saylı marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsünün narkotik qəbul edərək avtomobili idarə etməsi məsələni daha da aktıuallaşdırır.

    Bəs belə sürücüləri müəyyən etmək üçün hansı tədbirlər görülür?

    Yol patrul xidmətinin baş inspektoru Rasim Əliyev deyib ki, sürücü saxlanılarkən əgər şübhəli bir məqam olarsa, o zaman həmin sürücü narkotestrdən keçirilir. Sürücü avadanlığa üfürdükdən sonra onun narkotik maddələrin təssiri altından olub-olmadığını bu qurğu müəyyən edir. Narkotester narkotik vasitələrin 7 növün hər hansısa birindən istifadə edən sürücüləri dərhal aşkara çıxarır.
     
     
    Yol polisi əlavə edib ki, digər bir fərqli narkotester vasitəsi ilə də sürücülərin narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyən edə bilir. Bunun üçün də şübhəli vəziyyətdə sürücü qurğuya üfürdükdən sonra ağzından daxil olan mayenin tərkibində narkotik maddələrin olub-olmamasını bilmək üçün kiçik həcmli narkotesterə daxil edilir.

    Təbii ki, narkotesterə heç də bütün sürücülər cəlb edilmir.
     
    Bu, sürücülərin özünü şübhəli aparmasından, yaxud yol patrul əməkdaşlarının peşəkarlığından və ayıq-sayıqlığından asılıdır.
     
    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər. Bu qayda pozuntusu bir il ərzində təkrar törədildikdə isə, həmin sürücü barəsində 400 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilməklə yanaşı, həbs də edilə bilər.
     
    (Xezerxeber)
     

  • В столице за кражи из автомобилей задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 22-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Мингячевир, ранее судимого З.Гулиева, который 30-го марта украл из автомобиля марки “Hyundai” cумку, где находились одежда и косметика.

    Кроме этого, сотрудники 4-го отделения полиции Бинагадинского РУП задержали ранее судимых, жителя столицы Н.Дадашова и жителя г.Нахчыван Э.Мамедова, которые 23- и 25-го марта украли из двух автомобилей аккумуляторы.

    Сотрудники 36-го отделения полиции Хатаинского РУП задержали жителя столицы, ранее судимого Р.Алекперова, который 27-го марта украл из автомобиля марки “Tofaş” магнитофон и усилители.

    По фактам возбуждены уголовные дела.

  • Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da “Hyundai” markalı avtomobildən, içərisində geyim və kosmetik əşyalar olan çanta oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Quliyev saxlanılıb.

    Bundan başqa, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23- və 25-də rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlayan əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakini N.Dadaşov və Naxçıvan şəhər sakini E.Məmmədov saxlanılıblar.

    Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də “Tofaş” markalı avtomobildən maqnitofon və səsgücləndirici oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • В Азербайджане резко подорожала капуста – в 3 РАЗА

    В Азербайджане цена на капусту резко подорожала.

    Как сообщает Median.Az со ссылкой на Demokrat.az, в настоящее время цена за килограмм капусты в магазинах Баку составляет 1,8 маната. В начале марта килограмм капусты продавался за 50-70 гяпик за килограмм.

    Специалисты связывают резкое подорожание капусты с экспортом этой овощи в другие страны.

  • Xoşqədəmin verilişində reklam arası dəhşət yaşandı – VİDEO

    Özündən 20 yaş böyük qadınla bərabər olan oğlunu geri qaytarmaq üçün “Səni axtarıram” proqramına üz tutan qadının halı efirdə pisləşib.

    56 yaşlı qadının qaçırdığı 36 yaşlı oğlanın anasi reklam vaxtı fəryad edib və huşunu itirib.

    Verilişin əməkdaşları qadını özünə gətirmək üçün Təcili Tibbi Yardım çağırmağa məcbur qalıblar.

    Sözügedən görüntüləri təqdim edirik:

    //Baku.ws

  • “O hadisə uşaqlığımızın son gecəsi idi” – Tahir İmanov (VİDEO)

    ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları olub.

    Tahir İmanov 1 apreldə başına gələn maraqlı əhvalatdan danışıb:

    “Ən məşhur 1 aprel zarafatı 1995-ci ilə təsadüf edir. O vaxt biz Heydər Əliyev sarayında aprelin 1-i komandayla çıxış etməli idik. Danışdıq ki, 1 aprel günü saat 2-də əsas məşqi keçirək. Ondan sonra 1, 2 saat istirahət edək və axşam saat 7-də də konsertimizə çıxaq. Bəhram 31-i gün mənə zəng edib dedi ki, vaxt dəyişib, sən saat 10-da gəl. Mən də dəqiq, punktual adam kimi 10-nun yarsı orda oldum. Gəlmişəm sarayın arxa qapısına və heç kim yoxdur. Təkcə mühafizə xidmətinən olan bir nəfərdir. Məni görüb təccübəndi ki, qardaş nə olub, nə xəbərdir? Deyirəm ki, məşqə gəlmişəm. Deyir ki, axı heç kim yoxdur. Birazdan gələrlər dedim və 3 saat yarım mən bunları gözləmişəm. Sonra gördük ki, Bəhram gülə-gülə gəldi”.

    Əməkdar artist gülüş günü özlərinin xalq artisti Bilal Əliyevə etdiyi zarafatdan da söhbət açıb:

    “Anar Məmmədxanov xalq artistinin sənətini çox sevirdi, ona böyük dəyər verirdi. Biz birlikdə Amerikaya getmişik. Hətta Bilal Əliyev Nyu-York-da “Planet Parni iz Baku”nun konsertində də iştirak edib. Çox yaxın ünsiyətimiz var idi, o qədər yaxın idik ki, zaraftlaşa da bilirdik. Dedim sabah, yəni aprelin 1-i Anarın çox vacib qonaqları olacaq. Sən ora bir surprizlə əlində qaval, başında papaq və bir dəstə gülnən, içəri girəndə təsnifdən və ya müğamdan oxuya-oxuya gəl. Bir də gördüm ki, Anar zəng edir ki, neynəmisiz?.. İndi belə zarafatlar etmirik. Demək olar ki, uşaqlığımızın son gecəsi idi”.

  • Ülviyyədən Flora Kərimovaya ağır sözlər: Bu ahıl yaşında çılpaq halda hamamda uzanan siz deyildinizmi?

    Aparıcı Xoşqədəm Hidayətqızı videosu yayılan məlum üç qız haqda deyib ki: “Onları elə etmək lazımdır ki, insan içinə çıxmağa üzləri olmasın”.

    Mən demirəm ki, qızlar düz hərəkət ediblər. Bəli, mental dəyərlər baxımından o xanımlar öz əməlləri ilə gənc ömürlərini, təmiz adlarını puç etdilər.
    Amma maarifləndirmədən danışan xanım, sənin heç səhvin olmadımı? Ya bəlkə, ərin Doğuş kamera qarşısında heç çılpaq poz vermədimi? Bəs, onda onu niyə bağışladın? Ona ər, övladlarına ata olmaq statusu verdin? Bu gənc qızların da ikinci şansa, səhvlərini anlayıb bağışlanmağa haqqları yoxdurmu?
    Xalq artisti Flora Kərimova: “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?! – deyərək, məlum video səbəbkarlarını rəzil edib.

    Ey hörmətli xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin: “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” – deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” – deyərək fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?

    Axı, niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz – tv və sənət divaları özünüzü mənəviyyat polisi kimi aparıb, bundan riyakarlıqla istifadə edirsiniz?

    Ötən ay Prezidentimizin əfv fərmanı ilə vaxtilə qətl törətmiş cinayətkarlar belə əfv edildi.

    Bu qızlar hansı qətlin, cinayətin səbəbkarı oldu ki?

    Nə etdilərsə, özlərinə etdilər…

    Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum-qardaşlarını niyə cinayətə sövq edirsiniz? Heç vicdanınız, insafınız qalmadımı? Yoxsa o baxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz?

    Budurmu maarifləndirmə? Budurmu tərbiyyə?
    //azxeber.com

  • 25 yaşlı oğlan öldürüb, meyiti hissələrə bölərək üç rayonda basdırdılar – Azərbaycanda dəhşətli hadisə

    Azərbaycanda 25 yaşlı oğlan öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırılıb.

    “Report”un xəbərinə görə, qətl hadisəsi Masallı rayonunda baş verib.

    Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.

    Bir müddət sonra – bu ilin yanvar ayının 28-də S.Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. O, həmin gündən itkin düşmüş şəxs kimi axtarışa verilib.

    Bu il martın 28-də Ə.Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Ə.Ələkbərlinin yanvarın 25-də Masallı rayonunda yerləşən “ADU Piramida” istirahət mərkəzində S.Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub. Məlum olub ki Ə.Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb. Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb. İmişli rayonunda meyit balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıblar. Hazırda A.Ağamalızadə və Ə.Ələkbərli saxlanılıb, onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb.

    Araşdırmalar davam etdirilir.