Month: April 2019

  • Bakıda 13 yaşlı oğlan “Oba” marketə silahlı hücum etdi

    Paytaxtda “Oba” şəbəkəsinə aid marketə qarət məqsədilə silahlı hücum olub.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

    Məlumata əsasən, aprelin 1-də naməlum şəxs mağazaya basqın edərək, əlində olan soyuq silahla 33 yaşlı kassir Mahirə Əhmədovanı təhdid edib, kassa aparatında olan 205 manat pulu oğurlayıb.

    İnsidenti araşdıran Yasamal rayonunun 28-ci polis bölməsinin əməkdaşları şübhəlinin izini tapıb. Cinayətkar 13 yaşlı Mingəçevir şəhər sakini Murad Mustafayevdir.

    Daha bir qarət ötən günlərdə Səbail rayonu ərazisində, Saylan şosesinin yanındakı parkda baş verib. İki naməlum şəxs 36 yaşlı Ağcabədi sakini Rüstəmov Pərviz Rizvan oğlunun boğazına bıçaq dirəyərək, ondan pul istəyib. Rüstəmovun üzərində pul olmadığından onu döyərək, hadisə yerindən qaçıblar.

    Hazırda Səbail rayonunun 8-ci bölməsinin əməkdaşları cinayətkarların yaxalanması istiqamətində iş aparır.

    Qeyd edək ki, mart ayı ərzində paytaxt ərazisində ümumilikdə altı silahlı qarət qeydə alınıb.

  • Yol Polisi Bakının mərkəzindəki dəhşətli qəzanın – təfərrüatlarını açıqladı (VİDEO)

    Bakı şəhər Baş Polis İdarəsi bu gün səhər saatlarında Nəsimi rayonunda baş vermiş yol qəzasının təfərrüatlarını açıqlayıb.

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov SalamNews-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 10:19-da baş verib:

    “Rəşid Behbudov küçəsi ilə hərəkət edən “MG” markarlı 90-NV-350 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü, Xətai rayon sakini Əmiraslanov Ramiz Nəcəfqulu oğlu sükan arxasında qəfil ürək tutmasından vəfat edib. Avtomobil hərəkətdə olduğu üçün Şəmsi Bədəlbəyli küçəsində piyada zolağı ilə hərəkət edən pyadaları vuraraq qarşıda Bakubusa məxsusu 5 nömrəli avtobusa çırpılaraq dayanıb. Hadisə zamanı bir xanım piyada yerindəcə həlak olub, 2 nəfər isə ağır yaralanıb”.

    İdarə rəsmisi həmçinin əlavə edib ki, hadisə ilə bağlı Nəsimi Polis İdarəsində araşdırma aparılır.

  • “İrşad Electronics”in rəhbərinin anası da dünyasını dəyişdi

    Bir müddət öncə müəmmalı şəkildə ölən “İrşad Telekom” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin anası Züleyxa Hacıyeva dünyasını dəyişib.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, Züleyxa Hacıyeva uzun sürən xəstəlikdən sonra martın 31-də həyatdan köçüb. O, ölümündən bir neçə ay əvvəl oğlu İrad Hacıyevin mal-mülkünün, biznesinin ələ keçirilməsi üçün öldürüldüyünə dair açıqlamalar vermişdi.

    Yada salaq ki, İrad Hacıyevin meyiti 14 sentyabr 2018-ci ildə yaşadığı ünvanda aşkar edilib. Ortada olan məlumatlardan belə aydın olur ki, həmin gün səhər İrad Hacıyev evdən çıxıb işlərinin dalınca getməyə hazırlaşıb. Gündəlik idman stilindən həmin gün imtina edən məşhur biznesmen klassik geyimdə evdən çıxmağa hazırlaşırmış. İrad Hacıyev kostyum geyinib evdən çıxıb, işgüzar görüşə gedəcəkmiş… Lakin İrad Hacıyev iş dalınca gedə bilməyib. Həmin gün onun meyitini mənzilindəki vanna otağında həyat yoldaşı Nigar Hacıyeva (Qəhrəmanova) aşkar edib.

    Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu iş adamının intihar etdiyini açıqlasa da, anası oğlunun qətlə yetirildiyini iddia etmişdi.

  • Videodakı çılpaq qızlardan biri açıqlama yaydı: Peşmanam…

    Qalmaqallı video ilə gündəmə gələn 3 çılpaq xanımdan biri açıqlama yayıb.

    Median.Az “Yeni Sabah”-a istinadən xəbər verir ki, o sosial şəbəkə hesabında atdığı addımdan peşman olduğunu qeyd edib:

    “Artıq suallar verməyin, videodakı mənəm. Bizi tutmayıblar. Özümüz Cahiddən şikayətçi olmuşuq. Videonun silinməsi barəsində polisə müraciət etmişik. Sağ olsunlar, köməklik göstərdilər. Video yaxın günlərdə bütün səhifələrdən silinəcək. Bir şeyi başa düşdüm ki, bu ölkədə hər kəs yıxılanı daşlamağa çalışır”.

    O həmçinin, “mənim haqqımda artıq yazanları şikayət edəcəyəm” deyə xəbərdarlıq da bildirib.

    Qeyd edək ki, paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunan məclisdə iştirak edən 3 qadının mahnı oxuyan yerdə çılpaq görüntüləri yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ictimai qınağa tuş gələn görüntülər məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

  • Bakıda avtobus mağazaya çırpıldı: yaralılar var – VİDEO

    Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

    Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb.

    Bildirilib ki, 62 saylı sərnişin avtobusu metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında mağazaya çırpılıb.

    Qəzanın səbəbləri məlum deyil. Hadisə zamanı yaralıların olduğu qeyd edilib.

  • Alıcılara yeni kassa çekləri veriləcək

    Azərbaycanda tətbiqinə başlanılacaq yeni nəsil kassa aparatları hesabına kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq.

    Bununla bağlı Vergilər Nazirliyi məlumat yayıb.

    Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir.

    Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.

    Yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Belə ki, kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir.

    Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar.

    Bununla yanaşı, yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çeki yoxlamaq mümkündür. Bunun üçün həmin saytdakı “Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım olacaq.

    Vətəndaşlar “QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

    Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.

    Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Belə ki, vətəndaşlar alış-veriş edərkən kassa çeklərini tələb etməlidirlər. Çünki kassa çekinin təqdim olunması alış-veriş zamanı keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır.

    Bundan əlavə, çeklərin təqdim olunması dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

  • Президент посетил воинскую часть

    Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев 2 апреля посетил N-скую воинскую часть сил особого назначения Министерства обороны.

    Как передаёт Median.Az, об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev hərbi hissədə

    Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • “Diqlas”da malları yanan sahibkarlara ayrılan vəsait necə veriləcək?

    “Diqlas” Ticarət Mərkəzində malları yanan sahibkarlara ayrılan vəsaitin verilməsi qaydası hazırdır. Hazırda qaydalar təsdiqlənmə prosesindədir və bu günlərdə açıqlanacaq.

    İqtisadiyyat nazirinin birinci müavini Sahib Məmmədovun sözlərinə görə, sahibkarlarla görüş martın 31-də yekunlaşıb.

    Nəticədə, bu hadisə ilə bağlı 441 sahibkarla fərdi qaydada görüş keçirilib və onlar zərərçəkən kimi tanınıb.

    Xatırladaq ki, sahibkarlar üçün prezidentin ehtiyat fondundan üç milyon manat vəsait ayrılıb.

    Zərərçəkənlərə dəyən ziyanın ödənilməsində “Diqlas”ın sahiblərinin iştirakına gəlincə, nazir müavini bu suala cavab vermək istəmədiyini bildirib.
    //oxu.az

  • Обстрелы на границе Индии и Пакистана: погибли солдаты

    По меньшей мере три солдата армии Пакистана убиты, один получил ранения в результате обстрела индийскими военнослужащими линии контроля в районе Равалакот.

    Как передаёт Median.Az, об этом сообщает Dawn.

    По данным местных властей, Исламабад назвал атаку неспровоцированной, в ответ на нее пакистанская армия провела обстрел индийской стороны.

    Ситуация в Джамму и Кашмире, единственном штате Индии, где большинство составляют мусульмане, остается напряженной уже многие годы. На данный момент в Кашмире нет государственной границы: территорию разделяет линия контроля.

    В индийской части активно действуют группировки, выступающие за отделение от Индии. Нью-Дели обвиняет Исламабад в поддержке террористов, Пакистан опровергает эти заявления.