Month: May 2019

  • Ucarda 17 yaşlı yeniyetmə tövlədə asılmış vəziyyətdə aşkarlanıb

    Ucar rayonunda intihar hadisəsi baş verib.

    Median.Az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində qeydə alınıb.

    Kənd sakini 2002-ci il təvəllüdlü İman Taleh oğlu Xəlilovun asılmış meyitini yaxınları tövlədə aşkar ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

  • В Гяндже 29-летнюю девушку сбил автомобиль

    В Гяндже 29-летнюю девушку сбил автомобиль.

    Авария отмечена на проспекте Низами Гянджеви, сообщает Report.

    При попытке перейти дорогу Гюнель Мамедову 1990 г.р. сбил автомобиль. Получившую различные травмы девушку поместили в больницу.

    По факту ведется расследование.

  • Mehriban Xanlarova biznes qurur

    Əməkdar artist Mehriban Xanlarova da xınayaxdı biznesinə qoşulub.

    Median.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bundan sonra xına mərasimlərində aparıcılıq edəcək. O, özünə xınayaxdı məclisləri təşkil edən kiçik şirkət yaradıb.

    Qeyd edək ki, Xanlarova bir müddət əvvəl maddi sıxıntı yaşadığını bildirmişdi. O, “Nə evim, nə maşınım var” deyə, açıqlama vermişdi.

  • Arşavin: Bakıda Mxitaryan onsuz da ehtiyatda qalacaqdı

    Henrix Mxitaryan “Arsenal”ın əsas heyət oyunçusu deyil, ona görə də o, Bakıda “Çelsi”yə qarşı keçirilən Avropa Liqasının finalına getsəydi, ehtiyatda qalacaqdı.

    Bu fikirləri “Moskva-Baku”ya müsahibəsində Rusiya yığmasının sabiq kapitanı, Əməkdar idman ustası, “Arsenal”ın keçmiş oyunçusu Andrey Arşavin deyib.

    “Mxitaryanın olmaması? Henrix “Arsenal”ın əsas heyət futbolçusu deyil, ona görə də o, çox güman ki, hətta ora getsəydi, ehtiyatda qalacaqdı. Onun yoxluğu nəticəyə heç cür təsir göstərə bilməz”, – o deyib.

    Ümumilikdə, Bakıda mayın 29-u keçirilən oyun barədə danışarkən Arşavin bildirib ki, gərgin oyun gözləyirdi və “Arsenal”a üstünlük verirdi. “Çelsi”nin qələbəsi futbolçu üçün gözlənilməz olub.

    “Görmədim ki, “Arsenal” qəhrəmanlıqla nəyisə dəyişmək istəsin. Əlbəttə – bəli, həqiqətən də, ehtiyatdan iki yeni oyunçu meydana daxil oldu, bunlar Matteo Henduzi və Aleks İvobidir. İvobi “Arsenal”ın yeganə qolunun müəllifi oldu, ancaq “topçular”dan heç bir qəhrəmancasına hücumun şahidi olmadım, “Çelsi” isə inamla oyunu sona çatdırdı”, – o qeyd edib.

    “Topçular”ın keçmiş üzvü Bakıdakı matçın təşkili ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, hər şey yüksək səviyyədə təşkil olunub:

    “Mən dəqiq deyə bilərəm: Bakı öz tapşırığının öhdəsindən yaxşı gəldi, bu, gözəl vaxt keçirmək üçün möhtəşəm şəhərdir. Burada çoxlu parklar, fontanlar var, İçərişəhəri gəzmək maraqlıdır. Xəzər… Hər şey matç üçün gələn turistlər, azarkeşlər üçün yaradılıb.

    Və hər şey yüksək səviyyədə idi. Təşkilatçılıq da həmçinin! Stadiona getmək, qayıtmaq – təşkilatçılıq planları, mən əminəm ki, heç kim bundan narazı qala bilməz. İngilislərin altı saat müddətində uçuşdan narazı qalmasına gəlincə, bəzən belə də olur”.

  • Həmişə gənc təsiri bağışlayan aktyorun əslində 70 yaşı var

    Xalq artisti, “Şöhrət”ordenli, Prezidentin fərdi təqaüdçüsü, professor İlham Namiq Kamalın 70 yaşı tamam olur.

    Bu münasibətlə Mədəniyyət Nazirliyinin əmri ilə 12 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

    Yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyevdir. Rəqslərin quruluşu əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

    Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, video bloklar nümayiş etdiriləcək. Tədbirdə həmçinin Akademik Musiqili Teatrının, Akademik Dövlət Dram, Akademik Opera və Balet, Abdulla Şaiq adına Bakı Kukla Teatrlarının əməkdaşları da iştirak edəcək. Yubiley gecəsinə həmçinin İlham Namiq Kamalın sənət dostları, kafedra müdiri olduğu Mədəniyyət və İncəsənət Universitetinin yetişdirdiyi, hazırda teatrlarda çalışan aktyorlar, ictimaittəyin nümayəndələri də qatılacaq.

    İlham Namiq Kamal oğlu Əhmədov aktyor, teatr rejissoru, “İlham” Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun “Musiqili teatr aktyoru” kafedrasının müdiri, Azərbaycanın xalq artistidir.

    Əslən Şamaxıdan olan aktyor 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin “Jorj Danden” satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər. Bu kollektivdə Mirzə Cavad (“Aydın”, Cəfər Cabbarlı), Şvester (“Meteor” Fridrix Dürrenmatt), Lomov (“Elçilik”, Anton Çexov), Rekrutçu (“Sahildə Bir Ev”, Stefan Sveyq), Baş katib (“Sehirli Kreslo”, Friteş Korinti), Molla Səbzəli (“Üləma Məclisi” Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

    İlham Namiq Kamal müəyyən dövrlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında, Gənclər Teatrında aktyor işləyib. 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərən sənət ocağında İlham Namiq Kamal Stanislav Stratiyevin “Çarəsiz sərnişinlər” (Məsuliyyətsiz), Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı” (Dadaşbala), İsi Məlikzadənin “Sultanqulu Körpüsü” (Sultanqulu), Robber Tomanın “Arvadımın Qatili” (Daniel), Vaqif Səmədoğlunun “Dağ Tikirik” (Kələntər), Georgi Xuqayevin “Arvadımın Əri Özüməm” (Kazbek) pyeslərinin səhnə təsfirində, “Gül, Sevin, Gül” (müxtəlif sifət-maskalar) şou-tamaşasında baş rolları ifa edib.

    Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun “Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı” (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun “Qarğa, Məndə Qoz var” (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin “Fulimeno Marturano” (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.

    1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün “İlham” Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, “Estrada sənəti” kafedrasının müdiridir.

    İlham Namiq Kamal televiziya tamaşalarında və filmlərdə yaratdığı bir-birindən maraqlı obrazlarla da tamaşaçıların rəğbətini qazanıb.

    Aktyorun 4 övladı var: qızları – Qumru, Qumral, oğlanları – Ülvi, Ziya.

    O, 25 iyun 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. 10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb. Aktyor Cəfər Namiq Kamalın qardaşıdır.

  • Bakıda avtomobil 60 yaşlı qadını vuraraq xəsarət yetirib

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Səbayel rayonunda baş verib.

    Avtomobil 1959-cu il təvəllüdlü Abşeron rayon sakini İsmayılova Rüxsarə Şükür qızını vurub. Nəticədə piyada xəsarət alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

  • Qılıncoynadanımız Avropa çempionu olub

    Sablya üzrə milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.

    Median.Az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Anna 1/16 finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib.

    1/8 finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız 1/4 finalda Macarıstan təmsilçisi Kern Biankanı 15:3 hesabı ilə məğlub edib.

    Anna Başta yarımfinalda belaruslu Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.

  • Bakıda 15 yaşlı oğlan itkin düşüb

    Bakıda 15 yaşlı oğlan itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədli Rəhman Mehman oğlu mayın 30-da yaşadığı evdən çıxaraq itkin düşüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağstafada qadın sürücü avtomobili aşırıb, xəsarət alan var

    Ağstafada qadın sürücü idarə etdiyi avtomobili aşırıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Qəza nəticəsində sürücü, 1986-cı il təvəllüdlü Sevinc Əliyeva xəsarət alıb.

    O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident İlham Əliyev: “Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır” – YENİLƏNİB – FOTO

    Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı apardığımız danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcək.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə verilən rəsmi ziyafət mərasimində deyib.

    Xalqlarımız arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını bildirib. Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən dövlət başçısı bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini vurğulayıb:

    – Ölkələrimiz arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır.

    Prezident İlham Əliyev bildirib ki, regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev Polşa tərəfinə münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

    ***20:13

    Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.

    Median.Az xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.