Month: May 2019

  • Alça yedikdən sonra bunu edin

    May ayı çoxları üçün alça mövsümünün elan olunması kimi yadda qalır və sevilir.

    Median.Az xəbər verir ki, mütəxəssislər alça yedikdən sonra dişləri fırçalamamaq lazım olduğunu deyib.

    Təzə meyvə, bəzi bitki mənşəli çaylar, turş və qazlı içkilər, şirin və ya turş yeməklər də dişlərin aşınmasına səbəb olur. Aparılan tədqiqatda məlum olub ki, gündə iki dəfədən çox sitrus meyvələri yeyən insanların dişləri daha az sitrus meyvələri yeyən insanlarla müqayisədə daha çox eroziyaya məruz qalır. Həmçinin qazlı içki və alma sirkəsindən çox istifadə edənlər də risk qrupuna daxil edilir. Qazlı içkilər və turş məhsulların həddən artıq istifadəsi dişlərdə turşu erroziya ehtimalını 4-10 qat arasında daha çox artırır.

    Mütəxəssislər bildirir ki, qazlı və turş məhsulların qəbulundan sonra dişləri dərhal fırçalamaq olmaz. Çünki yemək vaxtı dişlərə yapışan artıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən sonra dişləri fırçaladıqda turşu ağız içinə yayılır. Bildirilib ki, ağızdakı turşuluq diş minasını yumşaldaraq alt təbəqəni aşındırır, keyfiyyətini aşağı salır və zəiflədir. Beləliklə, dişlər daha asan və tez çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra yuyun.

    Odur ki, turş alça kimi ərzaqlar yedikdən sonra turşunu neytrallaşdırmaq üçün ağzınızı su ilə yumaq lazımdır. Dişlərinizi təmizləmək ehtiyacı hiss edirsinizsə, ağzınızı çalxalayın və sonra bir stəkan ilıq su için. (publika.az)

  • Rusiyada Azərbaycan vətəndaşı yol qəzasında yanaraq öldü – VİDEO

    Bu gün Çelyabinsk yaxınlığında baş vermiş ağır yol nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb. Bu barədə 74.ru məlumat yayıb.

    Məlumata görə “Lexus ” və “Mitsubishi” markalı iki minik maşını toqquşub. “Lexus ”un içində olan azərbaycanlı iki dostu ilə birlikdə Ufa şəhərinə gedirmiş.

    Hadisə şahidlərinin bildirdiyinə görə, qarşıdan gələn “Mitsubishi” ilə toqquşan “Lexus ” anında alovlanıb. Avtomobildə olan 3 nəfər diri -diri yanıb.

    “Mitsubishi”nin sürücüsü də qəza nəticəsində həlak olub.

  • Bakıda 10 yaşlı qızı maşın vurub

    Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci mədən, korpus 170, ev 10 ünvanında qeydə alınıb.

    2009-cu il təvəllüdlü Əliyeva Bahar Azər qızını həyətlərində “Mercedes” markalı avtomobil vurub. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

  • Yasamalda avtoyuma məntəqəsinin işçisi bıçaqlanıb

    Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

    Median.Az xəbər verir ki, Xiyabani küçəsi, 25 ünvanında yerləşən avtoyuma işçiləri arasında düşən mübahisə sonda bıçaqlanmaya gətirib çıxarıb.

    Nəticədə 26 yaşlı Həsənzadə Cavid digər avtoyuma işçisi tərəfindən bıçaqlanıb. O, ayaq və yuxarı ətrafların kəsilmiş-deşilmiş yaraları ilə Travmatologiya İnstitutuna yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.//report.az

  • Xəzərdə gəmidə partlayış olub

    Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.

    Müxtəlif KİV-lərdə partlayış nəticəsində çoxlu sayda yaralının olması barədə məlumat yayılıb.

    İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

    Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a qəza baş verməsi faktını təsdiqləyib, lakin xəsarət alan olmadığını bildirib.

    “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq. Gəmi ilə davamlı əlaqə saxlayırıq.

    Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı “Saipem” yayacaq”,- deyə o qeyd edib.//oxu.az

  • Zabratda bıçaqlanma hadisəsi baş verib

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, 1996-cı il təvəllüdlü Rəhimov Anar İbrahim oğlu Zabrat qəsəbəsində naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.//report.az

  • Взрыв на корабле в Баку: 13 пострадавших

    На корабле «Исрафиль Гусейнов» Каспийского морского нефтяного флота произошел взрыв, сопровождавшийся пожаром, передает BakuPost.az.

    Согласно информации, в результате инцидента пострадали 13 человек. Среди пострадавших есть также иностранцы.

    Отмечается, взрыв произошел во время проведения на корабле сварочных работ.

  • Alma emalı müəssisələri yaradılır – FOTO

    Artıq super intensiv bağların salınması ənənəvi bağların zamanla səmərə verməməsinə səbəb olub.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, Qubada uzun illərdir almaçılıqla məşğul olan fermerlər satışla bağlı çətinliklər çəkirlər.

    Satılmayan məhsul ya çaylara tökülür, ya da bağlarda məhv olur.

    Problemin həlli ilə bağlı isə regionda meyvə emalı müəssisələri yaradılır. Alma məhsulundan ilk dəfə çipsi hazırlanaraq xarici bazara göndərilir.

    Mütəxəssislər meyvə emalı müəssisələrinin yaradılmasının müsbət nəticələr verəcəyini deyirlər. Yaradılan müəssisələr də alma ilə yanaşı, digər məhsulların da satışındakı çətinlikləri aradan qaldıracaq.

    Artıq Qubada meyvə emalı müəssisələrinin sayı artıb. Xüsusən ikinci və üçüncü növ meyvələri alan müəssisələr müxtəlif məhsullar istehsal edərək ölkədaxili ilə yanaşı xarici bazara da məhsul göndərirlər. “Made in Azerbaijan” brendi ilə satışa göndərilən məhsullar ölkənin xaricdə tanınması baxımından əhəmiyyətlidir.

    Mütəxəssislər emal müəssisələrinin çox olmasının rəqabət mühiti yaradaraq təsərrüfatçılardan daha yaxşı qiymətlə məhsul almağa şərait yaradacağını deyirlər.

  • Ramazanın 4-cü gününün duası, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının dördüncü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 9-da imsak saat 03:52-də, iftar isə saat 19:59-dadır.

    Ramazan ayının 4-cü gününün duası:

    “Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.

    Tərcüməsi:

    “İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”

    Allah orucunuzu qəbul etsin!

  • Нигяр Джамал: В Лондоне женщины ходят волосатые

    Проживающая в Лондоне азербайджанская певица Нигяр Джамал сделала интересное заявление в связи с жительницами этого города.

    В эфире программы «Gün ortası Zümrüdlə» на телеканале Dalga TV, исполнительница заявила, что женщины Лондона ходят волосатые.

    «Они не ходят на лазерную эпиляцию и не знают, что это такое. На процедуры лазерной эпиляции там ходят лишь турчанки или курдки. В Лондоне женщины ходят волосатые. Они не ухаживают за собой, очень редко укладывают волосы. Тамошние женщины любят спорт, каждое утро они на улице», – сказала певица.