Month: April 2019

  • Çilpaq videosu yayılan qızlardan biri nişanlı olub – Videonun şok təfərrüatı…

    Qızların çilpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub.

    Nəsimi Rayon Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat verirlər.

    İlkin olaraq məlum olub ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, olayın “qəhrəmanı” Cahid Kərimov adlı şəxs yeni aldığı “Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili “yumaq” üçün məclis təşkil edib. Və həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidi təklifi ilə soyunaraq meyxana deyiblər.

    Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracaqlarını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər.

    Polisdən bildirilib ki, izahatları alındıqdan sonra qızlar sərbəst buraxılacaq. Hadisənin kişi iştirakçıları ilə bağlı isə araşdırmalardan sonra müvafiq tədbir görüləcək.

    Hadisə ilə bağlı yaxın dəqiqələrdə DİN rəsmi açıqlama yayacaq.

    İdarədən redaksiyaya eyni zamanda vurğulanıb ki, həmin şəxslərdən birinin döyülməsi ilə bağlı foto həqiqəti əks etdirmir.

  • Hərbi xidmətə çağırış başladı

    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 30-dək davam edəcək çağırış prosesində gənclər hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanacaq. Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

    Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Azərbaycan Respublikasında 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə martın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. Bununla yanaşı vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə və ya mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə məlumat ala bilirlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

  • Задержаны лица, грабившие дома в поселке Сарай

    Как сообщает Median.Az, сотрудники Апшеронского РУП в ходе оперативно-розыскных мер задержали жителя района, ранее судимого И.Нагиева, который украл в поселке Сарай из 7 домов деньги и золотые украшения.

    Кроме этого, сотрудники Апшеронского РУП в результате оперативно-розыскных мер задержали жителей г.Сумгайыт М.Ализаде и М.Джафарова, которые в ночь на 17-е марта в поселке Сарай украли из одного дома 500 манатов и золотые украшения на сумму
    4000 манатов.

    В Следственном отделе РУП возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Saray qəsəbəsində evləri qarət edən şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbəsindı 7 evdən pul və qızıl-zinət əşyaları oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nağıyev saxlanılıb.

    Bundan başqa, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-nə keçən gecə Saray qəsəbəsində, evlərin birindən 500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Sumqayıt şəhər sakinləri M.Əlizadə və M.Cəfərov saxlanılıblar.

    RPİ İstintaq şöbəsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • BDU-nun həyətindəki çayxana sökülüb – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) həyətində tələbə və müəllimlər üçün nəzərdə tutulmuş “Pepsi” adlanan çayxana sökülüb.

    Median.Az report-a istinadən xəbər verir ki, çayxanada söküntü işlərinə bu ilin yanvar ayından başlanılıb.

    Qeyd edək ki, həmin çayxanada qiymətlər nisbətən ucuz olub. Burada bir çaynik çayın qiyməti əvvəllər 10-20 qəpik, sonralar isə 30 qəpik məbləğində müəyyənləşmişdi.

  • Ağsuda yol uçdu, yeddi kəndlə əlaqə kəsildi

    Bu gün səhər saatlarında Ağsu – Xanbulaq avtomobil yolunda torpaq uçqunu baş verib.

    Rayonun ucqar dağ kəndlərindən olan Xanbulaq kəndinin yaxınlığında yolun bir hissəsi uçub.

    Dağın yamac hissəsindən axan torpaq qatı yola tökülüb. Həmin istiqamətdə hərəkətdə olan Yük maşını bataraq yolda qalıb.

    Hazırda Xanbulaq Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Ərazi aktiv sürüşmə zolağında yerləşir və sürüşmə davam edir.

    Səhər saatlarında kənddən rayona və əks istiqamətdə hərəkətdə olan avtomobillər uçqun səbəbindən yolda qalıb.

    Sözü gedən yolda 4 nöqtədə sürüşmələr qeydə alınıb.

    Hazırda əraziyə texnika cəlb olunub yolun uçqun vurmuş nöqtəsində işlər aparılır.

    Torpaq uçqununa intensiv yağışlarin səbəb olduğu bildirilir.
    //oxu.az

  • Bakıda bədən tərbiyəsi müəllimi niyə axundu öldürüb? – TƏFƏRRÜAT

    Bakıda bədən tərbiyəsi müəlliminin məscid axundunu güllələməsinin səbəbi məlum olub.

    Sabunçu rayonunun 15-ci polis bölməsinin əməliyyatçılar martın 31-də məscid axundu olan qardaşı – 43 yaşlı Hacı Kamran Şamilovu güllələmiş kişini saxlayıb.

    Bu haqda Sabunçu Rayon Polis İdarəsindən məlumat veriblər.

    Qeyd edək ki, martın 31-də , 16:10 radələrində Bakının Zabrat qəsəbəsində qardaşlar arasında münaqişə yaşanıb. Hüseynbala Şamilov TOZ-34 ov tüfəngindən K.Şamilovu evi qarşısında güllələyib. Sonuncu döş nahiyəsi və qarnında aldığı iki güllə yarası nəticəsində həyatını itirib.

    H.Şamilov cinayət yerindən qaçsa da, tezliklə əməliyyatçılar onu həmin qəsəbədə yerləşən evində saxlayıb. Hüquq mühafizə orqanı əməkdaşları cinayət aləti olan ov tüfəngini müsadirə edib.

    İlkin istintaq çərçivəsində saxlanılan şəxs verdiyi ifadədə, qardaşı ilə mübahisənin torpaq sahəsinə görə düşdüyünü bildirib. Onun dediyinə görə, məscid axundu olan K.Şamilov onun torpaq sahəsini mənimsəyib.

    Məlum olub ki, axund müsəlmanların müqəddəs yerlərə ziyarətlərin təşkili ilə məşğul olub, qardaşı isə bədən tərbiyəsi müəllimi işləyib. Faktla bağlı araşdırma davam edir.

    Öz növbəsində, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş insidentdə adı dindar, axund kimi keçən Hacı Kamran və Hüseynbala adlı iki qardaş din xadimi deyillər və heç bir rəsmi təyinatları yoxdur.

  • Azərbaycanda bir ildə övladlığa götürülən uşaqların sayı açıqlandı

    2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa götürülüb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bu da 2017-ci illə müqayisədə, 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq, 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq, 349 nəfər olub.

    2018-ci ildə əvvəlki illə müqayisədə, övladlığa götürülmüş üç yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

    Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da dördü qızdır.

    2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülməsi barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.

  • Sinoptiklər yağışlı hava vəd edirlər

    Bakıda və Abşeron yarımadasında aprelin 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatında deyilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • В Азербайджане построят автобусный завод

    Строительство завода по производству автобусов в Гаджигабульском промышленном квартале начнется в ближайшие месяцы.

    Об этом сообщил председатель правления ОАО «Азермаш» Эмин Ахундов.

    По его словам, строительство объекта будет завершено к концу следующего года:

    «Ведутся переговоры с соответствующими структурами об использовании автобусов внутри страны. Автобусы отечественного производства будут дешевле. Но в основном они будут экспортироваться в соседние страны».

    Отметим, что на начальном этапе на заводе планируется выпускать 500 автобусов европейских и азиатских производителей. Предприятие будет расположено на площади около 5 гектаров и обеспечит работой 100 человек. Стоимость проекта составляет 11 млн манатов.

    В Нефтчалинском промышленном квартале будут производиться запчасти для автомобилей. Стоимость проекта составляет 7 млн манатов, в результате его реализации будет трудоустроено примерно 70 человек.

    Доля «Азермаш» в автобусном заводе составит 25%, а в проекте по производству запчастей – 50%.