Month: May 2019

  • Самолет Air France совершил вынужденную посадку в Иране

    Пассажирский самолет французской авиакомпании Air France совершил в среду вынужденную посадку в международном аэропорту имени Шаида Бехешти города Исфахан, передаёт Median.Az со ссылкой на ТАСС.

    Как сообщило агентство IRNA со ссылкой на местное управление кризисных ситуаций, никто не пострадал.

    Лайнер совершал рейс Париж – Мумбаи. Причины экстренной посадки не сообщаются.

  • Fransa təyyarəsi İrana məcburi eniş edib

    “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi çərşənbə günü İranın İsfahan şəhərinin Şəhid Beheşti adına hava limanına eniş edib.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Böhran Vəziyyətləri üzrə İdarəyə istinadən IRNA məlumat yayıb.

    Layner Parisdən Mumbaya uçurmuş. Təcili enişin səbəbləri açıqlanmır.

    Daha əvvəl təyyarənin İsfahan səmasında itdiyi bildirilirdi.

  • Şəmkirdə ağır yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub – VİDEO – SİYAHI – YENİLƏNİB-4

    Video əlavə olunur

    17:44

    Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə zamanı 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar:

    1. Samux rayon Seyidlər kənd sakini, 1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova

    2. Şəmkir rayon sakini, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova

    3. Şəmkir rayon sakini Səyidə Kamandar qızı Nəsibova

    4. Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zinyət Qüdrət Qızı Gülməmmədova

    5. Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov

    6. Şəmkir rayon sakini Nərgiz Həmzəyeva

    7. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova

    8. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva

    9. Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova

    10. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Rübabə Mamayeva

    11. Şəmkir rayon sakini, Gülsənəm İslam qızı Qənbərova.

    12. Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Mehriban Azər qızı Gülməmmədova.

    13. Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Səadət Nəsibova.

    14. Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Günel Səyad qızı Bayramova.

    15. Şəmkir rayon sakini Fuad Həşimov.

    Yaralılardan 14-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdirilib. Bir nəfər – Zinyət Gülməmmədova isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

    *** 17:05

    Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə,, “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası, 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi, 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

    16:08

    Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı fəhlələri daşıyan “Mercedes-Sprinter” markalı mikroavtobus aşıb.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq “VAZ-2107” markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroavtobus aşaraq deformasiyaya uğrayıb.

    Qəza nəticəsində 3 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

    *** 15:54

    Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaracəmilli kəndi ərazisində baş verib.

    İlkin məlumatlara görə, “Mercedes-Sprinter” markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

  • Cəlilabadda 72 yaşlı qadın qızları və nəvələri tərəfindən döyülüb

    Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, rayonun Maşlıq kəndində 1947-ci il təvəllüdlü yerli sakin Məhərrəmova Əzəmət Nüsrət qızı qızları və nəvələri tərəfindən döyülüb.

    Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Стало известно имя первенца принца Гарри и Меган Маркл

    Стало известно имя первенца принца Гарри и Меган Маркл.

    Как передает Лайф, герцог и герцогиня Сассекские назвали сына Арчи Харрисон Маунтбеттен-Виндзор.

    Сегодня мальчика, который появился на свет 6 мая, показали прабабушке и прадедушке — королеве Елизавете II и принцу Филиппу. На встрече с британской королевой присутствовала мама Меган Маркл Дория Редлан.

    Малыш весом 3,26 кг родился в известной лондонской больнице «Портленд».

    Напомним, принц Гарри и Меган Маркл поженились 19 мая 2018 года. О том, что пара ждет первенца, стало известно осенью прошлого года.

  • Nazir müdiri işdən çıxardı

    Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib.

    Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin fevralın 8-də Neftçala rayonunda Təhsil naziri Ceyhun Bayramov tərəfindən vətəndaşların qəbulu zamanı Biləsuvar rayon ümumi təhsil müəssisələrində baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciətləri araşdırılıb.

    Müraciətlərdəki faktlar təsdiqini tapıb.

    Bununla əlaqədar Təhsil naziri tərəfindən Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Kazımov Balaqardaş İman oğlunun işdən azad edilməsi barədə Biləsuvar Rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılıb və o, tutduğu vəzifədən azad edilib.

    Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Bağırov Aqşin Xudaməli oğlu təyin edilib.

    Qeyd edək ki, son vaxtlar Ceyhun Bayramov bir neçə məktəb direktorunu da işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.

  • Qusarda 56 yaşlı qadın evində intihar etdi

    Qusar rayonunda intihar hadisəsi baş verib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Köhnə Xudat kəndində qeydə alınıb. Kənd sakini 56 yaşlı Savzixanova Əzimə İsaməddin qızı özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən asıb.

    Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

  • Yüz hərbçi qadına təcavüz iddiası Avropa ölkəsini silkələdi

    Danimarkanın Qadın Veteranlar Birliyi son 2 ildə təcavüzə məruz qaldığını iddia edən 100-dən artıq hərbçi qadından şikayət qəbul etdiklərini bildirib. Median.Az xəbər verir ki, Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qurum bu barədə Danimarka Silahlı Qüvvələrinə müraciət edib.

    Danimarka Silahlı Qüvvələri isə bu müraciətlə bağlı açıqlama yayıb.

    Açıqlamada olaylarla bağlı araşdırmaya başlanıldığı qeyd olunub. Məlumata əsasən, artıq 9 belə faktla bağlı istintaq başlanıb.

  • Sumqayıtda kişi arvadını yatdığı yerdə boğub – TƏFƏRRÜAT

    Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.

    Məhkəmənin baxış iclasının mayın 12-nə təyin edilib.

    İttihama görə, bu il yanvarın 11-də Sumqayıt şəhərinin Birləşmiş məhəlləsində Şamil Axundov qısqanclıq zəminində həyat yoldaşı 1991-ci il təvəllüdlü Leyla.Axundovanı yatdığı yerdə boğaraq öldürüb.

  • Bakıda sərnişin avtobusu qəza törətdi, 3 nəfər yaralandı

    Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda – “Bəhramgur” heykəlinin yaxınlığında qeydə alınıb.

    Minik maşını ilə 53 saylı marşrut üzrə hərəkət edən avtobus toqquşub. Nəticədə, 3 nəfər yaralanıb. Toqquşmadan sonra avtobus bir piyadanı da vurub.

    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov sorğusumuza cavab olaraq bildirib ki, təcili yardimla 3 yaralı xəstəxanaya gətirilib. Onlardan biri azyaşlıdır.

    Yaralıların vəziyyəti orta ağır qiymətləndirilib.