Month: April 2019

  • Cəlilabad sakini atasını döyüb, öldürüb

    Median.Az xəbər verir ki, martın 30-u gecə saat 2 radələrində Göytəpə şəhərində yaşadığı evdə, əvvəllər məhkum olunmuş O.Dadaşov münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

    Cəlilabad RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Axtarış zamanı onun üzərindən narkotik vasitə – heroin götürülüb.

    Cəlilabad rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Sаkinlər standartlara cavab verməyən binаnın tikintisinə etiraz edir – Video

    Nəsimi rayon 4 cü mikrarayon Cavadxan küçəsi 68A ünvanın sаkinləri yаşаdıqlаrı ərаzidə stаndаrtlаrа cаvаb verməyən çoxmərtəbəli binаnın tikintisinə bаşlаnmаsındаn nаrаhаtdır.

    Bu barədə bizimyol.info-ya sakin Hicran Süleymanova məlumat verib.

    “Bizə kömək edin həyətimizdə gedən yüksək mərtəbəli binanin tikintisini dayandıraq. Həyətimiz zəbt edən “Memar İnşaat-2017” tikinti şirkəti 16 mərtəbəli bina tikir”.

    Bu günə qədər əlaqədаr dövlət qurumlаrınа sаkinlər üzləşdikləri bu problemin аrаdаn qаldırılmаsını xаhiş etsələr də, onlаrın mürаciətinə heç bir reаksiyа verilməyib: “Bakı şəhər İcra Hakimiyyəti məsələni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üstünə atır, bu komitədə icra hakimiyyətinin üstünə atır”.

  • Bakıda 30 ailənin həyatı təhlükədədir – Fotolar

    Hazırda qəzalı vəziyyətdə olan 30 ailənin yaşadığı yataqxananın sakinləri müraciət edib.

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxananın sakinləri müraciətdə həyatlarına olan təhlükəni vurğulayıblar.

    “Neçə illərdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən dözülməz şəraiti olan 17 saylı yataqxanada çox ağır şəraitdə yaşayırıq. Dəfələrlə aidiyyatı qrumlara müraciət etmişik, lakin heç bir köməklik etmirlər. Şablon cümlələrdən ibarət cavab məktublarından və boş vədlərdən artıq bezmişik. Böyük bədbəxt hadisələrlə üz-üzəyik. Yataqxanada tez-tez bədbəxt hadisələri baş verir. Belə hadisələrdən misal olaraq divarlarda və döşəmədə uçqunlar, elektirik xətlərində qapanmalar, sağalmaz infeksiyalar və bir çox ağır xəstəliklərin yayılmasını göstərmək olar. Özümüzün, körpə övladlarımızın və ağır xəstəliklərdən əziyyət çəkən yataq xəstələrimizin həyatı təhlükədədir. Uzun illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayan insanlar arısında son illərdə bronxit astma, bağırsaq infeksiyaları, ürək-damar xəstəlikləri, dəridə səpkilər, nevroz və s. xəstəliklər yaranmışdır. Bu ağır şəraitimizlə bağlı neçə illərdir ki, tez-tez müraciət edirik. Lakin nəticəsi yoxdur”,-deyə yataqxana sakinlərinin müraciətində bildirilib.

    Sakinlər onu da deyib ki, yataqxana 2 mərtəbəli olmaqla 1946-cı ildə tikilib: “Hazırda qəzalı vəziyyətindədir. Yataqxanada ummilikdə 30 ailə ağır şəraitdə yaşayır.

    Dəfələrlə Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin əməkdaşları yaşadığmız yataqxanaya baxış keçiriblər. 2015-2016-ci illərdə həmçinin 24 aprel 2017-ci il tarixində 17 saylı yataqxananın qəzalı olması haqqında akt foması, 2018-ci ilin oktyabr ayında isə sözü gedən yataqxanada insanların yaşaması üçün yolverilməz və təhlükəli olduğu barədə rəyi vardır.

    Bu rəy və aktlar Sabunçu Rayonu İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Lakin bu qrumlar tərəfindən heç bir iş görülmür. Yalnız və yalnız şablon cümlələrdən ibarət cavab məktublarından başqa. Yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balasındadır, lakin Sabunçu rayonu İcra Hakimiyyətinin yaşayış ərazisinə aiddir. Bu qrumlardan bizə köməklik edən tapılmır”.


    //Bizimyol.info

  • Житель Сальяна украл в метро у женщины кошелек

    Как сообщает Median.Az, сотрудники Управления уголовного розыска Главного управления полиции (ГУП) г.Баку, 25-го отделения полиции Низаминского РУП и отделения полиции метрополитена в результате совместной операции задержали жителя Сальянского района И.Джафарова, который 28-го марта на станции метро украл у жительницы столицы А.Байрамовой сумку, где было 200 манатов, 20 евро и документ.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Metorda qadının pulqabısını oğurlayan Salyan sakini tutulub

    Median.Az xəbər verir ki, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 25-ci polis şöbəsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 28-də Bakı şəhər sakini A.Bayramovanın çantasından, içərisində 200 manat, 20 avro və sənəd olan pulqabısını oğurlayan Salyan rayon sakini İ.Cəfərov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Синоптики обещают дожди

    В Баку и на Абшеронском полуострове 2 апреля ожидается переменная облачность, местами осадки, которые днем постепенно прекратятся. Умеренный северо-западный ветер в отдельных местах усилится.

    Об этом сообщили в Бюро гидрометеорологических прогнозов Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 5-7, днем – 9-13, в Баку ночью – 5-7, днем – 10-12 градусов тепла.

    Атмосферное давление с 753 мм повысится до 759 мм ртутного столба, относительная влажность составит 70-80%.

    В районах Азербайджана местами ожидаются осадки, которые могут принять интенсивный характер. В горных районах возможен снег, в отдельных местах – туман. Будет дуть западный ветер.

    Температура воздуха составит ночью 2-6, днем – 12-17 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 2-7 градусов тепла.

    Что касается медико-метеорологического прогноза, то слабое и умеренное колебание метеорологических факторов 2 апреля на Абшеронском полуострове будет благоприятно для метеочувствительных людей.

  • “Bakı Metropoliteni” yoxlanıldı – 200-dək ştat ixtisar edildi

    “Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıq ödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.

    Bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb.

    Hesabat ilində ümumilikdə təhvil verilməmiş 1 666,0 min manat məbləğində inventar və avadanlıq təhvil verilib, 1 308,6 min manat məbləğində inventar və avadanlıq isə uçota alınıb. Həmçinin yerinə yetirilməmiş 3 818,5 min manat məbləğində işlərin görülməsi və 10,8 min manat dəyərində bina və tikilinin uçota alınması təmin edilib.

    Bundan əlavə, aparılmış tədbirlərin nəticəsi kimi 197,5 vahid artıq saxlanılmış ştat vahidi ixtisar olunub.

  • “Allah Ərdoğanı sizə peyğəmbər göndərib, qədrini bilin” – Azərbaycanlı qadın Türkiyədə fenomenə çevrildi – VİDEO

    Türkiyədə yaşayan azərbaycanlı qadının görüntüləri izlənmə rekordu qırır.

    Qardaş ölkədə taksi sürücüsü ilə söhbət edən qadın maraqlı fikirlər səsləndirib.

    O Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan haqda xoş fikirlər səsləndirib.

    O Ərdoğanı bəyənməyənləri qınayıb və deyib ki, hər kəs Türkiyə prezidentini sevməlidir. Qadın deyib ki, Ərdoğan Allahın Türkiyə üçün göndərdiyi peyğəmbərdir.

    Qadının bu fikirlərini taksi sürücüsü kamera ilə çəkib və sosial şəbəkədə paylaşıb.

    Bu görüntülər qardaş ölkədə trendə çevrilib.

    Həmin videonu təqdim edirik:

    //azxeber.com

  • “Vaxtilə deyəndə ki, gedin “soğan əkin”, çoxu məni təhqir edirdi, indi kilosu 2 manatdır” — Deputat

    “Vaxtilə mən deyəndə ki, “gedin soğan əkin”, çox adam məni təqhir edirdi. O vaxtı mən demişdim ki, kim nə istəyirsə, əksin, becərsin. Lap gedib soğan əksinlər və sair. Mən belə demişdim, sonra bu fikirlərimi konteksdən çıxarıb “gedin soğan əkin” deyə yazdılar. İndi soğanın kilosu 2 manatdır”.

    Median.Az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

    Deputat deyib ki, soğan çox bərəkətli nemətdir:

    “Söhbət heç də bu gün soğanın qiymətinin baha olmasından getmir. Soğan strateji məhsuldur. İnsanlar müharibələrdən soğanla çıxıblar. Soğan-çörək yeyib müharibədən çıxan insanlar var. Onlar soğana görə ac qalmayıblar. Yəni, soğan, kartof, çörək ən vacib məhsullardır”.

    A.Abbas qeyd edib ki, indi Azərbaycanda soğan Türkiyəyə görə bahadır:

    “Kəndli əkdiyi məhsulunu baha qiymətə Türkiyəyə satır. Heç kəs də onlara qadağa qoya bilməz. Məhsul kəndlinindir, o da istəyir, Türkiyəyə aparıb satır”.

  • Növbəti buraxılış imtahanları keçiriləcək – Tarix açıqlandı

    Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

    Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

    Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.