Month: April 2019

  • В Азербайджане вводится новый штраф

    В Азербайджане будет введен штраф за дачу заведомо ложного заключения по оценке воздействия на окружающую среду.

    В связи с этим вносятся изменения в Кодекс об административных проступках.

    В соответствии с этим изменением, умышленная дача ложного заключения по документам оценки воздействия на окружающую среду и стратегической экологической оценки будет караться штрафом в размере от 250 до 450 манатов.
    //Trend

  • На Абшероне волки за одну ночь загрызли 407 голов мелкого рогатого скота

    На Абшероне стая волков за одну ночь уничтожила 407 голов мелкого рогатого скота.

    Как передаёт Median.Az со ссылкой на ONA, на один из ангаров для скота в расположенном в Абшеронском районе зимнем пастбище «Хангулу» напала стая волков. В результате нападения было уничтожено 407 голов мелкого рогатого скота.

    Глава фермерского хозяйства Сейран Керимов заявил, что нападение произошло в течение одного часа, поскольку один раз в час пастухи проверяют животных.

    «Во время очерной проверки в два часа ночи они столкнулись с ужасной картиной. Волки загрызли более 400 баранов», – сказал он.

    По его словам, фермерскому хозяйству нанесен ущерб более чем на 60 тысяч манатов.

  • XİN-dən Kəlbəcərin işğalı və Aprel döyüşlərinin ildönümü ilə bağlı – BƏYANAT

    Xarici İşlər Nazirliyi Azərbaycanın Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.

    İşğal nəticəsində 60.000-nə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

    Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastrların original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib.

    Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir.

    2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.

    Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolu Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir.

    Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

    BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi.

    Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı.

    Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir.

    2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

    Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

    Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir”.

  • Aprel döyüşlərində əlil olanların müavinət və təqaüdləri ilə bağlı – AÇIQLAMA

    Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər 100 faizədək artırılıb.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib.

    Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb.

    Bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də, müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən, Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb.

    Eyni zamanda, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Belə ki, Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin ediliblər.

    Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır.

  • Тимошенко проиграла, Зеленский прошел во второй тур

    Шоумен и глава партии «Слуга народа» Владимир Зеленский и действующий президент Украины Петр Порошенко после обработки 97,48% протоколов гарантированно проходят во второй тур выборов президента Украины.

    Как передаёт Median.Az со ссылкой на ТАСС, об этом сообщает ЦИК Украины.

    Другие кандидаты лишились такой возможности, и обработка оставшихся протоколов этого не изменит.

    В настоящий момент В.Зеленский набрал 30,24%, П.Порошенко – 15,93%. За ними, получив 13,39% голосов, следует лидер «Батькивщины» Юлия Тимошенко.

    Напомним, первый тур выборов президента Украины состоялся 31 марта.

    Отметим, что второй тур пройдет 21 апреля.

  • Timoşenko məğlub oldu, Zelenski ikinci tura keçdi

    Ukraynada prezident seçkilərinin ikinci turuna “Xalqın xidmətçisi” partiyasının başçısı Vladimir Zelenski və hazırkı prezidenti Pyotr Poroşenko keçib.

    TASS-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

    Məlumata görə, seçki bülletenlərinin 97,48 faizinin hesablanmasından sonra adıçəkilən iki namizəd avtomatik olaraq ikinci mərhələyə “vəsiqə” qazanıb. Onlar hesablanmış səslərin müvafiq ardıcıllıqla 30,24 və 15,93 faizini toplayıb.

    Digər seçki iştirakçıları, o cümlədən, elektoratın 13,39 faizinin etimadını qazanmış keçmiş baş nazir Yuliya Timoşenko lazımi qədər səs toplamadığına görə seçkilərin ikinci turunda iştirak etməyəcək.

    Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ilk mərhələsi martın 31-də keçirilib. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyinə görə prezidentin kimliyinə ikinci mərhələdən sonra aydınlıq gələcək.

    Qeyd edək ki, seçkilərin ikinci turu aprelin 21-də keçiriləcək.

  • Ильхам Алиев сделал публикацию об апрельской победе – ВИДЕО

    На странице в Facebook и официальном YouTube-канале Президента Ильхама Алиева выложен видеоролик, посвященный апрельской победе азербайджанской армии.

    Под видеороликом размещен комментарий: «Гордимся нашими героями! АПРЕЛЬ 2016».

    Напомним, что исполняется три года со дня апрельских боев между Азербайджаном и Арменией (армянскими сепаратистами), завершившихся победой азербайджанской армии.

    Представляем вам данное видео:

  • İlham Əliyevdən Aprel qələbəsi ilə bağlı paylaşım – VİDEO

    Prezident İlham Əliyev “Facebook” səhifəsində və Azərbaycan prezidentinin “YouTube” kanalında Azərbaycan ordusunun Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.

    Videoçarxa “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” şərhi verilib.

    Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından üç il ötür.

    Həmin videonu təqdim edirik:

  • Скончался Ровшан Алмурадлы

    Ушел из жизни актер, режиссер и сценарист Ровшан Алмурадлы.

    Он скончался утром 2 апреля от сердечного приступа.

    Отметим, что Р.Алмурадлы родился в Баку 19 апреля 1945 года.

    В 1976 году он окончил актерский факультет Азербайджанского государственного института искусств имени М.А.Алиева, после чего работал актером в театрах Азербайджана.

    В 1987 году Р.Алмурадлы окончил институт повышения квалификации при Министерстве культуры СССР (Москва) по специальности «режиссура драмы».

    Стажировался в Московском академическом театре сатиры у народного артиста СССР В.Н.Плучека. В 1987-1988 годах – режиссер-постановщик Сумгайытского театра им. Г.Араблинского, в 1988-1990-х – главный режиссер Мингячевирского театра им. М.Давудовой.

    В 1990-2003 годах Р.Алмурадлы работал режиссером AZTV, «Азербайджантелефильма». С 2005 года – режиссер-постановщик Академического национального театра Азербайджана (Баку).

  • Rövşən Almuradlı vəfat etdi

    Rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib.

    Onun bu gün səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

    Məlumat üçün bildirək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakıda anadan olub.

    1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

    O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Vəzifə” tamaşasının quruluşçu rejissoru olub.

    1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin “Dərviş və ölüm”, 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin “Bayramın birinci günü”, 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının “Dəyirman” əsərlərinin quruluşçu rejissoru olub.

    Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun “Qətl günü”, V. Sergeyevin “Bağlı qapı arxasında iki nəfər” əsərlərinə quruluş verib.

    1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biri olub.

    1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olub.

    1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümid” bədii filminin müəllifidir.

    2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru, 2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinin rejissoru olub.

    2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.