Month: April 2019

  • Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır

    Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisinə yaxın vaxtlarda başlanılacaq.

    Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

    Onun sözlərinə görə, müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Avtobusların qiyməti yerli istehsal olduğu üçün aşağı olacaq və yerli tələbatın ödənilməsi ilə yanaşı, qonşu ölkələrə ixracı da nəzərdə tutulur.

    Qeyd edək ki, ilkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Müəssisə təxminən beş hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri 11 milyon manatdır.

    Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal ediləcək. Bu layihənin dəyəri isə 7 milyon manatdır və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək.

    “Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq.

  • “ELİV” şirkətinin əməkdaşları tutulub – Yüzlərlə insanı aldadıblar

    İnsanları aldadan “ELİV” işədüzəltmə şirkətinin əməkdaşları saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, cari ilin mart ayının əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verərək, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib.

    Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

    Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədilməsi müəyyən edilib. O, həmçinin, cinayətkar dəstənin digər üzvləri- paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.

    Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində hələlik 211 nəfər zərərçəkmiş şəxs qismində tanınmış və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    //oxu.az

  • В Азербайджане девушка покончила с собой

    В селе Гарадаглы Агдамского района произошло самоубийство.

    Халилова Шабнам Эльшан гызы 2000 года рождения покончила с собой, повесившись в подвале своего дома.

    Причины суицида неизвестны.

    По факту ведется расследование.

  • 19 yaşlı qız intihar etdi

    Ağdam rayonunda 19 yaşlı qız özünü asıb.

    Hadisə rayonun Qaradağlı kəndinə qeydə alınıb.

    2000-ci il təvəllüdlü Şəbnəm Elşən qızı Xəlilova özünü yaşadıqları evin zirzəmisində asaraq intihar edib.

    Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Приказ Минздрава в связи с «Формулой-1»

    Министр здравоохранения Огтай Ширалиев подписал приказ об оказании медицинской помощи участникам и гостям «Формулы-1», которая пройдет 21-28 апреля в Баку.

    Об этом сообщили в Министерстве здравоохранения.

    Согласно приказу, руководителям соответствующих отделов и структур даны указания по обеспечению дежурства служб скорой и неотложной медицинской помощи, размещению при необходимости в ходе соревнования спортсменов и гостей в Центральной больнице нефтяников и Бакинском городском клиническом медицинском центре, оказанию качественной медицинской помощи участникам и гостям мероприятия в случае их обращения.

    Руководству Республиканского центра гигиены и эпидемиологии поручено проконтролировать санитарно-гигиеническое состояние гостиниц и объектов общественного питания, предназначенных для обслуживания представителей иностранных делегаций.

  • Oqtay Şirəliyevdən “Formula 1” ilə bağlı – ƏMR

    Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 21-dən 28-dək Bakıda “Formula 1” Azərbaycan Qran-prisi yarışının keçirilməsi ilə bağlı tədbir iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

    Nazirliyin məlumatına görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyinin təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi, tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

  • Çılpaq görüntüləri yayılan qızlar və videonu yayan şəxslər saxlanıldı

    Ötən gündən sosial şəbəkələrdə və “Whatsapp” mesajlaşma proqramı vasitəsilə yayılan video ilə bağlı araşdırmalara başlanılıb.

    Videoda görünən qızlar və onun yayılmasında şübhəli bilinən 2 şəxs Nəsimi rayon Polis İdarəsinə çağırılıb. İdarəyə 5 nəfər çağırılıb və izahatları alınıb.

    Bununla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Araşdırmalardan sonra rəsmi məlumat veriləcək.
    //Baku.ws

  • Bakıda məscid axundu öldürüldü – Tanınmış dindar ailədə FACİƏ

    Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda qeydə alınıb.

    Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

    Hüseynbala hadisə yerindən qaçıb.

    Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

    Musavat.com bildirir ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır. Hacı Kamran özü də dini çevrələrdə tanınan sima idi.

  • Bakıda ər 20 yaşlı arvadına görə polisə müraciət etdi

    Bakıda kişi arvadının yoxa çıxması ilə bağlı polisə müraciət edib.

    30 mart tarixində Abbasqulu Hilal oğlu Hümbətli Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib.

    Kişi qeyd edib ki, həyat yoldaşı 1998-ci il təvəllüdlü Nurlanə Ədalət qızı Hümbətli yaşadıqları Bakı şəhəri, A.Qurban küçəsi, ev 25-dən çıxıb və geri qayıtmayıb.

    Faktla bağlı Xətai rayon Polis İdarəsi 37-ci polis şöbəsində araşdırma aparılır.

  • Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı – VİDEO

    Gündəlik ən çox istifadə edilən ərzaqlardan olan yumurtanın qiyməti ucuzlaşıb. Qiymətin aşağı düşməsi 4-5 qəpik arası müşahidə edilir. Belə ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan yumurtanın qiyməti indi 7-8 qəpiyədir. Xəzər xəbər quşcular cəmiyyətindən ucuzlaşmanın səbəbini öyrənib.

    Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.

    Son bir həftədə yumurtanın qiyməti 5 qəpikaşağı düşüb. Satıcılar deyir ki, əvvələr 12-13 qəpiyə satılan yumurta indi 7-8 qəpiyə təklif edilir.

    Qiymətin ucuzlaşması alıcıların da ürəyincə olub.

    Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev “XəzərXəbər”ə bildirb ki, bayramdan sonra yumurtaya tələbat azalıb. Ucuzlaşmaya səbəb istehsalın çox, tələbatın isə az olmasıdı. Buna gorə istehsalcılar eyni həcmdə yumurtanın qiymətini endirməyə məcbur olublar.