Month: May 2019

  • Leyla Əliyeva I Autizm Mədəniyyət Festivalında iştirak edib – FOTO

    Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalı təşkil olunub. Tədbir “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi, “Birgə və Sağlam” İctimai Birliyi və “Ümid var” xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.

    Median.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Festivalda autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdiriblər, pianoda və xor şəklində mahnılar ifa edərək “Biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışıblar.

    Festivalda iştirak edən Əməkdar artist Tünzalə Ağayeva və başqaları autizmli uşaqların yanında olduqlarını nümayiş etdiriblər.

    Tədbirdə çıxış edən “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlarda autizm spektr pozuntuları və ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.

    Festivalda autizm sindromlu uşaqlar podiumda model kimi bacarıqlarını da göstəriblər. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim ediblər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda “Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirib. Ətrafdakılardan anlayış, sevgi, qayğı və mərhəmət gözləyən uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından moda nümayişi mühüm əhəmiyyət kəsb edib.

    Festivala Türkiyədən də istedadlı autizmli uşaqlar qatılıblar. İzmir Autizm Orkestri – İZOT xor qrupu tədbirdə maraqlı proqramla çıxış edib.

    Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən autizm sindromlu uşaqların özlərini bizlərdən biri hiss etmələri üçün bəzi nömrələrdə onların normal inkişaf edən həmyaşıdları ilə birlikdə çıxış etmələrinə şərait yaradılıb.

    Tədbir çərçivəsində, həmçinin Dövlət Pantomim Teatrının aktyorlarının və cəmiyyətdə tanınan bir sıra peşə sahiblərinin iştirakı ilə “Autizm fərqli və bizdən biri” mövzusunda fləşmob təqdim olunub.

    Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyıb. Tədbir ərzində qonaqların “Autizm nədir?” sualına cavab tapmaları üçün qısametrajlı filmlər, sosial çarx, klip göstərilib, bukletlər paylanılıb.

  • Vaşinqtondan dünyaya sərt Huawei xəbərdarlığı

    Birləşmiş Ştatlar yeni nəsil şəbəkə sistemləri ilə bağlı Qərbdən olan müttəfiqlərinə sərt xəbərdarlıq edib. Median.Az “Reuters”-ə istinadən xəbər verir ki, Rəsmi Vaşinqton Çinin “Huawei” şirkətinə öz telekommunikasiya sistemlərini qurmağa imkan verən ölkələri təhlükəsizliklə bağlı önəmli kəşfiyyat məlumatlarından məhrum oluna bilər.

    Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bu fikirləri almaniyalı həmkarı Heiko Massla görüşdən sonra səsləndirib.

    “Bizim öz fəaliyyət istiqamətimizi dəyişmək riski var. Biz təhlükəsiz hesab etmədiyimiz şəbəkələr vasitəsilə fərdi şəxslər haqqında və ya milli təhlükəslzik haqqında məlumatların göndərilməsinə icazə verə bilmərik”, – deyə Pompeo qeyd edib.

    Pompeonun bu məsələni Angela Merkellə görüşü zamanı da müzakirə edəcəyi gözlənilir.

    Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri beş günlük Avropa turniri çərçivəsində Almaniyadan sonra, İsveçrə, Niderland və Böyük Britaniyaya da sıfər edəcək.

  • Ramazanın 27-ci gününün duası: imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 27-ci günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 1-də imsak saat 03:24-də, iftar isə saat 20:21-dədir.

    Ramazan ayının 27-ci gününün duası:

    “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”.

    Tərcüməsi:

    “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfəri başa çatıb

    Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Polşa Prezidenti Andjey Dudanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

  • Ученые открыли новую связь между аутизмом и бактериями

    Трансплантация микрофлоры кишечника помогла ученым превратить несколько здоровых мышей в полноценных «аутистов», и затем избавить их от подобных проблем аналогичным образом, РИА Новости.

    Результаты этих экспериментов были представлены в журнале Cell.

    «Мы показали, что простой пересадки микрофлоры достаточно для того, чтобы значительно поменять работу генов в клетках мозга и вызвать аутизм. С другой стороны, надо понимать, что это не обязательно говорит о том, что именно микробы порождают этот синдром», — рассказывает Гил Шарон (Gil Sharon) из Калифорнийского технологического института в Пасадене (США).

    По данным органов здравоохранения США, расстройства аутистического спектра встречаются у одного из 59 детей в мире. По данным ВОЗ, ежегодно число детей с аутизмом увеличивается на 13%. За последние годы ученые открыли десятки генов, связанных с аутизмом, однако мутации в них не могут полностью объяснить ни одного случая развития этой болезни в целом и ее отдельных симптомов в частности.

    Три года назад американские ученые заметили, экспериментируя на мышах, что аутизм связан не только с наличием определенных мутаций в генах, управляющих работой и развитием мозга, но и с бактериями в кишечнике самих аутистов и их родителей.
    Как показали эти опыты, «пересадка» здоровой микрофлоры мышам-матерям снизила вероятность развития аутизма у их детенышей, а ее замена в организме самих мышат сделала их более общительными и социальными. Схожие результаты были получены в экспериментах на добровольцах.

    Многие ученые, как отмечают Шарон и его коллеги, сомневались в наличии подобной взаимосвязи, предполагая, что причина и следствие были перепутаны местами. Они считали, что развитие аутизма ведет к появлению характерной микрофлоры и что все удачные изменения в характере поведения мышат и добровольцев.

    Авторы статьи проверили, так ли это на самом деле, организовав серию экспериментов на обычных лабораторных мышах, лишенных своей собственной микрофлоры. Трансплантируя микробов здоровых людей и аутистов, ученые наблюдали за изменениями в поведении грызунов и в работе их мозга, а также за аналогичными характеристиками их детенышей.

    Подобная процедура, как отмечают ученые, радикально изменила поведение грызунов – они начали меньше общаться с сородичами, совершать большое количество одних и тех же действий и издавали заметно меньше звуков. Все подобные симптомы сегодня считаются аналогом человеческого аутизма у мышей.

    Анализируя различия в их микрофлоре, ученые выделили три вида бактерий – Bacteroides ovatus, Parabacteroides merdae и Eisenbergiela tayi, чья численность была непосредственно связана с тем, насколько ярко проявляли себя симптомы аутизма. Первые два микроба почти всегда отсутствовали в кишечнике грызунов-аутистов, а последних было там необычно много.

    Что самое интересное, появление или исчезновение этих бактерий особым образом повлияло на работу генов, дирижирующих развитием мозга и работой его клеток, в том числе нескольких сотен участков ДНК, связанных с аутизмом.

    Образно выражаясь, клетки начали считывать эти участки ДНК альтернативным способом, что сказалось на структуре и характере действия белковых молекул и различных сигнальных веществ, дирижирующих работой мозга. Все эти изменения, как показали последующие опыты, исчезали, когда ученые пересаживали мышам «нормальную» микрофлору.

    Что порождало подобные сдвиги в работе генов? Как предполагают исследователи, они были связаны с тем, что микробы аутистов вырабатывают заметно меньше молекул двух важных веществ – таурина и 5-аминовалериановой кислоты. И то, и другое соединение похожи по структуре на некоторые сигнальные молекулы, воздействующие на так называемые ГАМК-рецепторы, главный «тормоз» нервной системы.

    Обнаружив это различие, биологи проверили, что произойдет, если восполнить недостаток этих двух веществ в организме мышей, генетически предрасположенных к развитию аутизма. К их большому удивлению, добавление таурина и аминовалериановой кислоты резко уменьшило остроту симптомов болезни и сделало поведение грызунов почти нормальным.

  • “Elektrik enerjisinə qoyulan limit aradan qaldırılmalıdır” – Fazil Mustafa

    “Elektrik enerjisinə qoyulan limit aradan qaldırılmalıdır”.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin bugünki iclasında səsləndirib.

    “Büdcə elə məsələdir ki, mütləq vətəndaşın həyatında necə əks olunması ilə dəyər verilməlidir.

    Biz Milli Məclisdə əhalinin qaz limitinin yarıbayarı artırılması məsələsini qaldırmışdıq. Bu istiqamətdə ölkə prezidentinin göstərişi ilə 50 manat civarında artırıldı. “Mən hesab edirəm ki, elektrik enerjisini istehlak edən əhali qrupunun da vəziyyəti yaxşı deyil. Xüsusilə də isti aylarda kondisionerdən istifadə etmək və soyuq havalarda qaz olmayanda yenə elektrik enerjisinə üz tuturlar. Burada da istehlakçılar üçün limit aradan qaldırılmalıdır”.

  • 14 yaşında BDU-ya qəbul olan qız magistr imtahanında neçə bal toplayıb?

    Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbəsi Nigar Veysəlova magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində, ümumilikdə, 130 bal toplayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a N.Veysəlova özü məlumat verib.

    O, qazandığı uğura görə qürur hissi keçirdiyini bildirib: “Mən uşaq vaxtı elmə o qədər bağlı idim ki, məktəbə getmək və təhsil almaq istəyirdim. Həmin vaxt, yəni 2004-cü ildə cəmi 4 yaşım var idi. Nəhayət, 4 yaşımda məni sorğu-sual edib bilik səviyyəmi yoxladılar, imtahan verdim və Sumqayıt şəhərində yerləşən 26 nömrəli tam orta məktəbin birinci sinfinə daxil oldum. 2015-ci ildə orta məktəbi bitirib, BDU-nun Kimya fakültəsinə daxil oldum. Orta məktəb vaxtı əlaçı olmuşam”.

    O bildirib ki, 19 yaşı olmasına baxmayaraq, magistraturaya qəbul imtahanında iştirak etmək onun təhsilə maraq göstərməsi üçün stimul olub: “Magistraturanın birinci mərhələsində 89, ikinci mərhələsində isə 41 bal toplamışam. Ümid edirəm ki, kimya ixtisası üzrə respublika birincisi olacağam. Bir neçə müəssisədə və SOCAR-ın Neft Emalı Zavodunda praktikada olmuşam. Magistr təhsili müddətində xarici ölkələrin birində təcrübə keçirməyi düşünürəm. Magistr təhsilimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanokimya ixtisası üzrə davam etdirməyi planlaşdırıram. Uğur qazanmaq çətin deyil, buna çatmaq üçün, sadəcə, qarşıya məqsəd qoymaq və çalışmaq lazımdır”.

    Qeyd edək ki, Nigar Rövşən qızı Veysəlova 2000-ci ilin yanvar ayında anadan olub. 4 yaşında Sumqayıtda yerləşən 26 nömrəli məktəbin birinci sinfinə daxil olub. O, 14 yaşında BDU-ya qəbul olub.

    Xatırladaq ki, BDU-nun daha bir 18 yaşlı tələbəsi magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.

  • Sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü cinayət məsuliyyətinə cəlb edildi

    Bir müddət əvvəl sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü Kərimov Teymur Mərdan oğlu barəsində cinayət işi açılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, T. Kərimov Cinayət məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham edilir.

    Artıq cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, ötən ilin avqustunda sosial şəbəkələrdə sürücü tərəfindən yol polisi ilə bağlı video yayılıb. Sürücü iddia edir ki, yol polisi qayda pozur. Hətta onun çəkiliş apardığını görüb oradan uzaqlaşarkən inspektor qəza şəraiti yaradıb.

    “Sürücüdən qaçan yol polisi” başlıqlı həmin videoya yol polisi cavab verib. Bu barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əslində, hadisə heç də həmin videoda deyildiyi kimi baş verməyib.

    V.Əsədov qeyd edib ki, 99 MT 608 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib:

    “Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni yol vermədiyi “Mercedes” markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb və həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib.

    Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb. Belə şər və böhtan xarakterli informasiya yaymaqla yol polisinin fəaliyyətinə kölgə salmaq istəyib”.

  • Zelenski öz brendini yaradır

    Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Zekomanda” brendini və siyasi fəaliyyəti ilə əlaqəli dörd ticarət markasını yaratmağa qərar verib.

    Median.Az xəbər verir ki, V.Zelenski onların rəsmi təsdiqi üçün Ukrayna İntellektual Mülkiyyət İnstitutuna (Ukrpatent) müraciət edib.

    Məhsul və xidmətlər üçün işarələrin alınmasına ərizələr üzrə məlumatlar bazasında göstərilib ki, Zelenski “Zekomanda” brendinin, eləcə də “Ze”, “Ze!”, “Ze2019” və “Zelenskinin komandası” markalarının alınması üçün müraciət edib.

    Sənədə əsasən, bu markalardan reklam və təhsil fəaliyyətində, poliqrafiyada və əyləncə sferasında istifadə ediləcək.

  • Bolqarıstan ərazisində “sarı” təhlükə kodu elan olunub

    Bolqarıstanın Milli Meteorologiya və Hidrologiya İnstitutunun məlumatına əsasən, mayın 31-də güclü yağışlar səbəbindən bu ölkənin 10 rayonunda “sarı” təhlükə kodu elan olunub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Vratsa, Pleven, Veliko Tırnovo, Sofiya, Sofiya bölgəsi, Pazardjik, Loveç, Qabrovo, Plovdiv və Stara Zaqorada 20-35 l/m2 yağıntı gözlənilir.