Month: April 2019

  • İlham Əliyev Ramzan Kadırovun müşavirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırdı və bildirdi ki, Ramzan Kadırov Prezident İlham Əliyevi özünə qardaş hesab edir. Çeçen xalqının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi heç vaxt unutmayacağını vurğulayan Adam Delimxanov ən çətin vaxtlarda Heydər Əliyevin onlara göstərdiyi qayğı və dəstəyi böyük ehtiramla xatırladı. O, xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi.

    Prezident İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ramzan Kadırova çatdırmağı xahiş etdi və qeyd etdi ki, onu Ramzan Kadırovla qardaşlıq əlaqələri bağlayır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri var və tarix boyu bu əlaqələr daim möhkəmlənib.

    Prezident İlham Əliyev Ramzan Kadırovun bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırlayaraq Ramzan Kadırovun çeçen xalqının lideri Hacı Əhməd Kadırovun siyasətini uğurla davam etdirdiyini, Çeçenistanda sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini qeyd etdi.

    Söhbət zamanı Azərbaycan ilə Çeçenistan Respublikası arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da inkişafı baxımından əhəmiyyəti vurğulandı.

  • В Нидерландах запретят носить никабы и бурки в школах, больницах и транспорте

    Закон, устанавливающий частичный запрет на ношение женской одежды, закрывающей лицо, вступит в силу в Нидерландах 1 августа.

    Как передает Median.az со ссылкой на ТАСС, об этом сообщило в понедельник правительство страны.

    Оно уточнило, что под запретом окажутся бурка (женское одеяние, похожее на паранджу и полностью закрывающее тело и лицо) и никаб – женский головной убор с узкой прорезью для глаз. Новые правила начнут действовать с 1 августа.

    «С этого момента закрывающую лицо одежду нельзя будет носит в учреждениях образования и здравоохранения, правительственных зданиях и общественном транспорте», – говорится в пресс-релизе, распространенном властями Нидерландов.

    Изначально закон должен был вступить в силу 1 июля. Однако вице-премьер, министр внутренних дел и по делам королевства Кайса Оллонгрен перенесла этот срок на месяц по просьбе образовательных учреждений. Ранее ряд учебных заведений заявили, что столкнутся с трудностями, если запрет вступит в силу во время учебного года.

    Документ был принят нижней палатой национального парламента в 2016 году, а в июне 2018 года его одобрил Сенат. Запрет распространяется на бурки, никабы, а также балаклавы (маски, закрывающие лица) и мотоциклетные шлемы. Нарушителям этих правил будет грозить штраф в размере до 410 евро.

  • Ac qalanda bədəndə möcüzə baş verir – Məşhur alimdən MARAQLI ARAŞDIRMA

    İnsan da canlı hüceyrə kimidir. Məhv olub, parçalarından doğulur. 2106-cı ildə Nobel mükafatına layiq görülən Esinori Osumi autofagiya adlanan bu mexnizmin çalışdığını sübut edib. Bədənimizin hüceyrələri mütəmadi olaraq yenilənir. Hər bir orqana yenilənmək üçün müəyyən qədər vaxt tələb olunur. Lakin bərpa olunmayan hüceyrələr də var.

    Median.Az professor Osuminin məz bu kəşfi haqda yazını təqdim edir.

    İnsan biogiyasını öyrənən professor ömrünün böyük hissəsini autofagiya prosesinin öyrənilməsinə həsr edib. Belə ki, orqanizm bədənin zülal tərkibini parçalayıb, amin turşusuna çevirir. Sonra isə yeni hüceyrə yaratmaqda həmin turşulardan istifadə edir. Orqanizm adətən zədələnmiş hüceyrə və bakteriya şəklində olan öz zülal ehtiyatından da istifadə edə bilər. Orta statistikaya görə insan gün ərzində təqribi 70 qr zülal qəbul edir. Odur ki, tərkibindəki zülal tüllantılarından da faydalanır. Təəssüf ki,bu yolla xərçəng hüceyrələrini və təhlükəli viruslara yaxalanmıış bakteriyaları neytrallaşdırmaq mümkün deyil.

    Araşdırması boyu professor Osumi ac qalaraq öz bədənini tədqiq edir. Bu üsulla orqanizm toksin hüceyrələrini parçalayıb tullantılardan azad olur. Nə qədər çox ac qalsanız, orqanizm bir o qədər çox yaşayır, və daha çox enerji “istesal” edir. Bədən daha az xəstəliyə yoluxur. Az kalorili qidalar isə orqanizmi cavanlaşdırır. Maddələr mübadiləsi tezləşir, ürək-damar xəstəlikləri azalır.

    Osumi deyir ki, bu yolda 8 saatlıq pəhrizdən istifadə edə bilərsiniz. Məsələn səhər saat 8-də və 16-da qidalanaraq bədəninizi 8 saat ac saxlayırsınız.

    İkinci metod isə su pəhrizidir. Həftənin bir günü yalnız su və şəkərsiz meyvə şirələri qəbul etməklə bədənizi təmizləyib, hüceyrələri bərpa edirsiniz. Su pərizini yalnız yazda, yaxud il ərzində davam etdirə bilərsiniz. (publika.az)

  • Yazın ən böyük təhlükəsi

    Gözünüzün sağlamlığı üçün vacib amillərdən biri də günəş eynəyinin düzgün seçilməsidir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, uşaqlar da mütləq gün eynəyindən istifadə etməlidir.

    Günəşin şüalarının çıxdığı vaxta diqqət…

    Atmosferdə, ozon qatında baş verənlər nəticəsində yerə zərərli günəş şüalarının düşdüyü məlumdur.
    İşığın daha çox təmas etdiyi yerlər yaz aylarında günəş şüalarının daha çox olduğu dəniz kənarı, qarla örtülü bölgələr və ya yüksək təbəqəli yerlərdir.

    Araşdırmalara görə, yaşlandıqca dəri və göz problemlərinin ortaya çıxmasına səbəb uşaq yaşlarında ultrabənövşəyi şüalara məruz qalmaqdır. Uşaqlar və yeniyetmələr zamanlarının çoxunu çöldə keçirdiyi üçün onlarda daha çox ultrabənövşəyi şüalara rast gəlinir.

    Günəş şüalarından qorunmağın ən yaxşı yolu papaqlardan istifadə etməkdir. Bu, günəş şüalarından qorunmağın ən sadə üsuludur və şüanın yarısının önünü kəsir. Ancaq günəş şüalarının daha çox olduğu sahillərdə mütləq günəş eynəklərindən istifadə olunmalıdır.

    Günəş eynəklərini alarkən, nəyə fikir verilməlidir…

    Şüşələr tez sınan olmasın.

    Çərçivəsi dözümlü olsun.

    Eynəyin düşməməsi üçün arxadan rezin bantla bağlanmalıdır.

    Ucuz eynəklərdən qaçın. Uşaqların gözü həssas və toksit maddələrə qarşı olduğu üçün ciddi problemlər yarana bilər.

  • Четверо боксеров Азербайджана стали чемпионами

    В Баку завершился международный турнир по боксу «Великий шелковый путь».

    Как сообщает azerisport.com, победы одержали четверо боксеров сборной Азербайджана. Это Месуд Юсифзаде (52 кг), Тайфур Алиев (56 кг), Камран Шахсуварлы (75 кг) и Рауф Рагимов (81 кг) стали чемпионами. Шахсуварлы стал самым техничным боксером турнира.

    В других весах победы одержали боксеры Узбекистана (3), Казахстана, Марокко и России.

    Отметим, что чемпионы мира Эльвин Мамишзаде (52 кг) и Джавид Челябиев (60 кг) проиграли в полуфинале.

  • Niderlandda ictimai yerlərdə niqab avqustun 1-dən qadağan olunacaq

    Niderlandda üzü bağlayan geyimlərin qadağan edilməsi ilə bağlı qərar cari ilin avqust ayınınbirində qüvvəyə minəcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində pərəncə və niqab (üz örtüyü – “Report”) gadağan ediləcək.

    Qaydanı pozanları 410 avro cərimə gözləyir. Qadağanı özündə əks etdirən qanunu 2016-cı ildə parlamentin ikinci palatası, 2018-ci ildə isə Senat qəbul edib.

    Qeyd eək ki, bundan öncə Danimarka, Avstriya, Belçika, Fransa, İsveçrə və İspaniyanın bir sıra rayonlarında, Kanadanın Kvebek əyalətində bu cür qadağalar tətbiq edilib.

  • 42 yaşlı “bomj” yol kənarında öldü

    Göygöl rayonunda yolun kənarında meyit tapılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, daxil olan məlumat əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, meyit Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 1, mənzil 12-də yaşayan, 1977-ci il təvəllüdlü Salahov Aqil Fəxrəddin oğluna məxsusdur.

    Müəyyən edilib ki, A.Salahov uzun müddətdir spirtli içki qəbul edərək tüfeyli həyat tərzi keçirirmiş.

    Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

  • Азербайджанка на обложке известного глянцевого издания – ФОТО

    Проживающая долгое время в Турции азербайджанская актриса Несрин Джавадзаде попала на обложку нового выпуска популярного турецкого издания Formsante.

    Об этом сообщила сама актриса на своей странице в соцсети Instagram.

    В интервью журналу Джавадзаде раскрыла секреты своей идеальной фигуры, рассказала о занятиях спортом и соблюдаемом ею режиме правильного питания.

  • Suyu iki dəfə ardıcıl qaynatmayın: Dəhşətli fəsadları var

    Yəqin ki, bir çoxlarınız çay və ya qəhvə hazırlamaq üçün suyu çaydana töküb qaynamağa qoymusunuz.

    Telefon zəngi, sevimli serial, ailə üzvlərindən kiminsə sizi çağırması və s. bu kimi səbəblərdən çay içməyi unutmusunuz.
    Mətbəxə qayıtdıqda çaydandakı suyun artıq soyuduğunu görüb onu yenidən isitmisiniz. Lakin suyun təkrarən isidilməsinin sağlamlığıa nə qədər ziyanlı olduğunu bilirdinizmi?

    Belə ki, qaynadıqdan sonra suyun tərkibi dəyişir, zərərli maddələr buxarlanır və su içmək üçün təhlükəsiz olur. Ancaq su uzun müddət qaynadıqda və ya təkrarən isidildikdə onun tərkibindəki kimyəvi maddələr buxarlanmaq əvəzinə yenidən yığılmağa başlayır.

    1. Mərgümüş (Мышьяк)

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iddia edir ki, mərgümüş suyun tərkibində olduqda əhalinin sağlamlığı üçün daha çox təhlükə yaradır. Mərgümüş orqanizmdə tədricən yığılaraq mədə-bağırsaq traktı xəstəlikləri, periferik nevropatiya, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, dəri zədələnmələri, diabet və hətta xərçəng kimi xəstəliklərə gətirib çıxara bilər.

    2. Nitratlar

    Nitratlar yalnız torpaqda deyil, suda və hətta havada belə mövcuddur. Su yüksək temperatura məruz qaldıqda nitratlar kanserogen nitrozaminlərə çevrilir ki, bu maddələr də yumurtalıq xərçəngi, yoğun bağırsaq, sidik kisəsi, mədəaltı vəz, qida və mədə xərçəngi kimi xərçəng növlərini əmələ gəlməsinə səbəb ola bilər.

    3. Flüor

    Suyun tərkibində olan flüorun insan sağlamlığı üçün təhlükə yaratdığı faktı artıq təsdiqlənib. Elmi-tibbi jurnallardan birində içməli suda olan flüorun uşaqlarda IQ səviyyəsinin düşməsinə səbəb olduğunu təsdiq edən araşdırmanın nəticələri dərc olunub. 2013-cü ildə aparılan araşdırmalar isə flüorun dişi siçanlarda doğuş qabiliyyətini azaltdığını göstərib.

    Beləliklə, su təkcə arıqlamağa xidmət etmir, eyni zamanda düzgün istifadə olunmadıqda orqanizmə zərər verə bilər. / Milli.az

  • Cəlilabadda oğul atasını qətlə yetirdi – Samovara görə

    Martın 30-da Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib. Keçmiş məhkum 83 yaşlı atasını qətlə yetirib. Hadisə rayonun Göytəpə kəndində baş verib.

    Bu gün qətl hadisəsinin təfərrüatı məlum olub.

    Belə ki, 1936-cı il təvəllüdlü Feyzulla Dadaşovu öz oğlu, 1976-ci il təvəllüdlü Oktay Dadaşov döyərək qətlə yetirib.

    Ata ilə oğul arasında münaqişə samovara görə yaranıb. Feyzulla Dadaşov oğlundan daha əvvəl ona verdiyi samovarı qaytarmasını istəyib. Oktay Dadaşov samovarı geri versə də, atası bunun həmin samovar olmadığını bildirib. Beləliklə münaqişə yaranıb və əvvəllər məhkum olunmuş O.Dadaşov əlindəki bel ilə atasına zərbələr vurub və onu pilləkandan aşağı itələyib.

    Aldığı xəsarətlər F.Dadaşovun ölümünə səbəb olub.

    Oktay Dadaşov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən narkotik vasitə olan heroin götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam edir