Month: May 2019

  • 3 ayda sürücülərə 23,1 milyon manat cərimə yazılıb

    2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz azalaraq 701,6 min olub.

    Xətaların 42,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz az), 11,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2 faiz az), 8,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (44,3 faiz az), 7,5 faizi dayanma və ya durma qaydalarının pozulması (47,0 faiz az), 4,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (15,7 faiz az), 3,8 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (29,0 faiz çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

    Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

  • Rüşvətə görə həbs edilən şəxsin şikayətinə baxılıb

    Ali Məhkəmədə dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Turab Piriyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, T.Piriyevin kassasiya şikayəti təmin edilməyib.

    İttiham aktına əsasən, əvvəllər məhkum olunmuş T.Piriyev 2015-ci ildə Y.Hüseynovanın övladlığı T.Hüseynovun Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışında olan işi üzrə məhkəmə istintaqını aparan vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərə veriləcək rüşvətin müqabilində onun cəzasını yüngülləşdirəcəyinin mümkün olacağını bildirib, qadından 10 min manat pul alıb.

    Bundan başqa o, Y.Hüseynovanı dəri-zöhrəvi xəstəliyi ilə əlaqədar təqaüd alacağı və müvafiq sənədləşmə işlərini qaydasına qoyacağına dair söz verib, həmin ilin avqust ayında qadının 2500 manat məbləğində pulunu ələ keçirib.

    Həmçinin T.Piriyev G.Tağıyevanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkən oğlunu aylıq təqaüdünün artırılmasına dair söz verərək, 2016-cı ilin avqust ayında ondan 800 manat pul alıb.

    Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə T.Piriyevin şikayəti təmin edilməyib.

  • Təhsil sahəsinə ayrılan vəsait 8 dəfə artırılıb

    Mayın 8-də Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Azərbaycan musiqisinin beşiyi, ölkəmizin əsrarəngiz gözəlliyə malik guşələrindən biri hesab edilən Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalından 27 il ötdüyünü bildirib. “İşğal nəticəsində Azərbaycanın füsünkar təbiətə malik bu şəhərindəki zəngin tarixi-mədəni abidələr, müzeylər dağıdılıb. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrinə, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, işğal hələ də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki vəziyyətlə barışmayacaq və ərazi bütövlüyünü bərpa edəcək”,- deyə Baş Nazir vurğulayıb.

    Xalqımızın ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyini bildirən Novruz Məmmədov deyib ki, Ümummilli Liderin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşayır və yaşayacaq: “Bu gün müstəqillik yolunda uğurla addımlayan və gündən-günə inkişaf edən Azərbaycanın qazandığı böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq”.

    Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

    Bildirilib ki, iclasın gündəliyinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və yeni layihənin müzakirəsi, həmçinin “Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planlarının tərtibi təcrübəsi və 2019-2020-ci tədris ili üçün tələbə qəbulu planının tərtib edilməsi” haqqında məsələlər daxil edilib.

    Baş Nazir deyib ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Prezident İlham Əliyev də ölkəmizdə narkonmalığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısı bununla bağlı qarşıya ciddi vəzifələr qoyub. Bu sahədə mühüm uğurların əldə olunduğunu vurğulayan Novruz Məmmədov qeyd edib ki, qazanılan nailiyyətlərdə müvafiq Dövlət proqramlarının mühüm rolu olub.

    Azərbaycan dövlətinin təhsilin inkişafına xüsusi diqqət ayırdığını deyən Baş Nazir qeyd edib ki, son 15 ildə dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin 8 dəfə artırılması, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük qayğının təcəssümüdür. Əsəs məqsəd ölkəmizdə keyfiyyətli təhsil sisteminin qurulması, yüksəkixtisaslı, zəngin dünyagörüşlü kadrların yetişdirilməsindən ibarətdir.

    Sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun, təhsil naziri Ceyhun Bayramov gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

    İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

  • Установлена личность лица, погибшего в ДТП в Уджаре – ФОТО – ВИДЕО – ОБНОВЛЕНО – 2

    Установлена личность лица, погибшего в ДТП в Уджаре.

    Как передает Median.Az со ссылкой на Report, в результате аварии столкнулись управляемый жителем поселка Маштага Сабунчинского района Фархадом Фахраддин оглу Джахангировым 1972 г.р. автомобиль марки “Ford” и “ГАЗ-66”, за рулем которого находился житель бакинского поселка Ени Сураханы Эльдениз Агалар оглу Талыбов 1978 г.р.

    В результате ДТП на месте происшествия погиб пассажир автомобиля марки “Ford”, житель поселка Маштага Сабунчинского района Джейхун Микаил оглу Гашимов 1989 г.р.

    По факту ведется расследование.

    *** 17:37

    Министерство по чрезвычайным ситуациям (МЧС) распространило информацию о произошедшем в Уджаре ДТП с летальным исходом.

    Как передает Median.Az со ссылкой на Report, согласно сообщению, поступившему на “горячую линию” 112 министерства, столкнулись два грузовика марок “ГАЗ-66” и “Ford”.

    Привлеченные на место происшествия спасатели Государственной противопожарной службы извлекли из деформировавшегося грузовика марки “Ford” тело одного человека и передали по назначению.

    Личность погибшего устанавливается.

    *** 16:54

    В Уджаре произошло ДТП.

    Как передает Median.Az со ссылкой на Report, авария зарегистрирована на 262-ом км пролегающей через село Газыгумлаг автомобильной дороги Баку-Газах.

    В результате столкновения крана марки “ГАЗ-66” и грузовика “Ford Transit” погиб 1 человек. Личность погибшего уточняется.

    По факту ведется расследование.

  • Ucarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub – FOTO – VİDEO – YENİLƏNİB-3

    Ucar rayonundakı yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi “QAZ-66” markalı avtomobil toqquşub.

    Nəticədə “Ford” markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    *** 17:19

    Video əlavə edilib

    *** 17:12

    Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonda QAZ və “Ford” markalı iki yük avtomobili toqquşub.

    Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində olan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

    *** 16:34

    Ucar rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “QAZ-66” markalı kranla “Ford Transit” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu saytın baş redaktoruna xəbərdarlıq edildi

    Baş Prokurorluqda aparılmış araşdırmalarla “Gundemxeber.az” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla aidiyyəti dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

    Median.Az xəbər verir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Şirin Cəfəri Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.

  • Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

    Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.

    Median.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.

    Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

    Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

  • В Мьянме разбился пассажирский самолет

    Самолет авиакомпании Biman Bangladesh Airlines упал в международном аэропорту Янгон в Мьянме.

    Как передает Median.Az со ссылкой на Report, об этом в среду сообщает агентство The Myanmar Times, в распоряжении которой оказались снимки лежащего на траве воздушного судна.

    Информации о пострадавших не поступало.

    По предварительной информации, самолет выкатился за пределы взлетно-посадочной полосы. На данный момент аэропорт закрыт на взлет и посадку до выяснения причин катастрофы.

  • Myanmada sərnişin təyyarəsi qəzaya uğrayıb

    Myanmanın paytaxtı Yanqon şəhərinin beynəlxalq hava limanında ”Biman Bangladesh Airlines” şirkətinə məxsus “DHC-8 Dash8” təyyarəsi uçuş zolağından kənara çıxaraq qəzaya uğrayıb.

    “Report” “The Dhaka Tribune”ə istinadən xəbər verir ki, hadisə Dəkkədən gələn təyyarənin yerə enməsi vaxtı baş verib.

    Banqladeş səfiri Məncurul Kərim Xan Çoudhurinin verdiyi məlumata görə, qəzaya təyyarə enərkən fırtına və yağış səbəbindən ön təkərlərin sıradan çıxması səbəb olub.

    Təyyarədə 29 sərnişin, iki pilot və iki bələdçinin olduğu bildirilib. Qəzada 17 sərnişin və iki pilotun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi, vəziyyəti yüngül olan 11 sərnişinin isə hava limanının klinikasına müraciət etdiyi deyilir.

  • Elman Babayevə Gömrük Komitəsində vəzifə verildi

    Əməkdar jurnalist Elman Babayev yeni işə təyin olunub

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində işə başlayıb.

    E.Babayev 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olub. 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib.

    2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.

    2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.