Month: May 2019

  • Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür – Alimdən ŞOK XƏBƏRDARLIQ

    Trans yağlardan çox istifadə edən şəxslərin infarkt keçirmə riski digərlərinə nisbətdə 3 dəfə çoxdur. Bu da gənc yaşlarda ölüm riskini artırır.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyəli professor, qastroenteroloq Alparslan Tanoğlu açıqlama verib.

    Professor bu yağların hazır qidaların içərisində olmasının sağlamlığa qarşı ciddi təhdid daşıdığını deyib:

    “Trans yağlar bədən üçün əvəzedilməz qidalar sırasında deyil. Düzdür, ət və süd məhsullarında təbii halda bu yağlar ola bilər. Ancaq hazır qidaların tərkibində sağlamlığa zərər verəcək səviyyədə olmamasına diqqət etmək lazımdır. Bu yağların əsas zərəri bədəndə yağ balansını pozmasıdır. Bu zaman “pis xolesterol” səviyyəsi artır, ürək-qan damar sistemi xəstəliklərinə səbəb olur. İnfarkt riskini 3 dəfə artırmaq və gənc yaşda ölümə səbəb olması ilə yanaşı piylənmə, qaraciyər yağlanması, diabet, alzaymer kimi xəstəliklər, hamiləlikdə düşüklərə, süd və bağırsaq xərçənginə səbəb ola biləcəyi ilə bağlı elmi araşdırmalar var”.

    A.Tanoğlu bildirib ki, zərərlərinin bilinməsinə baxmayaraq hələ də, bu yağlardan istifadə edilməsinin əsas səbəbi qiymətinin ucuz olmasıdır:

    “Xüsusən, hazır kartof qızartmaları, biskvitlər, şokalad növləri kimi məhsullarda trans yağlardan istifadə edilir. Digər yağlara görə trans yağların daha uzun ömürlü olması da ondan istifadəni şərtləndirən amillərdəndir. Dünyadakı sağlamlıq təşkilatları trans yağlardan istifadəni mümkün qədər azaltmaq istiqamətində çalışır. İnfarkt hallarının artması trans yağlardan istifadə ilə bağlı qanun layihəsinin hazırlanmasını labüd edir. Ona görə də alimlər trans yağlar əvəzinə hazır qidalarda zeytun, soya, qarğıdalı yağı və ya kərə yağından istifadəni məsləhət görür”. (publika.az)

  • Для Шемахи строится новый источник воды

    В целях достижения постоянного снабжения питьевой водой города Шемаха, ОАО «Азерсу» начало строительство нового источника воды.

    По сообщению «Азерсу», в рамках проекта, реализуемого за счет государственного бюджета, в устье Агсучая строится водозабор дренажного типа длиной 1734 метра.

    Уже построено два водохранилища объемом 500 кубометров и насосная станция, проложено 19 км магистрального водопровода.

    Запланировано строительство еще четырех водохранилищ общим объемом 5000 кубометров.

    В настоящее время продолжаются строительные работы.

    После введения объекта в эксплуатацию, подача питьевой воды в город Шемаха начнется по магистральному трубопроводу.

  • Almaniyalı azarkeşlərdən bakılı uşaqlara maraqlı jest – VİDEO

    Bakı Olimpiya Stadionunda təşkil olunmuş UEFA Avropa Liqasının final oyunu öncəsi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun azarkeşləri aksiya keçiriblər.

    AFFA xəbər verir ki, finala yüksələcək komandalar müəyyənləşməzdən əvvəl qarşılaşmaya bilet alan almaniyalı fanatlar azarkeşlik etdikləri klub həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməsələr də, həmin biletləri paytaxta göndəriblər.

    “Ayntraxt” azarkeşlərinin istəyinə uyğun olaraq, 300 bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olan uşaqlara hədiyyə olunub.

  • Dünyanın ən balaca körpəsi doğulub – ALMA BOYDADIR – FOTO

    Dünyada bir ilk daha yaşanıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Amerikada dünyanın ən balaca körpəsi dünyaya gəlib. San Dieqodakı “Sharp Meri Biç” Xəstəxanasının həkimləri bildiriblər ki, bu, çox nadir hadisədir.

    Körpə vaxtından əvvəl doğulub. “Uşaq doğulanda cəmi 245 qram çəkisi var idi və dəqiqliklə alma boyda idi” – deyə həkimlər bildirib. Ayova universitetinin rəsmi statistikasına görə, bu qız uşağı dünyanın ən kiçik uşağı hesab edilə bilər.

    Qeyd edək ki, körpə 5 ayına qədər xəstəxanada qalıb. Hazırda isə uşaq tam sağlamdır.

  • Ruhi xəstə olan Nardaran sakini itkin düşdü

    Bakıda ruhi əsəb xəstəsi itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

    Nardaran qəsəbəsi, Lahic bağları, 5-ci sahədə yaşayan, 2002-ci il təvəllüdlü Babayev Ələkbər Hüseyn oğlu mayın 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Qeyd edək ki, Ə.Babayev 1 saylı Respublika Psixatriya Xəstəxanasında qeydiyyatadır.

    Faktla bağlı araşdırma aparılır.

  • Deputat A.Mirzəzadə təkzib edir: “Mən Paşinyanı öldürməyə çağırmamışam”

    Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib.

    Milli.Az bildirir ki, millət vəkilinin rəsmi bəyanatı virtualaz.org-un redaksiyasına daxil olub. “Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib”, – bəyanatda deyilir.

    Xatırladaq ki, bu gün modern.az saytı Aydın Mirzəzadənin çıxışını yayıb və bildirib ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.

    “Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub”, – deputat bildirib.

  • Polşa Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

    Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.

    AZƏRTAC xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.

  • Стала известна причина нашествия бабочек в Баку – ВИДЕО

    Сегодня наблюдается массовый рост численности бабочек в Баку, Сумгайыте, Хырдалане, в поселке Биладжары. Ситуация вызывает у людей вопросы.

    Как сообщила Trend младший научный работник Института зоологии Национальной академии наук Азербайджана (НАНА) Нигяр Юсифова, основная причина происходящего – миграция насекомых.

    «Сейчас время массовой миграции бабочки вида Vanessa cardui (Репейница) из Африки в Европу через Средиземное и Черное моря. Бабочки этого вида способны мигрировать на расстояние до пяти тысяч километров.

    Учитывая, что Азербайджан близок к Черному морю, рост численности бабочек в стране – нормальное явление. То же самое наблюдается в Турции, Израиле и на Кипре.

    Находящиеся в стране в настоящее время бабочки не наносят никакого вреда. Некоторые виды бабочек откладывают яйца, и появившиеся оттуда гусеницы наносят вред сельскому хозяйству. Но вид Vanessa cardui не является сельскохозяйственным вредителем», – сказала Н.Юсифова.

  • Atasını son dəfə qucaqladı… – Foto

    Xəbər verdiyimiz kimi ötən gün düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan mayor Aqil Omarov bu gün torpağa tapşırılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon rəhbərliyi, əsgər və zabitlər, şəhidin ailə üzvləri onunla vidalaşmaq üçün Qax rayonunun Lələpaşa kəndində bir araya gəliblər.

    Şəhidə son vida edənlər arasında hərbçinin azyaşlı övladları da olub. Oğulun atanın tabutuna sarılaraq onunla vidalaşması zamanı çəkilən bu foto sosial şəbəkələrdə sürətlə yayılaraq duyğu dolu anlara səbəb olub.

  • Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb – FOTO

    Kürdəmir rayonunda biçilmiş taxıl sahəsi yanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini Davud Sarı oğlu İbadova məxsus 10 hektar biçilmiş taxıl sahəsində yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.